Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari


-ci ilin 12 noyabrında qəbul edilmiş Konstitusi­yamızda dövlət dili kimi Azərbaycan dili adı işlədildi. (21. maddə)



Yüklə 254,08 Kb.
səhifə8/67
tarix12.10.2023
ölçüsü254,08 Kb.
#154255
1   ...   4   5   6   7   8   9   10   11   ...   67
Az rbaycan diL V N tq m D N YY T M vzu 1 az rbaycan diL V N

1995-ci ilin 12 noyabrında qəbul edilmiş Konstitusi­yamızda dövlət dili kimi Azərbaycan dili adı işlədildi. (21. maddə).

  • 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman verildi.

  • 2001-ci ilin avqust ayının 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman verildi.

  • 2002-ci ilin sentyabrın 30-da 3 fəsil, 20 maddədən ibarət “Dövlət dili haqqında” qanun qəbul edildi.

  • 2003-cü il yanvarın 2-də isə “Azərbaycan Respub­likasında Dövlət dili haqqında” fərman imzalandı.

    Dili xalqın bütün yaddaşını və tarixi təcrübəsini özündə birləşdirən bir xəzinə adlandıran ümummilli liderimiz gənclərə üz tutaraq: “Bizim çox gözəl, zəngin və cazibədar dilimiz var. Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, dövlət dilini mükəmməl bilməlidir. Gənclərə tövsiyə edirəm ki, əgər kiminsə bu barədə çatışmazlığı varsa, çalışın, bunu aradan qaldırın. Xarici ölkələrdə təhsil alarkən, həmin ölkənin dilini öyrənərkən, eyni zamanda başqa dilləri öyrənərkən öz dilinizi heç vaxt unutmayın və öz ana dilinizi heç bir başqa dilə dəyişməyin. Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz”, - deyərək ana dilini sevməyin, onun təəssübünü çəkməyin ən müqəddəs vəzifə olması fikrini bir daha vurğulayırdı.
    Müasir müstəqil Azərbaycan Respublikasının memarı H.Əliyevin dil siyasətinin tərkib hissəsindən biri olan əlifba məsələsi də xüsusi yer tutur. Ulu Öndərimiz əlifba məsələsində savad işində, təhsildə, Azərbaycan dilinin tətbiqinin genişlən­dirilməsində rol və əhəmiyyətini nəzərə alaraq “Latın qrafi­ka­sının bərpa olunması barədə” fərman verdi. Fərma­nın qərar hissəsində ciddi tələblər irəli sürülür və göstərilir ki, ölkədə Azərbaycan dilində çap olunan qəzet, jurnal, bülleten, kitab və digər çap məhsullarının istehsalının 2001-ci il avqustun 1-ə qədər bütövlükdə latın qrafikasına keçiril­məsi təmin edilsin.
    Ümummilli liderimizin ölkəmizin daxili və xarici siya­sə­ti­nin müəyyənləşdirilməsi, formalaşması və inkişafı yolunda atdığı mühüm addımlar, gördüyü fundamental və kompleks işlər Cənab Prezidentimiz İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Ana dilimiz dövlət başçımızın daimi qayğısı və diqqəti nəticəsində inkişaf edərək, zənginləşərək günü-gündən çiçəklənməkdə davam edir.



    Yüklə 254,08 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   4   5   6   7   8   9   10   11   ...   67




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin