Azərbaycan dili VI sinif Böyük Summativ Qiymətləndirmə 2 Tarix __________________ Sinif __________
Şagirdin adı ___________________ Soyadı ______________________
1-5-ci suallar mətnlə bağlıdır.
Qədim zamanlarda insanlar indiki kimi yaşamırdılar. Onlar təbiətdə hazır olan nemətlərlə kifayətlənirdilər. Ovçular vəhşi heyvanları ovlayır, qadınlar meşədə bitən yeməli otlar, meyvələr yığırdılar. ... ,əsasən, mağaralarda qalırdılar.
Sonralar insanlar özlərinə taxtadan, daşdan evlər tikməyə başladılar. Qamış və taxtadan sadə mebellər, parçadan paltar, dəridən ayaqqabı, xəzdən kürk düzəltməyi öyrəndilər. Torpağı şumlayıbtaxıl əkməyə, buğdadan un üyüdüb çörək bişirməyə başladılar.
Əvvəllər hər ailə ona lazım olan bütün işləri özü görürdü. Lakin sonra onlar öz aralarında bu işləri bölüşdürdülər. ... daha yaxşı bacardığı bir işi görürdü.
1. Nöqtələrin yerinə uyğun gələn əvəzlikləri seçin: A) biz, hamı B) onlar, hər kəs C) onlar, siz D) o, hərə
2. Altından xətt çəkilmiş hansı isim qeyri-müəyyən təsirlik halında deyil? A) insanlar B) meyvələr C) evlər D) taxıl
3. Mətndə nədən söhbət getmir? A) heyvanların ovlanmasından C) evlərin tikilməyindən
B) geyim hazırlanmasından D) mağaraların düzəldilməyindən
4. Qara hərflə verilmiş feillərdən hansı düzəltmə deyil ? A) qalır B) ovlayır C) şumlayıb D) bölüşürdü
5. Fərqləndirilmiş cümlədəki zərf hansıdır? A) ailə B) lazım C) əvvəllər D) özü
6. “Məktəbimizin şagirdləri” birləşməsində neçənci şəxsin mənsubiyyət şəkilçisi işlənib? A) II şəxs təkinin B) I şəxs cəminin C) III şəxs cəminin D) III şəxs təkinin