Azərbaycan dili 5 Sinif Böyük summativ qiymətləndirmə 2


Düzgün cavablar : _______ (______)



Yüklə 82,32 Kb.
səhifə4/25
tarix11.11.2022
ölçüsü82,32 Kb.
#68583
1   2   3   4   5   6   7   8   9   ...   25
Summativ 5-11 Az-dili, ədəbiyyat

Düzgün cavablar : _______ (______)


Qiymət : _________


Yoxladı: ___________

Azərbaycan dili VI sinif
Böyük Summativ Qiymətləndirmə 2
Tarix __________________ Sinif __________
Şagirdin adı ___________________ Soyadı ______________________

1-5-ci suallar mətnlə bağlıdır.


Qədim zamanlarda insanlar indiki kimi yaşamırdılar. Onlar təbiətdə hazır olan nemətlərlə kifayətlənirdilər. Ovçular vəhşi heyvanları ovlayır, qadınlar meşədə bitən yeməli otlar, meyvələr yığırdılar. ... ,əsasən, mağaralarda qalırdılar.
Sonralar insanlar özlərinə taxtadan, daşdan evlər tikməyə başladılar. Qamış və taxtadan sadə mebellər, parçadan paltar, dəridən ayaqqabı, xəzdən kürk düzəltməyi öyrəndilər. Torpağı şumlayıb taxıl əkməyə, buğdadan un üyüdüb çörək bişirməyə başladılar.
Əvvəllər hər ailə ona lazım olan bütün işləri özü görürdü. Lakin sonra onlar öz aralarında bu işləri bölüşdürdülər. ... daha yaxşı bacardığı bir işi görürdü.


1. Nöqtələrin yerinə uyğun gələn əvəzlikləri seçin:
A) biz, hamı B) onlar, hər kəs C) onlar, siz D) o, hərə


2. Altından xətt çəkilmiş hansı isim qeyri-müəyyən təsirlik halında deyil?
A) insanlar B) meyvələr C) evlər D) taxıl


3. Mətndə nədən söhbət getmir?
A) heyvanların ovlanmasından C) evlərin tikilməyindən
B) geyim hazırlanmasından D) mağaraların düzəldilməyindən


4. Qara hərflə verilmiş feillərdən hansı düzəltmə deyil ?
A) qalır B) ovlayır C) şumlayıb D) bölüşürdü


5. Fərqləndirilmiş cümlədəki zərf hansıdır?
A) ailə B) lazım C) əvvəllər D) özü


6. “Məktəbimizin şagirdləri” birləşməsində neçənci şəxsin mənsubiyyət
şəkilçisi işlənib?
A) II şəxs təkinin B) I şəxs cəminin C) III şəxs cəminin D) III şəxs təkinin



Yüklə 82,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin