Azerbacan dialektologiyasi-2019. indd


ho//hu, honnar, habu, habelə



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə22/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   18   19   20   21   22   23   24   25   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

    Bu səhifədəki naviqasiya:
  • Keçid
ho//hu, honnar, habu, habelə işarə əvəzliklərinin işlənməsi. 
16) Nəqli keçmiş zamanın III şəxsində 
-ıtdı, -itdi şəkilçilərinin 
işlənməsi: yazıtdı, gəlitdi. 
17) İndiki zamanda durur köməkçi feili ilə düzələn formanın 
işlənməsi: Baxa durur, gələ durur. 
18) İndiki zamanda 
-ıy, -iy, -uy, -üy şəkilçilərinin işlənməsi: 
alıy, gəliy. 
19) Təyini söz birləşmələrinin ikinci tərəfinin bəzən mənsubiy-
yət şəkilçisiz işlənməsi: baş ağrı, meniŋ qız.
20) Leksik tərkibdə tabun “tayfa”, çəmirə “duman”, palankeş 
“aşsüzən” və s. spesifik sözlərlə yanaşı, qərb şivələri üçün 
səciyyəvi olan mama “bibi”, balatı “xəmir mayası”, böl-
 “nəlbəki”; cənub şivələrinə uyğun olan 
əmə “bibi”, zirə 
“nəlbəki”, qıtmır “xəssis” və s. sözlər də işlənir.
Kür çayından şimalda Ağdaş, Göyçay, Ucar, Zərdab rayonla-
rının ərazisində, cənub- şərqdə Cəlilabad, Biləsuvar rayonlarının 
ərazisində, nisbətən cənub- qərbdə Araz çayından şimalda Cəb-
rayıl, Zəngilan, Qubadlı rayonlarının ərazilərində əsas ləhcələr 
arasındakı keçid (aralıq) şivələr yerləşir ( 40,s. 277-278).
Keçid şivələrAzərbaycan dilində keçid şivələrin mövcud-
luğunu ilk dəfə R.Rüstəmov müəyyənləşdirmişdir. O, dialekt-
lərin şərq, şimal və qərb qrupları arasında Ağdaş və Göyçay 
şivələrinin keçid xarakterli olması qənaətinə gəlir. Bu prob-
lem tədqiqatçıların diqqətini cəlb etmiş, A.Vəliyev, T.Hacıyev 
və S.Behbudov və b. keçid şivələri araşdırmışlar. M.Şirəliyev 
Azərbaycan dilində üç keçid şivə göstərir: Ağdaş, Göyçay, Cəb-
rayıl keçid şivələri. Əgər dildə müxtəlif ləhcələr şivə qrupları 
mövcuddursa, onda əsas ləhcələr arasında keçid (aralıq) şivələr 
zolağı yerləşməlidir və bu zona heç də 3-4 rayonun ərazisini de-
yil, əsas ləhcələrin və müxtəlif şivə qruplarının sərhədində olan 
ərazini əhatə etməlidir. Bundan başqa, keçid şivələrin yayıldığı 
zona müasir inzibati bölgülərlə uyğun gəlməyə bilər. A.Vəliye-
vin tədqiqatına görə, Ağdaş keçid şivələri Ağdaş rayonundan 
10)

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin