AZƏrbaycan diLİ VƏ tariXİ ―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək



Yüklə 11,49 Mb.
Pdf görüntüsü
səhifə20/36
tarix31.01.2017
ölçüsü11,49 Mb.
#7204
1   ...   16   17   18   19   20   21   22   23   ...   36
§ 6. TĠCARƏT 

 

XIX əsrin 60-cı illərində Şimali Azərbaycan ticarəti sürətlə genişlənməyə 



başladı.  Şimali  Azərbaycanın  Bakı,  Nuxa,  Şamaxı,  Şuşa,  Yelizavetpol,  Naxçıvan, 

Zaqatala  və  b.  şəhərlərində  tacirlərin  sayı,  ticarət  müəssisələrinin  miqdarı  və  illik 

dövriyyəsi  ilbəil  çoxalır,  ticarət  kapitalının  həcmi  artırdı.  60-cı  illərin  ortalarında 

Şimali  Azərbaycan  ərazisinin  çox  böyük  hissəsini  təşkil  edən  Bakı  quberniyasında 

3879  ticarət  müəssisəsinin  olması  bunu  açıq  göstərir  [153].  Bu  zaman  Naxçıvan 

qəzasında 955, Yelizavetpol şəhərində isə 571 ticarət müəssisəsi açılmış, Zaqatalada 

150,  Qaxda  isə  80  ticarət  müəssisəsi  olmuşdur.  Lakin  hələ  bu  dövrdə  tacirlərin 

kapitallarının miqdarı xeyli az idi. Şuşa və qismən də Şamaxıda çox az tacirin 100 min 

manatdan yuxarı kapitalı var idi. Ordubadda isə 10 tacirin müəssisəsinin illik dövriyyəsi 

bütünlükdə 300-400 min manatdan artıq deyildi [154]. 



XIX əsrin 50-60-cı illərində Şimali Azərbaycanın Mərkəzi Rusiya, İran və 

digər ölkələrlə ticarəti daha da genişləndi. XIX əsr 50-ci illərində Şimali Azərbaycandan 

Mərkəzi  Rusiyaya  1309  min  manatlıq,  oradan  isə  Şimali  Azərbaycana  1695  min 

manatlıq mal gətirilmişdi [155]. 

Azərbaycandan  Mərkəzi  Rusiyaya  aparılan  malların  içərisində  ipək  və  ipək 

məmulatı, qızılboya, balıq və balıq məmulatı, neft və s. mühüm yer tururdu. 

Mərkəzi  Rusiyadan  Azərbaycana  başlıca  olaraq  pambıq-parça  məmulatı, 

dəmir və dəmir məmulatı, qab-qacaq, xırdavat mallan və s. sənaye malları gətirilirdi. 

1857-ci  ildə  dəmir  və  dəmir  məmulatı  Mərkəzi  Rusiyadan  Şimali  Azərbaycana 

gətirilən bütün malın 33,2 faizini təşkil edirdi [156]. 

Azərbaycanın  İranla  ticarət  əlaqələri  də  genişlənirdi  ki,  burada  da  Bakı  və 

Naxçıvan  xüsusilə  böyük  rol  oynayırdı.  50-ci  illordə  Rusiyadan  İrana  olan  ixracatın 

24,1 faizi və İrandan Rusiyaya olan idxalatın 11,6 faizi Bakıdan keçirdi. Bu ticarətdə 

yerli tacirlərlə bərabər digər şəhərlərin tacirləri də yaxından iştirak edirdi. 

Lakin  XIX  əsrin  70-ci  illərinin  ortalarına  qədər  Azərbaycan  ticarətinin 

inkişafında müəyyən irəliləyiş baş vermişdisə də, burada ticarətin təşkilində bütünlükdə 

heç bir dəyişiklik olmamışdı. 

Gildiya 


ticarət 

qaydasının 

tətbiqi, 

ticarətin 

təşkili 

sisteminin 

təkmilləşdirilməsi  və  formalarının  genişlənməsi,  Azərbaycan  rayonları  arasında  ticarət 

dövriyyəsinin  artması  və  bir  sıra  yeni  ticarət  mərkəzlərinin  meydana  gəlməsi, 

ticarətdə  təmərküzləşmə  və  mərkəzləşmə  prosesinin  baş  verməsi,  kapitalın  yeganə 

forması  kimi  ticarət  kapitalının  öz  müstəqilliyini  itirib  sənaye  kapitalının  tədavül 

dairəsində  nümayəndəsinə  çevrilməsi,  ticarətdə  kapitalist  münasibətlərinin  yaranıb 

sürətlə  inkişaf  etməsi,  ticarət  əlaqələri  coğrafiyasının  xeyli  genişlənməsi,  ticarət 

əlaqələrinin  getdikcə  daha  çox  qarşılıqlı  xarakter  daşıması  və  s.  70-ci  illərin 

ortalarından etibarən ticarəti səciyyələndirən cəhətlər idi. 

1876-cı  ilin  mart  ayından  etibarən  gildiya  ticarət  qaydası  Azərbaycanda  da 

tətbiq edilməyə başladı [157]. Bundan sonra tacirlərin hər biri malik olduğu kapitalın 

həcmindən  və  fəaliyyət  dairəsindən  asılı  olaraq  gildiyanın  hər  hansı  bir  dərəcəsinə 

yazılmalı və öz müəssisələri üçün müəyyən bilet götürməli idi. 

Birinci  gildiya  tacirinə  çox  böyük  hüquqlar  verilirdi.  O,  Rusiya  başqa 

dövlətlərin  mallarını  ―Rusiyanın  hər  yerində  yük  ilə,  tay,  va  top‖  ilə  [158]  satmaq 

üçün lazım olan qədər kontor və anbar açmaq hüququna malik idi. 

İkinci  gildiya  şəhadətnaməsini  götürənlər  şəhadətnamə  aldıqları  qəza  və 

kəndlərdə  istənilən  qədər  dükan  açıb  Rusiya  və  başqa  (dövlətin  gömrüklənmiş 

mallarını sata bilərdilər. Xırda alış-veriş şəhadətnaməsi olan tacirin şəhadətnamə aldığı 

qəzada  dükan  açmağa  ixtiyarı  var  idi.  Lakin  o,  bu  dükanlarda  Qafqaz  canişinliyi 

tərəfindən tərtib olunmuş siyahıda göstərilən malları satmalı idi. 

Gildiya  ticarət  qaydası  Azərbaycana  tətbiq  edildikdən  sonra  ticarət-sənaye 

dairələri tərəfindən əldə edilən ticarət sənədlərinin miqdarı sürətlə çoxalmağa başladı. 



1876-cı  ildə  Bakı  və  Yelizavetpol  quberniyalarında  8  minə  yaxın  ticarət  sənədləri 

götürüldüyü halda, 1898-ci ildə onların sayı 25 minə çatmışdı [159]. 

XIX  əsrin  sonlarında  Azərbaycanda  gildiya  ticarət  müəssisələrinin  sayı 

xeyli  artmışdı.  1890-1900-cü  illərdə  Bakı  və  Yelizavetpol  quberniyalarında  gildiya 

ticarət müəssisələrinin sayı 1724-dən 2638-ə yüksəlmişdi. 1897-ci ildə gildiya sistemi 

ticarət  müəssisələrinin  sayının  37  faizini,  dövriyyəsinin  isə  91,1  faizini  əhatə  edirdi. 

Lakin gildiya ticarət müəssisələri əsasən Bakı şəhərində, qismən də Yelizavetpolda, 

Nuxada, Şamaxıda və Şuşada açılmışdı [160]. 

XIX  əsrin  70-ci  illərindən  etibarən  Azərbaycanda  gildiya  ticarət 

müəssisələri ilə bərabər, xırda şəhadətnamə ilə idarə olunan ticarət  müəssisələri də 

sürətlə  artırdı.  1890-cı  ildə  təkcə  Bakı  və  Yelizavetpol  quberniyalarında  ticarət 

müəssisələrinin sayı 5616; 1900-cü ildə isə 6492 olmuşdu [161]. 

XIX  əsrin  sonunda  Azərbaycanda  bütün  ticarət  müəssisələrinin  illik 

dövriyyəsi təqribən 190 milyon manata çatırdı. 

Bakı şəhərində ticarət daha sürətlə genişlənirdi. Bu dövrdə Bakı şəhəri ticarət-

sənaye  dövriyyəsinin  həcminə  görə  nəinki  Azərbaycan  və  Cənubi  Qafqazda,  habelə 

Ümumrusiya  miqyasında  əhəmiyyətli  yer  tuturdu.  1900-cü  ildə  Bakıda  ticarət 

müəssisələrinin sayı 3484-ə qalxmışdı. Onların illik dövriyyəsi isə 137,7 milyon manat 

idi  [162].  1887-ci  ildə  Bakı  şəhərində  ―...kapitalist  istehsalının  ən  görkəmli 

nümayəndəsi‖  olan  yarmarka  təşkil  edildi.  Yarmarkalar  Nuxa  və  b.  yerlərdə  də 

fəaliyyət göstərirdi. 

XIX  əsrin  sonlarında  Azərbaycanda  daxili  ticarətin  təşkili  sisteminin 

təkmilləşdirilməsinə  və  onun  yeni  formalarının  yaranmasına  baxmayaraq,  burada 

ənənəvi  forma  olan  bazar  ticarətinin  əhəmiyyəti  azalmırdı.  1895-ci  ildə  yalnız 

Yelizavetpol  quberniyasında  27  bazar  var  idi  [163].  Burada  özünün  ticarət 

əhəmiyyətinə  görə  Azərbaycan  hüdudlarından  çox-çox  kənara  çıxan  Ağdam  və 

Ağdaş  bazarları  kimi  bazarlar  fəaliyyət  göstərirdi.  Onların  hər  birinin  illik 

dövriyyəsi 2 milyon manatdan yuxarı olurdu. 

Azərbaycanda  tacirlərin  də  sayı  sürətlə  çoxalırdı.  Əvvəllər  ayrı-ayrı 

şəhərlərdə  fəaliyyət  göstərməklə  məhdudlaşan,  az  miqdar  ticarət  kapitalına  malik 

olan  tacirlər  getdikcə  əlverişli  satış  dairəsinə  meyil  edir  və  daha  iri  ticarət 

əməliyyatlarına qoşulurdular. Nəticədə iri kapitala malik olan tacirlərin sayı sürətlə 

çoxalırdı. Onlar Şimali Azərbaycanın hüdudlarından kənara çıxır, Rusiyanın daxili 

rayonlarında, Orta Asiyada, Cənubi Qafqazın digər rayonlarında, Şimali Qafqazda 

və İranda ticarət aparırdılar. Ən iri kapitalı olan tacirlər Bakı, Şamaxı, Nuxa, Şuşa, 

Yelizavetpol  və  b.  şəhərlərə  toplanır  və  öz  kapitallarını  burada  yeri  gəldikcə 

istehsala  tətbiq  edirdilər.  1897-ci  ildə  Azərbaycanın  bu  iki  quberniyasında  20018 

tacir var idi [164]. 

Azərbaycanda  gildiya  tacirlərinin  də  sayı  sürətlə  artırdı.  Gildiya  tacirləri 

əsasən  iri  şəhərlərdə,  xüsusən  Bakı,  Yelizavetpol,  Şuşa  və  Nuxada  fəaliyyət 

göstərirdilər. 1886-cı ildə Bakıda 20 nəfər birinci və 165 nəfər ikinci gildiya taciri 


var idi. 1900-cü ildə onların sayı müvafiq surətdə 78 və 163 nəfər olmuşdu [165]. 

Yelizavetpol  quberniyasında  isə  1897-ci  ildə  6  nəfər  birinci  və  58  nəfər  ikinci 

gildiya taciri var idi. 

Bu  dövrdə  Azərbaycanda  illik  dövriyyəsi  yüz  min  manatlara  çatan 

tacirlərin  xüsusi  çəkisi  xeyli  çoxalmışdı.  80-ci  illərin  sonu  və  90-cı  illərin 

başlanğıcında  Bakıda  ticarət  müəssisələrinin  çoxunun  illik  dövriyyəsi  250  min 

manatdan çox idi. 8 müəssisənin illik dövriyyəsi 500 min manatdan bir mln manata 

qədər idi. Bakıda illik dövriyyəsi bir mln manatdan çox olan ticarət müəssisələri də 

var  idi.  Azərbaycanda  ticarət  kapitalı  yekcins  deyildi.  Bununla  belə  milli  ticarət 

kapitalı da artıb çoxalırdı. 1897-ci ildə Bakıda yerli tacirlərin illik dövriyyəsi 21,5 

mln manat olub, bütün ticarət dövriyyəsinin 20 faizini təşkil edirdi. Azərbaycanın 

digər  şəhərlərində  və  qəzalarında  isə  üstünlük  Azərbaycanlı  tacirlərə  məxsus  idi. 

XIX  əsrin  sonlarında  Azərbaycanda  ticarət  kapitalının  təmərküzləşməsi  və 

mərkəzləşməsi  prosesi  xeyli  sürətlənmiş,  inhisarçı  ticarət  meydana  gəlib  inkişaf 

etməyə  başlamışdı.  Bu  dövrdə  Bakının  ticarət  müəssisələrinin  saymm  və 

dövriyyəsinin artmasına nisbətən onların mənfəəti daha sürətlə artırdı. 1892-1897-

ci illərdə gakıda ticarət müəssisələrinin sayı 32,5 faiz və illik dövriyyə 207,4 faiz 

çoxaldığı halda, illik mənfəət 417,6 faiz artmışdı. 1897-ci ildə illik mənfəəti 5 min 

manat və ondan çox olan ticarət müəssisələri bütün müəssisələrin 10,9 faizini əhatə 

etdiyi  halda,  ümumi  illik  mənfəətdə  belə  müəssisələrin  payı  87,9  faizi  təşkil 

etmişdi. 

Bakıda  ticarət  evləri  və  səhmdar  cəmiyyətlərinin  sayı  da  sürətlə  artır  və 

fəaliyyət  dairəsi  genişlənirdi.  Bakıda  ilk  ticarət  evləri  70-ci  illərin  başlanğıcında 

təşkil edilmiş və 1893-cü ildə onların sayı 20-yə çatmışdı. 1899-cu ildə Bakıda 38 

ticarət evi var idi. 

Bakıda səhmdar cəmiyyətlərinin də sayı çoxalırdı. 1899-cu ildə burada 24 

səhmdar cəmiyyəti var idi. 

Bakıda  ticarət  kapitalının  təmərküzləşməsi  və  mərkəzləşməsi  prosesinin 

sürətlənməsi  burada  inhisar  ticarətin  yaranıb  inkişaf  etməsinə  səbəb  oldu.  Neft 

sənayesinin  ilk  inkişafı  dövründə  yaranan  ―Bakı  neft  cəmiyyəti‖,  ―Nobel 

qardaşları‖  və  daha  sonra  ―Xəzər-Qara  dəniz‖  kimi  iri  səhmdar  cəmiyyətləri  neft   

icarətində  mühüm  inhisar  təşkilatlarına  çevrilmişdilər.  1894-cü  ildə  Rusiyada  ilk 

neft ixracedici  sindikat  – ―Bakı ağ neft zavod sahibləri ittifaqı‖ yaradıldı. Sindikat 

Rusiyadan  ixrac  edilən  ağ  neftin  98  faizini  öz  əlində  mərkəzləşdirmişdi.  1897-ci 

ildə ―Bakı ağ neft zavod sahibləri ittifaqı‖ dağıldı. Rotşild tərəfindən 1898-ci ildə 

―Mazut‖  cəmiyyəti  təsis  edildikdən  sonra  Nobel  onunla  saziş  bağladı.  Nəticədə 

1900-cü  illərin  lap  başlanğıcında  bu  iki  neft  maqnatı  arasında  kartel  müqaviləsi 

bağlandı.  Azərbaycanın  ticarət  əlaqələrinin  genişlənməsində  mühüm  rol  oynayan 

Bakı limanının mal dövriyyəsi çox böyük sürətlə artırdı. 


1886-1900-cü illərdə aparılan malların miqdarı 59066 min puddan 343959 

min  puda,  gətirilən  malların  miqdarı  isə  6000  min  puddan  30558  min  puda 

yüksəlmişdi [166]. 

1883-cü  ilin  mayında  Bakı-Tiflis  yolunun  işə  düşməsi  Azərbaycanın 

ticarət  əlaqələrinin  genişlənməsinə  güclü  təsir  göstərdi.  1883-1894-cü  illərdə 

Azərbaycanın  başlıca  dəmir  yol  stansiyalarından  aparılan  malların  orta  illik 

miqdarı  44145  min  pud,  gətirilən  malların  miqdarı  isə  9453  min  pud  olmuşdu 

[167]. 


Dəmiryol  vasitəsi  ilə  yalnız  Yelizavetpol  quberniyasından  1889-cu  ildə 

2534 min pud, 1895-ci ildə isə 4613 min pud mal  aparılmış, həmin illərdə müvafiq 

surətdə 1518 min və 3312 min pud mal gətirilmişdi [168]. 

1881-1900-cü  illərdə  Bakıdan  bütün  istiqamətlərdə  aparılan  neft 

məhsullarının  miqdarı  194,4  milyon  puddan  artaraq  443,1  mln  puda  çatmışdı  [169]. 

Azərbaycanın ticarət əlaqələrinin inkişafında pambıq, ipək, yun və şərabla ticarət də 

müəyyən rol oynayırdı. 

Azərbaycanın ipəyi, yunu, biyan kökü, meyvəsi və s. malları da getdikcə daha 

uzaq  bazarlara  gedib  çıxırdı.  XIX  əsrin  sonlarında  Bakı  quberniyasından  aparılan 

yunun miqdarı ildə orta hesabla 75 min pud olurdu [170]. 

Zaqatala  dairəsində  toplanılan  qoz-fındıq  Tiflislə  yanaşı,  Nijni-Novqorod 

yarmarkasında yüksək qiymətə satılırdı. 1884-cü ildə Nijni-Novqorod yarmarkasında 

Zaqataladan aparılan 23 min pud qoz-fındıq satılmışdı [171]. 

XIX əsrin sonlarında Şimali Azərbaycanın İranla ticarəti xeyli inkişaf etmişdi. 

Burdan İrana yerli məhsullar ixrac edilməklə, habelə İrandan buraya yerli tələbatı ödəmək 

üçün müxtəlif mallar idxal olunmaqla bərabər, Azərbaycan Rusiya ilə İran arasında mövcud 

olan  tranzit  ticarətində  də  əhəmiyyətli  rol  oynamaqda  davam  edirdi.  1885-ci  ildə 

Azərbaycan  ərazisində  olan  bütün  gömrükxanalardan  İrana  ixrac  edilən  və  İrandan 

buraya idxal edilən malların dəyəri, 6,8 mln manat olduğu halda, 1895-ci ildə bu, 20,1 

mln manata çatmışdı [172]. 



 

§ 7. KREDĠT-BANK MÜƏSSĠSƏLƏRĠ 

 

Şimali  Azərbaycanın  kredit-bank  sistemi  Ümumrusiya  kredit-bank 



sisteminin bir hissəsi kimi formalaşır və inkişaf edirdi. 

Bütövlükdə  Şimali  Azərbaycanın  kredit-bank  şəbəkəsi  Rusiya  banklarının 

(həm  dövlət,  həm  də  səhmdar),  bankir  evləri,  qarşılıqlı  kredit  cəmiyyətləri,  şəhər 

kredit  cəmiyyətləri,  xəzinə,  əmanət  kassaları,  xırda  kredit  birlikləri,  borc-əmanət 

birliklərinin, şöbələrinin, həmçinin öz əməliyyatlarını Şimali Azərbaycanda aparan 

dövlət və səhmdar torpaq banklarının açılması nəticəsində meydana gəldi. 

Bankların,  bankir  evlərinin,  xəzinələrin,  qarşılıqlı  kredit  cəmiyyətlərinin, 

şəhər kredit cəmiyyətlərinin cəmləşdikləri əsas yerlər Bakı, Gəncə, Nuxa, Şuşa, Culfa 



idi. Xırda kredit birliklərinin və borc-əmanət cəmiyyətlərinin cəmləşdikləri yerlər isə 

kənd inzibati və ticarət mərkəzləri idi. 

Azərbaycan kredit-bank sisteminin yaranması 1874-cü ildən Bakıda başladı. 

Bu dövrdə kapitalist inkişaf yoluna qədəm qoymuş Bakıda ucuz kreditə tələbat xüsusilə 

kəskin  hiss  edilməyə  başladı.  Bakıda,  hətta  girov  qoymaqla  belə,  ildə  20-25  faizlik 

borcu çətinliklə əldə etmək olurdu [173]. 

1874-cü  il  fevralın  28-dən  Bakıda  fəaliyyətə  başlayan  Bakı  kredit 

cəmiyyəti ilk bank müəssisəsi olmaqla Şimali Azərbaycanda kapitalist kredit sisteminin 

yaranmasının əsasını qoydu. 1874-cü il iyunun 1 -dən Bakıda ikinci bank müəssisəsi - 

Dövlət  bankının  şöbəsi  fəaliyyətə  başladı  [174].  Bundan  sonra  bir-birinin  ardınca 

müxtəlif səhmdar kommersiya banklarının şöbələri açılmağa baş-ladı. Belə ki, Bakıda 

1881-ci ildə Bakı ictimai şəhər bankı, 1886-cı ildə Tiflis kommersiya bankının şöbəsi, 

1890-cı ildə Volqa-Kama kommersiya bankının şöbəsi, 1897-ci ildə Kiyev və yaxud 

Cənubi Rus sənaye bankının şöbəsi, 1898-ci ildə Sankt-Peterburq-Azov kommersiya 

bankının  şöbəsi,  Rus  ticarət-sənaye  bankının  şöbəsi,  1899-cu  ildə  Don  torpaq 

bankı,1900-cü  ildə  Bakı  şəhər  kredit  cəmiyyəti,  İranm  Uçot-borc  bankının  şöbəsi 

təsis edildi [175]. 

Beləliklə,  sənaye  böhranının  başlanmasına  yaxın  Bakıda  artıq  10-dan  çox 

bank  müəssisəsi  və  5  bankir  kontoru  (A.Q.Ələsgərov,  Q.M.Arafelov,  P.B.Haşımov, 

Q.N.Seydiyev və H.Z.Tağıyevin kontorları) var idi [176]. 

Kredit-bank  müəssisələrinin  əməliyyatları  Gəncə  şəhərinə  də  yayılırdı. 

1896-cı il iyulun 1-dən Azov-Don səhmdar kommersiya bankı Gəncədə öz şöbəsini 

açdı. 

Kapitalizmin  inkişafı  ilə  əlaqədar  Şuşa,  Nuxa  şəhərlərində  kredit 



müəssisələri təşkil etmək üçün cəhd göstərilsə də, XX yüzilliyin əvvəllərinədək bu 

şəhərlərdə bank müəssisələri açılmamışdı. 

1897-ci il iyulun 1-dən Rusiyanın bütün xəzinələrinin üzərinə ən sadə bank 

əməliyyatlarını  yerinə  yetirmək  vəzifəsi  qoyulduqdan  sonra  Şimali  Azərbaycanın 

bank  müəssisələri  şəbəkəsi  daha  da  inkişaf  etdi.  Bıı  xəzinələrdən  bəziləri  Şimali 

Azərbaycanda da fəaliyyət göstərirdi. Xəzinələr dövlət palatasına tabe idi. 1872-ci il 

iyulun  1-dək  Cənubi  Qafqazda  Baş  palata  –  Cənubi  Qafqaz  Dövlət  Palatası  vardı 

ki, onun da nəzdində 24 xəzinə və məxaric şöbəsi fəaliyyət göstərirdi. 1872-ci ildə 

bu  palatanın  əvəzində  iki  palata  –  Tiflis  və  Bakı  dövlət  palataları  təşkil  olundu. 

Bakı 


palatası 

Bakı 


və 

Yelizavetpol 

quberniyalarında, 

Dərbənd 


qradonaçalnikliyində və Zaqatala dairəsində yerləşən 10 xəzinəyə rəhbərlik edirdi. 

Bakı  şəhərindəki  quberniya  xəzinəsi,  qəza  xəzinələri,  Dərbənd  və 

Temirxanşuradakı məxaric şöbələri Bakı dövlət palatasına hesabat verirdilər. XIX 

yüzilliyin sonuna qədər Göyçay, Qazax, Zəngəzur xəzinələri də təşkil olunmuşdu. 

1898-ci  il  mayın  1-dən  üçüncü  –  İrəvan  dövlət  palatası  açıldıqdan  sonra 

bəzi  xəzinələr  onun  sərəncamına  keçdi.  İnqilaba  qədərki  Şimali  Azərbaycanda  14 

xəzinə fəaliyyət göstərirdi. 


1897-ci  ildə  xəzinələr  bank  əməliyyatları  apararkən  onların  üzərinə  pul 

dəyişmiş, dövlət xəzinə biletlərini almaq və satmaq, kuponlar və kapital üzrə, tirajı 

çıxmış  faizli  kağızlar  və  vaxtı  ötmüş  dövlət  xəzinə  biletləri  üzrə  faizlərin 

ödənilməsi,  əmanət  kassalarının  əməliyyatları,  dövlət  bankları  müəssisələrinin 

vəzifəsi qoyulmuşdu. 

Xəzinələrin  bank  funksiyalarının  genişləndirilməsi  onları  tədricən  bank 

tipli  müəssisələrə  yaxınlaşdırmaqla  yanaşı,  borc  bank  əməliyyatlarının,  xüsusilə 

şərti  və  cari  hesabların  tətbiqindən  sonra,  ümumi  inkişafına  yardım  etdi  və 

həmçinin  hər  hansıp  kredit  müəssisəsindən  məhrum  olan  ucqar  yerlərdə  müxtəlif 

maliyyə  əlaqələrini  xeyli  yüngülləşdirdi.  Belə  yerlər  isə  Şimali  Azərbaycanda  az 

deyildi.  Lakin  daha  fəal  kredit  əməliyyatları,  o  cümlədən  veksellərin  hesaba 

alınması və mala görə borc verilməsi, faizli kağızlar digər dəyərlər xəzinələrə şamil 

edilmədi. 

1849-cu  ildə  Tiflis  şəhərində  açılmış,  borc  vermək  hüququ  olan  Cənubi 

Qafqaz  ictimai  himayə  bankının,  1874-cü  ildə  təsis  edilmiş  Tiflis  zadəgan 

bankının,  1890-cı  ildən  Tiflis  şəhərində  fəaliyyətə  başlayan  Dövlət  zadəgan 

bankının  Cənubi  Qafqaz  şöbəsinin  və  1899-cu  ildən  Bakı  şəhərində  öz 

nümayəndəsi  olan  Don  səhmdar  torpaq  bankının  əməliyyatları  da  Azərbaycan 

ərazisində yayılırdı [177]. 

Azərbaycanda  dövlət  və  səhmdar  kommersiya  bankları  qısa  müddətli 

kreditlər  verirdi.  Nəhəng  kapital  anbarlarına  çevrilən  və  onu  yerdən  toplayan 

banklar borclar bir qayda olaraq iri kapitalistlərə verirdilər [178]. 

Veksel uçotundan sonra bankların ikinci fəal əməliyyatları həm bilavasitə 

mallara,  həm  də  malların  nəqliyyat  sənədlərinə  görə  borc  verməkdən  ibarət  idi. 

Banklar  neftə,  onun  məhsullarına,  düyüyə,  pambığa,  meyvə  qurusuna  və  s.  görə 

borc verirdilər. Kreditin bu forması getdikcə daha çox inkişaf edir və neft sənayesi 

ilə az bağlı olan bankların fəaliyyətinin əsas formasına çevrilirdi. 

Dövlət və səhmdar torpaq bankları şəhər və mülklərinin girov qoyulması 

müqabilində  uzunmüddətli  borc  verirdi.  Girov  müqabilində  verilən  borclardan  

ancaq  imtiyazlı  silklər  –  xan  nəslindən  olanlar,  bəylər,  ağalar,  kənd  və  şəhər 

burjuaziyasının  nümayəndələri    istifadə  edə  bilərdilər.  Şimali  Azərbaycanın 

zəhmətkeş  kəndliləri  torpaq  banklarından  borc  almaq  hüququndan  məhrum 

edilmişdilər. 

Mülkləri  girov  qoyaraq  borc  almaq  XIX  yüzilliyin  90-cı  illərinin 

başlanğıcından xeyli genişləndi. Azərbaycan torpaq sahiblərinə borc ən çox Tiflis 

zadəgan  bankı  tərəfindən  verilirdi.  1898-ci  ilə  banklar  Azərbaycandan  ümumi 

sahəsi  16  min  desyatin  olan  17  mülk  girov  götürmüş  və  304  min  manat  borc 

vermişdilər. 

Kredit 

müəssisələri 



şəbəkəsi 

genişləndikcə, 

bank 

kapitalı 



təmərküzləşdikcə  onun  sənayenin  müxtəlif  sahələrinə,  nəqliyyata,  ticarətə, 

əkinçiliyə  və  torpaq  sahibliyinə  müdaxiləsi  də  güclənirdi.  Kapitalist  kreditlərinin 



daha  güclü  axını  sənayesinin  və  onun  məhsulları  ilə  ticarətə  yönəlmişdi.  Ölkə 

iqtisadiyyatının  müxtəlif  sahələri  arasında  əlaqələri  gücləndirən  banklar  ödəmələr 

zamanı  həyata  keçirdikləri  vasitəçi  rolundan  tədricən  kapitalist  təsərrüfat 

sisteminin mərkəzinə çevrilirdi. 

 

§ 8. ġƏHƏRLƏR 

 

XIX  yüzilliyin  ikinci  yarısında  Şimali  Azərbaycanda  12  şəhər  var  idi. 

Şəhərlərin  inkişafı  və  ölkənin  sosial-iqtisadi  və  siyasi  həyatında  rollarının 

yüksəlməsi  onların  əhalisinin  sayının  artmasına  təsir  göstərirdi.  50-60-cı  illərdə 

yenə  əvvəlki  kimi  əhalisi  daha  çox  olan  ən  iri  mərkəzlər  25,6  min  əhalisi  olan 

Şamaxı,  sonra  Nuxa  (23,3  min),  Şuşa  (19,3  min),  Gəncə  (14,9  min),  Bakı  (12,3 

min),  Quba  (11,2  min)  və  s.  şəhərlər  idi  [179].  Bu  illərdə  şəhər  əhalisinin  143,5 

min nəfərə çatırdı ki, bu da Azərbaycanın bütün əhalisinin 12,4 faizini təşkil edirdi. 

XIX  yüzilliyin  sonunda  şəhərlərin  əhalisi  xeyli  artışdı.  İri  sənaye 

mərkəzlərinin  görünməmiş  inkişafı  bir  sıra  yeni  sənaye  mərkəzlərinin  əmələ 

gəlməsi islahatdan sonrakı dövrün ən xarakterik əlamətlərindən biri idi. 

1897-ci  ildə  şəhər  əhalisinin  sayı  270  minə  çatmışdı  ki,  bu  da  artıq 

Azərbaycanın  bütün  əhalisinin  14,5  faizini  təşkil  edirdi.  Bakı  quberniyası 

əhalisinin  sayı  sürətlə  artırdı.  XIX  yüzilliyin  sonlarına  yaxın  buradakı  şəhərlərdə 

quberniyanın  bütün  əhalisinin  20  faizi  yaşayırdı  ki,  bu  da  müvafiq  Ümumrusiya 

göstəricisindən xeyli yüksək idi [180]. 

Ümumrusiya  əhəmiyyətli  iri  mərkəzlərə  çevrilən  Bakı  və  Gəncə 

şəhərlərində əhali daha sürətlə artırdı. 1897-ci ildə Bakının əhalisi 11,9 min nəfər 

təşkil  edirdi,  daha  doğrusu,  1867-ci  illər  müqayisədə,  demək  olar  ki,  on  dəfə 

artmışdı. Həmin müddət ərzində 33,6 min nəfər adam yaşayan Gəncənin əhalisi 2,2 

dəfə artmışdı. 

Bu  dövrdə  Nuxada  24,7  min,  Şuşada  25,8  min,  Qubada  15,3  min, 

Naxçıvanda  8,7  min,  Lənkəranda  8  min,  Ordubadda  7  min  nəfər  əhali  yaşayırdı. 

Şamaxı şəhərinin əhalisi 6 min nəfər azalmışdı. Bu kənarda qalması və 1859-u il 

zəlzələsi,  quberniya  inzibati  idarələrinin  buradan  Bakıya  köçürülməsi  ilə  əlaqədar 

idi. 


Bütövlükdə  isə  şəhər  əhalisinin  artım  sürəti  əhalinin  ümumi  artım  sürəti 

ilə  müqayisədə  xeyli  yüksək  idi.  Şəhərlərin  sayı  2  dəfə  artdığı  halda,  Şimali 

Azərbaycanın bütün əhalisinin sayı 1,5 dəfədən az artmışdı. 

Əhalinin sürətli illik təbii artımı dövrün  ümumi  meyli idi.  1894-cü ildən 

1898-ci ilə qədər, daha doğrusu 5 il ərzində təbii artım Bakıda 2 min nəfər, Gəncə 

və Naxçavanda 1,5 min, Şuşada isə 1,3 nəfər təşkil etmişdi [181]. 

Kapitalist  sənayesinin  inkişaf  etdiyi  şəhərlər  üçün  fəhlə  kadrlarının  artım 

mənbəyi olan kəsbkarlıq xarakterik  hal idi. Əsas  hissəsini  Cənubi  Qafqazın ayrı-

ayrı  rayonlarının,  Dağıstanın,  Orta  və  Aşağı  Volqaboyunun  və  Rusiyanın  bəzi 


digər  mərkəzi  quberniyalarının  müflisləşməsi  kəndliləri,  həmçinin  Cənubi 

Azərbaycanın  şimal-qərb  vilayətlərindən  çıxmış  kəsbkarlar  təşkil  edən  gəlmə 

əhalinin  xüsusi çəkisi böyük şəhərlərdə  xüsusilə  yüksək idi.  Belə  ki,  1897-ci  ildə 

Bakıda  gəlmə  əhali  əhalinin  ümumi  sayının  64%-ni,  Gəncədə  28%-ni,  Şamaxıda 

16%-ni  təşkil  edirdi.  Həm  də  Bakıda  gəlmə  əhali  daha  gənc  yaş  qrupunu  təşkil 

edirdi  ki,  bunun  da  nəticəsində  şəhər  əhalisi  içərisində  gənc  əhali  üstünlük  təşkil 

edirdi. Bu, neft sənayesinin inkişafı, bu sahəyə güclü işçi qüvvəsinin axını ilə bağlı 

idi. Neft istehsalatında məşğul olan əhali, sənayenin digər sahələrində məşğul olan 

əhaliyə  nisbətən  daha  intensiv  artırdı.  Bütövlükdə  yerli  əhali  Azərbaycan 

şəhərlərində yaşayan əhalinin 63%-ni, gəlmə əhali isə 37%-ni təşkil edirdi. 

Gəlmə  əhalinin  ümumi  kütləsi  içərisində  Şimali  Azərbaycanın  müxtəlif 

qəzalarından  olan  mövsimi  fəhlələrin  xüsusi  çəkisi  daha  yüksək  idi.  Onların 

sənayeyə ilk növbədə daimi iş və əmək haqqı cəlb edirdi. 1880-ci ildən onların sayı 

ildə  30-35  min  nəfərə  çatmışdı.  1897-ci  ildə  Bakı  quberniyasının  şəhərlərində 

işləyən  fəhlələrin  ümumi  sayının  yalnız  34%-i  yerli  əhalidən,  10,3%-isə 

Yelizavetpol quberniyasından çıxanlardan ibarət idi. Yerdə qalanlar, daha doğrusu, 

şəhər  əhalisinin  ümumi  sayının  yarısından  çoxu  Rusiyadan,  Dağıstandan,  İrəvan 

quberniyasından və Cənubi Azaərbaycandan gələnlər idi [182]. 

Şəhər  əhalisinin  milli  tərkibində  azərbaycanlılar  üstün  mövqe  tuturdular. 

Onlar əhalinin 53%-ni təşkil edirdi. Digər millətlərin xüsusi çəkisi yüksək deyildi, 

bununla  belə,  artıq  XIX  yüzilliyin  ikinci  yarısında  çoxmillətliliyin  özəyi 

yaranmağa başladı [183] 

Kapitalist  münasibətlər inkişaf edib dərinləşdikcə,  şəhər  əhalisinin sosial 

tərkibində ciddi dəyişikliklər baş verdi. Hakim təbəqələrin xüsusi çəkisi o qədər də 

yüksək  deyildi.  Belə  ki,  tərkibinə  xanların,  bəylərin  və  rus  zadəganlarının 

nümayəndələrinin daxil olduğu qrupun sayı çox cüzi idi. 1870-ci ildə onların sayı 

6600 nəfəri təşkil edirdi ki, bu da şəhər əhalisindən 4,6%-i və Azərbaycanın bütün 

əhalisinin  0,6%-i  qədər  idi.  XIX  yüzilliyin  sonunda  onların  sayı  2,3  dəfə 

artaraq,15,3  min  nəfərə  çatsa  da,  xüsusi  çəkiləri  yenə  cüzi  idi  və  1897-ci  ildə 

şəhərlilərin  5,6%-ni,  bütün  əhalisi  isə  90,8%-ni  təşkil  edirdilər  [184].  Eyni 

zamanda  onların  sayı  qəzalara  nisbətən,  demək  olar  ki,  bütün  şəhərlərdə  az  idi. 

Bakı  və  Şamaxı  şəhərləri  müstəsnalıq  təşkil  edirdilər.  Bu  şəhərlərdə  əhalinin 

göstərilən qrupunun sayı həmin qəzadakılara nisbətən çox idi. 

Muzdlu  əməkdən  istifadə  edən  sənaye,  nəqliyyat,  ticarət.  Müəssisə  və 

təşkilatların sahibləri və kapitaldan gələn gəlirdən istifadə edən  qrup da kiçik idi. 

Məsələn,  XIX  yüziliyin  əvvəlində  Bakıda  onlar  şəhərin  iş  qabiliyyətli  əhalisinin 

yalnız  6,5  faizini  təşkil  edirdi.  Lakin  Bakı  zəhmətkeşlərinin  amansız  istismarı 

hesabına  yaradılmış  maddi  sərvətlərin  xeyli  hissəsi  onlara  mənsub  idi.  Neft 

sənayesi  burjuaziyasının  simasında  şəhərin  istismarçı  yuxarı  təbəqəsi  mədənlərə, 

fabrik  və  zavodlara,  gəmilərə,  ticarət  müəssisələrinə  malik  idi.  Onların  arasında 

tacirlər müəyyən yer tuturdular. Həm də onlar Nuxa, Lənkəran, Naxçıvan, Ordubad 


kimi  ticarət  şəhərlərində  xüsusilə  çox  idilər.  XIX  yüzillyin  sonunda  şəhərlərin 

bütövlükdə  30  min  tacir  yaşayırdı  ki,  onlar  da  şəhər  əhalisinin  11%-ni  təşkil 

edirdilər  [185].  Həm  daxili,  həm  də  xarici  topdan-satış  ticarətilıə  məşğul  olan 

birinci  gildiya  tacirlərinin  əsas  hissəsi  Bakıda  cəmləşmişdi.  Yerdə  qalan  bütün 

digər  şəhərlərdə  II  gildiya  hissəsini  isə  xırda  ticarətlə  məşğul  olan  şəxslər  təşkil 

edirdilər. 

Şəhərlərin 

xırda 


burjuaziyası, 

hər 


şeydən 

əvvəl, 


sənətkar 

emalatxanalarının,  kiçik  ticarət  müəssisələrinin,  nəqliyyat  (at-araba)  vasitələri 

sahiblərindən və s. ibarət idi. Kənd təsərrüfatı ilə əlaqədar kəsmiş şəhərlilərin xeyli 

hissəsi də burjuaziyaya aid idilər. 1870-ci ildə onların sayı  100 min  nəfərə çatırdı 

ki, bu da Şimali Azərbaycanda şəhər əhalisinin əksəriyyətini təşkil edirdi. 1897-ci 

ildə onların sayı 68 min nəfərə enərək, şəhər əhalisinin ümumi sayının yalız 25%-

ni  təşkil  edən  zaman  mənzərə  əsaslı  surətdə  dəyişdi  [186].  Bu  onu  göstərirdi  ki, 

şəhərlər  getdikcə  daha  çox  özlərinin  xarakterini  itirir,  yeni  sənaye  görünüşü 

alırdılar.  Kənd  təsərrüfatı  ilə  məşğuliyyət  artıq  şəhər  əhalisinin  əsas  məşğulliyət 

artıq şəhər əhalisinin əsas məşğulliyyət sahəsi olmayıb, köməkçi xarakter daşıyırdı. 

Şəhərlilərin təsərrüfat fəaliyyətinin əsasd növləri isə sənətkarlıq, ticarət və sənaye 

istehsalı idi. 

XIX  yüzilliyin  ikinci  yarısında  başlayan  sənaye-texniki  tərəqqi 

ziyalılarının sayının artmasına kömək etdi. Belə ki, məhsuldar qüvvələrin inkişafı 

və  zehni  əməyin  tətbiq  edildiyi  sahələrin  genişlənməsi  alimlərin,  mühəndislərin, 

texniklərin  və  digər  mütəxəssislərin  çoxalmasını  tələb  edirdi,  dövlət  aparatının  və 

ölkənin  ictimai  strukturunun  genişlənməsi  isə  ideloji  funksiyaları  yerinə  yetirən 

məmurların,  qulluqçuların  və  ziyalıların  artmasına  təkan  verdi.  XIX  yüzilliyin 

sonunda  ziyalılar  aşağıdakı  əsas  sosial  qruplardan  ibarət  idi:  zadəgan-mülkədar, 

burjua, xırda burjua ziyalıları [187]. 

Ziyalıların  xeyli  hissəsi  iri  şəhərlərdə,  başlıca  olaraq  Bakı  və  Gəncədə 

toplanmışdı.  Onlar  öz  tərkibinə  görə  yekcins  deyildi.  Peşə  mənsubiyyəti 

baxımından  Şimali  Azərbaycan  ziyalıları  aşağıdakılardan  ibarət  idi:  1)  maddi 

istehsal  sahəsində  işləyən  ziyalılar  (mühəndislər,  texniklər,  poçt-teleqraf  və 

dəmiryol  qulluqçuları,  kənd  təsərrüfatı  mütəxəssisləri);  2)  mədəniyyət  sahəsində 

çalışan ziyalılar (maarif və tibb işçiləri, alimlər, ədiblər, rəssamlar və b.); 3) dövlət 

(inzibati, məhkəmə və digər müəssisələrin məmurları, şəhər və zadəgan məmurları, 

sənaye  və  ticarət  müəssisələrinin  inzibati  işçiləri,  hüquqşünaslar  və  b.).  Şimali 

Azərbaycan  şəhərlərində  yuxarıda  adları  çəkilən  peşələrin  35  min  nümayəndəsi 

yaşayırdı ki, bu da bütün şəhər əhalisinin 13%-ni təşkil edirdi [188]. 

Cəmiyyətin sosial strukturunda sayı 2 min nəfər olan və yaxud şəhərlilərin 

1,4  və  ölkə  əhalisinin  0,2%-ni  təşkil  edən  ruhanilər  mühüm  yer  tutmaqda  davam 

edirdilər.  1897-ci  ildə  onların  sayı  1500  nəfərə  qədər  azalaraq  şəhərlilərin  0,55 

faizini və Şimali Azərbaycanın bütün əhalisinin 0,8 faizini təşkil etdi [189]. 



İş  qabiliyyətli  şəhər  əhalisinin  bir  hissəsini  fəhlələr  təşkil  edirdilər.XIX 

yüzilliyin  sonunda  Bakıda  onun  xüsusi  çəkisi  çox  yüksək  idi  və  şəhər  əhalisi 

arasında  da  fəhlələr  böyük  yer  tuturdu.  XIX  yüzilliyin  sonlarında  Şimali 

Azərbaycanın çoxmillətli fəhlə sinfi təşəkkül tapmışdı. 

Əmtəə kapitalist münasibətlərinin inkişafı ilə şəhərlərin ixtisaslaşması da 

baş verirdi. Bakı dünya neft sənayesinin mərkəzinə, Rusiyanın dəniz və dəmir yolu 

daşımalarının ən mühüm məntəqələrindən birinə, böyük tranzit və ticarət, maliyyə 

və kredit müəssisələrinin inkişaf etdiyi mərkəzə çevrilirdi. 

Gəncə  ticarət  mərkəzi  olmaqla  yanaşı,  həm  də  mühüm  yol  daşımaları, 

şərab, konyak və spirt istehsalı məntəqəsi idi. Nuxada ipək sənayesi və ticarət daha 

yüksək  sürətlə  inkişaf  edirdi.  Şuşada  ipək,  yun  istehsalı  və  xalçaçılıq,  Qubada 

xalçaçılıq, Lənkəranda balıq sənayesi yayılmış, Şamaxıda ipəktoxuma istehsalı və 

şərabçılıq  cəmləşmişdi.  Yerdə  qalan  şəhərlər,  o  cümlədən  Naxçıvan,    Ordubad 

əsasən ticarət əhəmiyyətini qoruyub saxlayırdı. 

Şimali  Azərbaycan  şəhərlərində  sənaye  və  ticarət  müəssisələrinin  sayı 

xeyli  artmışdı.  1900-cü  ilə  yaxın  onların  ümumi  sayı  10  min  müəssisəyə,  o 

cümlədən  Bakıda  4365-ə,  Gəncədə  1425-ə,  Nuxada  810-a,  Şuşada  708-ə, 

lənkəranda 485-ə çatmışdı [190]. 

Şəhərlərin  ümumi  xərcləri  içərisində  məcburi  xərclər  –  müxtəlif  dövlət 

müəssisələrinin,  polisin,  ordunun  və  s.  saxlanılması  birinci  yerdə  dururdu. 

Şəhərlərin  abadlaşdırılmasına  ayrılan  xərclər  vacib  olmayan    xərclər  sırasına  aid 

edilirdi, onun miqdarı az idi və daima ixtisar edilirdi. Belə ki, 1879-1882-ci illərdə 

Bakı şəhərinin abadlaşdırılmasına bütün xərclərin 40-faizi ayrılmışdı, 1883-1888-ci 

illərdə bu, 15, 1895-1899-cu illərdə isə 12 faizə qədər azalmışdı. 

Səhiyyə  maarif  və  digər  ictimai  ehtiyaclara  ayrılan  vəsait  çoz  cüzi  idi. 

Şimali Azərbaycanda kapitalist sənayesinin inkişafı ilə əlaqədar istesalatda savadlı 

işçilərə  ehtiyac  yarandı.  Şəhərlərdə  ilk  peşə  məktəbləri  təsis  olundu.  Lakin 

ümumtəhsil  məktəbləri  kimi  peşə  məktəblərinin  də  sayı  çox  deyildi.  İşin  belə 

təşkili  şəraitində  şəhər  əhalisi  arasında  savadlıların  faizi  aşağı  olaraq  qalmaqda 

davam edirdi. Bakıda o, 1897-ci ildə 32,3 faiz, Şuşada 25 faiz, Gəncədə 23,3 faiz, 

digər şəhərlərdə isə daha aşağı idi [191]. 

Kapitalist  sənaye  mərkəzləri  olan  görkəmli  şəhərlərin    xarici 

görünüşlərində də diyişikliklər baş verirdi. Onlarda daş binalar üstünlük təşkil edir, 

ticarət-sənaye  burjuaziyasının  nümayəndələrinə  mənsub  olan  üç  və  dördmərtəbəli 

yaraşıqlı mülklərin tikintisi başlanırdı. Şəhərlərdə onlar üçün səciyyəvi olan məscid 

və kilsələrdən əlavə, yeni müəssisələr – teleqraf, poçt və elektrik stansiyaları, təhsil 

müəssisələri  tikilir,  yaşıllıqlara,  bağ  və  parkların  salınması,  küçələrin 

işıqlandırılması yaxşılaşırdı. 

Şəhər  nəqliyyatı  geridə  qalırdı.  Yalnız  1889-cu  ildə  Bakıda  konka  (at 

dəmiryolu)  fəaliyyətə  başladı.  Su  ilə  təchizat  yarıtmaz  halda  idi.  Şəhərlərdə 

kanalizasiya yox idi, antisanitariya hökm sürürdü. 


Müəyyən  müsbət  irəliləyişlərə  baxmayaraq,  bütün  ölkədə  olduğu  kimi, 

Şimali  Azərbaycan  şəhərləri  kəskin  sosial  təzadlar  və  ziddiyyətləri  özündə  əks 

etdirirdilər.  Şəhər  əhalisi  arasındakı  münasibətlərin  təbəqəli,  antaqonist  xarakteri, 

şəhərlərdə sənaye fəhlələrinin cəmləşməsi əməklə kapital arasındakı XIX yüzilliyin 

sonlarından başlayan döyüşlərdə öz əksini tapırdı. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

VI FƏSIL 

 

XIX ƏSRĠN 80-90-cı ĠLLƏRĠNDƏ AZƏRBAYCAN 

KƏNDĠNĠN SOSĠAL-ĠQTĠSADĠ VƏZĠYYƏTĠ 

 


Yüklə 11,49 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin