Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 254,08 Kb.
səhifə6/67
tarix12.10.2023
ölçüsü254,08 Kb.
#154255
1   2   3   4   5   6   7   8   9   ...   67
Az rbaycan diL V N tq m D N YY T M vzu 1 az rbaycan diL V N

Şərəfnisə xanım ( başın aşağı salmış). Özü.
Şəhrəbanu xanım. Yaxşı, hara gedir?
Şərəfnisə xanım. Nə bilim, Firəngəmi, Parijəmi, adı batsın, dilim də yovuşmur.
Şəhrəbanu xanım. Yaxşı, Şahbaz kiminlə Parijə gedir?
Şərəfnisə xanım. Qonağımız müsyo Jordan ilə.
Şəhrəbanu xanım. O bizim çör-çöp döşürən firəng ilə? Nədən ötrü? Firəngdə onun nə alıb-verəcəyi var? Parisdə onun nə iti azıbdır?
Şərəfnisə xanım. Nə bilim, cahıl uşaqdır. Müsyo Jordan beyninə salıbdır ki, Parijdə qızlar, gəlinlər məclislərdə, yığıncaqlarda üzü açıq oturub dururlar. Nə bilim, başqa zadlar da çox deyibdir. İndi o da dəli-divanə olub ki, gərək gedəm bir Pariji görəm... Əvvəl əmimdən rüsxət istəyəcəyəm, qoymasa gecə atımı minib, Arazı o taya keçib, müsyo Jordan ilə görüşüb, onunla bərabər gedib, Pariji görüb seyr edəcəyəm.”
Müxtəlif dram əsərlərinin – komediyalarının təhlili göstərir ki, böyük yazıçı-mütəfəkkir
a) o zamana qədər görünməmiş bir həcmdə xalq danışıq dili materialını bütün təbiiliyi ilə ədəbiyyata gətirir ( və bunun qeyri-ədəbi sayılacağından çəkinmir);
b) bədii yaradıcılığın ( və ədəbi-bədii dil fəaliyyətinin) tamamilə yeni bir sahəsi olan dramaturgiyanın mükəmməl linqvopoetik ənənələrini ( əsaslarını) yaradır;
c) ümumiyyətlə isə, Azərbaycan nitq mədəniyyətinin bir mərhələdən digərinə yüksəlməsinin ( müasirləşməsinin) hər cəhətdən ( həm norma, həm də üslub baxımından) perspektivli təcrübəsini təqdim edir.
Uğrunda ömrünün sonuna qədər mübarizə apardığı əlifba islahatı, ədəbi dil normalarının demokratikləşdirilməsi, ifadə-üslub texnologiyalarında forma ilə məzmunun vəhdəti (və modern düşüncəyə əsaslanması) ideyalarını Mirzə Fətəli Axundzadə milli ictimai şüurda elə bir səviyyəyə qaldırdı ki, sonra gələn heç bir həqiqi ziyalı-demokrat ona biganə qala bilmədi.
Cəlil Məmmədquluzadə Azərbaycan nitq mədəniyyətinin demokratikləşməsi və ya xəlqiləşməsi tarixində bütöv bir hərəkatın önündə getmişdir.
Mirzə Cəlil, ümumən mollanəsrəddinçilər olduqca mürəkkəb şəraitdə – Azərbaycan mühitinə olduqca müxtəlif əcnəbi dillərin müdaxiləsinin gücləndiyi bir dövrdə xalq danışıq dilinin mövqeyini son dərəcə əzmlə, milli təəssübkeşliklə, yaradıcı bir şəkildə müdafiə etdilər.
Mirzə Cəlil “Molla Nəsrəddin” jurnalının ilk nömrəsinin (7 aprel 1906-cı il) baş məqaləsində yazırdı:
“... Sözümü tamam etdim, ancaq bircə üzrüm var: məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki, mən sizlə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eybdir və şəxsin elminin azlığına dəlalət edir. Amma hərdənbir keçmiş günləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi və siz qulaq ağrısı səbəbinə sakit olmurdunuz. Axırı biçarə ananız sizə deyirdi:

  • Bala, ağlama, xortdan gələr, səni aparar! – Və siz dəxi canınızın qorxusundan səsinizi kəsib, ağlamaqdan sakit olurdunuz.

Hərdənbir ana dilini danışmaqda keçmişdəki gözəl günləri yad etməyin nə eybi var?!” .
Mirzə Cəlil “Molla Nəsrəddin”in dilinin, əslində Azərbaycan türkcəsinin sərhədlərini aşağıdakı şəkildə müəyyənləşdirir:
“Molla Nəsrəddin”in dilinə gəldikdə , burada məsələ bambaşqadır. “Molla Nəsrəddin” min doqquz yüz altıda Tiflisdə təşkil olundu. Tiflis, Qafqazın mərkəzi şəhəri və Qafqaz hökumətinin paytaxtıdır. Habelə bu şəhər Qafqaz türklərinin mərkəzi hesab oluna bilər. Həqiqətdə də belədir. Tiflisdən Naxçıvana və Ordubada da əl yetirmək olur; Qafqaz və Bakı, Batum şəhərinin də arasındadır. Buradan Culfaya və orada Araz nəhrini keçib bir günə İran Azərbaycanının mərkəzi və paytaxtı olan Təbrizə gedib çatırsan. Bakıdan Xəzər dəryasını bir gündə ötüb Türküstanın Aşqabad və Mərv və qeyri yerlərinə xəbər yetirmək mümkündür. Dağıstan da bu yavıqdadır. Tiflisdən Bakı təriqilə on iki saatlıq dərya səfəri bizi İranın Gilan məmləkətinə yetirir.
Bu saydığımız cəmi ölkələr və şəhərlərdə yaşayan türklərin danışdığı, haman biz danışdığımız türkcədir. Və həmin min doqquz yüz altıda, aprelin altısında “Molla Nəsrəddin”in açıq ana dili ilə yazdığımız mətalibi onlar açıqca başa düşdülər; elə asand vəchlə başa düşdülər ki, dəxi bu dildən başqa qeyri bir dil axtarmağa hacət qalmadı” .
Mirzə Cəlil fikrini belə yekunlaşdırır:
“...Əlbətdə, bu dil ki biz onunla “Molla Nəsrəddin”i yazırdıq , o dili biz ümum türklər üçün ədəbi bir dil hesab etmək fikrində deyilik və bu da bizə heç lazım deyil; bizim məqsədimiz hal-hazırda öz fikrimizi asan bir dillə Azərbaycan türklərinə və bəlkə də, sair türklərə asan bir dillə yetirmək idi. Zənn edirəm ki, yetirdik də.
Mirzə Cəlilin təfəkküründə dil anlayışı onun demokratik dünyagörüşünə tabedir. Ona görə də hər hansı dil olursa olsun onun qəliz təzahürünə ironiya ilə yanaşmışdır.
Mirzə Cəlilin “Molla Nəsrəddin” jurnalının 27 noyabr 1917-ci il tarixli nömrəsində çıxmış “Azərbaycan” məqaləsi tarixi bir manifestdir ki, burada dil məsələsi ön plandadır:
“Dünya və Aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki, əsil mənalarını itirmişdi, qayıdıb əslini tapdı, inna lillahi və inna ileyhi raciun; amma buna hamı qail oldu ki, vətən, vətən, vətən, dil ,dil,dil, millət, millət, millət ! .. . Dəxi bu dairələrdən kənar bəni-noi-bəşər üçün nicat yolu yoxdur.
“...Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalətə cumuram, özümdən soruşuram ki:
-Mənim anam kimdir?
Öz-özümə də cavab verirəm ki:
- Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi.
- Dilim nə dilidir?
-Azərbaycan dilidir.
-Yəni vətənim haradır?
-Azərbaycan vilayətidir” .
Mirzə Cəlil sovet idarələrinin türk (Azərbaycan) dilinə laqeydliyini 29 noyabr 1928-ci il tarixli “Molla Nəsrəddin” jurnalında çıxan “Türk kitabları” məqaləsində aşağıdakı şəkildə bildirir:
“Nədir bunun səbəbi? Kimdir belə bir halı yaradan? Bunun illəti haradadır ki, Ümumittifaq Kontor Agentliyinin köşklərinin ticarət sərgisində hər bir yoldaş millətlərin öz dilində çap olunmuş kitablarının vücudu ilə tək bircə türk kitabları gözümə sataşmır. Belə bir ağır məsuliyyəti kim öhdəsinə götürə biləcək ki, Şuralar İttifaqı cəmi millətləri qardaşlığa və hüquq bərabərliyinə dəvət edən bir zəmanədə köşklərdə türk kitablarını görməyən fitnəçilər və provokatorlar bu halı başqa bir dona geydirə bilər. Burada Ümumittifaq Kontor Agentliyini də töhmətləndirə bilər və hal o ki, İttifaqımızın cəmi millətləri bilaistisna mətbuatının intişarının tərəqqisi Ümumittifaq Kontor Agentliyinin baş rəhbərinin arzusu və amalıdır.
Bakı stansiyasının köşkünün müdirinin cavabı xeyli maraqlıdır.
Müdir yoldaş gör mənə nə cavab verdi:
Biz başımıza nə çarə qılaq ki, “Azərnəşr” öz türk kitablarını bizə vermir ki, köşkümüzdə sataq.
Mən burada barmağımı dişlədim və çox böyük fikrə getdim. Nəhayət, təəccüb elədim”.
Mirzə Cəlil bütöv Azərbaycan miqyasında düşünən demokratik təfəkkürlü bir ziyalı olduğundan ana dilinin və ya milli dilin adının müəyyənləşməsi, yaxud dəqiqləşməsində də həmişə obyektiv yol tutmuş, nəticə etibarilə, “Azərbaycan dili” adına üstünlük vermişdir.

MÖVZU 5



Yüklə 254,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin