46
47
yaya görə sual cümlələri və s. dialektlərimiz üçün ümumi olub,
əksəriyyətində müxtəlif kəmiyyətdə yayılmışdır.
Bu gün dilimizin qədim və möhkəm fonetik və qrammatik qu-
ruluşu öz sabitliyini Təbriz və Kərkük şivə qruplarının timsalında
aydın göstərir.Yad dillərin əhatəsində olmasına və onların güclü
təsirlərinə baxmayaraq, hər iki dialektdə qeyiş, ərağ, qəmçi, hü-
cüm, duşman, duvar, av, buynız, devə, ğürbət, tamğa, göül, almas,
budax, polat, çardax və s. sözlərdə səs dəyişmələri, incə saitlərin
ahənginin pozulması, bir sıra fonetik hadisələrin tipləri eyni dərə-
cədə fəallığa malikdir. Hər iki dialektdə
morfoloji xüsusiyyətlər
də əsasən eyniyyət təşkil edir. Hətta elə xüsusiyyətlər vardır ki,
arealı yalnız Təbriz və Kərkük dialektləri ilə məhdudlaşır. İsmin
yerlik və çıxışlıq hallarında şəkilçilərin kar variantları,ikinci şəxs
mənsubiyyətin ayaxlarıy, dədəyiz, gözüvə, babavız formasında,
bilə qayıdış əvəzliyi, feilin keçmiş zamanının yedıx, gördux, gəl-
mişıx, bilmişıx; indiki zamanın gəlisın,gedisən alıri; qeyri-qəti
gələcək zamanın verrəm, mindirrəm, gedəsən, düşəsən,qalı,yan-
dırı, istəməm, kəsməm şəkllərində ifadəsi eyni səviyyədə yayıl-
mışdır. İki dialekt arasında oxşar xüsusiyyətlərin sırası genişdir,
bunlar türkmanların soykökü, yurd yerləri, dialekti barədə söy-
lənilən fikirlərin doğruluğunu təsdiqləyir. Dilin lüğət tərkibi nis-
bətən dəyişməyə meylli sahədir. Cəmiyyətdə siyasi-iqtisadi mü-
nasibətlərin,qohum və ya əcnəbi dillərin təsiri ilə lüğət tərkibində
yeniləşmə baş verir. Kərkük dialektinin leksikası bu vasitələrlə
zənginləşsə də, qədim sözlər də öz fəallığını saxlamışdır. Bura-
da işlək olan xatın, ini ”qardaş arvadı”, egə “ər, sahib”, göy ”
kürəkən”, yığlamağ ”ağlamaq”, sırt ” arxa”, qutlu ” xoşbəxt”, irağ
“uzaq”, bulmağ ” tapmaq”, varmağ ” çatmaq”, ulaşmağ ”yetiş-
mək”, qonmağ ”oturmaq”, ismarla “ tapşırıq” və s. sözlər qədim
türk yazılı abidələrin və klassiklərin dili ilə səsləşir.
Dostları ilə paylaş: