AZƏrbaycan diLİ VƏ tariXİ ―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək



Yüklə 11,49 Mb.
Pdf görüntüsü
səhifə11/36
tarix31.01.2017
ölçüsü11,49 Mb.
#7204
1   ...   7   8   9   10   11   12   13   14   ...   36
§ 2. ELM. ĠCTĠMAĠ FĠKĠR 

 

Ölkənin  sosial  və  iqtisadi  inkişafı  ilə  meydana  gələn  yeni  maddi  və 

mənəvi  tələbat  Azərbaycanın  savadlı  adamlarının  elmi,  ədəbi,  fəlsəfi  maraq 

dairələrini  xeyli  dərəcədə  yeniləşdirir  və  genişləndirir.  Dünyəvi  təlim  və  tərbiyə 

ocaqlarının,  xüsusilə  qəza  məktəblərinin,  dövri  məbuatın  və  milli  teatrın 

rüşeyimlərinin meydana gəlməsi xidmətdə olan köhnə ziyalıların mənəvi cəhətdən 

yeniləşməsinə,  yeni,  müasir  tipli  ziyalıların  yaranmasına  yardım  göstərirdi. 

Qabaqcıl  zadəgan  ziyalıları  Avropa  maarifi  ilə  tanış  olmağa  başlayırdılar.  Bunu 

nəticəsində  Azərbaycanda  elmi  təfəkkürün  fəlsəfə,  filologiya,  coğrafiya, 

astronomiya  kimi  ənənəvi  sahələri  nəzərə  çarpacaq  dərəcədə  canlanır  və  inkişaf 

edirdi. Faktlara və şəxsi təcrübəyə əsaslanan dəqiqi və əsaslandırılmış konkret elmi 

tədqiqatlar  meydana  gəlirdi.  Belə  bir  şəraitdə  Azərbaycan  alimləri,  hər  şeydən 

əvvəl,  doğma  diyarın  tarixi  keçmişini  dərk  etməyə  daxili  tələbat  hiss  edirdilər. 

Vətən  tarixini  bilmək  həvəsi  öz  əsərləri  ilə  Azərbaycanda  gerçək  tarixi  bilikləri 

yayan və inkişaf etdirən vətənpərvər ruhlu tarixçilərin və salnaməçilərin bütöv bir 

nəslinin  meydana  gəlməsinə  yardım  göstərdi.  Onlar  ilk  mənbələr,  canlı  şahidlər, 

maddi  mədəniyyət  abidələri  əsasında  Azərbaycanın,  onun  ayrı-ayrı  xanlıqlarının 

tarixini öyrənirdilər. 

Vətən  tarixinin  yaratmağın  əhəmiyyətrini  ilk  dəfə  dərk  edənlərdən  biri 

Abbasqulu  Ağa  Bakıxanov  idi.  (1794-1846)  olmuşdur.  O,  Bakı  xanlarının 



nəslindən  idi.  A.Bakıxanov  o  dövr  üçün  dərin  müəslman  təhsili  almışdı.  1820-ci 

ildə  o,  Tiflidə  rus  ordusunda  xidmətə  daxil  olmuş  və  o  vaxtdan  25  il  ərzində 

Əlahiddə  Qafqaz  korpusu  komandanlığının  yanında  Şərq  dilləri  üzrə  tərcüməçi 

işləmişdi.  Bu  xidməti  dövründə  Bakıxanov  Gülüstan  sülh  müqaviləsi  ilə  nəzərdə 

tutulmuş  İranla  sərhədləri  müəyyənləşdirmə  komissiyasının işində, onun Qarabağ 

əyalətinin  təsvirində  Rusiyanın  İran  və  Türkiyə  ilə  müharibələrində  xüsusilə 

Türkmənçay  sülhünü  bağlamaq  üçün  onların  danışıqlarında  həmçinin  rus  ordusu 

hissələrini  Qafqaz  dağlıları  ilə  müharibələrində  və  diplomatik  danışıqlarında  fəal 

iştirak  etmişdi.  Bu  vəzifədə  təcrübəli  zabit-tərcüməçi,  Şərq  dilləri  ədəbiyyatının 

böyük  bilicisi  kimi  şöhrət  qazanmış  A.Bakıxanov  rus  ordusunun  polkovniki 

rütbəsinə qədər yüksəlmiş, bir sıra rus, İran və Türkiyə orden və medalları ilə təltif 

olunmuşdu. 

Çoxillik  tərcüməçilik  fəaliyyəti,  ərəb  və  fars  filologiyasının  dərindən 

öyrənmək,  təhsil  görmüş  zabitlərlə  təmasda  olmaq  A.Bakıxanovda  elmi-tədqiqat 

işinə dərin maraq oyatdı. Eyni zamanda həm də Cənubi Qafqazın müstəmləkə idarə 

sistemindən  narazı  olan  A.Bakıxanov  hərbi  xidmətdən  getmək,  özünü  tamamilə 

elmi  axtarışlara  həsr  etmək  qərarına  gəldi.  Müddətsiz  məzuniyyət  almaq  üçün 

A.Bakıxanov  1833-cü  ildə  Peterburqa  uzunmüddətli  səfər  etdi.  O,  9  aya  yaxın 

Varşavada  və  Peterburqda  qaldı.  Özünün  Peterburqa  səfərini  A.Bakıxanov  haqlı 

olaraq ona  ―Avropa  mədəniyyəti ilə  yaxından tanış olmaq‖  imkanı  verən  səyahət 

hesab edirdi. O, öz tərcümeyi-halında yazırdı: ―Mən ürək və ağıl üçün maraqlı olan 

çox şey gördüm və onlardan faydalanmağa çalışdım‖ [42]. 1835-ci ilin əvvlindən 

Bakıxanov  özünü  demək  olar  ki,  bütün  əsərlərini  yaratdığı  Quba 

əyalətinin  Əmsar kəndinə köçür. 

A.Bakıxanov  1845-ci  ildə  Məkkəyə  ziyarətə  gedir.  Özünün  Yaxın  Şərq 

ölkələrinə  səfərindən  həm  də  elmi  məqsədlər  üçün  istifadə  edir.  Tehranda  o,  iki 

aydan  çox  ləngidi  və  ―burada  alimliyi  və  həm  də  davranışı  ilə  ümumi  hörmət 

qazana  bildi‖  [43].  O,  İstanbulda  olarkən  1846-cı  ildə  burada  türk  dilində  çap 

olunan  ―Əsrarəl-məlaküt‖  (―Səma  şadlığının  sirləri‖)  adlı  astronomik  əsərini  türk 

sultanına  hədiyyə  etdi.  A.Bakıxanov  1846-cı  il  dekabrın  ortalarında  Məkkədən 

qayıdarkən, Ərəbistanda, Vədiyi-Fatimə deyilən yerdə vəfat etdi [44]. 

Özünün alim, tarixçi  və  şair şöhrətilə  A.Bakıxanov rus zabitləri arasında 

yaxşı tanınırdı. O, A.S.Qriboyedov, A.A.Bestujev-Marlinski, A.S.Puşkin, sürgündə 

olan  polyak  şairi  Faddey  (TadeuşLada)  Zabolotski  ilə  sıx  təmasda    olmuş  və 

onlarla  dostluq  edirdi.A.Bakıxanovun  şəxsiyyəti  Azərbaycanın  bu  görkəmli  alim-

mütəffəkirinin portretini yaratmış  rus rəssamları V.İ.Moşkovu və Q.Q.Qaqarini də 

maraqlandırırdı.Qazan  və  Peterburq  şərqşünasları  M.C.Topçubaşov,M.Kazımbəy, 

F.Şarliya, X. Fren, P.İ.Brosse, İ.Berezin, B.Dorn onu yaxşı tanıyırdılar.Fransız  və 

alman  səyyahları  qraf  Süzanne,  K.Kox,F  Bodenşted  Qubada  və  Tiflisdə 

Bakıxanovla  görüşmüş, onun  haqqında  öz  xatirələrini  yazmışdılar.  A.Bakıxanovu 

Azərbaycanın,Gürcüstanin  və  Ermənistanın  yazıçı,  şair  və  mədəniyyət  xadimləri, 


İ.N.Qudqaşınlı,  Mirzə  Şəfi  Vazeh,  M.F.Axundov,  A.Çavçavadze,  Q.Orbeliani  və 

bir çox başqaları ilə sıx maraq birləşdirirdi. 

A.Bakixanov  Azərbaycanın  elm  və  tarixini  hər  şeydən  əvvəl  görkəmli 

maarifçi-tarixşünas kimi daxil olmuşdur. O, on beş il çox Azərbaycan tarixinə dair 

materiallar  toplamış  və  sistemə  salmışdır.  A.Bakixanov  Vətən  tarixi  sahəsindəki 

çoxillik  axtarışlarınınnəticəsi  onun  1841-ci  ildə  fars  dilində  yazıb  tamamladığı 

və1843-cü  ildə  ―Qafqazın  şərq  hissəsinin  tarixi‖  adı  ilə  rus  dilinə  tərcümə  edilən 

―Gülüstani-İrəm‖  əsəri  oldu  A.Bakixanovun  əsəri,Cənub-Şərqi  Qafqazın  (Şirvan 

və Dağıstanın) qədim zamanlardan 1813-cü ildə Rusiya ilə İran arasında bağlanmış 

Gülüstan sülh müqaviləsinə qədər olan dövrünün tarixi xülasəsindən ibarətdir.Rus 

dilini bilmək ona Cənub-Şərqi Qafqazın qədim və orta  əsrlər tarixini tərtib etmək 

üçün  ərəb  və  fars  mənbələri  ilə  yanaşı,  yunan  və  digər  tarixçilərin  əsərlərindən 

faktiki  material  əldə  etməyə  imkan  vermişdi.A.Bakıxanov  Şərq  müəlliflərinin 

əsərlərində  də,  o  cümlədən  yerli  tarixi  əsərlərdən-―Dərbəndnamə‖  dən  ―Dağıstan 

tarixi‖ndən, ―Axtınamə‖ dən qiymətli məlumatlar toplamışdır. 

A.Bakıxanovun  ―Qafqazın  şərq  hissəsinin  tarixi‖ndə  ən  qədim 

zamanlardan Cənub-Şərqi  məskunlaşmış xalqların genezisi və birlikləri çox az ələ 

düşən  məlumatlar verilir.  Öz fikirlərini  əsaslandırmaq üçün o hər yerdə  qorunub 

saxlanmış coğrafi adların və tayfaların özlərinin etimoloji mənasını təhlil edir,onun 

öz  sözləri  ilə  desək,  ―nəinki  əsərlərin,  hətta  minilliklərin  məhv  edə  bilmədiyi 

dillərə,qədim abidələrə, adət-ənənələrə istinad edir[45].O, sonralar  Azərbaycan  və 

Dağıstan  ərazilərindən  meydana  gəlmiş  dövlət  birləşmələrinin  sələfi  kimi  Qafqaz 

Albaniyasının tarixini qısa formada şərh edir.O, qeyd edir ki,  əvvəlcə  fars və ərəb, 

daha  sonra  isə  səlcuq  və  monqol  işğalları  dövründə  Cənubi-Şərqi  Qafqazda 

sonralar  yerli  əhali  içərisində  əriyib  gedən  köçmələrin  bütöv  yaşayış  məntəqələri 

meydana  gəlir.  A.Bakıxanovun  əsərində  müharibələr  haqqında  çoxlu  tarixi 

məlumatlar vardır. 

A.Bakıxanov yeni dövr rus və Avropa tarixi ədəbiyyatının təsir altında öz 

əsərində tarixə maarifçi baxışları ön plana çəkir. Onun fikrincə, tarix öz keçmişini 

can  atan  insanların  mənəvi  tələbatını  ödəməlidir,  insanlarla  əxlaqi  tərbiyə  etməli, 

onların dünyagörüşlərinienişləndirməlçi, həyat və məişət qaydalarını öyrətməlidir. 

Ona  təlim  və  tərbiyənin  əsaslarından  biri  kimi  baxmaq  lazımdır.  A.Bakıxanov  öz 

―Tarixinə‖ girişində yazırdı: ―Tarix bizi xalqın təhsil dərəcəsi və onun ali mənəvi 

elmlərdən biri hesab etmək lazımdır‖ [46]. 

A.Bakıxanov  başa  düşürdü  ki,  vətən  tarixini  bilmək  xalqların  milli 

şüurunun  və  vətənpərvərlik  hisslərinin  inkişafına  kömək  edir  və  o,  mehriban 

qonşuluq  münasibətlərinin  faydasını  israrla  göstərirdi.  O,  yazırdı:  ―Tarixin 

öyrənilməsinin,  tarixin  onun  keçmiş  həyatını  təsvir  etdiyi  xalq  üçün  xüsusilə 

vacibdir. Tarix onu doğma torpağın keyfiyyətləri ilə, onun üzərində məskunlaşmış 

tayfaların xarakteri ilə tanış edir və xalqların bütün qarşılıqlı  əlaqələrindən nəticə 

çıxararaq, onun zərərini və faydasını göstərir‖ [47]. 


A.Bakıxanovun ―Qafqazın şərq hissəsinin tarixi‖ ideya genişliyinə, faktiki 

materialların    zənginliyinə,  qeyri-müsəlman  xalqlara  düzgün  münasibətinə  görən 

orta  əsr  Şərq  tarixçilərinin  əsərlərindən  fərqlənir.  Əsərdə  yüzilliyin  başlanğıcında 

Cənubi  Qafqazın  təbii  şəraitinin  təsviri  verilmiş,  burada  yaşayan  xalqların  etnik 

mənşəyi, dini inamları, etiqadları, adət və ənənələri göstərilmişdir.  Lakin zadəgan 

tarixçilərinin  əksəriyyəti  kimi,  A.Bakıxanov  üçün  də  tarixi  prosesin  əsas 

məzmununu  siyasi  tarix  –  müxtəlif  dövlət  birləşmələrinin  yaranması  və  süqutu 

tarixi,  xarici  hücumlar,  hökmdarların,  qanunverənlərin  və  işğalçıların  fəaliyyəti 

təşkil edir. İctimai inkişafın əsasını o, maddi istehsalda deyil, böyük şəxsiyyətlərin 

fəaliyyətlərində, insanların  əqli və əxlaqi kamilləşməsində görürdü. Bununla belə, 

A.Bakıxanovun  tarixi  görüşləri  orta  əsr  Şərq  müəlliflərinin    teokratik  tarixi  

konsepsiyalarının azad olub real həyatı məzmuna malikdir. 

A.Bakıxanovun  ―Qafqazın  şərq  hissəsinin  tarixi‖  1845-ci  ildə  Peterburq 

Elmlər  Akademiyasının  müzakirə  zamanı  akademiklər  B.A.Dorn  və  P.İ.Brosse 

tərəfindən  yüksək  qiymətləndirilmiş  [48]  və  hökumət  mükafatına  layiq 

görülmüşdür  [49].  Lakin  əsər  yalnız  bizim  dövrümüzdə  Bakıda  1926-cı  ildə  rus 

dilində  1951-ci  il  və  1991-ci  illərdə  Azərbaycan  dilində,  1970-ci  ildə  fars  dilində 

nəşr olunmuşdur. 

A.Bakıxanov  həmçinin  Cənub-Şərqi  Qafqazın  siyasi  və  iqtisadi  tarixinə 

dair bir sıra qeydlərin də müəllifidir. Cənubi Qafqazın müsəlman əhalisinin etnik, 

tayfa tərkibi haqqında, müsəlman feodallarına və vəzifəli şəxslərinə verilən titullar 

və  dərəcələr  haqqında,  xanlıqlar  dövründə  dini  məhkəmələrin  duruluşu  və 

hüquqları  haqqında,  şimali  Azərbaycanı  Rusiya  tərəfindən  işğal  olunana  qədər 

müsəlman feodalların hüquq və imtiyazları haqqında qeydləri buraya daxildir. 

Tarixi dərk etməyə marağın yüksəldiyi bir şəraitdə Azərbaycanın ayrı-ayrı 

xanlıqlarının  tarixi  üzrə  də  salnamələr  meydana  gəlir.  Qarabağ  xanlığının  zəngin 

tarixi hər şeydən əvvəl rus ordusunun kapitanı Mirzə Adıgözəl bəyin (təqr. 1780-

cı  ildə  anadan  olmuş,  1848-ci  ildə  vəfat  etmişdir)  əsərində  başlıca  yer  tutur.  O, 

XVIII  yüzilliyin  sonlarında  Qarabağa  köçmüş  Qazax  bəylərinin  nəslindən  idi. 

Mirzə  Adıgözəl  bəy  gənc  yaşlarında  Qafqazdakı  rus  ordusunda  xidmət  etmiş, 

1826-1828-ci  illər  Rusiya-İran  müharibəsinin  iştirakçısı  olmuşdu.  Bir  neçə  il  o, 

Qarabağ  əyalətində  mahal  naibi  və  divanbəyi  vəzifələrində  işləmişdi.  Mirzə 

Adıgözəl  bəy  öz  dövrü  üçün  təhsil  görmüş  bir  adam  idi.  Doğma  Azərbaycan 

dilindən  başqa  o,  rus,  fars,  erməni  və  gürcü  dillərini  bilir,  Şərq  poeziyasını  sevir, 

şeirlər yazırdı. Nizamin yaradıcılığının pərəstişkarı olan Mirzə Adıgözəl bəy böyük 

şairin 1826-cı ildə Gəncə döyüşü zamanı dağıdılmış sərdabəsini öz vəsaiti hesabına 

bərpa etdirmişdi [50]. 1845-ci ildə Mirzə Adıgözəl bəy Azərbaycan dilində 1736-cı 

ildən  1828-ci  ilə  qədər  Qarabağın  siyasi  tarixini  şərh  edən  salnaməsini  görmə 

qabiliyyətinin  zəiflədiyindən,  diktə  edərək  yazdırmışdır.  Əsər  1950-cik  ildə  nəşr 

olunmuşdur  [51].  Qarabağ  xanlığının  tarixi  onun  xanlarının  keçmiş  vəziri  Mirzə 

Camalı da (1773-1853) maraqlandırırdı. O, Qarabağın Cavanşir mahalında kətxuda 


ailəsində anadan olmuşdu. Xanlıq ləğv edildikdən sonra Mirzə Camal müstəmləkə 

orqanları  tərəfindən  yerli  dəftərxanaya  mirzə  və  əyalət  məhkəməsinə  katib  təyin 

edilmişdi. Mirzə Camal öz dövrünün savadlı adamlarından idi. Şərqşünas A.Berje 

onu haqqında  yazırdı: ―Mirzə  Camal  ərəb, fars və  türk dillərindən başqa  ləgzi  və 

avar  dillərini  də  bilirdi,  astronomiyadan  məlumata  malik  idi,  tarix  və  coğrafiyanı 

gözəl bilirdi. O həmçinin təbabəti də bildiyindən istefaya çıxdıqdan sonra ömrünün 

axırına  kimi  xəstələri  təmannasız  müalicə  edirdi  ki,  bununla  da  xalqın  böyük 

hörmətini qazanmışdı‖ [52]. Bədii istedada və zənBədii istedada və zəngin yaddaşa 

malik olan Mirzə Camal fars və ərəb dillərində şeirlər yazırdı. 1816-cı ildə o, İrana 

diplomatik  səfərə  hazırlaşan  rus  məmuru  üçün  ―İran  şahlarının  şəcərəsi‖ni  tərtib 

etmişdi.  1847-ci  ildə  Mirzə  Camal  fars dilində  yaratdığı vaxtda  1828-ci  ilə  qədər 

Qarabağ xanlığının siyasi tarixinə həsr olunmuş salnaməsinə yazdı. Bu salnamənin 

ixtisarla  sərbəst  tərcüməsi  1855-ci  ildə  A.Berje  tərəfindən  ―Qafqaz‖  qəzetində, 

onun  rus  və  Azərbaycan  dillərində  tam  mətni  isə  1959-cu  ildə  Bakıda  nəşr 

olunmuşdur. 

Şəki  xanlığının  tarixini  sonuncu  irsi  Şəki  xanı  –  Fətəli  xanın  Kərim  ağa 

(1858-ci ildə vəfat etmişdir) tərtib etmişdir. Kərim ağa fars dilinin yaxşı bilirdi və 

―Fateh‖  təxəllüsü  ilə  şeirlər  yazırdı.  1829-cu  ildə  o,  Azərbaycan  dilində  Şəki 

xanlığının  yaranmasından  onun  Rusiya  tərəfindən  işğalına  qədərki  dövrdə  siyasi 

tarixini əhatə edən  salnaməsini yazdı. Əsər müəllifin vəfat etdiyi ildə Peterburqda 

özgə  adı altında  nəşr olundu. Buraxılan səhv  yüz  ildən  sonra, 1958-ci  ildə  əsərin 

Bakıda yeni nəşri ilə düzəldildi. 

Quba xanlığının tarixini 30-50-ci illərdə rus ordusunda kapitan rütbəsində 

Şərq dillərindən tərcüməçi işləyən Ġsgəndər bəy Hacınski qələmə almışdır. O, rus 

ordusunun  dağlılara  qarşı  yürüşlərində  iştirak  etmiş,  bəy  komissiyalarında 

işləmişdi.  1847-ci  ildə  İsgəndər  bəy  Hacınski  ―Qafqaz‖  qəzetində  Qubalı  Fətəli 

xanın həyatına və yürüşlərinə həsr olunmuş geniş məqalə dərc etdirdi [53]. 

Gəncə şəhərinin tarixini ruhani zümrəsindən çıxmış ġeyx Ġbrahim (1816-

1865)  tərtib  etmişdir.  O,  əla  ruhani  təhsili  almış,  divanxanada  işləmiş,  Gəncə 

gimnaziyasında  Azərbaycan  dilindən  və  qanunşünaslıqdan  dərs  demişdi.  Şeyx 

İbrahim ərəb və fars dillərini bilir, ―Naseh‖ təxəllüsü ilə şerlər yazırdı. 40-cı illərdə 

o,  Azərbaycan  dilində,  Gəncənin  yarandığı  dövrdən  1804-cü  ildə  rus  ordusu 

tərəfindən  işğal  olunduğu  vaxta  qədərki  tarixini  yazmışdı  [54].  Şeyx  İbrahimin 

salnaməsi bizə çatmamışdır. 

Orta  əsrlər  müsəlman  tarixi  ədəbiyyatının  ənənələrini  davam  etdirən 

Mirzə  Məhərrəm  və    Mirzə  Heydər    də  tarixi  mövzularla  əsərlər  yazmışlar. 

Qarabağ bəylərindən olan Mirzə Məhərrəm rus ordusunda  mayor rütbəsində Şərq 

dillərindən  tərcüməçi  dillərində  işləmiş,  ―Məriz‖  təxəllüsü  ilə  Azərbaycan  və  fars 

dillərində  şerlər  yazmışdır.  O,  Nadir  şah  imperiyasının  yüksəlişi  və  süqutu 

―Tarixi‖ni tərtib etmişdi. Mirzə Məhərəmin əlyazması hələlik tapılmamışdır [55]. 


Dərbəndli  Mirzə  Heydər  Vəzirov  (1880-cı  ildə  vəfat  etmişdir),  onun  öz 

sözləri  ilə  desək,  ―məhşur  xanların  yanında‖  və  rus  dəftərxanalarında  mirzə 

işləmişdir. 1837-ci ildə o, fars dilində Nadir şahın  ölümündən sonra Dağıstan və 

Şirvanın  siyasi  tarixini  şərh  edən  irihəcmli  ―Zübdət-ət-Təvarix‖  (―Tarixlərin  ən 

yaxşısı‖) adlı əsərini yazmışdır. 

Dərbəndin  görkəmli  din  xadimi  Məhəmmədtağı  (1843-cü  ildə  vəfat 

etmişdir) o dövr üçün aktual  olan dini-siyasi mövzuda  yazmışdır. Məhəmmədtağı 

1840-cı  ildə  Dərbəndin  baş  axundu  olarkən  ―alimliyinə  və  Şərq  dillərindən  yaxşı 

məlumatlarına‖  görə  Kazan  Universitetinin  müxbir  üzvü  seçilmişdi  [56].  1841-ci 

ildə  o,  ərəb  dilində  ―Əd-Dürr-əl-Mənzum  finasayeh  əl-Ümum‖  adlı  əsər  yazdı. 

Məhəmmədtağının  əsəri  Elmlər  Akademiyasında    müzakirə  olunmuş,  M.Kazım 

bəy və X.Fren kimi şərqşünaslar tərəfindən müsbət qiymətləndirilmişdir [57]. 

Adları  çəkilən  əsərlərin  sosial-siyasi  məzmununa  gəldikdə  isə, 

Azərbaycan  tarixçiləri  tarixi  biliklərin  tərbiyəvi  əhəmiyyətinə  xüsusi  qiymət 

qiymət  verirdilər:  keçmişi  onlar  gələcək  üçün  ibrət  dərsi  kimi  qiymətləndirirdilər. 

Azərbaycan  tarixçilərinin  əsərlərində  həm  faktlardan,  həm  də  rəvayətlərdən  eyni 

dərəcədə istifadə edilmişdir ki, bu da onların mənbələrə qeyri-tənqidi münasibətləri 

və tam etibar etmələri ilə bağlıdır. Şərq tarixçilərinin subyektiv ənənələrinin təsiri 

altında onlar bəzən orta əsrlərin amansız dövlət başçılarını və sərkərdələrini igid və 

müdrik dövlət xadimləri kimi qələmə alırdılar. 

Bunula  belə,  Azərbaycan  tarixçilərinin  əsərlərində  ictimai  həyatın  ilahi 

qüvvədən  törənməsi  fikir  arxa  plana  keçir,  hadfisə  və  faktların  rasional  izahı 

keçdikcə  daha  çox  vətəndaşlıq  hüququ  qazanır,  ilahidən  müəyyənləşdirilmiş  tale 

təbii-tarixi proseslə əvəz olunur. Bundan  əlavə, çox vaxt diyarın siyasi tarixi şərh 

olunmazdan  əvvəl  onun  coğrafi  vəziyyəti,  təbii  ehtiyatları,  təsərrüfat  sahələri, 

mədəniyyət  abidələri,  əhalinin  adətləri,  əxlaqı,  inamı  təsvir  olunur.  Azərbaycan 

tarixçiləri  vətən  tarixinin  yaradılmasına  tərbiyəvi  əhəmiyyət  verirdilər.  Mirzə 

Camal  yazırdı:  ―İnsandan  qızıl  saray  qalmaqdansa,  yaxşı  ad  qalsa  daha  yaxşıdır‖ 

[58].  Onların  əsərlərində  vətənpərvərlik  hissi  aydın  duyulur,  sülhün  xeyri, 

müharibənin ziyanı haqqında fikirlər söylənilirdi. 

 

Cənubi Qafqazın Rusiya imperiyası tərəfindən istilası və mənimsənilməsi, 



Rusiyanın  İran  və  Türkiyə  ilə  bilavasitə  həmsərhəd  olması  rus  cəmiyyətinin 

müxtəlif  dairələrində  Şərq  dillərinə  və  ədəbiyyatına  canlı  maraq  oyatdı.  Bütün 

bunlar fars, türk və Azərbaycan ədəbiyyatına dair çoxlu tədqiqatların yaranmasına 

səbəb  oldu.  Rus  şərqşünaslığının  təşəkkülü  və  inkişafında  azərbaycanlı  şərqşünas 

və  alimlərin  mühüm  xidməti  və  əməyi  olmuşdur.  1841-ci  ildə  A.Bakıxanov  fars 

dilinin  düzülüş  və  qaydalarını  Avropa  metodu  ilə  şərh  edən  ilk  elmi 

qrammatikasını  tərtib  etdi.  A.Bakıxanovun  ―Fars  qrammatikası‖  hökumət 

mükafatına  layiq  görülmüş  və  1841-ci  ildə  Tiflisdə  dövlət  hesabına  nəşr 



olunmuşdur  [59].  Əsər  rus  şərqşünasları  arasında  xeyirxahlıqla  qarşılanmış  və 

Rusiyada fars dilinin tədrisnə daxil edilmişdi. 

Tiflis  məktəblərində  Şərq  dillərinin  tədris  edən  Mirzə  ġəfi  Vazeh    və 

Fazil xan ġeyda da ədəbi tədqiqatla məşğul olurdular. 

Azərbaycanın  şərqşünas  alimlərinin  yaradıcılıq  qabiliyyətlərinin  üzrə 

çıxarılmasında  və  inkişafında  Peterburq  və  Kazan  universitetləri  böyük  rol 

oynamışlar.  Gəncədə  doğulmuş  Mirzə  Cəfər  TopçubaĢov  (1790-1869) 

Peterburqun  şərqşünas  dairələrində  böyük  alim  kimi  şöhrət  qazanmışdı.  O,  əlli 

ildən çox paytaxtın ali məktəblərində fars və türk dillərindən dərs demiş, bunun 20 

ilini  (1829-cu  ildən  1849-cu  ilə  qədər)  ancaq  Peterburq  Universitetində  işləmişdi. 

O,  20  ilə  yaxın  Rus  Arxeologiya  Cəmiyyətinin  Şərq  numizmatikası  şöbəsinə 

başçılıq  etmiş,  Britaniya  Kral  Asiya  Cəmiyyətinin  həqiqi  üzvü  olmuşdu.  ―Fars 

müntəxabatı‖  (―Teleskop‖,  XXI  c.-M.,  1834),  ―Qədim  dövrlərdənTeymurləngə 

qədər  monqolların  tarixi‖  (―Teleskop‖,  1834,  №2,  30)  kimi  tədqiqatlar,  həmçinin 

―Nadir şahın ölümündən sonra Gürcüstandakı hadisələr haqqında‖ maraqlı əsər və 

s.  [60].  Topçubaşovun  qələminə  məxsusdur.  Qeyri-adi  bədii  istedada  malik  olan  

M.C.Topçubaşov  fars  və  türk  dillərində  şeirlər  də  yazmış,  A.Mitskeviçin  ―Krım 

sonataları‖ poemasını rus dilindən fars dilinə tərcümə etmişdi [61]. 

Zəmanəmizə  qədər  öz  elmi  əhəmiyyətini  itirməyən  çoxlu  fundamental 

əsərlərin müəllifi, dünya şöhrətli şərqşünas alim Kazımbəy Məhəmməd Əli Hacı 

Qasım oğlu (22.6.1802. Rəşt – 27.11.1870. Peterburq) Azərbaycanda yaşamış alim 

şərqşünaslıq  elminin  inkişafına  xüsusilə  böyük  töhfə  vermişdir.  M.Kazımbəyin 

bütün yaradıcılıq fəaliyyəti Kazan (1826-1849-cu illər) və Peterburq (1849-1870-ci 

illər) universitetlərinindivarları arasında keçmişdir. Onun elmi maraq dairəsi qeyri-

adi  dərəcədə  geniş  idi  –  filologiya,  tarix,  din,  mədəniyyət,  qanunşünaslıq, 

müsəlman  Şərqinin  coğrafiyası.  Kazım  bəyin  əsərləri  dünyanın  bir  çox  dillərinə 

tərcümə edilmiş, elə müəllifin özü də fars, ərəb, türk, rus, ingilis, fransız dillərində 

sərbəst  yazır  və  oxuyurdu.  Kazım  bəyin  əsərləri  arasında  ―Türk-tatar  dilinin 

qrammatikası‖  (Kazan,  1839),  ―Müsəlman  qanunşünaslığı  kursu‖  (Kazan,  1845), 

―Firdovsiyə  görə  fars  mifologiyası‖  (SPb,  1848),  ―Dərbəndnamə‖  (SPb,  1851), 

―Quranın tam konkordansı‖ (SPb, 1859), ―Müridizm və Şamil‖ (SPb, 1859), ―Bab 

və babilər‖ (SPb, 1865) və başqaları özlərinin sanballığı ilə fərqlənirlər. 

Kazım  bəy  ―Türk-tatar  dilinin  qrammatikası‖  əsəri  Demidov  mükafatına 

layiq  görülmüşdü.  Bu  əsərdə  o,  türk  dili  ilə  yanaşı,  Azərbaycan  dilinin  də  elmi 

prinsiplərini və qaydalarını işləyib hazırlamışdır. 

Kazım bəy Şərqin maariflənməsinə xeyli güc və enerji sərf edirdi və əmin 

idi ki, ―orada sivilizasiya ruhu gizlənmişdir‖. 

Kazım  bəy  N.İ.Lobaçevski,  L.N.Tolstoy,  N.Q.Çernışevski  və  Rusiyanın 

digər  qabaqcıl  adamları  ilə  tanış  idi  və  onlarla  əlaqə  saxlayırdı.  O,  A.S.Puşkinin 

―Bağçasaray  fontanı‖  poemasını  rus  dilindən  Azərbaycan  dilinə  tərcümə  etmişdi. 

Kazım  bəy  Rusiyanın  bir  çox  Şərq  elmi  cəmiyyətlərinin  həqiqi  üzvü  idi.  O, 


Rusiyanın,  Qərbi  Avropa  və  Amerikanın  şərqşünasları  arasında  xüsusi  hörmətə 

malik  idi.  Onun  haqqında  yazılmış  nekroloqda  deyilirdi:  ―Nə  qədər  ki,  Şərq 

haqqında məlumatlar işlənəcək – bu isə heç vaxt dayandırılmayacaq – Kazım bəyin 

adı hörmətlə çəkiləcək‖ [62]. 

Kazım  bəyin  kiçik  qardaşı  Əbdül  Səttar  Kazım  bəy  Kazan 

Universitetetində türk-tatar dilinin mühazirəçisi olmuşdu [63]. 

Şimali Azərbaycanın Rusiya, Qərbi Avropa və müsəlman Şərqi ilə iqtisadi 

və  mədəni  əlaqələrini  genişlənməsi  kosmoqrafik  elmlərin  dirçəlməsinə  və 

inkişafına  yardım  göstərirdi.  Görkəmli  coğrafiyaşünas  –  səyyah,  ―Riyaz  əl-

Siyahət‖  (―Səyahət  gülşəni‖),  ―Büstan  əs-Siyahət‖  (―Səyahət  bağı‖)  kimi  məşhur 

əsərlərin müəllifi Zeynalabdin ġirvani 30-cu illərin əvvəllərində özünün Yaxın və 

Orta  Şərqə,  Hindistana,  Ərəbistana,  Şimali  Afrikaya  səyahətlərinin  təsvirini  başa 

çatdırır.  Hər  şeyə  böyük  maraq  göstərən  və  müşahiçilik  istedadına  malik  olan 

səyyah  öz  ömrünün  yarıdan  çoxunu  səyahətlərdə  keçirmiş,  bütün  gördüklərini  və 

öyrəndiklərini orta əsr coğrafiyaçılarını yarıməfsanəvi təsvirlərindən əsaslı surətdə 

fərqlənən  əsərlərində  təqdim  etmişdir.  Bu  əsərlərdə  müəllif  öz  həmvətənlərini 

müsəlman  dünyasının  və  demək  olar  ki,  bütün  ölkə  və  xalqların  coğrafiyası, 

etnoqrafiyası, tarixi, sosial-mədəni həyatı ilə tanış edir [64]. 

A.Bakıxanov  fars  dilində  yazdığı  ―Kəşf  ul-Qəraib‖,  ―Əsrarəl-Məlakut‖ 

(―Səma  şahlığının  sirləri‖),  ―Ümumi  coğrafiya‖  əsərləri  XIX  yüzilliyin  birinci 

yarısında  Azərbaycanın  kosmoqrafik  ədəbiyyatına  mühüm  töhfə  oldu.  Bu 

əsərlərdən  birincisi,  Amerikanın  kəşf  olunmasına,  onun  ölkələrinin  və  ərazisinin 

təsvirinə,  ikincisi,  dünyanın  Heliosentrik  sisteminin  müdafiəsinə,  günəş  sistemi 

cisimlərinin fiziki təbiətinin və quruluşunun izahına, üçüncüsü isə dünyanın fiziki, 

siyasi,  iqtisadi  xəritəsinin  işıqlandırılmasına    həsr  olunmuşdur.  A.Bakıxanovun 

kosmoqrafiyaya dair əsərlərini öz dövrü üçün mühüm əhəmiyyəti var idi [65]. 

Yerin  və  digər  planetlərin  Günəş  ətrafında  fırlanmasını  sübut  edən 

A.Bakıxanov  islamın  müddəalarını  təkzib  edir,  onun  öz  sözləri  ilə  desək, 

―mücərrəd  elmlərlə  ənənələrə  kor-koranə  riayət  edən‖  köhnə  müsəlman 

kosmonoqrafiyasını  rədd  edir.  Yeni  dünyanı  riyaziyyat,  mexanika,  astronomiya 

elmlərinin  nəticələrinə  riayət  olunmasına  tələb  edirdi.  Kainatın  quruluşunun 

izahında onun özü Kopernik, Qaliley, Nyuton və b. kəşflərinə istinad edirdi. 

Rus  Coğrafiya  Cəmiyyətinin  Qafqaz  şöbəsinin  üzvləri  coğrafiya  ilə 

məşğul olurdular. Onlardan birincisi, rus coğrafiya  ədəbiyyatından istifadə edərək 

―Yeni dünyanı kəşf edən Xristofor Kolumbun tarixi‖  əsərini yazmış [66], ikincisi 

isə  Məkkə  səfərindən  sonra  ərəb  Şərqi  ölkələrinin  və  xalqlarının  coğrafiya  və 

etnoqrafiyasına dair çoxlu məlumat verən ―Yol qeydləri‖ni tərtib etmişdir [67]. 

XIX yüzilliyin birinci yüzilliyin birinci yarısında elm və sosial təcrübə ilə 

sıx əlaqədə fəlsəfi fikir də inkişaf edir. Bu dövrdə Azərbaycan fəlsəfəsinin başlıca 

problemi  orta  əsr  ərəb  müsəlman  fəlsəfi  konsepsiyaları  idi.  Lakin  bununla  belə, 

ölkənin  sosial-iqtisadi  tələbatını  yeni  təhsil  və  tərbiyə  sisteminin,  cəmiyyətin 


yenidən  qurulması  problemlərinin  həlli  ilə  bağlı  Azərbaycan  mütəfəkkilləri 

qarşısında yeni vəzifələr də qoyulub. A.Bakıxanovun farsvə ərəb dillərində yazdığı  

―Təhzib  əl-Əxlaq‖  (―Əxlaqın  tərbiyəsi‖),  ―Kitabe-Nəsayeh‖  (―Nəsihətlər  kitabı‖), 

―Əyn  əl-Mizan‖  (―Çəkilərin  mahiyyəti‖)  əsərləri  günün  tələbinə  cavab  oldu. 

A.Bakıxanov  bu  əsərlərində  əxlaqi  təfəkkürə  və  məntiqi  mühakimə  qabiliyyətinə 

tərbiyə  və  təhsilin  məhsulu  kimi  baxır,  insanın  şəxsi  həyatında  və  elmi 

yaradıcılığında  ləyaqət  və  düzgün  düşünmənin  əhəmiyyətini  qeyd  edirdi. 

A.Bakıxanovun  etikası  və  məntiqi  rasional,  maarifçi  ideyalar  və  amallarla 

zəngindir,  köhnə  müsəlman  əxlaq  nəzəriyyəsində  və  təmiz  formalist  məntiqi 

nəzəriyyələrdən xeyli fərqlənir. 

Göstərilən  dövrdə  dəyişmiş  sosial  şəraitin  təsiri  altında  Azərbaycan 

zadəganlığının  siyasi  baxışlarında  mərkəzləşdirilmiş  dövlət  güclü  və  mədəni 

monarxiya ideyası müşahidə olunurdu. A.Bakıxanov, İsgəndərbəy Hacinski feodal 

avtargiyasına  qarşı  çıxış  edir,  Qubalı  Fətəli  xanın  simasında  Azərbaycan 

torpaqlarını birləşdirən, ağıllı və uzaqgörən dövlət xadimi görürdülər  [68]. 

Müasir  elmin,  dünyəvi  təhsilin  meydana  gəlməsi  və  inkişafı  müsəlman 

sxolastikasının  dağılmasına  gətirib  çıxarır,  sxolastik  biliklər  təhsilli  adamların 

nəzərlərində  qiymətdən  düşür,  onların  diqqəti  getdikcə  daha  çox  elm,  dünyəvi 

mədəniyyət  və  texnika  məsələlərinə  cəlb  olunurdu.  Elmi  maraq  dairəsinin 

genişlənməsi  və  yeniləşməsi  yaradıcı  ziyalılarda  elm  və  dinin  predmentlərinin 

müxtəlifliyi haqqında təsəvvür yaradır. 

Rusiya 


tərəfindən 

diyarın  iqtisadi  cəhətdən  mənimsənilməsinin 

başlanması  ilə  əlaqədar  ticarətin,  sənətkarlığın,  yolların,  təbii  ehtiyatların 

vəziyyətini  öyrənmək  tələbatı  meydana  çıxdı.  Yerli  idarə  orqanlarının  məmurları, 

30-cu  illərin  əvvəllərində  buraya  gəlmiş  dövlət  komissiyaları,  həmçinin  səyyahlar 

Azərbaycanın iqlim şəraitinə, hidrologiyasına, botanikasına, mineralogiyasına dsair 

zəngin  faktiki  material  toplamışdılar.  Pambıq,  barama,  tütün,  qızılboya,  zəfəran, 

şəkər  çuğunduru,  ədviyyat,  indiqo  istehsalına  marağı  artırmaq  məqsədilə  ticarət-

sənaye  cəmiyyətləri  yaranır,  bu  bitkilətrin  becərilməsinə  dair  elmi-kütləvi 

ədəbiyyat buraxılırdı. 

Eyni zamanda rus və Avropa alimləri, mühəndisləri Şimali Azərbaycanda 

kəşfiyyat-axtarış  işlərinə  başladılar.  E.İ.Eyxvald,  N.İ.Voskoboynikov  filiz-mədən 

(Qazaxda Kükürdlü kolçedan, Gədəbəydə mis, Zəylikdə zəy, Naxçıvanda daş duz) 

yataqlarının vəziyyətini təsdiq etmiş, Abşeronda neft quyularının, neftli torpaqların 

quruluşunun təsvirini vermişdilər. 1848-ci ildə F.A.Semyanovun lahiyəsin buru  q 

üsulu ilə əsasında Bibiheybətdə dünyada buruq üsulu ilə ilk neft quyusu qazılmışdı. 

30-40-cı 

illərdə  təbiətşünads-səyyah  K.Kox,  botanik  Aleksis  Jordan, 

ölkəşünaslardan  İ.Berezin,  Süzanne,  Avqust  fon  Haksthauzen  Azərbaycanda 

olmuş,  yerli  bələdçilərin  köməyi  ilə  öz  tədqiqatları  üçün  zəngin  və  rəngarəng 

material  toplamışlar.  Q.V.Abix  Şimali  Azərbaycanın  geoloji  baxımdan 

öyrənilməsinin əsasını qoymuşdu. 



 


Yüklə 11,49 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin