12.Verilmiş şeir parçasında feilin sayını və hansı zamanda işləndiyini göstər: Əyir budaqları bağlardakı bar, Odlu şəfəq kimi almalar yanır. Heyva ətir saçır, şirələnib nar, Vüqarla göylərə çinar boylanır. A) 3, indiki zaman B) 2, gələcək zaman
C) 4, indiki zaman D) 5, indiki zaman
13. Sıranı davam elətdir: soyuqqanlı, bəstəboy, hazırcavab, .... A) ağlı-qaralı B) ağzıbütöv C) açıq-bənövşəyi D) iri-iri
14. “Darvazanın ağzı” və “qazanın ağzı” birləşmələrindəki “ağız” sözü aşağıdakılardan hansıdır? A) omonim B) sinonim C) antonim D) çoxmənalı söz
15. Tərkibində mürəkkəb isim olan cümləni seç: A) O, al-əlvan çiçəkləri anası üçün yığmışdı.
B) Bu kol-kosun arasında hər şeyə rast gəlmək olardı.
C) Sevincin ən çox sevdiyi rəng açıq-bənövşəyi rəng idi.
D) Gözütox olduğundan süfrədəki nemətlərin heç birinə baxmırdı.
Düzgün cavabların sayı___ Səhv cavabların sayı___ Qiymət______ Müəllim___________________
Təsdiq edirəm: Məktəb direktoru: Ədəbiyyat BSQ-2 . V sinif Adı_________________ Tarix______________
1.”Fərasətli oğlan” əsərinə aid fikirlərdən biri səhvdir.
A) Əsas qəhrəmanı Tomdur.
B) Sid Tomun doğma qardaşıdır.
C) Tom dəcəl və ağıllı idi.
D) Tom sonda “varlanaraq” Polli xalanı təəccübləndirməyi bacarır.
2.Aslan müəllim hansı əsərin qəhrəmanıdır. A) “Köç” B) “Yasəmən ağacı” C) “Kərpickəsən kişinin dastanı” D) “Qabarlı əllər”
3. Aslan müəllim heykəl kimi qımıldanmadan , qəddi qırılmış yasəmən ağacına baxırdı. Hansı təsvir vasitəsi işlənib?_________________________________________
4.”............... qara mərmər üzərində qabarlı əlləri ilə kirkirə çəkən anasının şəklini görəndə donub qaldı.”Nöqtələrin yerinə yazılmalıdır.
A) Cəfər kişi B) professor C) Kərim D) Aslan müəllim