Azərbaycan dili 5 Sinif Böyük summativ qiymətləndirmə 2


“Müəllim bunu dəfələrlə şagirdlərinə demişdi” cümləsində işlənən zərfin məna növünü yazın



Yüklə 82,32 Kb.
səhifə6/25
tarix11.11.2022
ölçüsü82,32 Kb.
#68583
1   2   3   4   5   6   7   8   9   ...   25
Summativ 5-11 Az-dili, ədəbiyyat

19. “Müəllim bunu dəfələrlə şagirdlərinə demişdi” cümləsində işlənən zərfin məna növünü yazın:_______________________________________________________________________
____________________________________________________________________________


20. Hansı mürəkkəb feil səhv yazılıb?
A) əsib-coşmaq B) yaza bilmək C) silib süpürmək D) dost olmaq


Düz ______ Səhv______ Qiymət ______ imza _____________
Təsdiq edirəm : Məktəbin direktoru :


BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ №-2
AZƏRBAYCAN DİLİ - VI SİNİF


Şagirdin adı,soyadı : _____________________________________Sinif_______Tarix : ______________



1. Hansı cümlədə su sözü təsirlik haldadır?
A) Dağlardan gələn su borularla həyətlərə paylanır.
B) Quzular sıra ilə düzülüb arxdan su içirdilər.
C) Bulağın suyu sərindir.
D) Şaxtalı havada sular buz bağlayır.


2. Mənsubiyyət şəkilşisi qəbul etmiş söz özündən əvvəlki sözün ismin hansı halında işlənməsini tələb edir?
A) yiyəlik B) təsirlik C) yönlük D) yerlik


3. Sözlərdən birinin yazılışında səhvə yol verilmişdir:
A) ömrün B) oğlun C) şəkilin D) ağzı


4. Hansı sıra sayının yazılışı səhvdir?
A) 33-cü B) XV C) V-ci D) altmışıncı


5. Biri qeyri – müəyyən miqdar sayı deyil:
A) üç – dörd B) çox C) xeyli D) birinci


6. Hansı cümlədə “ o “ əvəzliyindən sonra vergül qoyulmamalıdır?
A) O, bizim çoxdankı dostlarımızdandır.
B) O, zamandan bizi köhnə, şirin xatirələr ayırır.
C) O, dəmiryolu vağzalından çıxanda dostlarının hamısı qabağına gəldi.
D) O, əsasən, bizim əleyhimizə danışmaqla məşğul olur.


7. Bunlardan biri qeyri – müəyyən əvəzlikdir:
A) belə B) filan C) hərə D) hər



Yüklə 82,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin