AZƏrbaycan diLİ VƏ tariXİ ―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək



Yüklə 11,49 Mb.
Pdf görüntüsü
səhifə16/36
tarix31.01.2017
ölçüsü11,49 Mb.
#7204
1   ...   12   13   14   15   16   17   18   19   ...   36
§ 1. NEFT SƏNAYESĠNĠN TƏRƏQQĠSĠ, 

NEFT ĠNHĠSARLARININ TƏġƏKKÜLÜ VƏ ĠNKĠġAFI 

 

İltizam  sistemi  ləğv  edildikdən  sonra  Bakı  neft  sənayesi  sürətlə  inkişaf 



etməyə  başladı.  Görkəmli  Azərbaycan  maarifçi-demokratı  Həsən  bəy  Zərdabinin 

yazdığı  kimi,  ―...hər  tərəfdən  buraya  kapital  və  bilik  axmağa  başladı  və  keçmiş 

inzibati sürgün yerində həyat qaynadı‖ [1]. 

İltizam sistemi ləğv edildikdən sonra elə birinci il neft çıxarılması iki dəfə 

yarımdan çox artdı: 1872-ci  ildə  1,4 mln pud, 1873-cü ildə  isə  artıq 3,9 mln pud 

neft çıxarıldı. Bu hadisədən keçən ilk onnillik ərzində neft hasilatı 35 dəfədən çox 

artdı. Belə ki, 1876-cı ildə Bakıda 10,6 mln pud, 1882-ci ildə isə 50 mln pud neft 

çıxarılmışdı  [2].  Bakı  rayonunda  neft  çıxarılmasının  artımı  öz  sürətinə  görə  o 

dövrdə  ən  güclü  hüsab  edilən  Amerika  neft  sənayesini  xeyli  qabaqlayırdı.  70-ci 

illərin  əvvəllərində  Bakı  neft  sənayesində  məhsuldarlıq  Amerikadakından  20  dəfə 

az  idi.  Lakin  artıq  1894-cü  ildə  Bakıda  neft  çıxarılması  340  mln.  puda  çataraq, 

Amerikadakı ilə bərabərləşdi, sonrakı illərdə isə onu ötüb keçdi. 

Neft çıxarılmasının artması xüsusilə qazma işlərinə yeni texnikanın tətbiq 

edilməsi  ilə  müşayiət  olunurdu.  Quyuların  özülləri  zərbəştanq  metodu  adlanan 

metodla qoyulmağa başladı ki, bunun da nəticəsində qazma yolu ilə ilk dəfə neftli 

torpağın  zəngin  qatlarına  çatmaq  mümkün  oldu.  1873-cü  ildə  qazılmış  quyular 

içərisində ―Xələfi‖ adı ilə məşhur olan sahədə qazılmış quyu diqqəti xüsusilə cəlb 

edirdi. Bu quyudan görünməmiş güclü vuran fontan, demək olar ki, bir ay davam 

etmiş və hər gündə ən azı 100 min pud neft alınmışdı. Bu mənzərənin təsiri altında 

Balaxanı  sahəsinin  sahibkarı:  ―Özünü  gözlə,  Amerika!‖,  ―Yaşasın  Balaxanı!‖, 

―Pensilvaniya bizdə indi gör haradır‖ – deyə sevinc  içində qışqırmışdılar [3]. Bu 

fontan sahibkarlar arasında quyulara olan psixoloji inamsızlığı birdəfəlik dağıtdı və 

1874-cü ildə buruqların sayı artıb 29-a çatdı. 

Yaxın  beş  il  ərzində  digər  mədənlərdə  də  zəngin  yataqlar  istismara 

başlandı.  Sabunçuda  quyular  bir-birinin  ardınca  fontan  vururdu.  1876-cı  ildə 

burada 204, Balaxanıda 47, Suraxanıda 22, Bibiheybətdə 19 quyu var idi [4]. 1877-

1878-ci illər ərzində Zabrat və Bibiheybətdə fontan vuran quyular istismara verildi. 

Tağıyevin  və  Zubalovun  az  tanınan  mədənləri  neft  çıxarılması  üzrə  ən  böyük 

müəssisələrə çevrildilər. 

Quyuların,  xüsusilə  fontanların  sayının  artması  neftin  qiymətinin  kəskin 

şəkildə  dəyişməsinə  səbəb  oldu.  1873-cü  ildə  neftin  qiyməti  hələ  iltizam  dövrü 

səviyyəsində  (bir  pudu  45  qəpik)  qalırdı.  Lakin  ―Xələfi‖  sahəsindəki  fontandan 



sonra  qiymət  6  qəpiyə  endi.  Güclü  fontanların  meydana  gəlməsindən  asılı  olaraq 

vaxtaşırı təkrar olunan belə hallar iri kapitalın xeyrinə olub xırda sahibkarları var-

yoxdan  çıxarırdı.  Bütövlükdə  isə  neft  sənayeçilərinin  sayı  daim  artırdı.  1873-cü 

ildə  Bakı  mədənlərində  12,  on  ildən  sonra  79  firma  fəaliyyət  göstərirdi.  Hasilatın 

artmasına  çalışan  firmalar  yeni  texnika  tətbiq  edirdilər.  Neft  sənayesi  texniki 

çevriliş və istehsal proseslərinin yeniləşdirilməsi mərhələsinə daxil oldu. Əvvəllər 

neft köhnə qayda ilə əllə qazılmış quyulardan tuluqlarla, əksər hallarda jelonka ilə 

çıxarılırdı.  Doğrudur,  ilk  vaxtlar  o  atların  gücü  ilə  qaldırılırdı.  1873-cü  ildə 

mədənlərdə  ilk  dəfə  80-cı  illərin  sonlarında  neft  sənayesində  üstün  mövqe  tutan 

buxar  mühərrikləri  tətbiq  edildi.  Buxar  maşınlarının  tətbiqi  qazma  işlərində  də 

yayılmağa  başladı.  70-ci  illərin  sonuna  yaxın  ştanqları  balta  ilə  birlikdə  hərəkətə 

gətirən  əl  burulğanı  əvəzinə  buxar  maşını  tətbiq  edildi.  ―İri  maşın  sənayesinin  ən 

xarakterik  əlamətlərindən  biri‖  [5]  olan  buxar  mühərriklərinin  tətbiqi  neft 

sənayesinin gələcək inkişafında mühüm əhəmiyyət kəsb edirdi. 

Kapital  axınının  artması  neft  hasilatı,  emalı  və  daşınması  texnikasının 

tətbiqi  ilə  yanaşı,  texniki  təkimilləşməsinin  biri  də  1878-ci  ildə  neft  mədənlərini 

neftayırma zavodları ilə birləşdirən buxar nasoslu ilk neft kəmərinin çəkilişi oldu. 

Əvvəllər  neft  zavodlara  arabalarda  daşınırdı  [6].  1879-cu  ildə  ―Nobel  qardaşları‖ 

firması tərəfindən  mədənlər arasında  neft  və  sərnişin daşımaq üçün  ilk dar dəmir 

yolu  çəkildi.  Neft  hasilatının  artması  onun  saxlanılmasını  təkmilləşdirməyi  tələb 

edirdi.  Adətən  quyuların  yanında  100-200  pudluq  taxta  çənlər  tikilirdi.  Bir  qədər 

sonra  isə  50-100  min  pudluq  torpaq  anbarlar  tikilməyə  başlandı.  Bu  anbarlar 

içərisində  heç nə  döşənməyən və  örtülü olmayan,  əlüstü qazılan çalalardan ibarət 

idi.  Belə  anbarlarda  neftin  xeyli  hissəsi  torpağa  hopur,  Abşeron  üçün  adi  olan 

günəşin  və  yüksək  temperaturun  təsiri  altında  buxarlanırdı.  Primitiv  çalaların 

əvəzində içəridən sementin köməyilə daş və kərpiclə döşənmiş, ağac örtüklü daha 

əlverişli  anbarlar  meydana  çıxdı.  Metal  rezervuarlar  nisbətən  gec  meydana  gəldi. 

Bunula belə artıq 90-cı illərdə onların sayı xeyli artmışdı. 

Neftayırma zavodlarının da sayı artırdı. 1872-ci ildə onların sayı 47, 1873-

cü ildə 62 idi [7]. Bakı şəhərinin ətrafında çoxlu neftayırma zavodlarının toplaşdığı 

Qara  şəhər  adlı  məskən  yarandı;  ―belə  ki,  tüstüsündən  və  hisdən  orada  hər  şey 

torpaq, binalar qaralmışdı‖. Bununla belə, iltizam sisteminin təsirindən və onunla 

bağlı  olan  neftin  yüksək  maya  dəyərindən  azad  olan  neftayırma  sənayesi  aksiz 

siyasətinin mənfi təsiri altına düşdü. 

İltizam sisteminin ləğv etmiş 1872-ci il 1 fevral tarixli ―Neft mədənləri və 

ağ  neft  istehsalından  aksizlər  haqqında‖  Qayda  neftayırma  sənayesindən  dövlətin 

xeyrinə aksiz (vergi) toplanmasını bütünlükdə aksiz idarəsinin icazəsindən asılı idi. 

Aksizin həcmi neftayıran qazanlar həcminə uyğun olaraq gündəlik 4 manatdan 10 

manatadək müəyyənləşdirilirdi. Əslində aksizin məbləği kiçik ağ neft zavodu üçün 

cüzi idi. Bununla belə, aksiz texniki tərəqqini ciddi ləngidirdi. 



Aksizin  tətbiq  edilməsi  neft  məhsulları  istehsalına  çox  pis  təsir  göstərdi. 

Aksizin  hər  neftayıran  qazana  görə  toplanması  ona  gətirib  çıxartdı  ki,  kiçik 

zavodlar  gün  ərzində  hər  qazandan  bir  dəfə  deyil,  2-3  dəfə  ağ  neft  almağa 

çalışırdılar. Bu yolla alınan neftin keyfiyyəti adətən aşağı olur və satılmırdı. Rusiya 

bazarlarında  Amerika  neftini  almağa  üstünlük  verirdilər.  Bakı  neftinin  qiyməti 

kəskin  şəkildə  aşağı  düşmüşdü.  Bu  isə  bir  çox  müəssisənin,  xüsusilə  kiçik 

müəssisələrin  müflisləşməsinə  səbəb  oldu.  Bununla  yanaşı,  texniki  yeniliklərin 

tətbiqi  və  texnologiyanın  təkmilləşməsi  şəraitində  istehsalın  iriləşməsi  və 

təmərküzləşməsi də baş verirdi. Əgər 1874-cü ildə Bakıda 200-dən çox neftayırma 

zavodu  var  idisə,  2  ildən  sonra  onların  sayı  123-ə,  1899-cu  ildə  isə  101-ə  qədər 

azaldı; onlardan 88 zavod ağ neft, 4 zavod benzin, 5 zavod yağ,  3 zavod asfalt və 

qudron istehsalı ilə məşğul idi. 

1877-ci  il  sentyabrın  1-dən  akisizin  toplanması  ləğv  edildi,  bu  da 

bürokratik  inzibati  nizamasalma  şəraitini  yumşaltdı  və  müsbət  əhəmiyyətə  malik 

idi.  80-cı  illər  ərzində  Bakı  zavodlarının  istehsal  etdikləri  ağ  neftin,  benzinin  və 

yağın həcmi 8 mlnj . puddan 68 mln. puda çatdı. Ölkənin yanacaq balansı kəskin 

dəyişdi. 80-ci illərdə Xəzər və Volqa gəmiçiliyi,  həmçinin  dəmiryol nəqliyyatının 

bir  hissəsi  yanacaq  kimi  mazutdan  istifadə  etməyə  başladı.  Mazutdan  istifadə 

1880-ci ildə 7 mln puddan 1900-cü ildə 264 mln puda qədər və  yaxud 20 ildə 37 

dəfə artdı [8]. 

Zavodların məhsuldarlığı da hiss olunacaq dərəcədə artdı. 1878-ci ildə o, 

6,4  mln  puda,  1881-ci  ildə  isə  12,5  mln  puda  bərabər  idi.  Bakı  nefti  və  onun 

məhsulları  əsasən  Rusiyanın  daxili  quberniyalarına  aparılırdı.  Cənubi  Qafqaz 

dəmiryolunun  tikintisinə  qədər  neftin  daşındığı  yeganə  yol  Xəzər  dənizi  idi. 

Əvvəllər nefti yelkənli gəmilərə yüklənmiş çəlləklərdə Həştərxana qədər, sonra isə 

Volqa  ilə  yuxarılara  aparırdılar.  Neftdaşıma  işi  artdıqca,  neftdaşıyan  gəmilər 

meydana  gəldi.  70-ci  illərdə  neft  və  onun  məhsullarını  daşımaqla  məşğul  olan 

ayrıca  cəmiyyətlər  yarandı.  Bu  cəmiyyətlər  arasında  ―Qafqaz  və  Merkuri‖ 

cəmiyyəti  mühüm  yer  tuturdu.  ―Lebed‖,  ―Drujina‖  cəmiyyətləri,  Bakı  neft 

cəmiyyəti, xüsusi şəxslər – Mirzoyevlər, Dadaşovlar, Artyomovlar  və başqalar da 

neft daşınması ilə məşğul olurdular [9]. 

İltizam  sistemi  ləğv  edildikdən  sonra  Amerikanın  Rusiyanın  yanacaq 

bazarındakı üstün mövqeyi sarsıldı. 1873-cü ildə Rusiya ABŞ-dan 2,705 mln. pud 

neft  və  neft  məhsulları  gətirmişdi.  Bakıdan  isə  cəmisi  400  min  pud  ağ  neft 

aparılmışdı.  Beş  ildən  sonra  Amerikadan  neft  idxalı  2  mln  pud  olduğu  halda, 

Bakıdan  aparılan  neftin  miqdarı  4,6  mln  pud  təşkil  etmişdi.  Xarici  ölkələrdən 

gətirilən  neftin  hər  puduna  55  qəp  gömrük  qoyulması  haqqında  hökumət  aktı 

verildi.  1883-cü  ildə  Bakıdan  Rusiya  bazarlarına  artıq  12,5  mln.  pud  neft 

məhsulları  daxil  oldu.  Amerikadan  neft  idxalı  isə  tamamilə  kəsildi.  Baş  vermiş 

qıtlığın,  dəmir  yolu  tikintisinin  və  həmçinin  1880-ci  illərdə  Qərbi  Avropada  baş 



vermiş  böhranın  təsiri  altında  1881-1882-ci  illərdə  Rusiyada  ağır  böhran,  onun 

ardınca isə uzun müddət davam edən depressiya başlandı. 

Bu  illərdə  neft  sənayesində  vəziyyətin  ağır  olduğunu  həm  də  o  sübut 

edirdi  ki,  neft  sənayeçiləri  tez-tez  neft  və  mazut  ehtiyatlarını  dənizə  və 

Abşerondakı  göllərə  axıdır,  yandıraraq  məhv  edirdilər.  Ramana  gölündə  neft 

sənayeçilərinin  axıtdığı  külli  miqdarda  neft  yandırılmışdı.  1886-cı  ildə 

H.Z.Tağıyev özünün güclü fontan vurmuş Bibiheybət mədənində pulsuz neft təklif 

edirdi  [10].  Neft  sənayesindəki  böhran  80-cı  illərin  ikinci  yarısında  canlanma  və 

yeni yüksəlişlə əvəz olundu. Bu, neftin ölkənin xalq təsərrüfatında tətbiqinin daha 

da genişlənməsinə və duru yanacağa tələbatın artmasına yardım etdi. 1884-1889-cu 

illərdə bir sıra dəmir yolları neft yanacağından istifadəyə keçdilər. Xəzər və Volqa 

donanmasının,  ölkənin  mərkəzi  quberniyalarının  bir  çox  fabrik-zavod 

müəssisələrinin neft istehlakı artdı [11]. 

Belə  bir  şəraitdə  1890-cı  ilə  yaxın  neftin  qiyməti  xeyli  artdı.  Quyuların 

qazılması  xeyli  sürətləndi.  1891-ci  ildə  neft  hasilatı  1883-cü  illə  müqayisədə  4,8 

dəfə artdı. 

Mədənlərin  texniki  təchizatında  yeni  müvəffəqiyyətlər  əldə  edildi. 

Qazmada  və  neft  çıxarılmasında  yerli  mühəndislər  tərəfindən  yaradılmış  daha 

mükəmməl avadanlıqlar tətbiq edildi. Neft sənayesinin enerji təchizatı artdı. 

Neft  sənayesinin  yüksək  inkişaf  sürəti  azad  kapitalın  çatışmadığı  Rusiya 

bazarının  imkanlarını  qabaqlayırdı.  Bununla  belə,  ölkədə  daha  çox  kapital 

qoyuluşu  tələb  edən  bu  sahənin  xarakterik  xüsusiyyətlərindən  biri  məhz  iri 

istehsalın inkişafı idi. Texniki inqilabla müşayiət olunan neft təsərrüfatının coşqun 

inkişafı  əsaslı  vəsait  tələb  edirdi.  Ancaq  uzunmüddətli  müvəfəqiyyətə  o  firmalar 

ümid bəsləyə bilərdilər ki, onların həm neftli torpaqlara, mədən və zavodlara, həm 

də  xüsusilə  neft  məhsullarının  saxlanılmasına  və  daşınmasına  kapital  qoymağa 

imkanları  olsun.  Adətən  belə  imkanlara  ancaq  ən  böyük  neft  istehsalçıları  malik 

idilər.  1883-cü  ildə  Bakıda  ildə  20  mln.  puddan  çox  neft  istehsal  edən  ancaq  bir 

firma  müvcud  idi.  1890-cı  ildə  belə  firmaların  sayı  artıq  8  idi  və  bütünlüklə 

çıxarılan  yanacağın 65,4 faizi onların payına  düşürdü.  Neft emalı sənayesində  də 

istehsalın  belə  yüksək  təmərküzləşmə  göstəriciləri  özünü  göstərirdi.  Elə  həmin 

1890-cı ildə 148 neftayırma zavodunun 13 ən irisi (9 faizdən az) işıqlandırma üçün 

istehsal  olunan  bütün  yağın 

3/



–nü  və  yaxud  51  mln  pudunu  istehsal  edirdilər. 

Onların  arasında  ―Nobel  qardaşları‖  şirkəti,  Xəzər-Qara  Dəniz  neft  Sənayesi 

Cəmiyyəti (Rotşildlər) firmaları, Xəzər şirkəti, Şibayevin, Nağıyevin, Lianozovun, 

Adamovun, Budaqovun və Əsədullayevin firmaları var idi [12]. 

Özünün  meydana  gəldiyi  dövrdə  kapitalist  neft  sənayesi  kapital 

qoyuluşunun iki əsas mənbəyinə - bir tərəfdən, Azərbaycan və Cəbnubi Qafqazın 

iqtisadiyyatının  başqa  sahələrinə,  digər  tərəfdən  isə  Mərkəzi  Rusiyanın  kapital 

axınına  malik  idi.  Birinci  mənbə  H.Z.Tağıyevin,  M.Nağıyevin,  A.İ.Mantaşovun, 

Q.M.Lianozovun  və  digərlərinin  simasında  Azərbaycan  və  erməni  kapitalı 


tərəfindən  yaradılmış, ikinci  mənbə isə Peterburq metal zavodçuları L.E.Nobel və 

P.A.Bilderlinq,  Moskva  tikiş  fabrikçisi  S.M.Şibayev  və  başqaları  ilə  təmsil 

olunmuşdu [13]. 

Sahənin  ən  böyük  müəssisəsi  1879-cu  ildə  əsas  kapitalı  3  mln  manat 

(1884-cü  ildən  15  mln  manat)  olan,  səhmdarlıq  əsasında  təşkil  edilmiş  ―Nobel 

qardaşları‖ neft istehsalı şirkəti idi. 

Kompaniyanın təsisçiləri Lüdviq Nobel və peterburqlu baron və sənayeçi, 

İjevsk şəhərindəki silah zavodu üzrə Nobelin ortağı P.A.Bilderlinq idilər. 

Çar hökuməti xarici sahibkarlığa xeyirxah münasibət bəsləyirdi. 1886-cı il 

mayın  1-də  xüsusi  yığıncağın  xaricilərin  Bakı  rayonunda  neft  mədənlərinə 

buraxılması  məsələsi  üzrə  qərar  qəbul  olundu.  Qərar  ―Xaricilərin  və  xarici 

cəmiyyətlərin  hazırkı  şəraitdə  rus  neft  sənayesində  iştirakının  faydalı  və 

məqsədəuyğunluğunu‖ elan etdi. 

80-cı illərin ortalarında  Rotşildlərin Paris bankir evi Rusiyada alınmış  və 

fəaliyyətdə  olan  müəssisələrin  əsasında  daha  bir  iri  kompaniyanın  –  Xəzər-Qara 

dəniz  Cəmiyyətinin  əsasını  qoydu.  İngilis  kapitalının  Bakının  iqtisadiyyatına 

soxulması  90-cı  illərin  ikinci  yarısına  aiddir.  1898-ci  ilə  yaxın  Bakıda  yenə  də 

hazır  müəssisələrin  əsasında  təşkil olunmuş altı ingilis  neft sənayesi kompaniyası 

fəaliyyət  göstərirdi.  Müəssisələrin  satın  alınması  üçün  yalnız  bir  il  ərzində  ingilis 

işbazları yerli kapitalistlərə 12 mln manatdan çox pul vermişdilər. 

İngilis kapitalının güclü axını çarizmin maliyyə vəziyyəti və xarici siyasi 

niyyətləri  ilə  izah  olunurdu.  Çar  hökuməti  bu  yolla  İngiltərənin  imperialist 

dairələrinin bir hissəsində Rusiya əleyhinə olan əhvali-ruhiyyəni neytrallaşdırmağa 

çalışırdı. Güclü hərbi dəniz donanmasına malik olan İngiltərə üçün Bakı rayonunun 

strateji əhəmiyyəti var idi. Bundan əlavə, İngiltərə ilə müqayisədə çar Rusiyasında 

―fəhlələr həyat səviyyəsi, onların əmək haqqı xeyli aşağı idi‖. Buna görə də buraya 

kapital qoyuluşu Sitidən olan sahibkara külli miqdarda gəlir vəd edirdi [14]. 

Yerli  müəssisələrin  xarici  kapitalın  nəzarəti  altına  keçməsi  onların 

səhmdar  cəmiyyətinə  cəlb  edilməsi  yolu  ilə  həyata  keçirilirdi.  Bu  proses 

sənayesinin,  o  cümlədən  xarici  hesab  edilən  müəssisələrin  təşkilat-maliyyə 

quruluşuna özünəməxsus təsir göstərirdi. 

1897-ci ildə Bakının ən iri firmalarından biri – ―H.Z.Tağıyev‖ firması bir 

qrup  ingilisə:  Q.Qladstona,  Ç.Mura  və  b.  satıldı.  Çoxprofilli  kombinatın  bütün 

təsərrüfat kompleksi – neft mədənləri, ağ neft yağ və kükürd turşusu zavodları, neft 

kəməri,  neftdaşıyan  gəmilər,  firmanın  dəmir  yolu  sisternləri  parkı  və  həmçinin 

Rusiyanın  bir  çox  şəhərlərində  ağ  neft  və  mazut  saxlamaq  üçün  anbarlar  5  mln 

manat  müqabilində  ingilis  işbazlarının  əlinə  keçdi.  Bu  müəssisələrin  bazasına 

―Oleum‖  adı  altında  səhmdar  cəmiyyəti  təsis  edildi.  Səhmlərin  nəzarət  paketi  və 

kompaniyanın  fəaliyyətinin  idarə  mexanizmi,  ingilis  kapitalistlərinin  əlində 

cəmləşdi.  Lakin  əvvəlki  sahibkar  yeni  təsis  edilmiş  kompaniyanın  rəhbərliyi 

sistemində  özünü  yerlə  təmin  edə  bildi.  Öz  müəssisələrinin  ―satın  alınmış 


qiymətinə  tələbatını  qismən  ödəmək  üçün‖  o,  yeni  kompaniyanın  dəyəri  165  min 

funt sterlinq (1,6 mln manat) olan iri səhm paketini öz əlində saxladı [15]. Bu paket 

―Oleum‖un  əsas  kapitalının  13,7  faizinə  bərabər  idi.  Buna  görə  də  H.Z.Tağıyev 

ingilis  bankının  direktoru  E.Qubbardla  birlikdə  ―Oleum‖un  idarə  heyətinin 

direktorlarından  biri  seçildi.  Beləliklə,  yerli  kapitalın  neft  işində,  o  cümlədən  neft 

müəssisələrinin gəlirlərinin bölünməsində iştirakı yeni forma aldı. 

Milli  burjuaziya  neft  işində  çoxmilyonlu  yığımdan  kapitalist  istehsalının 

yeni  sahələrinə,  xüsusilə  yüngül  və  emal  sənayesinə,  nəqliyyat  və  digər  sahələrə 

soxulmaq  üçün  istifadə  etməyə  cəhd  göstərirdi.  Tağıyevlərin  1898-ci  ildə 

fəaliyyətə  başlayan  ―Lifli  maddələrin  emalı  üzrə  Qafqaz  səhmdar  cəmiyyəti‖ 

adlandırılan  səhmdar  müəssisəsinin  yaranması  da  bu  məqsədə  xidmət  edirdi. 

Müəssisənin  tikintisinə  6  mln.  manat  xərclənmişdi.  Vəsait  və  qüvvələrin  sənaye 

fəaliyyətinin  yeni  sahələrinə  keçirilmiş  yerli  kapitalistlərin  niyyətləri  ilə  birbaşa 

əlaqədar idi. 

Xarici  kapitalın  neft  istehsalında  mövqeyinin  genişlənməsi  və 

möhkəmlənməsi  rus  burjuaziyasının  və  onun  mənafeyini  ifadə  edən  bəzi  çar 

məmurlarının  müəyyən  müqavimətinə  rast  gəldi.  Çar  hökuməti  80-cı  illərin 

ortalarında neftli torpaqların xaricilərin mülkiyyətinə keçməsini məhdudlaşdırmaq 

haqqında məsələ müzakirə etmək qərarına gəldi. Lakin bu məsələnin həlli 1888-ci 

ilin  martında  ―kapital  cəhətdən  Rusiya  kimi  çox  yoxsul  olan  ölkəyə  kapitalın 

buraxılışını  tamamilə  dayandırmağı  çətin  ki,  faydalı  hesab  etmək  olar‖  [16]  – 

fikrini söyləmiş  maliyyə  nazirinin  müqavimətinə  rast gəldi. Maliyyə  nazirinin bir 

sıra  dəlillərini  rədd  edən  nazirlər  komitəsi,  bununla  belə,  xarici  kapitalın  rus  neft 

sənayesindən  tamamilə  kənar  edilməsinin  faydalı  olmadığı  fikrini  düzgün  hesab 

etdi və bildirdi ki, belə tədbirlər ―...xarici birjalarda mənfi təsərrüfat‖ yarada bilər. 

Bununla  əlaqədar  qərarda  göstərilirdi  ki,  ―ilk  vaxtlar  neftli  torpaqların  bir  əldə 

cəmlənməsinə  mane  olmağa  yönəldilmiş  yalnız  müəyyən  məhdudiyyətlərlə 

kifayətlənilsin‖ [17]. 

Neft  istehsalının  başlıca  özünəməxsusluğu  xammal  mənbəyinə  -  neftli 

torpaqlara  mülkiyyətin  xarakteri  ilə  başlı  idi.  Çarizmin  torpaq  siyasəti  bu  zaman 

həlledici  amil  kimi  çıxış  edirdi.  Bu  siyasətdə  ziddiyyətli,  əksər  hallarda  isə  bir 

araya sığmayan meyillər: azad kapitalist işbazlığının dövlətin neftli torpaqların ali 

mülkiyyətçisi  kimi  imtiyazının  saxlanılması  ilə,  hakim  sinfin  –  təhkimçi 

mülkədarların mənafeləri ilə birləşdirmək cəhdləri özünü göstərirdi. 

1  fevral  1872-ci  il  ―Neft  mədənləri  və  ağ  neft  istehsalından  aksizlər 

haqqında‖  Qaydalar  ―mədən  azadlığı‖  prinsipini  elan  etdi.  Bütün  silklərdən  olan 

şəxslərə  -  həm  Rusiya  vətəndaşlarına,  həm  də  xaricilərə  Abşeronda  torpaq 

ayrılması,  neft  axtarışı  və  çıxarılması  hüququ  verilirdi.  Lakin  hökumət  bu 

Qaydaların həyata keçirilməsini dərhal dayandırdı. Doğrudur, sonrakı 12 il ərzində 

neft sənayeçiləri tez-tez torpaq sahələri ələ keçirir  və  yaxud dövlət kəndlilərindən 

torpaq icarəyə götürürdülər [18]. 


Digər  aktla,  1872-ci  il  17  fevral  ―Qaydaları‖  ilə  ―əvvəllər  iltizamda  olan 

dövlət  neft  mədənlərini  müzaidə  yolu  ilə  şəxsi  adamlara  vermək  nəzərdə 

tutulurdu‖. Həmin ildə baş vermiş müzaidə zamanı 174 desyatin torpaq (onlardan 

150 desyatini Balaxanıda idi) satıldı. 

Lakin  80-cı  illərin  ortalarında  çarizmin  siyasətində  yeni  kurs  müşahidə 

olunmağa  başladı.  Təkcə  sərbəst  xəzinə  torpaqlarının  şəxsi  adamlara  ayrılması 

deyil,  həm  də  kəndlilərə  xəzinə  icma  torpaqlarının  təkini  istismar  etmək  hüququ 

verən rəsmi qaydaların da fəaliyyəti dayandırıldı. 

Digər tərəfdən, hökumət kəndlilərin   istifadəsində olan məhz xəzinə icma 

torpaqlarının  fondunu  artırmaq  qərarına  gəldi.  Balaxanı  və  Digah  kəndlərindəki 

1420 desyatinə yaxın kəndli torpaqlarının kütləvi müsadirə aktı 1882-ci ildə həyata 

keçirildi.  1890-cı  il  9  fevral  qanununa  əsasən  isə  kəndlilərdən  heç  bir  əvəz 

ödənilmədən  4967,5  desyatin  torpaq  alındı  [19].  ―1890—cı  il  qanunu  gücə 

əsaslanırdı və güc vasitəsilə həyata keçirildi. Torpaqları tikilmiş evlər müzaidə ilə 

satılırdı. Kəndlilərin şikayət və müraciətləri nəticəsiz qalırdı‖ [20]. Neft mədənləri 

haqqında  1892-ci  il  3  iyun  ―Qaydaları‖  ilə  Abşeron  yarımadasının  bütün  neftli 

torpaqları  xüsusi  şəxslərin  istifadəsi  üçün  bağlı  elan  edildi.  İndi  torpaqlar  hər 

sahədən  mütləq  minimum  haqq  müqabilində  verilə  bilərdi.  Müzaidənin  şərtlərini 

və vaxtını hökumət özü müəyyənləşdirirdi. Xəzinə neftli torpaqlarının icarə sistemi 

nəzarəti  dərinləşdi.  Pud  hesabı  şəklində  xəzinənin  xeyrinə  toplanan  renta  da  artdı 

[21]. 

Bütün  bunlar  sonrakı  illərdə  neft  istehsalının  inkişafına  ciddi  təsir 



göstərərək onun maya qəyərini qaldırdı. 

Çarizmin  ―yeni  kursu‖  sazişçi  xarakter  daşıyırdı.  Dövlətin  gəlir 

mənbələrindən  olan  neftli  torpaqların  vasitəsilə  onun  burjuaziyanın  sərəncamına 

keçməsindən narazı olan irticaçı mülkədarların və burjuaziyanın yuxarı dairələrinin 

tələbatı ödənildi. Yeni torpaqların kütləvi müsadirəsi məhz sonuncuların mənafeyi 

baxımından  keçirilmişdi.  Çarizmin  aktlarının  kapitalizmin  inkişafı  yolunda 

əngəllər törətməsinə baxmayaraq, əslində burjuaziyanın ―cilovlanması‖ olmadı və 

ola da bilməzdi. 

Birinci  müzaidələr  1896-cı  ildə  baş  verdi.  Sahələrin 

2/

3



  hissəsi  ən  iri 

kampaniyalara  –  ―Nobel  qardaşları  şirkətinə  (satılmış  bütün  sahələrin  yarıdan 

çoxu), Xəzər – Qara dəniz Cəmiyyətinə, Kaspi şirkətinə və başqalarına çatdı. İkinci 

və üçüncü müzaidələr də belə nəticələndi. 

Neftli  torpaqlara  münasibətdə  çarizmin  siyasətinin  nəticələri  deyilənlərlə 

bitmir.  Onun  nəticələrindən  biri  neftli  torpaqlarından  istifadə  şərtlərinin  hədsiz 

rəngarəngliyi idi. Kənd icmaları ilə müqavilə əsasında istismar olunan torpaqlarda, 

təsərrüfat sahibkarlarının özləri tərəfindən idarə olunan şəxsi mülklərdə, həmçinin 

ayrılma  hüququ  adlandırılan  hüquqi  əsasda  istismarda  olan  sahələrdə  icarə  haqqı 

çox  mötədil  və  yaxud  cüzi  idi.  Simvollik  haqq  –  bir  desyatinə  10  manat 

müqabilində  (1896-cı  ildə  100  manata  qaldırılmışdı)  müddətsiz  olaraq  neft 


sənayeçilərinə 1872-ci ildə müzaidə ilə satılmış sahələr də təxminən bu vəziyyətdə 

idi.  Burada  icarə  şərtləri  (birdəfəlik  haqq,  paydan  ayırma  və  hər  puddan  haqq) 

çıxarılan  neftin  25  və  daha  çox  faizini  udurdu  [22].  Şərtlərin  bu  dərəcədə 

uyğunsuzluğu ancaq özlərinin neftli torpaq fondlarının əsasını 70-80-ci illərdə ələ 

keçirdikləri  çox  zəngin  və  həm  də  çox  ucuz  sahələrdən  qoymuş  iri  firmaların 

xeyrinə  idi.  Bunula  belə,  iri  firmalar  yüksək  maya  dəyəri  şəraitində  torpaq 

sahələrini ələ  keçirmək  və eyni zamanda  yeni  firmaların rəqabətinə  yol vermədən 

neftli  torpaqların  təmərküzləşməsini  gücləndirmək  üçün  kifayət  qədər  maliyyə 

vəsaitinə malik idilər. 

Neft  sənayesində  kapitalist  təsərrüfatının  təşkilinin  hakim  forması  olan 

istehsal  vasitələri  üzərində  səhmdar  kampaniyaları  inkişaf  edirdi.  İlk  iri  səhmdar 

kampaniyalarının  ardınca  bu  tipli  bir  sıra  yeni  müəssisələr  də  meydana  gəldi 

(sonralar  Xəzər-Qara  dəniz  Cəmiyyətinə  çevrilmiş  Batum  neft  sənayesi  və  ticarət 

cəmiyyəti, ―Neft‖, ―S.M.Şibayev və Kº‖, ―Mirzoyev qardaşları‖ və s.) Əslində neft 

təsərrüfatının  səhmdarlıq  əsaslarına  çevrilməsi  mövcud  fərdi-ailəvi  firmaların  və 

ticarət  evlərinin  əsasında  yaradılırdı.  90-cı  illərin  əvvəllərində  13  səhmdar 

müəssisəsi  fəaliyyət  göstərirdi.  Onlar  firmaların  ümumi  sayının  7-11%-ni  təşkil 

etsələr  də,  Bakıda  çıxarılan  bütün  neftin  27-45%-ni  verirdilər.  Səhmdar 

müəssisələrin  neft  sənayesinə  qoyduqları  kapitalın  ümumi  məbləği  də  yüksək  idi 

və bütövlükdə Rusiyanın dağ-mədən sənayesini xeyli qabaqlayırdı. 90-cı illərin II 

yarısında bu sahənin səhmləşdirilməsi prosesi xüsusilə geniş vüsət aldı [23]. Neft 

sənayesinin  yüksək  təmərküzləşməsi  və  intensiv  səhmləşdirmə  prosesi  onun 

inhisarlaşdırılmasının mühüm şərtlərindən oldu. 

80-cı illərin əvvəllərində ―Nobel qardaşları‖ birliyinin  daxili bazarda neft 

məhsulları ilə ticarətdə üstünlüyü özünü büruzə verdi. Kampaniyanın bu vəziyyəti 

nəqliyyat-satış  təşkilindəki  üstünlük  hesabına  təmin  edilirdi.  Buna  görə  də  heç  də 

təsadüfi deyildi ki, ən iri müəssisələrin kapitalının böyük hissəsi bilavasitə istehsal 

sahəsində  deyil,  nəqliyyat  və  satışın  təşkilinə  qoyulurdu.  Qüdrətli  çoxsahəli 

istehsal-nəqliyyat-satış  kombinatının  çevrilmək  yolu  ilə  inkişaf  edən  ―Nobel 

qardaşları‖  şirkətində  neft  avbarları,  gəmilər,  sisternlər  və  neft  kəmərləri  80-cı 

illərdə əmlakın 74,5%-ni təşkil etdfiyi halda, mədənlər, zavodlar və neftli torpaqlar 

bir  yerdə  əmlakın  yalnız  25,5%-ni  təşkil  edirdi  [24].  Qryaze-Tsaritsın  dəmir 

yolunda  1,500  xüsusi  vaqon-sisternlərə  malik  olan  Nobellər  neft  məhsullarının 

Volqa üzərindəki körpülərdən və daxili bazarlarda quru yollarla daşınmasında çox 

mühüm mövqe tuturdular. 

Şirkət Xəzər dənizində tanker donanmasının pioneri kimi çıxış etdi. 1878-

ci  ildən  onların  sifarişi  ilə  İsveçdə  hazırlanmış  dünyada  birinci  neft  tankeri 

―Zoroastr‖ Bakı ilə Həştərxan arasında hərəkətə başladı. Bir ildən sonra yeni, daha 

böyük  ―Moisey‖  tankeri  sifariş  verildi  [25].  Halbuki  ingilis  ―Şell  transport  end 

treydinq  kompani‖  kampaniyasının  Transatlantik  neftdaşımaları  üçün  tankeri 



yalnız  1892-ci  ildə  tikdirilmişdi  [26].  Beləliklə,  ―Nobel  qardaşları‖  birliyi 

Rusiyanın daxilində quru və dəniz kommunikasiyalarında inhisarçıya çevrilmişdi. 

Elə həmin vaxt ―Nobel qardaşları‖ şirkəti Bakı ağ neftini Qərbi Avropada 

satmaq  üzrə  xüsusi  təşkilatını  yaratmağa  başladı.  1882-1883-cü  illər  ərzində 

―Nobel qardaşları‖ şirkəti Rusiyada ağ neftlə ticarəti bütünlüklə özünhə tabe etmək 

üçün  ilk  dəfə  cəhd  göstərdi.  O,  qondarma  şəxslərin  –  neft  ticarəti  sindikatının 

layihəsini irəli sürdü. 

Sindikatlaşdırmaya  meyil  bir  neçə  ildən  sonra  neft  istehsalında  ifrat 

istehsalla bağlı baş vermiş böhran və Rusiyadan ixrac edilmiş məhsulların satışında 

yaranmış  çətinlik  dövründə  özünü  daha  aydın  göstərdi.  1886-cı  ilin  yanvarında 

dörd  ən  iri  zavod  sahiblərindən  olan  H.Z.Tağıyev  bütün  zavod  sahiblərini 

sindikatda - Bakı ticarət birliyində birləşmələri ideyasını irəli sürdü. Layihədə Bakı 

ağ  neftinin  ixracının  təşkili  və  dünya  bazarları  uğrunda  Amerika  inhisarları  ilə 

mübarizə məsələsi əsas yer tuturdu. Ticarət ixracat sindikatı çox böyük firma kimi 

düşünülmüşdü. Əsas cəhət bundan ibarət idi ki, sindikatın fəaliyyət dairəsi ticarətlə 

məhdudlaşdırılmırdı:  bütün  üzvlər  üçün  vahid  qiymətə  neftin,  kükürdün,  sodanın 

və  digər  xammalın  satın  alınması,  gəmiçilikdə  vahid  yükdaşıma  xərcinin 

müəyyənləşdirilməsi də onun üzərinə qoyulurdu. Elə həmin ildə sindikat xarakterli 

praktiki sazişlər bağlandı, lakin iri zavod sahibləri arasındakı kəskin ixtilaflara görə 

onlar uzun müddət davam etmədi və pozuldu. 

80-ci illər ərzində Bakı-Batum neft kəmərinin tikilməsi məsələsi ətrafında 

kəskin mübarizə gedirdi. O, neft məhsullarının daşınması və ixracı problemi ilə sıx 

bağlı idi və real inhisarçı mənafelərin toqquşmasını güzgü kimi əks etdirirdi. 

Neft  kəməri  ideyası  Cənubi  Qafqaz  dəmir  yolunun  Bakı  neftinin  dünya 

bazarlarına çıxarmaq imkanının olmaması ilə bağlı idi. Problemin ―daha real həlli 

vasitəsi‖ hesab edilən neft kəməri tikintisi isə 11 il ləngidilərək, yalnız 1896-cı ildə 

başlandı. 

Neft  istehsalının  inhisarlaşması  uğrunda  başlamış  mübarizənin  qızğın 

çağında  sahə  sahibkarlıq  təşkilatı  -  Bakı  neft  sənayeçilərinin  qurultayı  təşəkkül 

tapdı.  Bakı  neft  sənayeçilərinə  hər  il  qurultaylarını  çağırmağa  icazə  vermək 

haqqında  Nazirlər  Komitəsinin  Əsasnaməsi  1884-cü  il  yanvarın  24-də  çar 

tərəfindən  təsdiq  edildi.  Quraltaylar  ilk  vaxtlar  iqtisadi  vəziyyətindən  asılı 

olmayaraq,  bütün  sənayeçilərin  mənafelərini  əks  etdirən  -  ümumiyyətlə  ―neft 

sənayesinin  ehtiyac  və  məsələlərini  müzakirə  etmək  üçün‖  bir  təşkilat  kimi 

düşünülmüşdü.  Firmalar  üçün  heç  bir  senz  məhdudiyyəti  mövcud  deyildi.  Lakin 

artıq  IV  qurultayda  (1888-ci  il)  iri  firmalar  ―qurultayda  iştirak  etməyin 

müəyyənləşdirilməsində  kiçik  firmalarla  düz  gəlməyərək‖,  müxalifətə  keçdilər, 

növbəti ildə keçirilən qurultayda isə qurultaylar şurasının işini tamamilə pozdular 

[27].  Onların  bu  cəhdi  onunla  nəticələndi  ki,  V  qurultay  tərəfindən  qəbul  edilmiş 

əsasnamə  ilə  senz  sistemi  tətbiq  edildi.  Bundan  sonra  firmaları  qurultay  təşkilatında 

nümayəndəlikləri neft hasilatı, emalı və daşınmasının  miqdarı ilə müəyyənləşdirilirdi. 


Belə  ki,  ―Nobel  qardaşları‖  şirkətinin  səslərinin  sayı  117-yə  qədər  və  yaxud  bütün 

səslərin  16%-nə  qədər  artdı  [28].  1893-cü  ildə  Əsasnamənin  paylarına  ümumi 

məhsuldarlığın 

2

/



3

-si düşən iri firmalara səslərin yarısın, verən yeni redaksiyası qəbul 

olundu. Səslərin digər yarısı isə daha aşağı senz üzrə yerdə qalan bütün sənayeçilər 

arasında bölüşdürüldü. Bununla da qurultaylar təxminən bir qrup iri firmanın orqanı və 

onların  neft  istehsalını  inhisarlaşdırmaq  cəhdlərinin  ifadəçisi  oldu.  Qurultaylar  neft-

sənaye burjuaziyasının, xüsusilə onun inhisarçı yuxarı təbəqəsinin təşkilati cəhətdən 

birləşməsi  və  onun  dövlət  aparatı  ilə  qovuşması  üçün  mühüm  vasitə  oldu.  1890-cı 

ildən  Bakı  neft  sənayeçilərinin  qurultayları  şurası  Peterburqda  özünün  ştatlı 

nümayəndəsinə  malik  idi  və  bütün  mühüm  məsələlər  üzrə  çar  hökuməti  qarşısında 

məsələ  qaldırırdı.  Çar  hökuməti  isə  öz  növbəsində  bildirirdi  ki,  ―neft  sənayesi  ilə 

əlaqədar  heç  bir  məsələ  əvvəlcədən  Bakı  neft  sənayeçiləri  ilə  müzakirə  olunmadan 

hökumət tərəfindən həll edilməyəcək‖ [29]. Qurultaylar Şurası işgüzar nümayəndəlik 

funksiyasını,  fəhlələr  əleyhinə  siyasətlə  burjuaziyanın  qüvvə  və  vəsaitini,  çarizmin 

hərbi-polis  cəza  aparatı  ilə  birləşdirirdi.  1897-ci  ildə  çarizm  Balaxanı-Sabunçu 

polismeysterliyini  təsis  etdi.  Onun  saxlanılmasına  sərf  olunan  xərclər  ona  görə 

bütünlüklə  qurultay  Şurasının  fondu  hesabına  ödənilirdi  ki,  Balaxanı-Sabunçu  polis 

idarəsinin  ştatlarının  təsis  edilməsi  yalnız  neft  sənayeçilərinin  özlərinin  ehtiyacı  və 

onların təşəbbüsü ilə bağlı idi. Qurultaylar Şurası özünün iki həftəlik mətbuat orqanına 

– ―Neftyanoe delo‖ jurnalına malik idi. Qurultaylar şurasının fəaliyyəti ilə bağlı bütün 

xərclər,  firmaların  ―könüllü‖  üzvlük  haqları,  1893-cü  ildən  isə  məcburi  yığımlar 

hesabına ödənilirdi [30]. 

1892-1893-cü  illərdə  neft  sənayesi  90-cı  illərin  əvvəllərində  Rusiya 

sənayesinin qismən böhranı ilə əlaqədar yeni böhran keçirirdi. Neft sənayesinin yeni 

böhranı əsasında  neft  məhsullarının  həddən  artıq  istehsalı dururdu  ki,  bu da  onların 

qiymətlərinin  kəskin  şəkildə  aşağı  düşməsinə  səbəb  olmuşdu.  Yalnız  1894-cü  ilin

 

sonunda  neftə  olan  qiymətlərin  qalxması  neft  məhsulları  istehsalının  artması  ilə 



əlaqədar  neft  sənayesi  böhran  vəziyyətindən  çıxdı.  Sonrakı  illərdə  qazma  və  neft 

hasilatının inkişafı sürətlə gedirdi. Əgər 1894-cü ildə Bakı rayonunda 12,9 min sajen 

qazma işi aparılmışdısa, 1900-cü ildə bu 83,1 min sajenə çatırdı. 

90-cı  illərin  ikinci  yarısının  sənaye  yüksəlişi  şəraitində  Bakının  neft  emalı 

sənayesi  öz  istehsalını  xeyli  genişləndirdi.  Bu  illər  ərzində  istismar  olunan  quyuların 

sayı 3,2 dəfə artdı. 

90-cı  illərin  ikinci  yarısında  Bakıda  neft  hasilatı  xüsusilə  inkişaf  edirdi. 

1900-cü ildə o, 1870-ci illə müqayisədə 400 dəfədən çox artıb 601,2 milyon puda 

çatmışdı. 

1898-ci  ildə  Bakı  neft  hasilatına  görə  Amerika  Birləşmiş  Ştatlarını  ötdü. 

1900-cü  ildə  illik  məhsuldarlığı  10  milyon  pud  olan  və  firmaların  ümumi  sayının 

8,8%-ni  təşkil  edən  13  firma  neft  hasilatının  67,1  faizini  verirdi  [31].  1900-cü  ildə 

―Nobel  qardaşları‖  şirkəti  Xəzər-Qara  dəniz  Cəmiyyəti  ilə  birlikdə  Bakıdakı  8  ən  iri 

firma (hər birində hasilatın miqdarı 20 mln. puddan çox) sırasında ―Mantaşov və K°‖, 



Bakı  Neft  Cəmiyyəti,  Xəzər  şirkəti,  Rus  nefti  və  duru  yanacağını  çıxarmaq  üçün 

cəmiyyət  (―Oleum‖),  Mirzoyev  qardaşları,  Rus  neftinin  Bakı  cəmiyyəti  firmaları  da 

var idi. 

Ümumi  sindikat  yaradılması  məsələsi  ilə  əlaqədar  neft  sənayesi 

qüvvələrinin ―qütbləşməsi‖ prosesi 90-cı illərin əvvəllərində yeni mərhələyə qədəm 

qoydu. 1891-ci ildə 4 yerli firmanın ―Bakı standartı‖ adlandırılan birliyi meydana gəldi. 

Bu, Mantaşevin, Tağıyevin, Lianozovun və Budaqovun firmaları idi. ―Nobel qardaşları‖ 

şirkəti  yaranmış  vəziyyətdən  istifadə  etməyi  qərara  aldı.  Növbəti  ilin  noyabr-

dekabrında ―Yeddi böyük firmanın ittifaqı‖ adlı yeni  birlik yarandı.  Birlik həm də 

―Bakı standartı‖nı, Rotşildlərin Xəzər-Qara dəniz Cəmiyyətini və ―S.M.Şibayev və 

K°‖-nı öz himayəsinə cəlb edə bildi [32]. 

Bakı firmalarının birliyi çox böyük qüvvə idi. Bakıda ağ neft istehsalının 

3

/

4



-

dən  bir  qədər  azı  ―Yeddi  böyük  firmanın  ittifaqının‖,  o  cümlədən  25,5%-i  ―Nobel 

qardaşları‖nın, 35,7%-i öz növbəsində ağ neft istehsal edən bütöv bir qrup xırda və 

orta  zavodlarla  ittifaqda  olan  Xəzər-Qara  dəniz  Cəmiyyətinin  və  13%-i  ―Bakı 

standartı‖  firmasının  payına  düşürdü  [33].  Bununla  da  Rusiyada  əsas  ağ  neft 

istehsalçıları  ilk  dəfə  olaraq  kifayət  qədər  iri  birliyə  nail  oldular  ki,  bu  da  onlara 

Amerikanın ―Standart Oyl‖ firması ilə  dünya ağ neft bazarını bölüşdürməyə və Bakı 

firmaları  üçün  ―sahələr‖  müəyyənləşdirməyə  imkan  verdi.  1893-cü  ilin  payızında 

Parisdə dünya bazarlarında ağ  neft ticarəti normaları haqqında ilkin  saziş  əldə  edildi. 

Lakin  ―Yeddi  böyük  firmanın  ittifaqı‖  daxilindəki  ziddiyyətlər  nəticəsində  saziş 

pozuldu.  Nobelin  və  Rotşildlərin  hegemonluğundan  qorxuya  düşən  ―Bakı 

standartı‖nın dörd firması onlarla ittifaqdan çıxdı. 

1893-cü  il  oktyabrın  23-də  Peterburqda  firmaların  bir  hissəsinin 

nümayəndələri tərəfindən Maliyyə Nazirliyinin razılığı ilə Bakı ağ neft istehsalçılarının 

ittifaqının yaradılması haqqında müqavilə imzalandı. Lakin müqaviləni imza etməyən 

Tağıyev və Mantaşovun firmalarının nümayəndələri sindikata daxil olmaqdan imtina 

etdilər. Hökumət sonunculara Bakı ağ neft istehsalçılarının II qrup ittifaqı adlandırılan 

ittifaq yaratmağa icazə verdi ki, bu da həmin ilin noyabr ayının 27-də baş verdi. I qrup 

agentlərinin  malik  olduqları  hüquqlara  bərabərləşdirmək  əsasında,  II  qrupun  ticarət 

agenti  A.İ.Mantaşov  oldu.  Hər  iki  qrupun  təşkilatı  baxımdan  vahid  sindikatda 

qovuşması yalnız 1895-ci ilin mayında baş verdi [34]. 

İxracat sindikatı Bakıda ağ neft istehsalının 97-98%-nə nəzarət edirdi. Lakin 

burada  iştirakçılar  qeyri-bərabər  bölüşdürüldüyündən  onun    möhkəmliyindən  

danışmaq  olmazdı.  İttifaqın paylarının 9610-u ―Nobel qardaşları şirkəti‖nə, 5870-

i  Xəzər-Qara  dəniz  Cəmiyyətinə  məxsus  olduğu  halda,  Mantaşov  3059, 

Qukasovlar  (Xəzər  birliyi)  2703,  Tağıyev  2461  paya  malik  idi  [35].  Bakı 

firmalarının  ilk  ixracat  sindikatı  neft  inhisarları  tarixində,  onların  dünya  bazarlarını 

bölüşdürmək  uğrunda  mübarizələri  tarixində  mühüm  mərhələdir.  Onun  fəaliyyəti 

inhisarçı  kapitalizminə  dövr  üçün  kifayət  qədər  aydın  olan  yırtıcı  xarakterini  aşkara 

çıxardı.  Sindikat  daxilində  bir-birinə  qarşı  barışmaz  mübarizə  aparan  üç  qrupun  – 



―Nobel qardaşları  şirkəti‖nin, Rotşildlərin  və birinci  iki qrupa qarşı  təşkilati əkslik 

yaratmağa  cəhd  göstərən  Tağıyevin,  Mantaşovun  və  başqalarının  mənafeləri 

toqquşurdu. Göstərilən qruplar arasında  ziddiyyətlər ona gətirib çıxardı ki, Bakı ağ 

neft  zavodlarının ittifaqı 4 il fəaliyyət göstərdikdən sonra dağıldı (1897-ci il). 

1898-ci  ilin  mayında  senata  verilmiş  çar  fərmanında  xaricilərin  Qafqazda 

sənaye müəssisələri yaratmaq hüquqları möhkəmləndirildi.  1898-ci  ildə  II Nikolay 

―xüsusi  yığıncağın  xaricilərin  Bakı  rayonu  hüdudlarında  neft  mədənlərinə 

buraxılmaları  məsələsi  haqqında‖  təklifini  nəzərdən  keçirdi.  Çar  bildirdi  ki,  xarici 

cəmiyyətlərin Rusiya neft sənayesində iştirakı ―faydalı və məqsədəuyğun‖ olmuşdur 

[36]. 


Çar  hökuməti  tərəfindən  yaradılmış  geniş  imkanlardan  istifadə  edən  xarici 

firmaların  Bakı  neft  sənayesinə  soxulması  90-cı  illərin  ikinci  yarısında  sürətlə 

genişləndi. Təkcə 1895-1898-ci illərdə Bakı rayonunun  neft sənayesində 6 ingilis və 

bir sıra digər xarici kompaniyalar kök saldı [37]. 

Əvvəllər  mövcud  olan  neft  müəssisələrini  satın  alan  ingilis  sahibkarları  və 

bankirləri  çox  vaxt,  hətta  firmaların  köhnə  adlarını  belə  saxlayaraq,  onları  rus 

firmaları kimi qələmə verirdilər. Bu şərait onlara xarici təbəələrin neft mədənləri və 

zavodları olarkən mövcud olan, rəsmiyyətdən yan keçməyə imkan verirdi. 

Xarici kapital axınının sənayenin inkişafı üçün müəyyən müsbət əhəmiyyəti 

olsa  da,  rus  kapitalistləri  kimi,  Qərb  kapitalistləri  də  çox  vaxt  istehsalı  yenidən 

qurmaqdan  imtina  etməklə  neft  sənayesini  texniki  geriliyə  məhkum  edir,  Bakı 

zəhmətkeşlərini amansız istismar etmək və neftin qiymətini qaldırmaqla külli gəlir əldə 

edirdilər.  Bu  isə  ingilis  və  fransız  kapitalının  Rusiyanın  xarici  siyasət  meylinə  təsir 

göstərməsi üçün obyektiv zəmin yaradırdı. 1900-cü ildə Rusiyanın neft sənayesindəki 

səhmdar kapitalları arasında xarici kapitalını payı 35,7% təşkil edirdi. 

Xarici  kapitalın  mövqelərinin  genişlənməsi  neft  hasilatında  rus  və  yerli 

firmaların xüsusi çəkilərinin hiss olunacaq dərəcədə azalmasına gətirib çıxardı [38]. 

XIX  yüzilliyin  sonuna  yaxın  Şimali  Azərbaycanın  neft  sənayesi  öz 

inkişafının ən yüksək pilləsinə qalxdı, neft istehsalı üzrə dünyada birinci yerə çıxdı. Bu 

dövrdə  neft  sənayesində  inhisarların  tam  hökmranlığı  bərqərar  oldu,  xarici  kapitalın 

mövqeyi genişləndi,  ilk ixracat sindikatı  - iri inhisarçı birlik meydana gəldi. Qısa bir 

tarixi  müddət  ərzində  neft  sənayesi  kapitalist  təşkilinin  aşağı  formasından  inhisarçı 

birliyin yüksək formalarına kimi təkamül yolu keçdi. 

 

 

 

 

 

 

 

 



Yüklə 11,49 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin