AZƏrbaycan diLİ VƏ tariXİ ―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək


§ 1. TORPAQ SAHĠBLĠYĠ, TORPAQDAN VƏ SUDAN



Yüklə 11,49 Mb.
Pdf görüntüsü
səhifə21/36
tarix31.01.2017
ölçüsü11,49 Mb.
#7204
1   ...   17   18   19   20   21   22   23   24   ...   36
§ 1. TORPAQ SAHĠBLĠYĠ, TORPAQDAN VƏ SUDAN 

ĠSTĠFADƏ, ÇARĠZMĠN KÖÇÜRMƏ SĠYASƏTĠ 

 

Torpaq  sahibliyi  və  torpaqdan  istifadə.  XIX  yüzilliyin  birinci  yarısında 

olduğu kimi Şimali Azərbaycanın torpaq fondu yenə də dövlətin mülkiyyəti olan xəzinə 

torpaqlarından və xüsusi mülkiyyət kimi yerli bəylərin  -  mülkədarların ixtiyarlarında 

olan xüsusi sahibkar torpaqlarından ibarət idi. Az da olsa ayrı-ayrı kəndlilər tərəfindən 

xüsusi  mülkiyyət  kimi  satın  alınmış  torpaqlar  və  dini    idarələrə  məxsus  olan  vəqf 

torpaqları da var idi. 



Xəzinə torpaqları 6,7 mln desyatinə bərabər olub, Şimali Azərbaycanın bütün 

torpaq fondunun 83%-ni təşkil edir, xəzinə isə ən iri torpaq sahibi kimi çıxış  edirdi. 

Xəzinə  torpaqlarının  təxminən  4,5  mln  desyatini  bilavasitə  xəzinənin 

ixtiyarında olub otlaqlardan, örüşlərdən, cüzi əkin sahələrindən, neft verən torpaqlardan, 

müxtəlif faydalı qazıntı mədənlərindən və nəhayət, yararsız torpaqlardan ibarət idi. Bütün 

xəzinə torpaqlarının 2,2 mln desyatini isə pay torpaqları kimi dövlət-xəzinə kəndlilərinin 

istifadəsində idi. 

Xəzinəyə  məxsus  olan  meşələrin  sahəsi  900  min  desyatinə  çatırdı.  Dövlət 

kəndliləri xəzinənin meşə torpaqlarını sərbəst surətdə əkin sahələrinə çevirir, təsərrüfat 

ehtiyacları üçün meşələrdən ağac qırırdılar. XIX yüzilliyin 60-cı illərinin əvvəllərində 

xəzinə  meşələrinin  mühafizəsi  haqqında  qaydaların  tətbiq  edilməsindən  və 

meşəbəyiliklərin yaradılmasından etibarən isə meşə sahələrinin əkin üçün təmizlənməsi 

və xəzinə meşələrinin qırılması qadağan olundu 

Xəzinə  torpaqlarının  təxminən  2  mln  desyatinini  otlaqlar  və  örüşlər 

tuturdu. Otlaq və örüş sahələri xəzinə tərəfindən hər desyatinə görə müəyyən haqq 

müqabilində  kəndlilərə  icarəyə  verilirdi.  Xəzinə  kəndliləri  pay  torpağı  kimi  yox, 

bilavasitə öz ixtiyarlarında olan, sahəsi cəmisi 71 min desyatinə çatan əkin, bostan 

və bağ torpaqlarına malik idilər. Otlaqlar kimi onlar da xəzinə tərəfindən kəndlilərə 

icarəyə  verilirdi.  Sahəsi  5  min  desyatindən  çox  olan  müzayiqə  yolu  ilə  neft 

sənayeçilərinə  icarəyə  verilmiş,  bir  hissəsi  istifadədə  olan  neftli  torpaqlar  xəzinə 

üçün xüsusən qiymətli idi [1] 

Xüsusi  sahibkar  torpaqlarının  sahəsi  1,3  mln  desyatinə  çatıb  Şimali 

Azərbaycanın bütün torpaq fondunun təxminən 16%-ni əhatə edirdi. Xüsusi torpaq 

sahibliyi  1846-cı  il  reskriptinə  görə  bəylərin,  ağaların  və  məliklərin  xüsusi 

mülkiyyəti kimi tanınmış şəxsi torpaqları əhatə edirdi. 


İri  torpaq  sahibləri  içərisində  100  nəfərdən  artıq  adamın  hər  biri  1000 

desyatindən  çox  torpağa  malik  idi.  Bunlardan  Məlikbəylərova  21500, 

Zülqədərovlara 37500, Şirvanskilərə 60000, Adıgözəlovlara 44500, Talışxanovlara 

64000, Qarabağ xanlarının törəmələrinə 124 min desyatin torpaq məxsus idi [12]. 

İri  torpaq  sahiblərinin  bir  hissəsi  özlərinin  şəxsi  təsərrüfatına  malik 

deyildilər  və  onların  əksəriyyəti  ata-baba  malikanələrini  tərk  edib  şəhərlərə 

köçürdü.  Burada  onlar  pay  torpaqlarına  görə  xüsusi  sahibkar  kəndlilərindən 

malcəhət  şəklində  alınan  vəsait  və  malikanələrini  girov  qoymaq  hesabına 

yaşayırdılar. Azərbaycan bəylərinin digər hissəsi əmtəə  istehsalının geniş inkişafı 

ilə əlaqədar olaraq öz təsərrüfatını yaratdı və kənd kapitalistlərinə çevrildi. 

Bəylərlə  yanaşı,  xüsusi  torpaq  mülkiyyətçiləri  içərisində  kəndlilər  də  var 

idi. 1886-cı il ərəfəsində kəndlilərin mülkiyyətində həyətyanı bağ, bostan, əkin vo 

örüş sahələrindən ibarət təxminən cəmisi 16-18 min desyatin torpaq var idi [3]. 

Şimali  Azərbaycanın  vəqf  torpaqları  kiçik  torpaq  mülkiyyətinə  malik 

olub,  burada  torpaq  sahibkarları  -  feodal  kimi  çıxış  edən  üç  dini  müəssisəyə 

nıəxsus idi: erməni-qriqorian kilsəsi, müsəlman məscidi və pravoslav kilsəsi [4]. 

Sayı 988916 nəfərə çatan dövlət kəndliləri bütün kənd əhalisinin 60%-ni, 

yəni  maddi  nemətlər  istehsalçılarının  böyük  əksəriyyətini  təşkil  etsələr  də,  bütün 

xəzinə torpaqlarının cəmisi 39% pay torpağı kimi onların istifadəsində idi. Torpaq 

kəndli  həyətləri  arasında  qeyri-bərabər  bölüşdürülmüşdü.  XIX  yüzilliyin  80-ci 

illərin  ortalarında  hər  birinə  cəmisi  2  desyatinədək  pay  torpağı  düşən  kəndlilərin 

sayı 394 min nəfərdən çox olub, bütün dövlət kəndlilərinin 50-ni təşkil edirdi. Bu, 

Rusiyanın mərkəzi quberniyalarındakına nisbətən 2-3 dəfə az idi. 

Kəndlilərin  istifadəsindəki  əkin  torpaqlarının  sahəsi  daha  az  idi.  Bütün 

dövlət  kəndlilərinin  yarısının  istifadəsində  cəmisi  269  min  əkin  torpağı  var  idi. 

Orta  hesabla  hər  bir  nəfərə  düşən  əkin  torpaqlarının  sahəsi  isə  çox  cüzi  idi: 

Naxçıvan  qəzasında  0,33  dcsyatin  Cəbrayıl  qəzasında  0,38  desyatin  Cavad 

qəzasında 0,44 desyatin Lənkəran qəzasında 0,71 desyatin və s. 1,15 min nəfər ən 

yoxsul  kəndlinin  hər  birinə  düşən  əkin  sahəsi  isə  həddən  artıq  kiçik  olub,  0,015 

desyatindən 0,49 desyatinədək tərəddüd edirdi. 

Hər  birinə  2  desyatindən  5  desyatinədək  pay  torpağı  düşənlər  kəndlilərin 

orta qrupunu təşkil edirdilər. Onların sayı 325 min nəfərə çatırdı. 

Bütün pay əkin torpaqlarının yarısından çoxu (474 min des.) və ya 53%-i 

bütün  orta  qrup  kəndlilərinin  41%-nin  əlində  cəmlənmişdi.  Burada  adambaşına 

düşən pay əkin torpaqlarının sahəsi 1 -22 desyatin arasında tərəddüd edirdi. 

Əkin torpaqlarından başqa, ortababların istifadəsində 20 min des. bağ və 

521 min desyatin örüş-otlaq sahəsi vardı. 

Kəndlilərin  adambaşına  5  des.-dən  çox  pay  torpağı  düşən  varlı  yuxarı 

təbəqəsi sayca kiçik bir qrupu təşkil edirdi. Sayı təxminən 67,5 min nəfərə çatan bu 

təbəqə bütün dövlət kəndlilərinin 9%-nə bərabər idi. 523 min desyatin torpaq və ya 



dövlət  kəndlilərinin  ümumi  pay  torpağı  fondunun  25,8%-i  varh  kəndlilərin 

təxminən 11 min təsərrüfatının istifadəsində idi. 

Şimali  Azərbaycanda  sahibkar  kəndlilərinin  sayı  425  min  nəfərdən  çox 

idi.  Onlarınh  əsas  hissəsi  Yelizavetpol  quberniyasında  yaşayırdı.  Bu  kəndlilərin 

pay  torpaqlarınm  sahəsi  489267  desyatinə  bərabər  idi.  Bu  sahənin  310  min 

desyatini əkin, 130 min desyatini otlaq və örüş, 50 min desyatini isə bar və yararsız 

torpaqlar idi. 

Bütün  sahibkar  kəndliləri  91,5%  və  yaxud  389711  nəfərinin  hər  hirinə  2 

desyatindən az pay torpağı düşürdü. Adambaşına düşən pay torpağını sahəsi 0,69 

desyatindən 0,8 desyatinədək tərəddüd edirdi 

Adambaşına  2  des-dən  5  des.-dək  pay  torpağı  düşən  orta  qrupun  sayı  30  min 

nəfərə (bütün sahibkar kəndlilərin 7%) bərabər idi. 

Sahibkar  kəndlilər  içərisində  varlı  kəndlilərin  xüsusi  çəkisi  çox  az  idi:  onlar 

5.811  nəfər  olub,  bütün  sahibkar  kəndlilərin  5%-ni  təşkil  edirdilər.  Say  azlığına 

baxmayaraq,  onlar  bütün  əkin  sahələrinin  5  və  ümumpay  torpaqlarının  11  %-ni  öz 

əllərində cəmləşdirmişdilər. Varlı kəndlilər içərisində adambaşına düşən pay torpağının 

sahəsi  5,6-10  des.  arasında  tərəddüd  edirdi.  Burada  isə  əkin  sahəsinin  xüsusi  çəkisi 

böyük idi. 

Ümumiyyətlə,  islahatdan  sonrakı  dövrdə  Şimali  Azərbaycan  kəndliləri  üçün 

aztorpaqlılıq səciyyəvi hal idi. Kəndlilərin demək olar ki, 65%-nin hər bir nəfərinə orta 

hesabla 0,63 des. əkin torpağı düşürdü. Bu qrup öz təsərrüfatını atan, pay torpağını icarəyə 

verən, əmək alətlərindən məhrum olub kəsbkarlığa gedən kəndlilərin ən böyük hissəsini 

təşkil edirdi. 

Kəndlilərin  bir  hissəsi  torpağa  kəskin  ehtiyac  hiss  edərək,  onu  ağır  şərtlərlə 

xəzinədən  və  bəylərdən  icarəyə  götürməyə  məcbur  idi.  XIX  yüzilliyin  90-cı  illərində 

kəndlilər Bakı quberniyasında xəzinədən 550 min des. Yelizavetpol quberniyasında isə 

xəzinə  və  bəylərdən  600  min  des.-dən  çox  torpaq  icarəyə  götürmüşdülər.  İcarəyə 

götürülmüş torpaqların çox hissəsini otlaq və örüşlər təşkil edirdi. 

Xəzinə kəndlilərinin istifadəsində olan dövlət torpaqları, alman kolonistləri və rus 

köçkünlərinin  məskunlaşdırılmasına aid olan kiçik  istisnalar  nəzərə alınmaqla,  heç  vaxt 

torpaq münasibətlərinin nizamlayacaq heç bir qanunvericilik aktının predmeti olmamışdı. 

Bundan əlavə, Şimali Azərbaycanda kəndlilərin torpaqla təmin olunması və onların pay 

torpaqlarının normalaşdırılması üzrə heç bir addım atılmamışdı. 

Pay  torpağı  sahələrinin  ölçüləri  və  sərhədləri  barəsində  heç  bir  məlumatın 

olmaması, başlıcası isə təkcə ayrı-ayrı mülklər deyil, həm də ayrı-ayrı kəndlər arasında 

dəqiq sərhədlərin yoxluğu ən böyük bəla idi. Dəqiq sərhədlərin-mərzləmənin yoxluğu 

qonşu kəndlər arasında və onların içərisində ziddiyyətlər yaradırdı. Bir tərəfdən, öz pay 

torpaqlarının  dəqiq  sərhədlərini  bilməmək,  digər  tərəfdən  isə  bu  torpaqları 

genişləndirmək və yeni torpaq sahəsi ələ keçirmək cəhdləri qanh toqquşmalara gətirib 

çıxarırdı. 



Dövlət  kəndlilərinin  istifadəsində  olan  xəzinə  torpaqları  kənd  cəmiyyətləri 

adlanan  kəndlərin  ümumi  istifadəsində  idi.  Təsadüfi  deyildir  ki,  bölgü  zamanı  dövlət 

vergiləri ayrı-ayrı kəndli həyətləri arasında deyil, kənd cəmiyyətləri arasında bölünürdü. 

Digər  tərəfdən,  vergiləri  kənd  cəmiyyətləri  arasında  bölüşdürmək  üçün  onların 

istifadəsində  olan  torpaqların  sahəsini  müəyyənləşdirmək,  yəni  mərzləmə  aparmaq 

lazım idi. 

―Cənubi  Qafqaz  diyarının  mərzlənməsi  haqqında  Əsasnamə‖  1861-ci  il 

iyunun 29-da təsdiq olundu. Bu Əsasnaməyə görə, ―həm kənd cəmiyyətlərinin ixtiyarında 

olan,  həm  də  onların  bilavasitə  ixtiyarrıda  olan  dövlət  torpaqlarının  sərhədlərinin 

ayrılması qaydaları müəyyənləşdirilmişdi

‖ 

[5]. 


Daha  sonra  bu  Əsasnamədə  hər  bir  kənd  cəmiyyətinin  həqiqi  istifadəsində 

olan  torpaqların  mərzlənməsi  qaydası  göstərilir,  habelə  mübahisələrin  həlli  qaydası 

müəyyənləşdirilirdi.  Göstərilən  Əsasnamə  ilə  yanaşı,  Cənubi  Qafqazdakı  bütün  xəzinə 

torpaqlarının  sahəsini  və  sərhədlərini  mümkün  qədər  dolğunluqla  müəyyənləşdirmək 

nəzərdə tutulurdu. 

Lakin ayrı-ayrı kənd cəmiyyətlərinə öz kəndlərinə  məxsus  olan torpaqları 

mərzləmək hüququ verən bu ―Əsasnamə‖nin dərc olunmasına baxmayaraq, torpaqların 

mərzlənməsi  -  hər  bir  kənd  cəmiyyətinin  sərhədlərinin  müəyyənləşdirilməsi  üzrə, 

demək olar ki, heç bir iş aparılmırdı. 

1887-ci il iyunun 2-də  Cənubi Qafqazın  mərzlənməsi haqqında yeni qanun 

verildi.  Lakin  1887-ci  il  qanunu  mərzləmənin  gedişini  sürətləndirmədi,  əksinə  onu 

ləngitdi. Bu qanun Cənubi Qafqaz dövlət kəndlilərinin torpaq quruculuğu  məsələsinin 

tezliklə həllinə nəinki kömək göstərmədi, əksinə sonuncu vəzifənin yerinə yetirilməsini 

qeyri-müəyyən müddətə arxa plana itələdi [6]. 

Mövcud  ənənələrə  görə,  dövlət  kəndliləri  torpaqdan  icmalıqla  istifadə 

edirdilər və hər dörd ildən bir vaxtaşırı bölgüsü həyata keçirilməli idi. Lakin vaxtaşırı 

bölgülər,  demək  olar  ki,  aparılmır,  aparıldıqda  isə  bu  bölgünün  zəif  cəhəti  də  aşkara 

çıxırdı, yəni onlar kəndin pay torpağında qüvvətli adda-buddalıq yaradırdı. İş burasında 

idi ki, torpaqların yeni bölgüsü zamanı hər bir kəs əvvəlcə istifadə etdiyi əkinlərin sahibi 

olaraq  qalırdı.  Çoxtorpaqlı  həyətdən  torpağın  bir  hissəsi  aztorpaqlı  həyətə  verilmək 

üçün  kəsib  götürülürdü.  Əlavə  torpaq  alan  kəndli  bu  torpaqları  kiçik-kiçik  sahələr 

halında,  bir-birindən  və  əsas  pay  torpağından  xeyli  aralı  şəkildə  alırdı.  Bu  cür 

səpələnmiş torpaqlardan istifadə çox əlverişsiz idi və elə olurdu ki, istifadə etməyin 

qeyri-mümkünlüyü üzündən yeni torpaq alanlar onlardan imtina edirdilər. 

Yeni  torpaq  bölgülərinin  keçirilməməsi  üzündən  kəndli  pay  torpaqları 

icma  torpaqlarından  həyət-malikanə  torpaqlarına  çevrilir,  dövlət  kəndliləri  yuxarı 

təbəqələrinin  ictimai  torpaqlarını  qəti  surətdə  bölüşdürmək  cəhdi  güclənirdi. 

Suvarılan torpaqların qəti bölgüsünə  hələ  XIX  yüzilliyin 80-ci  illərində  başlamaq 

niyyətində olan Baş Göynük kəndi (Nuxa qəzası) bu baxımdan nümunə ola bi-lər. 

Bu  bölgüyə  başlıca  olaraq  varlı  kəndlilər  can  atırdılar.  Çünki  onlar  torpaqlardan 



həyətlərlə  istifadə  şəraitində  verdikləri  borcu  sanballı  girovlarla  təmin  etmək  və 

müflisləşmiş kəndlilərin torpaqlarını su qiymətinə almaq imkanı əldə edirdilər. 

Qeyd  etmək  lazımdır  ki,  qəti  bölgüdən  sonra  birdəfəlik  olaraq  bu  və  ya 

digər  kəndlinin  daimi  istifadəsinə  keçmiş  torpaqlar  bəzi  rəsmi  sənədlərdə  sahə-

həyətyanı  torpaqlar  sayılmır  və  icma  mülkü  adlandırılırdı.  Lakin  bu  da  torpaq 

sahələrini  ələ  keçirmiş  adamlara  özlərini  bu  torpaqların  tamhüquqlu  sahibi 

saymağa mane olmurdu. 

Qəti  bölgülərdən  sonra  yaranan  həyət-malikanə  torpaqlarından  başqa 



sahə-həyətyanı  torpaqlar  da  var  idi.  Kəndlilərin  xeyli  maddi  və  pul  vəsaiti  sərf 

etdikləri  torpaq  sahələri  sahə-həyətyanı  torpaqlar  sayılırdı.  Bu  torpaqlar  dövlət 

kəndlilərinin  nəsli  istifadəsində  qalırdı.  Müəyyən  bir  torpaq  sahəsinin  onu  birinci 

olaraq əkinə yararlı hala salmış adamın nəsli istifadəsinə verilməsi kimi cəmiyyətdə 

mövcud  olan  qayda  Şimali  Azərbaycanın  dövlət  kəndində  sahə-həyətyanı 

torpaqlarının  meydana  çıxmasının  digər  səbəbi  idi.  Dövlət  torpaqlarının  sadəcə 

çəpərlənməsi  və  onların  intensiv  surətdə  becərilməsi  yolu  ilə  sahə-həyətyanı 

torpaqlarının yaranması kifayət qədər geniş yayılmışdı. Həyətyanı torpaq sahibliyi 

də  bu  yolla  yaranırdı:  kəndlilər  meşələri  təmizləyir,  onu  əkinlərə  və  bağlara 

çevirirdilər.  Onlar  hesab  edirdilər  ki,  torpağı  meşədən  təmizləmək  üçün  sərf 

etdikləri  zəhmət  onlara  bu  torpaq  sahəsindən  təkbaşına  istifadə  etmək  hüququ 

verir. 


Dövlət kəndliləri həyətyanı, biçin və bağ torpaqlarından istifadə hüququnu 

öz xüsusi mülkiyyətləri kimi satırdılar, özü də alıcı vergi və rüsumları ödəmək üzrə 

satıcının  bütün  təhəddüdlərini  öz  üzərinə  götürürdü.  Lakin  əkin  torpaqlarından 

istifadə hüququnun da satılması halları baş verirdi. Belə torpaqların alğı-satqısı əsasən 

eyni bir icmanın üzvləri arasında baş verir və buna görə də satılan torpaqlar bu icmanın 

tərkibindən  kənara  çıxmırdı.  Lakin  torpaqlardan  istifadə  hüququnun  digər  kəndlərin 

sakinlərinə və hətta şəhərlilərə satılması halları da var idi. ―Rayonda kəndlilərin ictimai 

torpaq  münasibətləri  torpaq  barəsində  ancaq  xüsusi  mülkiyyətçilər  arasında  baş  verə 

biləcək alğı-satqının tamamilə sərbəst surətdə həyata keçirilməsinə yol verir. Torpaqların 

girov qoyulması və alınıb-satılması burada (Lənkəran qəzasında)  geniş  yayılmışdır‖ [7]. 

Torpaqların əsas alıcıları varlı kəndlilər və bəylər idi [8]. 

Torpaqların  satışı,  yazılı  müqavilələrsiz,  torpağın  faktiki  olaraq  başqasına 

verilməsi  yolu  ilə  həyata  keçirilirdi.  Lakin  bəzən  alıcıda  qəbalə  şəklində  adicə 

imzalanmış  kağız  qalırdı  ki,  burada  da  hansısa  kəndlinin  hansısa  kəndliyə  nə  qədər 

torpağı  hansı  qiymətə  satdığı  qeyd  olunurdu.  Adətən  torpaqdan  istifadə  və  torpaq 

sahibliyi hüququ bir parça kağızdakı bu cür qəbzlərlə satılırdı. 

XIX  yüzilliyin  sonunda  Bakı  qəzasında  xüsusən  çox  torpaq  satılmışdı.  1897-

1899-cu illər ərzində Bakı qəzasının kəndlərində 1000-dən artıq torpaq sahəsinin alğı-

satqısı olmuşdur [9]. Dövlət kəndliləri təkcə öz həyətyanı torpaqlarını deyil, hətta əkin 

torpaqlarını da satır və girov qoyurdular. Kəndlilər öz torpaqlarını satmaqdan başqa, onu 

müəyyən haqq müqabilində icarəyə də verirdilər. 


XIX  yüzilliyin  40-cı  illərindən  dövlət  torpağından  istifadə  müqabilində 

kəndlilərdən  pulla  haqq  almırdı.  Hələ  feodal  rentası  şəklində  olan  bu  haqq  tədricən 

dövlət vergisi formasını aldı. Kəndlilər torpaqlardan istifadəyə görə icarədarlar kimi icarə 

haqqı ödəyirdilər. Rəsmi çar sənədlərində dövlət torpaqlarından istifadə edən kəndlilərin 

təsərrüfatları xüsusi təsərrüfatlar sırasına şamil edilirdi [10]. 

Xüsusi  sahibkar  kəndinə  gəldikdə  isə  pay  torpaqları  kəndlilərin  ixtiyarına 

verilmişdi.  Hərçənd  ki,  onlar  əvvəlki  kimi  torpaq  sahibkarı  olan  bəydən  iqtisadi 

asılılıqda qalaraq, onların xeyrinə mükəlləfiyyətlər yerinə yetirməli idilər. 

Həm dövlət, həm də sahibkar kəndində icarə geniş yayılmışdı. Torpağı bəylər, 

varlı  kəndlilər  və  öz  pay  torpaqlarını  becərmək  imkanı  olmayan  kəndlilər  icarəyə 

verirdilər. 

İcarə  adətən  qısamüddətli olurdu,  lakin  uzunmüddətli  icarə  də  mövcud  idi. 

Qısamüddətli icarə müqaviləsi 1-3, uzunmüddətli isə 2-30 ilə və daha uzun müddətə 

bağlanılırdı.  Şimali  Azərbaycan  rayonlarında  ən  çox  yayılmış  uzunmüddətli  icarə 

müqavilələri təxminən 7-12 illə məhdudlaşırdı. İcarənin ən geniş yayılmış forması bir 

neçə növdə təmsil olunmuş natural (məhsul) icarə idi. Bu növlərdən birincisi və ən 

geniş yayılanı pay icarəsi, paydarlıq idi. Bu icarə zamanı kəndli mülkədardan icarə 

olunmuş  torpağı  öz  alət  və  iş  heyvanları  ilə  becərir  və  məhsulun  bir  hissəsini 

mülkədara  verirdi.  İcarənin  digər  forması  pul  icarəsi  idi.  Məhsulun  bölünmədiyi 

torpaq  sahibinin  əvvəlcədən  müəyyən  edilmiş  məlum  haqqı  pulla  aldığı  torpaq 

icarəsi halları pulla torpaq icarəsinə keçid idi. Kəndlilərin əksər kütləsi ona görə pulla 

icarəyə can atmırdı ki, nəğd pul tapmaq onlar üçün çətin idi, özü də icarədar kəndli 

bu pulu əksər hallarda əvvəlcədən - məhsul yığımınadək ödəməli idi. 

Pulla  icarə  başlıca  olaraq  kəndin  həmişə  nəğd  pula  malik  olan  və  torpağı 

nisbətən  uzun  müddətə  icarəyə  götürən  varlı  təbəqələr  içərisində  yayılmışdı.  Pulla 

icarə şəraitində natural münasibətlər  tədricən bəy  və icarədar kəndlilər arasında pul 

münasibətləri  formasını  alırdı.  Belə  şəraitdə  icarədarların  varlı  hissəsi  aztorpaqlı 

kəndlilərin  hesabına  öz  icarə  sahələrini  genişləndirir  və  beləliklə  də,  muzdlu 

fəhlələrin  -  torpaqsız  və  aztorpaqlı  kəndlilərin  əməyini  istismar  edən  kapitalist 

icarədarlar  meydana çıxırdılar. 



Su  sahibliyi  və  sudan  istifadə.  Bu  dövrdə  Şimali  Azərbaycan  3  milyon 

desyatin əkin üçün əlverişli torpağın 2 milyon desyatindən çoxunun suya ehtiyacı olan 

bir ölkə idi. Kür və Araz çayları vadilərində süni suvarmasız becərmək qeyri-mümkün 

idi. Cənubi Qafqazm şərqində, aran yerlərində əhalinin rifahı torpağın böyüklüyündən 

deyil, suvarma suyunun qədərindən asılı idi [11]. 

Şimali Azərbaycan suvarma üçün zəngin su ehtiyatına malikdi; su ehtiyatının 

çox hissəsini çaylar, bulaqlar, qara su, təbii nohur və s. təşkil edir. Bütün Şərqdə olduğu 

kimi, Şimali Azərbaycanda da başlıca suvarma mənbəyi çaylardan ibarətdir. Bu dövrdə 

Cənubi Qafqazda 181 çayın [12] 131-i [13] Şimali Azərbaycan ərazisində axırdı. Kür və 

Araz  su  ehtiyatına  görə  Şimali  Azərbaycanın  ən  iri  çayları  idi.  Şimali  Azərbaycanda 

suvarma  əsas  etibarilə  arxlar  vasitəsilə  təşkil  edilirdi.  1880-1890-cı  illərdə  Şimali 


Azərbaycanda  arxların  sayı  1000-ə  çatırdı.  Bu  arxların  böyük  əksəriyyəti  Yelizavetpol 

quberniyasında  idi.  Kəndlilər  suvarma  vasitəsi  kimi  kəhriz  və  su  anbarlarından  da 

islifadə edirdilər.  1884-cü ildə Yelizavetpol, Şuşa, Naxçıvan, Qazax qəzalarında 497 

kəhriz qeydə alınmışdı [14]. 

Quraqlıq zamanı susuz qalan arxları su ilə təmin etmək üçün güclü yağış, 

yaxud çayların suyu çox olan vaxtda suları, ehtiyat mənbəyi kimi, saxlamaqdan ötrü 

su anbarları tikilirdi. Şimali Azərbaycanda belə anbarların sayı 158-ə çatırdı [15]. 

Şimali  Azərbaycanda  bütün  suvarılan  əkinlərin  sahəsi  582,856  desyatinə 

çatırdı  [16].  Bu,  suvarma  vasitəsilə  əkilməyə  yararlı  olan  bütün  torpaqların  cəmi 

dörddə birindən bir qədər çoxunu təşkil edirdi. 

Suvarma vasitələrinin çox hissəsi xüsusi sahibkarların əlində toplanmışdı. 

Muğanda Şirvan xanlarına mənsub olan, Araz çayından başlanğıc götürən Qızılarx və 

Xakiarx  kimi  iri  suvarma  sistemləri  ilə  yüz  min  desyatindən  çox  torpaq  suvarılırdı. 

Sudan istifadə xalq adəti ilə nizama salımrdı. Bu adətdən istifadə etməkdə dövlət və 

sahibkar kəndliləri eyni hüquqa malik idilər. Xalq adəti təbii axar sulan əhalinin ümumi 

əmlakı hesab edirdi [17]. 

Təbii  sulardan  bərabər  istifadə  hüququ  bütün  Şərqdə  olduğu  kimi,  Şimali 

Azərbaycanda da sahil hüququnun olmaması ilə əlaqədar idi. Yəni çayın sahilinə yaxın 

olan kənd cəmiyyətləri və xüsusi sahibkarlar torpaqlarını suvarmaq üçün çayın sahilindən 

xeyli uzaq olanlarla eyni dərəcədə sudan istifadə etmək hüququna malik idilər [18]. 

Təbii  suların  əksinə  olaraq  arx,  kəhriz,  su  anbarı,  su  quyusu  və  s.  ilə  yer 

üzərinə  çıxarılan  sular  həmin  suvarma  vasitəsinin  inşasında  iştirak  edən  torpaq 

sahiblərinin  və  kənd  cəmiyyətlərinin  xüsusi  mülkiyyəti  hesab  olunurdu.  Adətə  görə, 

ayrı-ayrı şəxslər və kənd cəmiyyətləri tərəfindən çəkilən arxın suyundan heç bir yad 

şəxsin  və  kənd  cəmiyyətinin  istifadə  etməyə  ixtiyarı  yox  idi.  Arxın  çəkilməsində 

iştirak edən kənd cəmiyyətinin üzvləri sərf olunan əməyə  və  vəsaitin qədərinə  görə 

sudan istifadə etmək hüququ alırdılar. Çayda, arxda axan suyun qabağını kəsib, özünə 

çoxlu su payı götürmək və s. ciddi surətdə qadağan edilirdi [19]. 

Şimali Azərbaycan kəndində suvarma suyunun növbə ilə bölüşdürülməsi bir 

neçə mərhələdən ibarət idi. İlk mərhələdə suvarma suyu kənd cəmiyyətləri arasında, 

sonra  hər  cəmiyyətə  daxil  olan  kəndlər  arasında,  nəhayət,  son  mərhələdə  isə  hər 

kəndin  payına  düşən  suvarma  suyu  əvvəlcə  həyət  qrupları,  sonra  isə  hər  qrupun 

daxilində  olan  həyətlər  arasında  bölüşdürülürdü.  Həyətlər  suvarma  suyunu 

bölüşdürmək  üçün  öz  aralarında  qruplar  təşkil  edirdilər.  Şimali  Azərbaycan 

kəndində bu qrupların dağ, təsnək, kəşkəl, göz. dəngə və s. növü məlum idi [20]. 

―Dəngə‖ suvarma qrupu Bakı, ―göz‖ qrupu Yelizavetpol, ―dağ‖ qrupu isə Naxçıvan 

qəzasında  yayılmışdı.  Suvarma  suyu  çox  yerdə  həyətlərin  sayına  görə  bölünürdü. 

Lakin  təbəqələşmənin  qüvvətlənməsi  ilə  əlaqədar  hər  həyətin  əkin  sahəsinin 

bərabər  olmaması,  suvarma  suyuna  tələbatın  artması  vəs.  suvarma  suyunun 

həyətlərin  sayına  görə  bölüşdürülməsində  böyük  çətinlik  törədirdi.  Buna  görə  də 



təbəqələşmə nəticəsində qüvvətli. torpağı nisbətən çox olan kəndlərin əhalisi suyun 

həyətlərin sayına görə deyil, torpağın sahəsinə görə bölüşdürülməsini tələb edirdi. 

Qəzaların  çoxunda  suvarma  suyu  qeyri-bərabər  bölüşdürülürdü.  Lənkəran 

qəzasında  çəltik  təsərrüfatının  geniş  yayılması  sudan  istifadə  qaydasını  başqa 

qəzalara  nisbətən  daha  da  mürəkkəbləşdirmişdi;  çəltik  plantasiyalarının 

genişlənməsi  ilə  suya  tələbatın  anması  nəticəsində  burada  həmçinin  başqa 

qəzalarda  suvarma  suyu  nəinki  qeyri-bərabər  bölüşdürülürdü,  su  payının 

oğurlanması,  zəbt  edilməsi,  su  üstündə  dava-dalaş  düşməsi  və  s.  adi  hal  olmuşdu 

[21]. 

Suvarma  suyunun  düzgün  bölüşdürülməməsi,  su  üzərində  hüququ  və  sudan 



istifadə qaydalarını rəsmiləşdirən heç bir qanunun olmaması, bunların hələ də xalq 

adət-ənənələrinə  əsaslanması  suvarma  təsərrüfatında  böyük  qarmaqarışıqlıq  və 

hərc-mərclik yaratmışdı. 

Suvarma suyunun bölüşdürülməsini təşkil edən inzibati şəxslər - mirab və 

cuvarlar  da  varlı  kəndlilərin  mənafeyini  müdafiə  edirdilər.  Mahallarda  bütün  bu 

işlər  suvarma  təsərrüfatına  rəhbərlik  mirabların  əllərində  mərkəzləşmişdi.  Onun 

başlıca  vəzifəsi  baş  arxlar  vasitəsilə  suyun  kənd  cəmiyyətləri,  onların  tərkibinə 

daxil  olan  kəndlər  arasında  bölüşdürülməsinə  nəzarət  etməkdən,  sudan  istifadə 

növbəsini nizama salmaqdan və cuvarların işinə nəzarətdən və s. ibarət idi. Cuvarlar 

isə  arxların  texniki  vəziyyətinə,  bir  arxdan  istifadə  edən  bir  və  ya  bir  neçə  kəndin 

sudan istifadə qaydasına, həmin kənddə həyətlərin arasında suyun bölüşdürülməsinə 

nəzarət edirdilər. 

1890-cı  il  dekabrın  3-də  Cənubi  Qafqazda  torpaqların  suvarılması  işində 

hüquqi  əsaslar  və  qayda-qanun  yaratmaq  məqsədilə  ―Sudan  istifadə  haqqında 

Əsasnamə‖  qəbul  edildi.  Bu,  Cənubi  Qafqazda  su  sahibliyi  və  sudan  istifadənin 

hüququ əsaslarını, suvarma işlərinə nəzarət edən idarələrin quruluşunu, bu idarələrin 

vəzifəli şəxslərinin  hüquqlarını, görüləcək işləri müəyyən etdi. 

―Əsasnamə‖ su üzərində xüsusi mülkiyyətin ləğv olunmasını elan etdisə də, 

o, əslində iri mülk sahiblərinin mənafeyinə toxunmadan sudan istifadədə mövcud olan 

əvvəlki  qaydanı  saxladı.  Suvarma  üzrə  yeni  inzibati  bölgü  yaratdı,  bütün  suvarma 

təsərrüfatına rəhbərlik edən Qafqaz su müfəttişi və hər su sahəsinin idarəçisi sayılan su 

mühəndisi vəzifələrini təsis etdi. Yenə də hər üç ildən bir seçilən mirab sudan istifadə 

işində həlledici rola malik idi. Hər il seçilən cuvarlar yenə də mirablara tabe edilirdilər. 

―Əsasnamə‖  sudan  istifadə  qaydalarında  dəyişiklik  yaratmasa  da,  onları 

rəsmiləşdirməkdə  mühüm  iş  gördü.  Ayrı-ayrı  yerlərdə  mövcud  olan  müxtəlif  sudan 

istifadə qaydalarını eyniləşdirdi və rəsmiləşdirdi, bütün Şimali Azərbaycan kəndi üçün 

eyni  sudan  istifadə  qaydaları  müəyyən  etdi.  Lakin  ―Əsasnamə‖də  irəli  sürülən 

müddəalar  əsasən  kağız  üzərində  qaldı,  yenə  də  suvarma  suyunun  bölüşdürülməsində 

növbə qaydasının pozulması, hərc-mərclik, özbaşınalıq halları hələ də qalmaqda idi. 

Çarizmin  köçürmə  siyasəti.  Çarizmin  köçürmə  siyasəti  onun  aqrar 

siyasətinin həlqələrindən biri idi. 



Şimali  Azərbaycanda  çar  müstəmləkəçiləri  qəsbkar  aqrar  siyasəti  həyata 

keçirir,  bunun  da  nəticəsində  yerli  əhali  irsi  torpaqlarından  qovulur,  aztorpaqlılıqdan 

kəskin əziyyət çəkirdi. Tarixi qaynaqlar sübut edir ki, çar mütləqiyyətinin Azərbaycandakı 

ağalığının  bütün  tarixi  həm  də  yerli,  vilayət,  milli  torpaqların  tamamilə  qarət  edilməsi 

tarixindən ibarətdir. 

Çar Rusiyası Azərbaycandakı ağalığının ilk günlərindən burada özünə xristian 

dayağı yaratmağa, müxtəlif xristian kütlələrini Azərbaycan torpaqlarında yerləşdirməyə 

can atırdı. 

XIX  əsrdə  Şimali  Azərbaycan  ərazisinə  ilk  xristian  köçkün  almanlar  olmuşlar. 

Onlar 1818-ci ildə Qafqaz Baş Komandanlığının təhriki və köməyi ilə Yelenendorf və 

Annefeld koloniyalarının əsasını qoymuş və tezliklə rus təbəəliyini qəbul etmişlər [22]. 

Çar hökuməti alman kolonistlərinə ən yaxşı yerlərdə 13 min desyatin pay torpaqlan ayırdı və 

yeni  yerdə  təsərrüfat  yaratmaq  üçün  maddi  yardım  göstərdi.  Köçkünlərin  iqtisadi 

vəziyyətlərinin  yaxşılaşması  Azərbaycan  kəndlilərinin  öz  torpaqlarından  sıxışdırılması 

hesabına baş verirdi. 

Şimali  Azərbaycan  ərazisində  rusların  məskunlaşmasının  əsas  1830-cu 

illərdə,  xidmət  müddətləri  başa  çatdıqdan  sonra  əvvəlki  yaşayış  yerlərinə  qayıtmaq 

istəməyən, tərxis olunan əsgərlərin ailələrindən ibarət ilk rus  yaşayış  məntəqələrinin 

yarandığı dövrdə  qoyulmuşdur. İlk belə yaşayış məntəqəsi Bakı quberniyasının Quba 

qəzasındakı Qusar kəndi olmuşdu. Şirvan alayının tərxis olunmus əsgərləri və onların 

ailələri  onun  ilk  sakinləri  oldular  [23].  Sonralar  tərxis  olunmuş  əsgərlərin  digər 

yaşayış  məntəqələri  də  Şamaxı  qəzasında  Dmitrovka  və  Altıağac,  Şuşa  qəzasında 

Xankəndi və Lənkəran qəzasında Pravoslavnoye  meydana çıxdı [24]. 

Lakin bütün Cənubi Qafqazda olduğu kimi, Şimali Azərbaycan ərazisində də 

rus yaşayış məskənlərinin əsas hissəsini 1830-cu illərin əvvəllərində verilmiş xüsusi 

sərəncama  əsasən  Rusiyanın  daxili  quberniyalarından  köçürülmə  siyasətinə  məruz 

qalanlar təşkil edirdi. 

Otuzuncu  və  qırxıncı  illər  ərzində  rus  təriqətçilərinin  güclü  köçürülməsi 

həyata  keçirilirdi.  Rusların  məskunlaşdığı  əsas  rayonlar  Şamaxı,  Lənkəran, 

Yelizavetpol  və  Qazax  qəzaları  idi.  Köçürmənin  başlanmasından  sonrakı  ilk  onillik 

ərzində  Şamaxı  qəzasında  8  -  Cabanı,  İvanovka,  Qaraməryəm,  Gülüllü,  Mərəzə, 

Maryevka,  Hilmilli,  Çuxuryurd;  Lənkəran  qəzasında  6  -  Andreyevka,  Astraxanka, 

Nikolayevka,  Novoqolovka,  Prişib,  Privolnoye;  Qazax  qəzasında  3  -  Qolovino,  Yeni 

Dilican,  Mixaylovka  vo  Yelizavetpol  qəzasında  2  -  Borisı  və  Slavyanka  kimi  rus 

kəndləri  yarandı.  Köçkünlər  əsasən  Tavriya,  Stavropol,  Tambov,  Voronej,  Saratov, 

Orenburq, Bessarabiya və hətta Yenisey quberniyalarından idilər. 

XIX 

yüzilliyin 



50-70-ci  illərində  Rusiyanın  bilavasitə  daxili 

quberniyalarından Şimali Azərbaycana köçürmə dayandırıldı. Bu otuz il ərzində yeni 

rus  məskənləri  yalnız  Şuşa  qəzasında  (Ballıqaya  kəndi),  Yelizavetpol  qəzasında 

(Mixaylovka  kəndləri)  və  Quba  qəzasında  (həmçinin  Mixaylovka  kəndi)  meydana 

gəldi. 


XIX  yüzilliyin  son  20  ilində  Muğanda  rus  köçkünlərinin  daha  üç  yaşayış 

məntəqəsi yarandı. 1887-ci ildə gələcəkdə Cavad şəhəri yaratmaq üçün nəzərdə tutulan 

yerdə  Petropavlovskoye,  1898-ci  ildə  isə  Yeni  Araz  rayonunda  Novo-Nikolayevka 

(Para-Nuru),  Novo-Aleksandrovka  (Bayramqulu)  və  Kaqerman  kəndlərinin  əsası 

qoyuldu [25]. 

Bu  dövrün  səciyyəvi  xüsusiyyəti  Şimali  Azərbaycan  və  Cənubi  Qafqaz 

ərazisində rusların daha çox yerləşdirilməsi idi. Nəinki ayrı-ayrı ailələr, hətta bütöv 

kəndlər ilk yaşayış yerlərini tərk edir, məskunlaşmamış yeni məntəqələrdə və yaxud 

artıq ruslar tərəfindən məskunlaşmış yerlərdə məskən salırdılar. 

50-70-ci  illərdə  daxili  yerdəyişmə  hesabına  Şimali  Azərbaycanda  yeni  rus 

yaşayış məntəqələri - Yelizavetpol qəzasında Novo-Saratovka, Cavad qəzasında Novo-

İvanovka,  Lənkəran  qəzasında  Veb  və  Naxçıvan  qəzasında  Kormalinovka  (Biçənok) 

meydana gəldi. 

Hələ  1846-cı  ildə  yeni  yaşayış  məntəqələrini  təşkil  etmək  üçün  yaradılmış 

komissiya  həm  artıq  məskunlaşmış,  həm  də  gələn  köçkünlərin  daha  yaxşı 

yerləşdirilməsi  sistemini  işləyib  hazırlamalı  idi.  Lakin  80-cı  illərə  qədər  rus  yaşayış 

məntəqələrinin  sakinləri  ilə  yerli  icmalar  və  yaxud  sahibkarlar  arasında  torpaq 

sahələrinin yeni məntəqələrə verilməsi üstündə  mübahisələr baş verirdi. 

1900-cü  ilə  yaxın  Şimali  Azərbaycan  ərazisində  41  rus  kəndi  yaranmışdı. 

Onlardan  25-i  Bakı  quberniyasında,  15-i  Yelizavetpol  quberniyasında,  1-i  isə 

Naxçıvan  qəzasında  idi.  Rus  kəndlilərinin  sayı  Şamaxı,  Lənkəran  və  Yelizavetpol 

qəzalarında  daha  çox  idi.  Onların  hər  birində  8  kənd,  Cavad  qəzasında  4  kənd, 

Göyçay  və  Qazax qəzalarının hərəsində  3, Quba  qəzasında 2, Cəbrayıl,  Cavanşir, 

Zəngəzur, Şuşa və Naxçıvan qəzalarının hər birində isə 1 kənd var idi. 

1885-ci  ildə  Şimali  Azərbaycandakı  38  rus  kəndində  4633  ailə  yaşayırdı. 

Onlardan da 3232-si Bakı quberniyasında, 1380-i Yelizavetpol quberniyasında və 21-

i Naxçıvan qəzasında idi. 1885-ci ildə Şimali Azərbaycanın rus əhalisinin ümumi sayı 

26285 nəfərə çatırdı. 

Şimali Azərbaycanda rus köçkünlərinin torpaqla təminatı köçürülmə işindəki 

plansızlıq şəraitində lap əvvəldən qeyri-bərabər idi. Məsələn, bütün rus köçkünlərinin 

ixtiyarında  44795  desyatin  əkinə  yararlı  və  yararsız  torpaq  olan  Yelizavetpol 

quberniyasında  hər  bir  həyətə  düşən  torpağın  sahəsi  orta  hesabla  36  desyatin  idi. 

Lakin müxtəlif kəndlərdə bu, 19 desyatinlə 76 desyatin arasında tərəddüd edirdi. Bakı 

quberniyasında rus köçkünlərinin ixtiyarında olan bütün torpaq payının miqdarı 76870 

desyatin  idi.  Orta  hesabla  isə  hər  həyətə  23  desyatin  düşürdü.  Rus  köçkünlərinin 

torpaqla ən yaxşı təmin edilmiş kənd icmalarında hər ailəyə orta hesabla 52 desyatin 

düşürdü, bu isə torpaqla ən yaxşı təmin olunmuş yerli varlı kəndlinin torpaq payından 

xeyli çox idi [26]. 

Rus  köçkünlərinin  Şimali  Azərbaycanda  torpaqla  belə  təminatı  çarizmin 

müstəmləkəçilik siyasətini əyani şəkildə ifadə edirdi. 



Torpağın kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün hazırlanmasında rus 

köçkünləri  yerli  əhaliyə  nisbətən  əsasən  daha  təkmil  alətlərdən  istifadə  edirdilər. 

Onlar  torpağı  Rusiyadan  gətirilmiş  və  yaxud  özlərinin  hazırladıqları  kotanlarla 

şumlayırdılar.  Cənubi  Qafqaz  dəmiryolu  xəttinin  istifadəyə  verilməsi  ilə  rus 

kəndliləri Şimali Azərbaycanda birincilər sırasında təkmil kənd təsərrüfatı alətləri əldə 

etməyə və onlardan öz təsərrüfatlarında müvəffəqiyyətlə istifadə etməyə başladılar. 

 


Yüklə 11,49 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin