AZƏrbaycan diLİ VƏ tariXİ ―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək



Yüklə 11,49 Mb.
Pdf görüntüsü
səhifə12/36
tarix31.01.2017
ölçüsü11,49 Mb.
#7204
1   ...   8   9   10   11   12   13   14   15   ...   36
§ 3. ƏDƏBĠYYAT 

 

XIX  yüzilliyin birinci  yarısında  ölkənin  ədəbi  həyatında  da  müəyyən bir 



canlanma  baş  verir.  Azərbaycan  ədəbiyyatında  böyük  və  çoxəsrlik  tarixə  malik 

olan milli ədəbi ənənələr davam və inkişaf etdirilir, eyni zamanda yeni ideya-bədii 

təmayüllər təşəkkül tapır, yeni ədəbi cərəyanların ilk əsasları qoyulur. 

Yüzilliyin  birinci  yarısı  Azərbaycan  ədəbiyyatının  mühüm  bir  qolunu 

klassik  romantik  poeziya  təşkil  etmişdir.  A.Bakıxanov,  M.Ş.Vazeh,  Q.Zakir, 

M.B.Nədim, Ə.Nəbati, Kazım ağa Salik kimi istedadlı şairlər orta əsr Azərbaycan 

və  ümumən  Şərq  klassik  romantik  ədəbiyyatının  görkəmli  nümayəndələrinin, 

xüsusən  dahi  Azərbaycan  şairi  Füzulinin  ənənələrini  davam  etdirir,  klassik 

romantik şerində olduğu kimi, bu şairlərində də lirik əsərlərinin başlıca mövzusunu 

və  ideya  məzmununu  məhəbbət  motivləri  təşkil  edirdi.  Onlar  eyni  zamanda 

ictimai-fəlsəfi  lirikanın  bir  sıra  gözəl  nümunələrini  yaradır  və  onlarda  dövrdən, 

zəmanədən, həyatın əzab və əziyyətlərindən, talelərindən narazılıq və şikayətlərini 

ifadə  edir,  azğın  hakimlərə,  riyakar  ruhanilərə,  bir  sıra  dini-sxolastik  görüşlərə 

qarşı çıxır, humanist ideyalar tərənnüm edirdilər. Onların əsərlərində ölkədə yenicə 

formalaşmaqda olan maarifçilik ideyaları da müəyyən dərəcədə öz əksini tapır. Bu 

cəhət başlıca olaraq A.Bakıxanov və M.Ş.Vazeh yaradıcılığında aydın hiss olunur. 

Klassik romantik  üsluba  mənsub olan şairlərin  ədəbi irsində  Azərbaycan 

və Şərq ədəbiyyatında geniş intişar tapmış satirik və əxlaqi-didaktik şer nümunələri 

də  mühüm  yer  tutur.  Adlarını  çəkdiyimiz  şairlər  XIX  yüzilliyin  birinci  yarısı 

Azərbaycan  ədəbiyyatında  klassik  romantik  lirikanın  və  əxlaqi-didaktik  şerin 

inkişafında müsbət rol oynamışlar. 

Bu  dövrdə  Azərbaycan  ədəbiyyatında  xalq  şeri  üslubu,  xüsusən  onun 

görkəmli  nümayəndəsi  Vaqifin  ədəbi  ənənələri  coşqun  bir  inkişaf  mərhələsi 

keçirmiş,  mühüm  nailiyyətlər  əldə  etmişdir.  Xalq  şeri  üslubunda  əsərlər  yazan 

şairlər  içərisində  Qasım  bəy  Zakir,  Əbdülqasım  Nəbati,  Mirzə  Baxış  Nadim, 

Məmməd  bəy  Aşiq,  Mirzəcan  Mədətov,  Aşıq  Pəri,  Kazım  ağa  Salik,  Əbdürrəhim 

ağa  Dilbazi,  Mücrim  Kərim,  Bərdani,  Məlikballı  Qurban,  Əndəlib  Qaracadağı 

xüsusilə  diqqəti  cəlb  edirlər.  Bu  şairlər  xalq  şeri  üslubunun  müxtəlif  janrlarında 

yazdıqları əsərlərində - qoşma, təcnis, gəraylı və müxəmməslərində real məhəbbəti, 

hiss  və  həyacanlarını  canlı,  rəngarəng  boyalarla  əks  etdirmişlər.  Yüksək  ideya-

bədii  məziyyətlərə  malik  olan  şeirləri  ilə  onlar  Azərbaycan  ədəbiyyatının  real 

həyatla  əlaqəsinin  möhkəmlənməsində  və  onun  hər  cür  mücərrəd,  ilahi  məhəbbət 

motivlərinin,  dinimistik  görüşlərinin  təsirindən  xilas  olmasında  mühüm  xidmət 

göstərmişlər. 

Bu cərəyana mənsub şairlərin ədəbi irsində dövrün əlamətdar tarixi-siyasi 

hadisələri  ilə  bağlı  olan  şeirlər,  poemalar,  mənzum  hekayələr  də  vardır.  Həmin 

əsərlərdə  işğal  dövrünün  müharibələri,  ölkənin  iqtisadi  vəziyyəti,  xalqın    başına 


gətirilən müsibətlər, qəhətlik və aclıq təsvir edilmiş, sosial həyatın bəzi nöqsanları 

tənqid olunmuşdur. 

Xalq şeri üslubu ənənələrini uğurla davam etdirən şairlər əsərlərini yüksək 

bədii  səviyyədə,  səlis,  aydın  üslubunda,  canlı,  oynaq,  təbii  dildə  yazmış, 

Azərbaycan şerini həm ideya- məzmun, həm də bədii forma cəhətdən xeyli inkişaf 

etdirmişlər.  Onların  şeir  dilinin  canlı  xalq  dili  ilə  əlaqəsinin  qüvvətlənməsində, 

bədii dilin canlı danışıq dili hesabına zənginləşməsində xidmətləri xüsusilə böyük 

olmuşdur. 

XIX  yüzilliyin  birinci  yarısında  Azərbaycan  ədəbiyyatında  böyük 

mütərrəqi əhəmiyyətə malik olan satirikşeir cərəyanının əsası qoyulmuşdur. 

Azərbaycan  ədəbiyyatında  satiranın  kökləri  qədim  dövrlərə  gedib  çıxır. 

İstər  Azərbaycan  klassik  ədəbiyyatında,  istərsə  də  folklorunda  real  gerçəkliyə 

tənqidi  münasibət,  feodal  cəmiyyətinin  ictimai  ziddiyətlərinin  satirik  təsvir 

meyilləri  qüvvətli  olmuşdur.Lakin  satira  Azərbaycan  ədəbiyyatında  yalnız  XIX 

əsrin 30-50-ci illərində geniş intişar tapmış,müstəqil bir cərəyan kimi formalaşmış 

və ədəbi prosesdə mühüm bir mövqe tutmağa başlamışdır. 

XIX  yüzilliyin  birinci  yarısında  Azərbaycanda  satiranın  geniş  intişar 

tapması  bu  dövrdə  ölkədə  xanlıq  üsuli-idarəsinin  ləğv  edilib,çar  bürokratik  idarə 

sisteminin  yaradılması  ilə  də  bağlı  olmuşdur.  Yeni  idarə  sistemi  özü  ilə  bərabər 

bürokratik  üsuli-idarəsinə  xas  olan  ictimai  nöqsan  və  ziddiyyətləri,  özbaşınalıq, 

qanunsuzluq,  rüşvətxorluq,  süründürməçilik  gətirmiş,  ölkənin,  xalqın  taleyini 

acgöz,  ədalətsiz  çar  hakimlərinə  və  onlarla  əlbir  olan  yerli  məmur  və  bəylərə 

vermişdi. Bunun nəticəsində ölkədə ictimai ziddiyyətlər kəskin bir şəkil almış, xalq 

kütlələri arasında yeni üsuli-idarəyə, çar hakimlərinə, yerli məmur və bəylərə qarşı 

narazılıq,nifrət və etiraz hissləri qüvvətlənmiş, ölkənin bir sıra yerlərində üsyan baş 

vermişdi.Ölkədə  yaranmış  bu  vəziyyət  Azərbaycan  ədəbiyyatına  da  qüvvətli  təsir 

göstərmiş,onda tənqidi-satirik meyillərin inkişafına təkan vermişdi. 

Bu  dövr  Azərbaycan  satirik  şerinin  görkəmli  nümayəndələri  Baba  bəy 

Şakir (1769-1844), Qasım bəy Zakir (1784-1857) və Mirzə Baxış Nadimdir (1785-

1880). Bu şairlərin  satirik şeirlərində  Azərbaycan  ictimai-siyasi həyatının bir sıra 

səciyyəvi  cəhətləri  real  əks  olunmuş,  dövrün  bariz  və  kəskin  tənqidi-satirik 

lövhələri çəkilmişdir. Onlar əsərlində çar hakimləri və məmurlarının ədalətsizliyini 

və  qanunsuzluğunu,  bəylərin  özbaşınalığını  və  zülmkarlığını,  ruhanilərin 

riyakarlığını  və  tüfeyliliyini  kəskin  ifşa  etmiş,  ölkədə  yaranmış  ağır,dözülməz 

vəziyyətə  qarşı  öz  kəskin  etirazlarını  bildirmişlər.Satiriklər  əsərlərində  feodal 

cəmiyyətinin  əsas  hakim  və  məhkum  silklərini  təşkil  edən  bəylərlə  kəndlilər 

arasındakı  ziddiyyətlərin  mahiyyətinə  də  toxunmuş,  məhkum  kütlələrin  halına 

dərindən  acımışlar.  Bəykəndli  ziddiyyətlərinin  təsviri  M.B.Nadimin  şeirlərində 

özünün bariz  əksini tapmışdır. Nadim Mahmud adlı qoca bir kəndliyə  müraciətlə 

yazdığı  şerində  bəylərin  özbaşınalığını,  istismarçı  təbiətini  açıb  göstərmiş, 

zəhmətkeş kəndli kütlələrinin mənafeyini qızğın müdafiə etmişdir: 


 

Mahmud! Əya rəncbəranə mərdi yeganə 

Nahaq yerə rəncidə olub gəlmə fəğanə. 

Xaliq sizi rəncbər yaradıbdır bəyə, xanə. 

Hərçənd gərəkdir qoşalar at bu kotanə, 

At olmasa, heç incimə, insan sa qoşarlar. 

 

Azərbaycan  ədəbiyyatında  əsasən  lirik  şair  kimi  tanınan  A.Bakıxanov  və 



M.Ş.Vazeh  də  öz  dövrlərinin  sosial  ədalətsizliyini  tənqid  atəşinə  tutan  bir  sıra 

şeirlər  yazmışlar.  İstedadlı  Cənubi  Azərbaycan  şairi  Fazil  xan  Şeyda  (?-1842) 

əsərlərində İran feodal üsuli-idarəsini kəskin tənqid etmişdir. 

XIX  yüzilliyinin  birinci  yarısında  Azərbaycan  ədəbiyyatında  mərsiyə, 

təriqət  və  təqlidçi-formalist  şeir  yolu  da  davam  etdirilmiş,  məhərrəmlik 

təziyədarlığı  ilə  əlaqədar  mərsiyələr,  dini  poemalar,  peyğəmbərin  şəninə 

mövludnamələr    yazılmışdır.  Dini-mistik  şerin  nümayəndələri  Raci,  Qumri,  Şüai, 

Supehri,  Ahi,  ―Nəqşbəndi‖  təriqətçiliyini  təbliğ  edən  şairlər  Seyid  Nigari, 

Məhəmməd  Əsgəri,  Qutqaşınlı  Abdulla,  nəzirəçi  şairlər  isə  Molla  Qadir,  Naci 

Şirvani,  Şəkili  Hatəm,  Molla  Zeynalabdin  Sağəri,  Mirz.  Məhərrəm  bəy  Məriz  və 

başqaları idilər. 

XIX  yüzilliyin  birinci  yarısında  zəngin  və  çoxəsrlik  tarixə  malik  olan 

şifahi  xalq  ədəbiyyatı,  xüsusən  aşıq  şeri  geniş  inkişaf  edir,  bu  sahədə  olduqca 

böyük,  qiymətli  və  rəngarəng  bir  ədəbi  irs  mənbəyi  yaradılırdı.  Aşıq  şerinin 

görkəmli nümayəndələri – Basarkeçərin Qaraqoyunlu kəndində Aşıq Musa (1795-

1840),  Daşkənd  kəndində  Məhəmməd  Hüseyn  (1800-1860),  Zaqatalanın 

Varxiyanlı  kəndində  Aşıq  Dilqəm,  Samur  qəzasının  Ehraq  kəndində  Aşıq  Rəcəb, 

Bakı  qəzasının  Masazır  kəndində  Aşıq  Həsən,  Bülbülə  kəndində  Aşıq  Cavad, 

Cənubi Azərbaycanın Qaradağ mahalının Andriyan kəndində Aşıq Camal və digər 

aşıqlar idilər. Bu xalq şairləri aşıq poeziyasının ənənələri əsasında  qoşma, gəraylı, 

təcnis,  bayatı,  deyişmələr  qoşmuş,  əsrlər  boyu  ağızdan  ağıza  keçmiş  ədəbi  irsi 

yaşatmış, onu təkmilləşdirmiş, yeni ideya-bədii keyfiyyətlərlə zənginləşdirmiş, bir 

sıra məhəbbət və qəhrəmanlıq dastanları yaratmışlar. 

Aşıq  şeri  və  dastanlarında  xalq  həyatı,  onun  adət-ənənələri  tərənnüm 

olunmuş,  zəhmətkeş  kütlələrin  dərd  və  ələmləri,  ehtiyacları,  istək  və  arzuları 

qələmə  alınmışdır.  Aşıq  poeziyası  yüksək  sənətkarlıq  xüsusiyyətləri,  bədii  üslub 

dilin təbiiliyi, canlılığı və zənginliyi ilə də fərqlənmişdir. 

Bu  dövr  Azərbaycan  ədəbiyyatının  görkəmli  nümayəndələri  Abbasqulu 

ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Qasım bəy Zakir və İsmayıl bəy Qutqaşınlıdır. 

A.Bakıxanovun  çoxcəhətli  yaradıcılığında  onun  bədii  irsi  mühüm  yer 

tutur;  Gənclik  illərindən  ərəb  və  fars  dillərini  mükəmməl  öyrənən,  Azərbaycan 

Şərqi klassik ədəbiyyatının görkəmli nümayəndələrinin irsinə dərindən bələd olan 

A.Bakıxanov  ―Qüdsi‖  təxəllüsü  ilə  həm  Azərbaycan,  həm  də  fars  dilində  klassik 



romantik şeir  üslubunda  çoxlu  əsərlər  –  qəzəl,  müxəmməs,  müstəzad, rübai, qitə, 

tərcibənd,  tərkibbənd,  mənzum  hekayə,  təmsil,  satirik  və  əxlaqi-didaktik  şeirlər 

yazmışdır. 

A.Bakıxanov Azərbaycan ədəbiyyatında əsasən lirik şair kimi tanınmışdır. 

Onun  lirik  şeirlərində  -  qəzəllərində  azad  məhəbbət,  aşiqin  mənəvi  aləmi, 

məhəbbətilə  əlaqədar  olaraq  keçirdiyi  iztirabları,  dərd  və  ələmləri  təsvir  və 

tərənnüm olunmuş, aşiqin romantik bədii surəti yaradılmışdır. 

Şairin lirikasında mücərrəd ilahi məhəbbət motivləri, dini-mistik ideyaları, 

panteizim  görüşləri  də  öz  əksini  tapmışdır.  Bu  cəhət  xüsusən  onun  bədii 

yaradıcılığının ilk dövründə daha qüvvətli olmuşdur. 

A.Bakıxanovun lirikası bədii sənətkarlıq cəhətdən də orijinal məziyətlərə 

malikdir. O, şeirlərində klassik Azərbaycan və Şərq poeziyasının bədii sənətkarlıq 

məziyyətlərindən,  ahəngdar  vəznindən,  rədif  və  qafiyələrindən  təşbeş  və 

istiarələrindən məharətlə istifadə etmiş, bədii fikri mükəmməl bir səviyyədə, rəvan, 

səlis  üslub  və  dildə  əks  etdirməyə,  məzmun,  forma  arasında  vəhdət  yaratmağa 

müvəffəq olmuşdur. 

A.Bakıxanovun  poetik  irsində  ―Gürcülər  arasında‖  mənzum  məktubu, 

Tiflisə  həsr  olunmuş  müxəmməsi,  ―Təbriz  əhlinə  xitab‖  satirası,  1847-ci  ildə 

hazırladığı  ―Mişkatülənvar‖  şeirlər  külliyyatına  daxil  edilmiş  ―Mirat  ülcamal‖ 

(―Surətin aynası‖) poeması, mənzum hekayə və təmsilləri xüsusəndiqqəti cəlb edir. 

A.Bakıxanov  mənzum  hekayə  və  təmsillərində  ədalətsiz,  zülmkar  feodal 

hakimlərin əleyhinə çıxır, nadanlıq, özbaşınalıq, hiyləgərlik, lovğalıq, xudpəsənlik, 

ədəbsizlik,  yersiz  söz  danışmaq  kimi  ehtiras  və  sifətləri  pisləyir,  ədalət, 

xeyirxahlıq,  alicənablıq,  düzlük,  mərdlik,  zəhmətkeşlik  kimi  müsbət  keyfiyyətləri 

tərif  və  təqdir  edir,  humanist  görüşləri  irəli  sürürdü.  Onun  mənzum  hekayələri 

konkret həyatı hadisələr, canlı surətlər əsasında, maraqlı bir quruluşda, səlis, aydın, 

təbii  bir  üslub  və  dildə  yazılmışdır.  A.Bakıxanov  məhşur  rus  təmsilçisi 

İ.A.Krılovun ―Eşşək və bülbül‖ təmsilini Azərbaycan dilinə tərcümə etmişdir. Rus 

ədəbiyyatı  nümunələrinin  Azərbaycan  dilinə  tərcüməö  edilməsi  tarixi  də  məhz 

Bakıxanovun bu tərcüməsi ilə başlayır. 

Azərbaycan  ədəbiyyatının  bu  dövrdəki  görkəmli  nümayəndələrindən  biri 

də Mirzə ġəfi Vazehdir. 

M.Ş.Vazeh  1792-ci  ildə  Gəncədə  bənna  ailəsində  anadan  olmuşdur.  O, 

gənclik illərində Gəncə mədrəsəsinə daxil olub, burada dini təhsil almağa, ərəb və 

fars  dillərini  öyrənməyə  başlayır.  Lakin  Hacı  Abdulla  adlı  dərin  savadlı  və 

mütərəqqi  görüşlü  bir  ziyalının  təsiri  altında  Mirzə  Şəfi  dini  elmlərə  laqeyd 

münasibət  bəsləyir,  ruhani  olmaq  niyyətindən  əl  çəkir,  sənətə,  dünyəvi  elmlərə 

qızğın maraq göstərir, bütün vaxtını və səyini Şərq ədəbiyyatı klassiklərinin irsini 

dərindən öyrənməyə yönəldir. 

Mirzə  Şəfi  bir  müddət  Cavad  xanın  qızı  püstə  xanımın  yanında  mirzəlik 

(katiblik)  etmiş,  1826-1828-ci  illər  Rusiya-İran  müharibəsindən  sonra  isə 


xəttatlıqla  məşğul  olmuş,  mədrəsədə  nəstəliq  xətti 

1

 üzrə  müəllimlik    etmişdir.  O, 



1840-cı il Tiflisə gəlir və bilavasitə M.F.Axundovun köməyi sayəsində Tiflis qəza 

məktəbində Azərbaycan və fars dilləri müəllimi təyin edilir. Mirzə Şəfi burada bir 

sıra  mütərrəqi  Azərbaycan,  rus,  gürcü  ziyalıları  ilə  tanış  olur.  M.F.Axundovla 

yaxından  dostluq  edir  və  dövrünün  mütərəqqi  görüşlərinə  yiyələnir.  O,  Tiflisdə  

―Divani-Hikmət‖ adlı ədəbi məclis təşkil edir. A.Bakıxanov, M.F.Axundov, alman 

şair və tərcüməçisi Fridrix Bodenştedt bu dərnəyin fəal üzvləri olmuşlar. 

1846-cı  ilin  Mirzə  Şəfi  Gəncəyə  qayıdır  və  burada  qəza  məktəbində 

müəllimlik  edir.  Ömrünün  son  illərində  o,  Tiflisdə  yaşamış  və  Tiflis 

gimnaziyasında  Azərbaycan  dili  müəllimi  olmuşdur.  Mirzə  Şəfi  1852-ci  ildə 

burada vəfat etmişdir. 

M.Ş.Vazeh klassik romantik şeir üslubunda Azərbaycan  və fars dillərində 

çoxlu  əsər  yaratmışdır.  Lakin  onun  zəngin  ədəbi  irsindən  orijinalda  az  bir  qismi 

bizə  gəlib  çatmışdır.  Şairin  əsərlərinin  əsas  hissəsi  Fridrix  Bodenştedt  tərəfindən 

alman dilinə edilmiş tərcümələrindən ibarətdir. 

F.Bodenştedt  40-cı  illərin  sonunda  Tiflisə  gəlir  və  burada  Mirzə  Şəfi  ilə 

tanış  olub,  ondan  fars  dilini,  klassik  Azərbaycan  və  Şərq  şairlərinin  əsərlərini 

öyrənməyə  başlayır.  O  eyni  zamanda,  Mirzə  Şəfinin  əsərlərini  mütaliə  edir, 

onlardan  vəcdə  gəlir  və  müəlliminin  şeirlərinin  əlyazmalarını  özü  ilə  bərabər 

Almaniyaya  aparır.  O,  Mirzə  Şəfinin  əsərlərini  alman  dilinə  tərcümə  edib,  bir 

hissəsinin 1850-ci ildə Ştutqartda ―Min bir gecə‖ kitabında, tam halda isə 1851-ci 

ildə Berlində ―Mirzə Şəfinin şərqiləri‖ başlığı altında bir kitab şəklində nəşr etdirir. 

Bu  kitablar  Almaniyada  yüksək  tərif  və  təqdirlə  qarşılanır,  dəfələrlə  nəşr  olunur. 

Mirzə  Şəfinin  əsərləri  tez  bir  zamanda  ingilis,  fransız,  italyan,  norveç,  holland, 

Danimarka, polyak, çex qədim yəhudi dillərinə tərcümə edilərək çap olunub, bütün 

Avropada  geniş  yayılır  və  müəllifinə  böyük  şöhrət  qazandırır.  Mirzə  Şəfinin  bir 

sıra  şeirləri  keçən  əsrin  50-60-cı  illərində  rus  inqilabçı-demokrat  şairlərin  –

Mixaylov  və  V.Markov,  M.Ramşev  (təxəllüsü  P.F.Yakuboviç)  və  şair  N.Eyfert 

tərəfindən  rus  dilinə  tərcümə  olunub,  müxtəlif  ədəbi  məcmuələrə  daxil  edilir. 

Bütöv  halda  isə  onlar  N.Eyfertin  tərcüməsində  1880-ci  ildə  Moskvada  çapdan 

çıxmışdır.  Məhşur  rus  bəstəkarı  və  pianoçusu  A.Q.Rubinşteyn  Mirzə  Şəfinin 

şeirləri  əsasında  mahnılar  qoşmuşdur  ki,  onlar  indi  də  konsert  repertuarlarında 

saxlanılmaqdadır. 

Mirzə  Şəfinin  bədii  irsi  lirik,  ictimai-fəlsəfi  və  əxlaqi-didaktik  şeirlərdən 

ibarətdir.  O,  lirik  şeirlərində  saf  məhəbbəti,  insani  hiss  və  həyəcanları,  sevinc  və 

kədəri, real həyati nemətlər təsvir və tərənnüm edir, dini ehkamları, zahidliyi, tərki-

dünyalığı,  cənnət  və  cəhənnəm  haqqında  xurafatı  pisləyirdi.  Onun  məhəbbət 

lirikası bütövlükdə dünyəvi və nikbin bir səciyyə daşıyır. 

                                                           

1

 Ərəb əlifbası ilə yazılan bədii xətt növü. 



Mirzə Şəfi ictimai-fəlsəfi lirikasında həyat, kainat haqqında düşüncələrini 

əks  etdirmişdir.  O,  bu  tipli  əsərlərində  həyat  haqqında  dini  sxolastik  görüşlər  və 

xəyallar  əleyhinə  çıxır,  insanları  real  həyat  nemətlərindən  fəal  surətdə  istifadə 

etməyə  çağırırdı.  Onun  satirik  səciyyə  daşıyan  şeirlərində,  həcvlərində  azğın, 

nadan    hakimlər,  riyakar  ruhanilər,  tənqid  atəşinə  tutulmuşdur.  Mirzə  Şəfi  klassik 

Azərbaycan  və  Şərq  əxlaqi-didaktik  ədəbiyyatı  səpkisində  yazılmış  ―Teymur‖, 

―Dərviş‖,  ―Sədi  və  şah‖,  ―Sual-cavab‖  və  başqa  mənzum  hekayələrində  feodal 

cəmiyyətinin bir sıra ictimai eyiblərini açıb göstərir, zalım, başıboş şahlar əleyhinə 

çıxır, ədalət, xeyirxahlıq kimi müsbət keyfiyyətləri təbliğ edirdi. 

Bütövlükdə  Mirzə  Şəfinin  ədəbi irsi  mütərəqqi görüşlərin,  yeni  fikirlərin 

təbliğinə xidmət göstərmişdir. 

Bu dövr Azərbaycan ədəbiyyatının inkişafında Q.Zakirin xidməti xüsusilə 

böyük olmuşdur. 

Qasım  bəy  Zakir  (Qasım  bəy  Əli  oğlu  Cavanşir)  1784-cü  ildə  Şuşa 

şəhərində  bəy  ailəsində  anadan  olmuşdur.  O,  mollaxanada  təhsil  almış,  fars  və 

qismən  ərəb  dilini  öyrənmiş  Azərbaycan  və  Şərq  klassik  ədəbiyyatına  bələd 

olmuşdur. Zakir uşaq və gənclik illərində xalq aşıq şerinə, xüsusən onun görkəmli 

nümayəndəsi M.P.Vaqifin poetik ənənələrinə mükəmməl yiyələnmişdi. 

Adlı-sanlı  zadəgan  nəslinə  mənsub  olsa  da,  Zakir  kasıb  həyatı  sürmüş, 

ailəsini  özünün  kiçik  Xındırıstan  kəndinin  gəliri  ilə  dolandırmışdır.  O,  kəndlilərlə 

bərabər təsərrüfat,  əkin-biçin  işləri ilə  məşğul olmuş, həyatın isti-soyuğunu, geniş 

zəhmətkeş  kütlələrin  ağır  həyat  tərzini  yaxından  görmüş,  onların  zəruri 

ehtiyaclarına, istək və arzularına bələd olmuşdur. 

Q.Zakir  həqiqətpərəst,  ədalətli,  sözü  düz  üzə  deyən,  öz  dövrünə  tənqidi 

münasibət  bəsləyən,  hər  cür  ədalətsizliyə  və  özbaşınalığına  qarşı  çıxan  bir  şəxs 

olmuşdur. O, həm yaxın tanış və dostları ilə söhbətlərində, həm də şeirlərində çar 

hakimlərini  və  yerli  bəyləri  tənqid  edir,  onların  iç  üzünü  açıb  göstərirdi.  Odur  ki, 

Qarabağın hakim dairələri şairə kin və ədavət bəsləmiş, onu daim tənqid və təqib 

etmişdilər. Nəhayət, onlar 1849-cu ildə Zakiri qoca vaxtında qardaşı oğlu Behbud 

bəy  Cavanşiri  qaçaqçılıqla  məşğul  olması  üstündə  həbsə  almış,  kəndini,  var-

dövlətini  tar-mar  etmiş,  özünü  Bakıya,  oğlu  və  qardaşı  oğlunu  isə  Rusiyaya 

sürgünə göndərtmişdilər. Zakir yaxın tanış və dostlarına – M.F.Axundova, İsmayıl 

bəy Qutqaşınlıya, Şamaxı qubernatoru Kolyubakinə, gürcü knyazı İlikoya mənzum 

məktublar  yazaraq,  Qarabağda  hökm  sürən  özbaşınalıq  və  qanunsuzluğu  tənqid 

atəşinə  tutmuş,  başına  gətirilən  müsibətlərdən  şikayətlənmiş  və  onlardan  kömək 

istəmişdir.  Bir  müddətdən  sonra  yaxın  dostlarının,  xüsusən  M.F.Axundovun 

yaxından köməyi sayəsində qoca şair sürgündən azad olunmuşdur. O, 1857-ci ildə 

Şuşada vəfat etmişdir. 

Q.Zakir  gənc  yaşlarından  fəaliyyətə  başlamış,  həm  klassik  romantik  şeir 

üslubunda,  həm  də  xalq  şeri  üslubunda  əsərlər  –  qəzəl,  müxəmməs,  müstəzad, 


tərkibbənd,  tərcibənd,  qoşma,  təcnis,  gəraylı,  bayatı,  təmsil,  mənzum  məktublar 

yazmış, qiymətli zəngin bir irs yaratmışdır. 

Azərbaycan ədəbiyyatında, hər şeydən əvvəl, istedadlı və orijinal bir lirik 

şair  kimi  şöhrət  tapan  Zakirin  şeirlərində  məhəbbət,  insani  hiss  və  həyəcanlar, 

sevinc  və  iztirablar  təsvir  və  tərənnüm  olunmuşdur.  O,  həyatın,  yaşamağın 

mənasını,  insani  sevinc  və  iztirabları  bu  dünya  ilə  bağlamışdır.  O,  zəhmətkeş 

kütlələri  həyat  və  düşüncə  tərzinə,  psixologiyasına,  idealına  uyğun  olaraqqələmə 

almış,  onu  milli  xüsusiyyətlərilə,  ruhu  və  adət-ənənələrilə,  yerli  geyim  və 

bəzəklərlə  təsvir  etmiş  milli  Azərbaycan  gözəlinin  doğma,  bədii  portretini 

yaratmışdır.  Real  həyatla  bağlılıq,  dünyəvilik,  nikbinlik  Zakirin  məhəbbət 

lirikasının əsas ideyasını, səciyyəvi xüsusiyyətlərini təşkil edir. 

Zakirin  yaradıcılığında  satira  mühüm  yer  tutur.  O,  dövrünün  kəskin 

tənqidi  lövhələrini  əks  etdirən  bir  sıra  mənzum  məktublar,  dərin  sosial  mahiyyət 

daşıyan  həcvlər  və  başqa  satirik  şeir  nümunələri  yaratmış,  Azərbaycan 

ədəbiyyatında  satiranın  inkişafında,  onun  müstəqil  bir  ədəbi  cərəyan  kimi 

formalaşmasında mühüm rol oynamışdır. 

Zakir  satirasının  başlıca  mövzusu,  əsas  məzmunu  və  tənqidi  hədəflərini 

çar bürokratik üsuli-idarəsinin, yeni qayda-qanunların Azərbaycanın ictimai-siyasi 

həyatında  yaratdığı  ziddiyyət  və  nöqsanlar  təşkil  edir.  Zakir  əsərlərində 

Azərbaycanda  ―adətü-qanunu‖nu  pozulmasından,  ―cövr  ilə  cəfanın  ifrata 

yetməsindən‖, ―xeyirlə şərin‖ öz yerində olmamasından, əliəyri, natəmiz, vicdansız 

adamların iş başına keçmələrindən, xalqın bir tərəfdən çar hakimləri və məmurları, 

ikinci  tərəfdən  isə  yerli  bəylər  tərəfindən  soyulub  talan  olunmasından  qəzəblə, 

yanıqlı-yanıqlı  bəhs  etmiş,  ölkədəki  qanunsuzluq,  ədalətsizlik,  hərc-mərclik, 

rüşvətxorluq əleyhinə çıxmışdı. O, əsərlərində cəsarətlə və açıq surətdə elan edirdi 

ki,  ölkənin  belə  bir  ağır  vəziyyətə  düşməsinə  səbəb  çar  bürokratik  üsuli-idarəsi, 

yerli çar hakimləri və onlarla əlbir olan məmurlardır: 

 

Qüttaüt-təriqin işləyib nəqşi, 



Rəhzənlərə vardır xudanın bəxşi, 

Vilayətin viran eylədi yaxşı 

Bir qafili-piyan, bir maili kart [69]. 

 

Q.Zakir  bir  sıra  mənzum  hekayə  və  təmsillər  də  yazmışdır.  Onlarda  şair 



zülm, ədalətsizlik əleyhinə çıxmış, hakimlərin zalımlığı, özbaşınalığını, ruhanilərin 

riyakarlığını  və  ikiüzlülüyünü  açıb  göstərmiş,  əxlaqi-didaktik  görüşlər  təbliğ 

etmişdir. 

Q.Zakir    Azərbaycan  ədəbiyyatının  inkişafı  tarixində  müstəsna  xidməti 

olan  şairlərdən  biridir.  O,  xüsusən  satirik  şeirlərində  milli  ədəbiyyatın  real 

gerçəkliklə, dövrün aktual ictimai məsələləri ilə əlaqəsini olduqca qüvvətləndirmiş, 



onda  satirik-realist  ənənələrin  möhkəmlənməsi  və  inkişafına  qüvvətli  təsir 

göstərmişdir. 

XIX yüzilliyin birinci yarısı Azərbaycan ədəbiyyatı yeni tipli bədii nəsrin 

təşəkkülü  ilə  də  əlamətdar  olmuşdur.  Onun  ilk  müvəffəqiyyətli  nümayəndəsi 

istedadlı yazıçı İ.Qutqaşınlı tərəfindən yaradılmışdır. 

İsmayıl bəy Qutqaşınlı 1806-cı ildə doğulmuşdur.  Atası Nəsrullah Sultan 

Qutqaşın  mahalının  son  sultanı  olmuşdur.  Azərbaycan  Rusiya  tərəfindən  istila 

edildikdən sonra o, çar hökuməti tərəfindən həmin mahalın hakimi vəzifəsinə təyin 

edilmişdir. 

İ.Qutqaşınlı  uşaqlıq  və  gənclik  illərində  dini  təhsil  almış,  ərəb,  fars 

dillərini  öyrənmiş,  klassik  Azərbaycan  və  Şərq  ədəbiyyatı  ilə  yaxından  tanış 

olmuşdur.  O,  1822-ci  ildə  rus  ordusunda  xidmətə  başlamışdır.  Hərbi  xidməti  ilə 

Rusiyanı gəib-dolaşmış, bir müddət Moskva, Peterburq və Varşavada  yaşamışdır. 

Xidmət  illərində  İ.Qutqaşınlı  bir  sıra  mütərəqqi  rus  ziyalıları  ilə  dostluq  əlaqəsi 

yaratmış,  rus  və  Qərbi  Avropa  mədəniyyətlərinin  nailliyyətlərinə  yiyələnmiş, 

dövrünün  ən  savadlı  Azərbaycan  ziyalılarını  biri  olmuşdur.  1841-ci  ildə 

İ.Qutqaşınlı  istefaya  çıxmış  və  öz  vətəninə  qayıdaraq,  Qutqaşın  və  Şamaxıda 

yaşamışdır. Uzun  müddət rus ordusunda  xidmət etdiyinə  görə  ona  general-mayor 

rütbəsi  verilmişdir.  1852-ci  ildə  o,  arvadı  ilə  Yaxın  Şərq  ölkələrinə  səyahətə 

getmişdir. O, 1861-ci ildə Şamaxıda vəfat etmiş və Qutqaşında dəfn olunmuşdur. 

İ.Qutqaşınlı 1835-ci ildə Varşavada hərbi xidmətdə olarkən fransız dilində ―Rəşid 

bəy  və  Səadət  xanım‖  hekayəsini  nəşr  etdirmişdir.  Azərbaycan  ədəbiyyatında 

sözün həqiqi mənasında yeni tipli nəsrin tarixi də məhz bu hekayə ilə başlayır. 

―Rəşid  bəy  və  Səadət  xanım‖  hekayəsinin  mövzusu  xanlıqlar  dövrünün 

həyatından  alınmışdır.  Hekayədə  xalq  həyatı  və  məişəti  adət-ənənələrini  bir  sıra 

səciyyəvi  cəhətləri,    Azərbaycanın  şimal  rayonlarının  təbiəti  real,  təbii  və 

rəngarəng  boyalarla  əks  olunmuşdur.  Ədib  məhəbbət  mövzusu  ilə  üzvi  bağlı 

olaraq, dövrün bir sıra ictimai-əxlaqi məsələlərinə toxunmuş, orta əsr feodal həyat 

tərzi, dini fanatizm, mühafizəkarlıq, qadın əsarəti, məcburi icdivac əleyhinə çıxmış, 

azad məhəbbət  ideyalarını, yeni həyat prinsiplərini təbliğ və tərənnüm etmişdir. 



 


Yüklə 11,49 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin