AZƏrbaycan diLİ VƏ tariXİ ―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək



Yüklə 11,49 Mb.
Pdf görüntüsü
səhifə17/36
tarix31.01.2017
ölçüsü11,49 Mb.
#7204
1   ...   13   14   15   16   17   18   19   20   ...   36
§ 2. SƏNAYENĠN BAġQA SAHƏLƏRl 

 

Bakıda  neftçıxarma  sənayesi  ilə  yanaşı,  başqa  müxtəlif  sənaye  sahələri  də 



yaranmaqda və inkişafda idi. 

Neft-kimya  sənayesi  neft  emalı  ilə  bilavasitə  bağlı  idi.  Bakıda  ilk  kimya 

zavodu 1879-cu ildə S.M.Şibayev tərəfindən təsis edildi [39]. Az sonra, 1883-cü ildə 

―Nobel qardaşları‖ şirkətinin, 1885-ci ildə Skvortsovun, 1889-cu ildə isə Tumayev və 

Adamovun  kimya  zavodları  tikildi.  Əsrin  sonunda  ―Kianda‖  səhmdar  cəmiyyətinə 

məxsus  daha  bir  kimya  zavodu  fəaliyyətə  başladı,  XIX  əsrin  sonunda  Bakıda  başlıca 

olaraq kükürd turşusu istehsal edən kimya zavodları fəaliyyət göstərirdi. 

Məlum  olduğu  kimi,  neft  emalı  üçün  zəruri  olan  kükürd  turşusu  almaqdan 

ötrü xammal-kükürd kolçedanı əsasən xaricdən gətirilirdi. 90-cı illərdə neft sənayesi 

kapitalistləri  vəziyyətdən  çıxış  yolu  tapdılar.    1893-cü  ildə  ―Nobel  qardaşları‖ 

şirkəti  Dağ-mədən  departamentinin  rəsmi  icazəsi  ilə  ―Simens  qardaşları  və 

kompaniyası‖ şirkəti ilə müqavilə bağladı [40]. Müqavilənin şərtlərinə görə,  ―Simens 

qardaşları‖  şirkəti  Gədəbəy  filiz  mədənlərində  çıxarılan  bütün  filizi  ―Nobel 

qardaşları‖  şirkətinə  satırdı.  Artıq  1893-cü  ilin  son  ayında  mis  kolçedanı  ―Nobel 

qardaşları‖nın  Qara  şəhərdəki  kimya  zavoduna  göndərilirdi.  Kolçedanın  emalı 

prosesində  alınan  mis  yenidən  Gədəbəy  misəridən  zavoduna  qaytarılırdı.  ―Nobel 

qardaşlan‖  şirkəti  sonralar  Azərbaycanın  qərb  hissəsində  mövcud  olan  kükürd 

kolçedanı mədənlərini öz inhisarına almışdı. Bağlanmış  müqavilələrdə göstərilirdi 

ki,  Simenslər  mis  və  kükürd  kolçedanını  yalnız  ―Nobel  qardaşları‖  şirkətinə 

satmalıdırlar.  Beləliklə,  bu  müqavilə  hələ  XIX  əsrin  son  rübündə  dağ-mədən 

sənayesinin  mühüm  bir  sahəsinin  neft  sənayesinin  inhisar  birliklərinə  tabeliyinin 

başlanğıcı oldu. 

Bakıdakı  neft-kimya  zavodlarında  kükürd  turşusundan  başqa  sənaye  sodası 

da alınırdı [41]. 

Neft  sənayesinin  inkişafı,  mexaniki  istehsala  tələbat  kəskin  surətdə  çuqun, 

buxar  qazanları,  dəmir  boruları,  neft  saxlamaq  üçün  çənlər,  qazma  dəzgahları  və  s. 

istehsal etmək üçün neft sənayeçilərindən mexaniki emalatxanaların və ya zavodların 

tikilməsini tələb edirdi. 

―Qafqaz  və  Merkuri‖  gəmiçilik  səhmdar  cəmiyyətinə  məxsus  təmir-

mexaniki emalatxana əsasında 1866-cı ildə  ayrıca zavod inşa edildi [42]. 

İkinci  belə  bir  emalatxana  1875-ci  ildə  işə  salındı.  Sonra  bu  emalatxana 

―Nobel  qardaşları‖  şirkətinin  yenidənqurma  işləri  əsasında  böyük  mexaniki  zavoda 

çevrildi. 

XIX əsrin 80-ci illərindən başlayaraq Bakıda metal emalı sənayesi geniş vüsət 

aldı. 1885-1890-cı illərdə daha 5 belə zavod tikilib başa çatdırıldı. 1887-ci ildə ―Bakı 

doku‖ şirkətinin gəmi təmiri zavodu təsis olundu. 1899-cu ildə isə Ə.Dadaşovun gəmi 

təmiri zavodu tikildi. Gəmilərin təmiri ilə ―Kaspi‖ neft sənayesi və ticarəti, ―Əmtəə 

anbarlarının şərq cəmiyyəti‖, ―Nadejda‖ və digər səhmdar cəmiyyətlərinin mexaniki 



müəssisələri də məşğul olurdular: 90-cı illərin sonunda metal emalı sənayesində 52-yə 

qədər mexaniki zavod və emalatxana işləyirdi [43]. 

Neft sənayesi və onunla bağlı olan bir sıra sənaye sahələrinin coşqun inkişafı 

daha  güclü  enerji  mənbəyinin  olmasını  tələb  edirdi.  Elektrik  sənayesi  texnikanın  ən 

yeni  nailiyyətləri  üçün,  XIX  əsrin  axırlarında  və  XX  əsrin  əvvəllərindəki  kapitalizm 

üçün ən tipik bir sənaye idi. Təbiidir ki, kapitalizm Bakıda da özünə enerji mənbəyi 

yaratmışdı.  Artıq  90-cı  illərdə  neft  mədənlərində,  zavodlarda,  limanda  və  bəzi 

yaşayış  binalarında  elektrik  işığı  yanırdı.  ―Nobel  qardaşları‖  şirkətinin  1897-ci  ildə 

tikdirdiyi  elektrik  stansiyasının  gücündən  müəssisələr  də  istifadə  edirdi.  Bundan 

əlavə, Bakıda ―Svet‖, ―Abşeron cəmiyyəti‖, habelə bir sıra xırda elektrik stansiyaları 

da vardı. Amma bunlar iri sənaye şəhərinin elektrik enerjisinə olan tələbatını ödəmək 

iqtidarında  deyildilər.  Ona  görə  də  ―Simens-Qalske‖  səhmdar  cəmiyyəti  və  neft 

sənayeçiləri  birlikdə  1899-cu  ildə  ―Elektriçeskaya  sila‖  səhmdar  cəmiyyətini  təsis 

etdilər  [44].  Qeyd  etmək  lazımdır  ki,  Bakıda  olan  elektrik  stansiyalarının  gücündən 

başlıca olaraq iri neft sənayesi kompaniyaları istifadə edirdilər. 

Dağ-mədən  sənayesi.  Dağ-mədən  sənaye  sahələri  təkcə  Bakıda  deyil, 

Azərbaycanın  qəzalarında  da  yaranıb  inkişaf  etməkdə  idi.  Bunların  içərisində 

misəritmə  sahəsi  xüsusi  yer  tuturdu.  Azərbaycanın  qərb  hissəsində  yerləşən  dağ-

mədən  sənayesi,  xüsusilə  misəritmə  istehsalı  təkcə  Qafqazda  yox,  Rusiyada  da 

mühüm  mövqeyə  malik  idi.  ―Simens  qardaşları‖  pay  şirkətinin  zavodu  dövrün 

texniki  tələbinə  cavab  verən  mükəmməl  avadanlıqla  təchiz  edilmişdi.  Zavodun 

ətrafında  çilingər,  xarrat  və  s.  emalatxanalar  fəaliyyət  göstərirdi.  Bundan  əlavə, 

zavodda  odadavamlı  kərpic  istehsalı  üçün  xüsusi  sex  vardı.  Bu  sexdə 

Zaqafqaziyada  ilk  dəfə  bu  növ  kərpicin  istehsalına  başlanıldı.  90-cı  illərdən 

başlayaraq  sexin  istehsal  gücü  artırılmış  kərpic  buraxılışı  200  min  ədədə 

çatdırılmışdı. 

Zavodda  yanacaq  kimi  ağac  kömüründən  istifadə  edilirdi.  Zavodda  mis 

istehsalı ildən-ilə artırdı. Əgər 1870-ci ildə 44213 pud mis əldə edilmişdisə, 1877-

ci ildə bu, 52988 puda çatmışdı [45]. 1877-ci ildə Rusiyada istehsal edilmiş 213931 

pud misin 25 faizdən çoxunu Gədəbəy zavodu verirdi. 1882-ci il də daxil olmaqla 

mis istehsalında artıb-azalmalar müşahidə edilirdi. 

―Simens qardaşları‖ şirkəti 1883-cü ildə Gədəbəy zavodundan 12 km aralı 

Qalakənd  çayı  üzərində  ikinci  bir  zavodun  inşasını  başa  çatdırdı.  Zavodda  filiz 

yandırmaq və  mis əritmək üçün müxtəlif sobalar  qoyulmuşdu. Yanacaq kimi neft 

tullantılarından istifadə  olunurdu. 1884-cü ildə  hər iki zavodu birləşdirən darxətli 

dəmir yol çəkilişi başa çatdı. Bu dəmir yolu tək zavodları, filiz mədənlərini deyil, 

həm  də  ağac  gətirilməsini  asanlaşdırmaq  məqsədilə  zavoda  aid  əsas  meşə 

sahələrini birləşdirdi [46]. Yolun ümumi uzunluğu 29 verst idi. 

Qalakənd  zavodunda  istehsalı  artırmaq  və  elektroliz  yolu  ilə  mis  almaq 

üçün  çayın  üzərində  ümumi  gücü  100  at  gücündən  çox  olan  2  turbin  düzəldildi 

[47].  Bununla  bağlı  olaraq  elektroliz  vannalarının  sayı  da  artırıldı.  Əgər  əvvəllər 



zavodda  36  belə  vanna  vardısa,  1894-cü  ildə  onların  sayı  102-dən  çox  olmuşdu 

[48]. 


―Simens qardaşları‖ şirkəti elektroliz yolu ilə təmiz mis almaqdan başqa, 

həm də tərkibində qızıl və gümüş olan mis çöküntüsü də alırdılar. Həmin çöküntü 

xüsusi  icazə  ilə  təkrar  emal  üçün  Almaniyaya  göndərilirdi.  1897-ci  ildə 

Almaniyaya 67 pud və 1900-cü il-də isə 85 pud [49] çöküntü aparılmışdı. Maraqlı 

cəhət orasıdır ki, Qalakənd misəritmə zavodu Rusiya üzrə təmiz mis alan ilk zavod 

idi.  Belə  zavodlar  Rusiyanın  özündə  yalnız  XX  əsrin  əvvəllərində  meydana 

gəlmişdi [50]. 

Zavodların  yanacaqla  təchizinin  vəziyyəti  sahibkarları  təmin  etmirdi. 

Bakıdan gündə alınan 5 sistern yanacaq dəmir yolu xəttindən zavoda kimi xüsusi 

dəmir  çəlləklərdə  daşınırdı.  Ona  görə  də  darxətli  dəmir  yolunu  Qalakənd  çayının 

Şamxorçaya töküldüyü yerədək uzatmaq fikri ortaya çıxdı. Nəhayət, 1889-cu ildə 

Dəllər  stansiyasından  Çardaxlı  kəndinə  qədər  21  verst  uzunluğunda  neft  kəməri 

çəkildi, 1894-cü ildə kəmər Gədəbəyədək uzadıldı. Beləliklə, kəmərin uzunluğu 42 

verstə  çatdırıldı.  Bu  ildən  etibarən  mazutla  bərabər  daş  kömürdən  də  istifadəyə 

başlanıldı [51]. 

Beləliklə,  yuxarıda  göstərilən  tikinti  işlərinin  həyata  keçirilməsi 

nəticəsində hər iki zavodun istehsal gücü daha da artdı. Məsələn, 1884-cü ildə filiz 

mədənlərindən  1655511  pud  filiz  çıxarılmışdısa,  1897-ci  ildə  bu,  4452850  pud 

olmuşdu.  1884-cü  ildə  hər  iki  zavodda  80290  pud  mis  emal  edilmişdisə,  1897-ci 

ildə bu miqdar 137344 puda çatmışdı [52]. 1900-cü ildə mis əridilməsi 80-ci illərin 

əvvəllərinə  nisbətən  3  dəfə  artmış,  yəni  147716  pud  olmuşdu.  Təxminən  18  il 

ərzində  şirkət  7  milyon  manata  qədər  xalis  gəlir  götürmüşdü.  1900-cü  ildə 

Rusiyada istehsal edilən bütün misin 34,6 faizini və Zaqafqaziyada alınan misin isə 

68,5 faizini Azərbaycan verirdi [53]. 

Gədəbəy  zavodunda  məişətdə  işlədiləcək  qab-qacaq  istehsal  edən  xüsusi 

sex vardı. 

Azərbaycanda  mədən  sənayesi  sahələrindən  biri  -  zəy  istehsalı  70-ci 

illərdə  çox  cüzi  miqdarda  artmışdı.  1875-ci  ildə  zavodda  cəmi  8  min  pud  zəy 

istehsal  edilmişdi  [54].  80-ci  illərin  əvvəllərindən  başlayaraq  Azərbaycanda  zəy 

istehsalı daha da tənəzzül etdi. 

Azərbaycanda kobalt istehsalı 1870-ci ilədək zəif inkişaf etmişdi. 80-90-cı 

illərdə isə kobalt filizi hasilatında xeyli canlanma əmələ gəldi. Azərbaycanda ilkin 

saflaşdırmadan  sonra  filiz  xarici  ölkələrə  göndərilirdi.  Həmin  dövrdə  Almaniya, 

İsveç, Norveç, Macarıstan, Amerikaya ixrac edilən filizin miqdarı artmışdı. 1893-

cü  ildə  həmin  ölkələrə  70  min  pud  filiz  göndərilmişdi  [55].  Tərkibində  10  faiz 

kobalt  olan  filizin  pudu  70  manata  satılırdı.  Zavod  80-90-cı  illərdə  əsil  kapitalist 

müəssisəsinə çevrilmişdi [56]. 

Tikinti  materialı  sənayesi.  Əsrin  son  rübündə  ölkənin  ümumi  iqtisadi 

inkişafı  ilə  əlaqədar  tikinti  materialları  sənayesi  sahələri  də  yaranırdı.  Onların 



içərisində iri daş karxanaları və kərpic istehsalı xüsusi yer tuturdu. 80-90-cı illərdə 

Bakı və Yelizavetpol quberniyalarında 200-dən çox kərpic istehsal edən müəssisə 

vardı  [57].  Əlbəttə,  bunların  çoxu  xırda  müəssisələrdən  ibarət  idi.  İstehsalat 

əməliyyatlarında  buxar  gücündən  istifadə  edilən  ―Atlas‖  şirkətinin    müəssisələrində 

ildə  2  milyondan  çox,  Keşlədə  ―O.K.Levin  L.F.Kiander  i  K°‖  şirkətinə  məxsus 

zavodda  isə  orta  hesabla  2  milyon  ədədə  qədər  kərpic  istehsal  edilirdi.  Bunlardan 

başqa,  Bakıda  ―Nargin‖,  ―Vostok‖  firmaları,  habelə  R.K.Rəcəbov,  Sabunçuda 

Əmiraslanov, Rzayev və Balaxanıda Q.T.İbrahimova məxsus iri zavodlar işləyirdi [58]. 

Bu zavodların illik istehsal məbləği milyon manatdan çox idi. 

Buxar 


mühərrikləri 

tətbiq  olunan  kərpic  zavodları  Yelizavetpol 

quberniyasında  da  vardı.  Quberniyadakı  100-dən  çox  kərpic  istehsal  edən 

müəssisənin böyük əksəriyyəti xırda idi. 

Abşeron  ərazisində  onlarla  karxanada  tikinti  üçün  daş  kəsilirdi.  80-90-cı 

illərdə  kəsilən daşların orta  illik  sayı 680  mindən çox  olurdu. Azərbaycanda əhəng 

istehsalı geniş yayılmışdı. Yelizavetpol quberniyasında zəngin mədənlərdən hərtərəfli 

istifadə  məqsədilə  1899-cu  ildə  ―Tovuz‖  tikinti  materialları  və  sement  istehsalı 

səhmdar cəmiyyəti təsis olundu [59]. 

Göründüyü kimi, tikinti materialları sənayesində də iri müəssisələrlə  yanaşı, 

kapitalizmin yüksək mərhələsinə xas olan şirkətlər və səhmdar cəmiyyətlərinin sayı 

getdikcə artırdı. 

1890-cı  ildə  dağ  mühəndisi  Y.İ.Yeger  Naftalanda  hasil  edilən  neftin  emalı 

üçün dəyəri 200 min manata qədər olan bir zavod tikdirdi. 1893-cü ildə ona məxsus 

neft  quyuları  8  min  pud  neft  vermişdi  [60].  Zavodda  neft  emalı  ilə  yanaşı,  xüsusi 

sexdə  dərmanlar  da  hazırlanırdı.  ―Kojelan‖  adlı  sürtkü  dərmanı  Avropa  ölkələrində 

pudu  20-25  manata  satılırdı.  1894-cü  ildə  Y.İ.Yeger  öz  şəriki  ilə  ―Naftalan‖  neft 

sənayesi və ticarəti şirkətini təsis etdi [61]. Əsas kapital 60 min manat idi. Sonra bu 

məbləğ  0,4  milyona  çatdırılmışdı.  160  desyatindən  çox  xəzinə  və  sahibkar  torpağı 

şirkətin icarəsində idi. Sonrakı illərdə Naftalanda neft çıxarılan torpaqların sahəsi 15 

dəfədən çox genişləndirilmişdi. 

Yüngül  sənaye.  Yüngül  sənaye  başlıca  olaraq,  ölkənin  şimal-qərb,  qərb-

cənub-qərb,  eləcə  də  Kürboyu  rayonlarında  daha  çox  yayılmışdı.  Bu  sahədə  ipək 

emalı  sənayesi  mühüm  yer  tuturdu.  İpək  emalı  Nuxa-Zaqatala,  Qarabağ-Naxçıvan 

zonalarının  ictimai-iqtisadi  həyatında  mühüm  rol  oynayırdı.  Kapitalist  istehsalı  ipək 

sənayesində daha erkən inkişafa başlamışdı 

70-ci  illərin  ikinci  yarısından  ipək  sənayesində  bərpa  və  inkisaf  dövrü 

başlandı. Əvvəllərdə olduğu kimi, ipək sənayesinin mərkəzi  olan Nuxa  şəhəri  yenə 

də  istehsalda  həlledici  rol  oynayırdı.  80-ci  illərdə  Nuxa  qəzasında  müəssisələrin 

sayı  sürətlə  artırdı.  Xam  ipəyə  olan  böyük  tələbat  istehsalın  miqyasını 

genişləndirmişdi.  Qəzada  500-dən  çox  iri  və  kiçik  müəssisə  işləyirdi.  80-ci  illərdə 

fabrik  tipli  müəssisələrin  sayı  xeyli  artdı.  Bütün  müəssisələrin  ümumi  istehsal 

məbləği  3  mln  manatdan  çox  idi.  Nuxa  qəzasında  fərdi  müəssisələrlə  yanaşı, 



kapitalist  mülkiyyətinin  nisbətən  inkişaf  etmiş  forması,  xüsusilə  ticarət  evləri 

meydana gəldi. Ticarət evləri və iri fabriklər əsasən azərbaycanlı sahibkarlara məxsus 

idi. 

80-90-cı illərdən Şuşa və Qaryagin qəzalarının ipək emalı  müəssisələrində 



2164 sapsarıyan dəzgah və başqa texniki avadanlıq vardı. Ümumi istehsal məbləği 1 

mln. manata qədər idi. Bəhs edilən illərdə Naxçıvan və Ordubaddakı müəssisələrdəki 

dəzgahların sayı təxminən 600, məhsulun ümumi dəyəri isə 0,5 mln. manata qədər idi. 

Naxçıvan  qəzasında  istehsalda  maşın  tətbiq  edən  müəssisələr  də  azərbaycanlı 

sahibkarların əlində cəmləşmişdi. 

XIX  əsrin  son  rübündən  başlayaraq  Azərbaycanın  ipək  sənayesində  maşın 

tətbiqi  xırda  müəssisələrin  ixtisarına  səbəb  olmuşdu.  1873-cü  ildə  Azərbaycanda 

ipək istehsal edən müəssisələrin sayı 800-dən çox idisə, 1900-cü ildə onlar 463-ə 

enmiş, yəni 2 dəfə azalmışdı. Həmin müəssisələrin 60-da buxar mühərrikləri tətbiq 

edilirdi. Bu fabriklərdə 2300-dək barama açılan tiyan və 2000-ə yaxın dəzgah vardı 

[62].  Sənaye  kapitalizminin  yüksək  inkişaf  mərhələsində  olan  bu  müəssisələr  tək 

maşınların  deyil,  fəhlələrin  də  böyük  əksəriyyətini  özlərində  cəmləşdirmişdi. 

Ümumi  məhsulun  üçdə  iki  hissəsindən  çoxunu  verən  həmin  fabriklərdə  bütün 

fəhlələrin 59,5 %-ni özlərində cəmləşdirmişdi [63]. 

İpək  emalı  Quba,  Şəki,  Göyçay  və  digər  qəzalarda  da  mövcud  idi.  Lakin 

buradakı ipək istehsalı müəssisələri demək olar ki, xırda əmtəə istehsalı mərhələsindən 

yuxarı qalxa bilməmişdi. 

Azərbaycanda  yalnız  xam  ipək  istehsal  edilmirdi.  İpəkdən  həmçinin 

müxtəlif növ parçalar toxunurdu. İpək parça toxuyan xırda müəssisələr əsasən Şamaxı 

şəhərində və onun ətraf kəndlərində, çox cüzi miqdarda isə Nuxada, Gəncədə, Şuşada 

və Ordubadda yerləşirdi. Rusiyadan idxal edilən nisbətən ucuz fabrik məmulatı 

Azərbaycanda  balıq  ovu,  bir  qayda  olaraq,  iltizama  verilirdi.  Buna 

baxmayaraq, 70-ci illərdən başlayaraq, balıq sənayesinə kapital qoyuluşu  xeyli artdı. 

1880-ci  ildə  balıq  sənayesində  iltizam  ləğv  edildi.  Balıq  vətəgələri  açıq 

müzaidə yolu ilə icarəyə verilirdi. Bu tədbir balıq ovunun artmasına səbəb oldu. 1880-

1882-ci  illərdə  736,1  min  pud  balıq  tutulmuşdusa,  1898-1900-cü  illərdə  artım  3 

dəfədən  çox  olmuş,  yəni  2418,7  min  puda  çatmışdı.  Bankə,  Bojepromısel  və  başqa 

yaşayış  məntəqələri  balıq  sənayesi  mərkəzlərinə  çevrilməkdə  idi.  Bunlardan  əlavə 

Züdostov Kultuq və s. fəhlə qəsəbələri salınmışdı. 

90-cı illərin əvvəllərində Samurdan cənuba sənaye əhəmiyyətli ilk siyənək 

balığı vətəgəsi meydana gəldi. Əsrin sonunda bu kimi vətəgələrin sayı 7-8-ə çatmışdı 

[68]. 1900-cü ildə Bakı-Port-Petrovski dəmir yolunun çəkilməsi Xəzərin Azərbaycan 

sahillərində dəniz balıq vətəgələrinin sayının görünməmiş dərəcədə artmasına səbəb 

oldu. 


Cənubi Qafqazın şərab istehsalında Azərbaycan böyük rol oynayırdı. 70-ci 

illərdən  həm  Bakı,  həm  də  Yelizavetpol  quberniyasında  artıq  bir  sıra  qəzaların 

iqtisadi  həyatında  şərab,  araq,  konyak  və  s.  istehsalı  mühüm  rola  malik  idi.  Bakı 


quberniyasının  Şamaxı,  Göyçay  qəzalarında  iri  üzümçülük  təsərrüfatları  vardı.  80-ci 

illərdən digər qəzalarda da üzümçülük sahələri xeyli artmışdı. Şərab  istehsalının çoxu 

məhz  Şamaxı,  Göyçay  qəzalarının  payına  düşürdü.  Yelizavetpol  quberniyasında 

Yelizavetpol, Şuşa, qismən Qazax qəzaları şərab istehsalında birinci yerdə gedirdi. 

1870-ci ildə Yelizavetpol qəzasında şərab istehsalı ilə məşğul olan nisbətən 

iri  kapitalist  müəssisələri  meydana  gəlir.  Bunlardan  ―X.Forer  və  oğulları‖,  80-ci 

illərdə  birinci  firma  –  ―Hummel  qardaşları‖  firmaları  təşkil  edildi.  1892-ci  ildə 

birinci  firma  ―Forer  qardaşları‖  adlandırıldı.  Firmaların  istehsal  etdikləri  əla 

keyfiyyətli  şərab  Rusiyanın  bir  sıra  şəhərlərinə  və  xarici  ölkələrə  ixrac  edilirdi. 

Şərabçılıqda  ―Cabbarov,  Ağrıyev, Sesiyev qardaşları‖nın  firmaları,  ―N.L.Şustov  və 

oğulları‖  Səhmdar  Cəmiyyəti  böyük  şərab  zavodlarına  malik  idilər.  Şərab 

istehsalının  mənfəətini  görən  neft  sənayesi  sahibkarlarının  bir  hissəsi  Bakı 

quberniyasında özlərinə iri təsərrüfatlar yaratmışdılar. 

1873-cü  ildə  şəraba  aksiz  vergisi  qoyulması  istehsalın  həcminə  təsir 

göstərməyə bilməzdi. Buna baxmayaraq, 1879-cu ildə Bakı quberniyasında 107-yə 

qədər  şərab  istehsalı  müəssisəsi  vardı.  Yelizavetpol  quberniyasında  onların  sayı  daha 

çox idi. 90-cı illərdə şərab istehsal edən zavodların sayı bir neçə dəfə artmışdı. 

Şərab istehsalı Naxçıvan qəzasında getdikcə artırdı. 90-cı illərdə qəzada ildə 

orta hesabla 150-200 min vedrə şərab istehsal edildi. 

Azərbaycanda araq istehsalı da mühüm yer tuturdu. İri araq zavodları Şuşa, 

Yelizavetpol, Göyçay qəzalarında yerləşirdi. Şuşa qəzasının Muradbəyli kəndində ilk 

dəfə  tikilmiş  belə  zavoda  1892-ci  ildə  Ağdamın  yaxınlığında  yerləşən  Şelli  və 

Bəyəhmədli kəndlərində inşa edilmiş daha 2 yeni araq zavodu əlavə olundu. 1892-ci 

ildə  ―Forer qardaşları‖  firmasına  məxsus  zavodda  gündə  100  vedrə  konyak  istehsal 

olunurdu. 1894-cü ildə belə bir zavod Ağdamda, 1898-ci ildə Kürdəmirdə, 1900-cü 

ildə  isə  Göyçayda  təsis  edildi.  Əsrin  sonunda  konyak  zavodlarının  sayı  10-a 

çatmışdı.  Kürdəmir  və  Göyçaydakı  konyak  zavodları  məşhur  ―N.L.Şustov  və 

oğulları‖  Səhmdar  Cəmiyyətinə  və  ―Sesiyev  və  K°‖  ticarət  evinə  məxsus  idi. 

Kürdəmir şərab və konyak istehsalında Göyçay qəzasında birinci yeri tuturdu. XIX 

əsrin sonunda Azərbaycanın şərab, araq və konyak istehsalında yüzlərlə xırda əmtəə 

istehsalı  müəssisələrinin olması istehsalın kapitalist xarakterini dəyişmirdi. Çünki iri 

kapitalist müəssisələri istehsalda hakim rol oynayırdılar. 

Yeyinti  sənayesində,  dəyirmanlar  öz  əhəmiyyətinə  görə  birinci  yerdə 

gedirdi. XIX əsrin son rübündə un üyüdülməsi daha geniş şəkil almışdı. Ölkənin bir 

sıra yerlərində dəyirmanlarda maşınlardan istifadə edilirdi. Əhalinin una olan tələbini 

ibtidai  su  dəyirmanlar  ödəyə  bilmirdi.  Unüyütmə  istehsalında  fabrik-zavod  tipli 

müəssisələrin sayı artmışdı. Buxarla işləyən dəyirmanların böyük əksəriyyəti Bakıda 

yerləşirdi.  Əhalisi  sürətlə  artan  Bakı  şəhəri  böyük  istehsal  gücünə  malik  olan  belə 

müəssisələrin  olmasını  tələb  edirdi.  70-ci  illərdən  şəhərdə  tikilmiş  dəyirmanlar 

nisbətən kiçik idilər. 80-90-cı illərdə isə iri dəyirmanlar xeyli çoxalmışdı. 1883-cü 

ildə Bakıda 12, 1889-cu ildə isə 14 buxarla işləyən dəyirman vardı. 1900-cü ildə bu 


dəyirmanlardan  10-nun  istehsal  etdiyi  məhsulun  dəyəri  600  min  manatdan  çox 

olmuşdu. 90-cı illərdə müəssisələrin iriləşməsi onların sayca azalmasına səbəb oldu. 

Buxarla  işləyən  quberniyanın  başqa  yerlərində  nisbətən  az  idi.  Cavad 

qəzasında 1889-cu ildə 2 və 1900-cü ildə 11 belə dəyirman olmuşdu [69]. 1900-cü 

ildə  yalnız  Bakı  quberniyasında  buxarla  işləyən  40-dan  çox  unüyüdən  müəssisə 

işləyirdi. 

İri unüyüdən müəssisələr Yelizavetpol quberniyasında azlıq təşkil edirdi. 

Onlardan  2-si  Yelizavetpol  şəhərində,  biri  isə  Yelenondorfda  yerləşirdi.  Naxçıvan 

və Ordubadda dəyirmanların sayı 90-cı illərdə 20-dən çox idi. Amma onlardan cüzi 

bir hissəsində buxar gücündən istifadə edilirdi. 

90-cı  illərdə  Bakıda  iri  çəltiktəmizləyən  fabriklər  təsis  edilmişdi.  1890-cı 

ildə  3 belə  müəssisə  vardısa, 1900-cü  ildə onların  sayı  7-yə çatmış, istehsal edilən 

məhsulun dəyəri 300 min manatdan 2 3 mln manata qalxmışdı [70]. 

Azərbaycanda  tütün  fabrikləri  əsasən  80-ci  illərdən  yaranmağa 

başlanmışdı. Ən iri tütün fabrikləri Bakıda idi. 1881-ci ildə 88 min manatlıq məhsul 

verən  4  fabrik  olmuşdusa,  1898-ci  ildə  onların  sayı  2-yə  enmiş,  lakin  məhsul 

istehsalı 15 dəfədən çox artaraq 1 2 mln manata çatmışdı. 

1876-cı  ildə  Nuxada  təsis  edilmiş  ilk  tütün  fabriki  Məşədi  Həsən  Dadaşova 

məxsus olmuşdur. 1885-ci ildə fabriklərin sayı 2, 1898-ci ildə isə 3 olmuşdur. Nuxada 

qalan  2  fabrik  Novruzov  və  Zülfüqarov  tərəfindən  tikilmişdi.  İstehsalın  ümumi 

məbləği bu müddətdə 3.700 manatdan 96 min manata çatmışdı. 

XIX  əsrin  son  rübündə  Şamaxıda  3,  Yelizavetpolda  isə  1  tənbəki  fabriki 

işləyirdi.  Şamaxıdakı  fabriklər  ildə  orta  hesabla  12  min  manatlıqdan  çox  məhsul 

istehsal  edirdi.  Yelizavetpoldakı  fabrikin  istehsal  məbləği  1889-cu  ildə  14,8  min 

manat olmuşdu. 

Azərbaycanda geniş yayılmış yeyinti sənayesi sahələrindən biri olan daş və 

şor duz istehsalı hələ qədimdən mövcud idi. 

Bakı  quberniyasında  əvvəldə  olduğu  kimi,  şor  duz  alınan  ən  böyük  göllər 

Masazır, Zığ, Qala, Kürdəxanı gölləri idi. Cavad qəzasında da belə göllər vardı. Şuşa 

qəzasının Ağcabədi kəndi yaxınlığında yalnız bir göl yerləşirdi [71]. Duz gölləri gah 

xəzinənin,  gah  da  ayrı-ayrı  şəxslərin  -  icarədarların  ixtiyarında  olurdu.  Belə  bir 

vəziyyət 1875-ci ilədək davam etdi. 1875-ci ildə hazırlanan və 1876-cı ildən tətbiq 

edilməyə başlanan ―Əsasnamə‖yə görə, iri duz gölləri iltizam yolu ilə icarəyə verildi. 

İcarə  duz  istehsalının  artmasına  nisbətən  müsbət  təsir  göstərdi.  1879-cu  ildə  Bakı 

quberniyasında  618.371  pud  şor  duz  əldə  edilmişdi  [72].  90-cı  illərdə  yeni  iltizam 

nəticəsində duz istehsalı 887,5 min puda çatmışdı. 

Zəngin  daş  duz  mədənlərinin  istismarı  islahatdan  sonrakı  dövrdə  bir  qədər 

genişlənmişdi.  Duz  istehsalının  inkişafına  buxov  olan  aksiz  vergisinin  1881-ci  ildə 

ləğv  edilməsi  nəticəsində  80-90-cı  illərdə  duz  hasilatında  qismən  təbəddülat  oldu. 

Duz  istehsalında  müşahidə  edilən  tərəddüdə  baxmayaraq,  70-ci  illərdən  başlayaraq, 

Azərbaycanda duz hasilatı və emalı kapitalist əsasları üzərində qurulmuşdu. 


Yeyinti  sənayesi  sahələrindən  biri  də  biyan  kökü  emalı  idi.  Azərbaycanda 

biyan kökünün emalı XIX əsrin ortalarına aiddir. 60-cı illərin əvvəllərində şamaxılı 

Qədirov  və  Hacı  Əbdürrəhman  qardaşları  Əlvənd  kəndində  xırda  bir  müəssisə 

tikdirdilər.  Lakin  sonra  texnologiyanın  yaxşı  bilinməməsi  üzündən  biyan  kökünün 

emalı dayandırıldı.  70-ci  illərdə  Yelizavetpolda  ilk biyan  kökü  emalı zavodu tosis 

edildi.  Zavodun  illik  dövriyyəsi  20  min  manatdan  çox  idi.  Nəhayət,  1886-cı  ildə 

Ləkidə Qizi qardaşları və Xrussakinin iri bir zavodu inşa edildi. Zavodda ildə 0,5 mln 

pud  biyan  kökü  emal  edilirdi.  Zavodun  illik  dövriyyəsi  1887-ci  ildə  100  min  manat 

olmuşdusa, 1899-cu ildə artım 2 dəfəyə yaxın idi. 

1899-cu  ildə  ingilis  təbəəsi  A.Urkqardtın  Ucarda,  1890-cı  ildə  onun 

həmvətəni  İ.Blissin  Yelizavetpolda,  1893-cü  ildə  yenə  onun  Kürdəmirdə  daha  bir 

zavodu tikilib başa çatdırıldı. Təkcə 1891-ci ildə 3 zavodda 3324 min pud biyan kökü 

emal  edilmişdi  [73].  Alınan  məhsul  başlıca  olaraq  xaricə  -  İngiltərə  və  Amerikaya 

göndərilirdi. 1890-1895-ci illərdə Batum və qismən Poti vasitəsilə xaricə 5,2 mln. pud 

quru biyan  kökü  göndərilmişdi. Sonrakı dövrlərdə biyan  kökü  əsasən  Azərbaycanda 

emal edilir, xaricə isə şirəsi göndərilirdi. 

Beləliklə,  çarizmin  milli  -  müstəmləkə  və  müstəmləkəçi  iqtisadi 

siyasətindən  doğan  maneələrə  baxmayaraq,  ölkənin  sənaye  həyatında  kapitalist 

münasibətlərinin  inkişafı  bir  sıra  sahələrdə  artıq  özünün  yeni  mərhələsinə  qədəm 

qoymuşdu. 

 


Yüklə 11,49 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin