AZƏrbaycan diLİ VƏ tariXİ ―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək


§ 3. AZƏRBAYCAN MĠLLƏTĠNĠN TƏġƏKKÜLÜ



Yüklə 11,49 Mb.
Pdf görüntüsü
səhifə25/36
tarix31.01.2017
ölçüsü11,49 Mb.
#7204
1   ...   21   22   23   24   25   26   27   28   ...   36
§ 3. AZƏRBAYCAN MĠLLƏTĠNĠN TƏġƏKKÜLÜ 

 

XIX  yüzilliyin  ikinci  yarısında  Şimali  Azərbaycanda  kapitalizmin  inkişafı, 



iqtisadi  və  mədəni  mərkəzlərin  yüksəlişi,  ümumi  bazarın  yaranması,  cəmiyyətin 

strukturunun  dəyişməsi,  milli  burjuaziyasının  və  fəhlə  sinfinin  formalaşması  -  bütün 

bu proseslər Azərbaycan millətinin təşəkkülünün ilkin obyektiv şərtləri oldu. 

Digər  millətlər  kimi,  insanların  sabit,  tarixi  birliyi  kimi  formalaşmış 

Azərbaycan  milləti  də  feodal  pərakəndəliyinin  ləğv  edilməsi  prosesində,  iqtisadi 

birliklə dil, ərazi, mədəniyyət, şüur və psixoloji birliyin qovuşması əsasında meydana 

gəlir və inkişaf edirdi. 

İqtisadi əlaqələrin möhkəmlənməsinin vacib şərti Azərbaycan millətinin ərazi 

birliyi  idi.  Uzun  əsrlər  boyu  Azərbaycan  xalqı  şimalda  Böyük  Qafqaz  dağlarından, 

cənubda  Xəzər  dənizindən,  qərbdən  Ermənistan  və  Gürcüstana  qədər  olan  ərazidə 

məskunlaşmışdır.  Yadelli  işğalçılara  qarşı  uzunmüddətli  mübarizənin  gedişində 

Azərbaycan xalqı öz dövlətçiliyini, öz ərazi birliyini yaratmışdı. 

Bununla  belə,  Azərbaycan  ərazisi  iki  dövlət  -  Rusiya  və  İran  arasında 

bölüşdürüldüyündən,  Azərbaycan  millətinin  təşəkkülü  prosesi  özünəməxsus  şəraitdə 

gedirdi. 

Şimali  Azərbaycanın  Rusiya  tərəfindən  istilası  ilə  ölkədəki  feodal  ara 

müharibələrinə  son  qoyulsa  da,  ərazi  bütövlüyünə,  yalnız  azərbaycanlıların  müxtəlif 

dövlət  birliklərinin  tərkibində  olması  deyil,  həm  də  Şimali  Azərbaycanın  Rusiya 

imperiyasının daxilində  müstəqil birləşdirici  təsərrüfat  -  inzibati  və siyasi  vahid  kimi 

mövcud olmaması mane olurdu. 

XIX yüzilliyin ikinci yarısı Şimali Azərbaycanda həm sənətkarlıq və sənaye, 

həm  də  kənd  təsərrüfatı  sahələrində  natural  istehsalın  ictimai  istehsala  çevrildiyi  bir 

dövr idi. Kapitalizmin inkişafı nəticəsində Şimali Azərbaycan iqtisadiyyatının dünya 

bazarına cəlb edilməsi onun iqtisadi birliyinin təşəkkülünü şərtləndirirdi. 

Bu  cəhətdən  Bakı  çox  böyük  əhəmiyyət  kəsb  edirdi.  Neft  və  onunla  bağlı 

digər sənaye və ticarət sahələrinin yüksəlişi, mədəniyyətin inkişafı şəhərin görkəmini 

və  orada  yaşayan  əhalinin  tərkibini  dəyişdirdi.  Bakı  çox  böyük  kapitalist  şəhəri, 

Azərbaycan millətinin təşəkkülünün başlıca mərkəzi oldu. 

Dəmir  yollarının  çəkilişi,  dəniz  nəqliyyatının  inkişafı,  rabitə  yollarının 

yaxşılaşdırılması və s. feodal münasibətlərinin dağılmasına, kənd təsərrüfatı sahələrinin 

ixtisaslaşmasına, bazar üçün istehsalın genişlənməsinə yardım göstərdi ki, bu da əmtəə 

istehsalının və kapitalist münasibətlərinin inkişafını sürətləndirdi [39]. 

 


Bu  dövrdə  iri  kapital  sahibləri  olan  azərbaycanlılar  bir  sıra  ən  mühüm 

təsərrüfat  sahələrinin  inkişafında  müəyyənedici  rol  oynayırdılar.  Xəzər  dənizi 

nəqliyyatında, ipək və tütün sənayesində, müxtəlif liflərin emalında, çəltiktəmizləmə, 

kərpic,  mexaniki  istehsalda  və  s.  sahələrdə  milli  kapitalın  xüsusi  çəkisi  yüksək  idi. 

Bundan başqa, Azərbaycan kapitalistləri torpaq sahələri əldə etməyə, yaşayış binaları 

tikintisinə xeyli vəsait sərf edirdilər. 

Formalaşmaqda  olan  Azərbaycan  millətinin  aparıcı  qüvvəsinin  əsasını 

Bakıda  və  Şimali  Azərbaycanın  digər  şəhərlərində  olan  sənaye  iri  sənətkar 

müəssisələrinin,  gəmilərin  sahibləri,  iri  ev  sahibləri,  tacirlər  ziyalılar  və  b.  təşkil 

edirdi. 


Məlum  olduğu  kimi,  Şimali  Azərbaycan  aqrar  ölkə  idi  və  onun  əhalisinin 

böyük  hissəsi  kənd  təsərrüfatı  ilə  məşğul  olurdu.  Buna  görə  də  azərbaycanlıların 

burjua  milləti  kimi  təşəkkülü  heç  də  yalnız  yeni  cəmiyyətin  əsas  siniflərinin  - 

Azərbaycan  burjuaziyası  və  fəhlələrinin  başlıca  mənbəyi  olan  Bakı  ilə  və  həmçinin 

burjua  cəmiyyətinin  təbəqələrinin  formalaşdığı  qəzalardakı  sənaye  mərkəzləri  ilə 

deyil, həm də yeni, intişar edən kənd təsərrüfatı istehsalı ilə də bağlı idi. 

XIX  yüzilliyin  ikinci  yarısında  kənd  təsərrüfatı  istehsalının  inkişafındakı 

istiqamətlərin özündə burjua cəmiyyətlərinə xas olan  meyillər üzə çıxır, təsərrüfatın 

kapitalizmə qədərki formalarının kapitalist formasına keçməsi baş verir, doğulmaqda 

olan  kənd  burjuaziyası  nümayəndələrinin  fəaliyyəti  genişlənirdi.  Bu  dövrdə  Şimali 

Azərbaycanın iqtisadiyyatı üçün belə bir hal xarakterik idi ki, onun kənd təsərrüfatının 

əsas  sahələri  -  pambıqçılıq,  ipəkçilik,  tütünçülük  bütövlükdə,  taxılçılıq,  bağçılıq, 

heyvandarlıq (nisbətən) az dərəcədə kapitalist istehsalı dövriyyəsinə cəlb olunmuşdu. 

Bu sahələrin məhsullarının getdikcə qüvvətlənməkdə olan kapitalist-əmtəə xarakteri 

geniş yayılmış amilə çevrilirdi. 

Əmtəə-kapitalist  istehsalının,  ticarət  əkinçiliyinin  inkişafı  feodal 

münasibətlərini zəiflədir və qəzalar arasında sıx iqtisadi əlaqələrin yaranmasına, kənd 

təsərrüfatında  kapitalizmin  inkişafına  şərait  yaradırdı.  Bu  inkişaf  kəndlilərin 

təbəqələşməsi  ilə  müşayiət  olunur,  kəndlilərin  əsrlik  ətalətini  dağıdır,  kəndlilikdən 

çıxma ilə müşayiət edilir, kəndli kütlələrini hərəkətə gətirirdi. Yeni təbəqələrin əsas 

hissəsinin  -  qolçomaqlar,  xırda  burjua,  sələmçi-möhtəkirlər,  kənd  dükançıları,  öz 

təsərrüfatlarını  kapitalist  qaydaları  əsasında  quran  bəylər  təşkil  edən  kənd 

burjuaziyası  və  istehsal  vasitələrindən  məhrum  olmuş,  bununla  əlaqədar  qazanc 

dalınca getməyə və yaxud muzdla öz həmkəndliləri olan varlılara işləməyə məcbur 

olan  muzdurlar,  kənd  fəhlələrinin  yaranması  baş  verirdi  ki,  bu  da  əkinçilik 

kapitalizminin  göstəricisi  idi.  Azlıq  təşkil  edən  varlıların  təsərrüfatının  inkişafı, 

minlərlə  kəndlinin  müflisləşməsi  və  muzdurların  sırasına  keçməsi  -  Azərbaycan 

kəndinin kapitalist təkamülünün mahiyyəti belə idi. 

Beləliklə,  XIX  yüzilliyin  sonunda  əmtəə-pul  münasibətlərini  intensiv 

inkişafı  nəticəsində  Azərbaycan  kəndində  qapalılığın  köhnə  dayaqları  dağılır, 

daxili əlaqələr yaranır və  möhkəmlənir, kənddə keyfiyyətcə yeni təbəqələr - kənd 


burjuaziyası  və  fəhlələri  meydana  gəlirdi.  Kəndin  bütün  ölkə  ilə  daimi  iqtisadi 

əlaqələrə cəlb edilməsi Azərbaycan millətinin təşəkkülü prosesinin ümumi xarakter 

kəsb etməsini göstərirdi. 

Azərbaycan  millətinin  təşəkkülü  milləti  xarakterizə  edən  bütün 

əlamətlərin  inkişafında  və  möhkəmlənməsində  ifadə  olunurdu.  Azərbaycan  dili 

insanların  ünsiyyət  vasitəsi  kimi,  ümummilli  dil  idi.  Yadelli  işğalçılara  qarşı 

çoxəsrlik  mübarizəyə,  assimilyasiya  siyasətinə  baxmayaraq,  Azərbaycan  xalqı  öz 

dilini  qoruyub  saxlaya  bildi.  Bu  dildə  onun  Nəsimi,  Xətayi,  Füzuli,  Vaqif  və  b. 

dünya ədəbiyyatına şah əsərlər bəxş etmişlər. 

Feodal  qapalılığının  aradan  qalxması,  iqtisadi  və  mədəni  mərkəzlərin 

yaranması,  əhalinin  sosial-iqtisadi  fəallığının  artması,  ölkənin  ayrı-ayrı  rayonları 

arasında iqtisadi və mədəni əlaqələrin güclənməsi Azərbaycan milli dilinin inkişafı 

üçün  şərait  yaradırdı.  Azərbaycan  dilində  ilk  qəzet  olan  ―Əkinçi‖nin  nəşri, 

mətbuatın, kitab nəşrinin daha da inkişafı, Azərbaycan ədəbiyyatının M.F.Axundov 

kimi  nəhənglərinin  pyeslərində  əks  olunan  ədəbiyyatda  demokratik  cərəyanın 

formalaşması  kimi amillər ədəbi dillə xalq danışıq dilinin  yaxınlaşmasına  yardım 

etmiş və Azərbaycan millətinin təşəkkülünün ilk mərhələsində milli dilin inkişafına 

təkan vermişlər. 

Azərbaycan  dilinin  lüğət  tərkibi  getdikcə  zənginləşir  və  bu  dil 

ədəbiyyatda,  elmdə,  məişətdə  və  təsərrüfat  həyatında  ümummilli  və  vahid  dil 

olurdu.  Dildə  bu  təkamülün  əsası  iqtisadi  birlik,  milli  bazarın  tələbatı  əsasında 

insanların  birliyinin  möhkəmlənməsi  idi.  Millətin  mühüm  əlaməti  milli 

mədəniyyətin,  şüur  və  psixologiyanın  spesifik,  özünəməxsus  ümummilliyi  idi. 

Milli  mədəniyyətin  özünəməxsusluğu  Azərbaycan  xalqının  vərdişlərində, 

ənənələrində,  məişətində  əks  olunurdu.  Xalqdan  miras  qalmış  keyfiyyətlər 

ümummilli  xarakter  daşıyırdı.  Azərbaycan  millətinə  xalqdan  irsi  olaraq 

əməksevərlik,  azadlıqsevərlik,  mərdlik  keçmişdi.  Azərbaycanlıların  milli 

xarakterində qonaqpərvərlik, böyüklərə hörmət, xeyirxahlıq, yoldaşlığa və dostluğa 

sədaqət özünü aydın göstərirdi. 

Azərbaycan 

ədəbiyyatının 

M.F.Axundov, 

C.Məmmədquluzadə, 

Ə.Haqverdiyev.  N.Vəzirov,  H.Zərdabi,  N.Nərimanov  və  b.  bu  kimi  bir  çox 

görkəmli  nümayəndəsi  mədəniyyəti  yeni  ideya  məzmunu  ilə  zənginləşdirir, 

demokratik  istiqaməti  inkişaf  etdirirdilər.  Onların  ədəbi  və  elmi  publisistik 

fəaliyyəti,  Azərbaycan  teatrının  və  mədəni-maarif  müəssisələrinin  yaranması, 

maarifdə,  incəsənətdə,  musiqidə,  xalq  yaradıcılığında  yeni  əlamətlərin  meydana 

gəlməsi,  digər  xalqların  mədəniyyətinə  geniş  maraq  Azərbaycan  xalqının 

oyanmaqda olan milli şüurunu səciyyələndirən əlamətlər idi. 

Burjuaziyanın bir çox liberal baxışlı nümayəndələri də Azərbaycan xalqını 

maarifə və elmə çağırırdılar. Bakıda çıxan ―Kaspi‖ qəzetinin ətrafında Əhməd bəy 

Ağayev,  Əli  bəy  Hüseynzadə,  Əlimərdan  bəy  Topçubaşov  kimi  maarifpərvər  - 

liberal burjua xadimləri toplaşmışdılar. 



Məlumdur  ki,  Rusiyada  çar  hökuməti  tərəfindən  ―Azərbaycan‖  və 

―azərbaycanlı‖  terminlərinin  işlədilməsi  vətəndaşlıq  hüququ  qazanmamışdır. 

Azərbaycanlıları  müsəlman,  türk,  tatar  adlandırırdılar.  Lakin  Azərbaycan  ideyası 

Azərbaycan ziyalıları tərəfindən yaşadılırdı. 

İlk  dəfə  M.F.Axundovun  işlətdiyi  ―millət‖  anlayışının  ədəbiyyatda  və 

mətbuatda  meydana  çıxması  XIX  yüzilliyin  ikinci  yarısına  aiddir.  XIX  yüzilliyin 

80-cı  illərində  nəşr  olunan  və  öz  səhifələrində  Azərbaycan  milliyyəti  ideyasını 

geniş  təbliğ  edən  ―Kəşkül‖  qəzeti  isə  ilk  dəfə  ―Azərbaycan  milləti‖  anlayışını 

işlətdi [40]. 

1891-ci  ildə  ―Kaspi‖  qəzetində  Məhəmməd  ağa  Şaxtaxtlı  ―Zaqafqaziya 

müsəlmanlarını  necə  adlandırmalı‖  məqaləsində  bu türkdilli  millətin azərbaycanlı 

olduğunu bildirmişdir [41]. 

1892-ci ildə Kamal Ünsizadə xalqımızda milli şüuru oyatmaq məqsədi ilə 

―Azərbaycan‖ adlı qəzet çıxarmağa  təşəbbüs göstərmiş, ancaq çar hökuməti buna 

icazə verməmişdi [42]. 

Bütün bunlar maarifçi ziyalılarımızın azərbaycanlılıq ideyasını yaşatdığını 

aydın göstərir. XX əsrin əvvəllərində bu ideyanı siyasi doktrina şəklində həyata və 

siyasi səhnəyə M.Ə.Rəsulzadə də çıxartmışdır. 

Beləliklə, 

XIX 


yüzilliyin 

ikinci 


yarısında 

intensiv 

şəkildə 

azərbaycanlıların  millət  kimi  formalaşması  prosesi  gedirdi.  Bütün  başqa  millətlər 

kimi, təşəkkül tapmaqda olan Azərbaycan  milləti bütün sinifləri, sosial qruplar və 

zümrələr birləşdirilirdi. 

Azərbaycan millətinin təşəkkülü prosesinin intişarını Şimali Azərbaycanın 

müstəmləkə  vəziyyəti  məhdudlaşdırırdı.  Qəzalarda  bəziləri  kapitalist  inkişafı 

axınına  cəlb  etdiyi  halda,  digərlərində,  ucqarlarda  yerləşən  qəzalarda 

kapitalizməqədərki  münasibətlər  hələ  də  qalırdı.  Rusiyanı  xalqlar  həbsxanasına 

çevirən,  qeyri-rus  xalqlarına  qarşı  amansız  istismar  siyasəti  yeridən  çarizm 

ucqarlarda,  o  cümlədən  Şimali  Azərbaycanda  feodal  münasibətlərini  qoruyub 

saxlamağa  çalışır,  ərazidə  sənaye  və  mədəni  mərkəzlərin  yaranmasına, 

ümumiyyətlə təhsilin, xüsusən ana dilində  yayılmasını ləngidirdi ki, bu da Şimali 

Azərbaycanda  məhsuldar  qüvvələrin,  daxili  iqtisadi,  siyasi  və  mədəni  əlaqələrin 

geniş inkişafına mane olurdu. 

 

 

 



 

 

 



 

 

 



VIII FƏSİL 

 

SOSĠAL-SĠYASĠ VƏZĠYYƏT, 

FƏHLƏ HƏRƏKATININ BAġLANMASI 

 

§ 1. FƏHLƏLƏRĠN VƏZĠYYƏTĠ 

 

Çar  Rusiyasında,  xüsusilə  onun  müstəmləkə  ucqarlarında  fəhlələrin 



vəziyyəti  hədsiz  dərəcədə  ağır  idi.  Bakının  və  Azərbaycan  qəzalarının  sənaye 

müəssisələrində  xüsusilə  uzunmüddətli  iş  günü  mövcud  idi.  XIX  yüzilliyin  70-ci 

illərində Bakının neft mədənlərində iş günü 14 saata qədər uzanırdı [1]. Nəticədə 

nəinki başqa ehtiyaclar, heç istirahət üçün də lazımi vaxt qalmırdı [2]. 

Bakının digər sənaye müəssisələrində və dəmir yolunda isə iş günü, əlavə 

işlər də nəzərə alınmaqla 12 və daha artıq saatı təşkil edirdi [3]. Bir çox mexaniki 

emalatxanalarda iş günü 14 saata çatırdı [4]. Nuxa və Şuşa qəzalarının ipəksarıma 

fabriklərində gün çıxandan gün batana qədər işləyirdilər. 

Çar  hökuməti  tərəfindən  1897-ci  il  iyunun  2-də  Peterburq  fəhlələrinin 

təzyiqi  ilə  qəbul  edilmiş  ―Fabrik-zavod  sənayesi  müəssisələrində  iş  gününün 

uzunluğu  və  bölüşdürülməsi  haqqında‖  qanunla  iş  günü  11,5  saat 

müəyyənləşdirilmişdi.  Lakin  ölkənin  digər  əyalətlərində  olduğu  kimi, 

Azərbaycanın sənaye və nəqliyyat müəssisələrinin sahibləri  daha uzun iş gününü 

saxlamaq  üçün  müxtəlif  vasitələrə  əl  atırdılar  [5].  Azərbaycandakı  müəssisələrin 

əksəriyyətində  bu  qanun  nəşr  olunduqdan  sonra  da  fəhlələr  12  saat  və  daha  çox 

çalışırdılar [6]. 

Azərbaycan  fəhlələrinin  əmək  şəraiti  də  dözülməz  idi.  XIX  yüzilliyin 

sonlarında  iki  dəfə  Bakıda  olmuş  A.M.Qorki  yazırdı:  ―Neft  mədənləri  mənim 

xatirimdə dəhşətli cəhənnəmin məharətlə çəkilmiş mənzərəsi kimi qalmışdı‖. 

Neft  hasilatında  ən  ağır  peşələrdən  biri  dartaycıların  əməyi  idi.  Onlar 

bütün  gün  ərzində  uzun  iri  konusvari  metal  qabı  (ona  jelonka  deyirdilər)  quyuya 

buraxmalı, onun qalxmasını izləməli, çıxarılmış nefti boşaltmalı idilər. Dartaycılar 

bir  dəqiqə  də  olsun  öz  işlərindən  ayrıla  bilməzdilər.  Hədsiz  dərəcədə  ağır  və 

yeknəsəq  işin  nəticəsində  onlar  tezliklə  əlilə  çevrilirdilər.  Açarçıların,  həmçinin 

qara fəhlələrin işi də çox ağır idi. 

Neftayırma  və  kimya  müəssisələrində olan iş  şəraiti  fəhlələrin  sağlamlığı 

üçün xüsusilə ziyanlı idi. 

Tütünçü  fəhlələr  havasız  kiçik  binalarda  işləyirdilər.  Burada  atmosferin 

havası gözləri və ciyərləri yandıran ağır tütün tozu ilə hopmuş olurdu. 

Azərbaycanın  sənaye  müəssisələrində  və  nəqliyyatda  əmək  mühafizəsi, 

demək olar ki, yox dərəcəsində idi, bədbəxt hadisələr isə kütləvi hal almışdı. 1899-

1900-cü illərdə Bakının neft mədənlərində 2047 bədbəxt hadisə baş vermişdi ki, bu 

zaman  20098  fəhlə  xəsarət  almış,  107  nəfər  isə  ölmüşdü  [7].  Balaxanı 


xəstəxanasının  məlumatına  görə,  yalnız  1894-cü  ilin  ortalarından  1896-cı  ilin 

ortalarınadək  fəhlələr  arasında  4460  şikəstolma  halı  qeydə  alınmışdı  [8].  Neft 

sənayesində ölümlə nəticələnmiş bədbəxt hadisələrin sayı Rusiyanın mədən-zavod 

sənayesindən orta hesabla 2,3 dəfə yüksək idi. 

Yüksək  gəlir  əldə  edən  neft  sənayeçiləri  -  kapitalistlər  əməyin 

mühafizəsinə və yanğın əleyhinə tədbirlərə vəsait sərf etməkdən boyun qaçırırdılar. 

Hətta  yüzilliyin  sonunda  Bakının  mədən-zavod  rayonlarında  yanğınsöndürən 

dəstələr yox idi. 

Hədsiz  dərəcədə  ağır  əmək  və  həyat  şəraiti,  tibbi-sanitariya  yardımının 

kifayət qədər olmaması və yaxud tam yoxluğu fəhlələr arasında peşə xəstəliklərinin 

(yatalaq, vərəm və s.) yayılmasına səbəb olurdu. 

Bütün bunların nəticəsində Azərbaycan fəhlələri arasında ölüm halları çox 

yüksək  idi.  On  minlərlə  fəhlə  vaxtından  əvvəl  həyatdan  köçür  və  yaxud  əlilə 

çevrilirdi. 

Azərbaycan  fəhlələri  özlərinin  ağır  əməyi  müqabilində  cüzi  əmək  haqqı 

alırdılar. Aşağı ixtisaslı fəhlələrin əməyinə xüsusilə az qiymət verilirdi. Aylıq əmək 

haqqı  alan  ixtisaslı  fəhlələrdən  fərqli  olaraq,  mövsümi  və  qara  fəhlələrə  gündəlik 

haqq verilirdi. 

1893-cü  ildə  neft  mədənlərinin  ixtisassız  fəhlələri  il  ərzində  orta  hesabla 

226 manat, ayda 20 manat qazandıqları halda, ixtisaslı fəhlələr müvafiq olaraq 556 

manat,  yaxud  ayda  50  manat  qazanırdılar  [9].  ―Lakin  belə  əmək  haqqını  neftçi 

fəhlələrin  ancaq  təxminən  20  faizi  alırdı.  Emal  sənayesi  müəssisələrində  əmək 

haqqı daha aşağı səviyyədə idi. Məsələn, ipəksarıma sahəsində fəhlələr gündə 40-

75  qəp.  qazanırdılar  [10].  Bakı  quberniyasındakı  kərpic  zavodlarında  işləyən 

fəhlələrin orta gündəlik əmək haqqı 40 qəp. təşkil edirdi [11]. Bakı vətəgələrində 

fəhlələr ayda 6-7 man. və bir qədər çörək və ət alırdılar. Ovlanmış balıqla və ondan 

hazırlanmış ərzaqla qidalanmaq yüksək cərimə edilmək hədəsi ilə qadağan edilirdi 

[12]. 


Azərbaycan  fəhlələrinin  əmək  haqlarının  ödənilməsində  qeyri-bərabər 

müstəmləkə  prinsipi  hökm  sürürdü.  Əmək  haqqı  çox  vaxt  milli  mənsubiyyətlə 

bağlı  olurdu.  Belə  ki,  azərbaycanlı  fəhlələr  (xüsusilə  Cənubi  Azərbaycandan 

olanlar)  eyni  işə  görə  başqa  millətlərə  nisbətən  az  əmək  haqqı  alırdılar.  Bu,  çox 

vaxt  kapitalistlər  tərəfindən  fəhlələr  arasında  milli  təfriqə  salmaq  məqsədilə 

edilirdi.  Qadın  və  uşaqların  əmək  haqqı  xüsusilə  aşağı  idi.  Onlar  kişilərlə  eyni 

dərəcədə işləmələrinə baxmayaraq, 20-50 faiz az əmək haqqı alırdılar. İpəksarıma 

fabriklərində uşaqlar üzücü əmək günü müqabilində 7-9 qəp. əldə edirdilər. 

Fəhlələrin əmək haqqını hər vasitə ilə kəsməyə çalışan kapitalistlər cərimə 

sistemini geniş tətbiq edirdilər. Rusiya fəhlələrinin 1886-cı ildə qazandıqları qanun 

Azərbaycan müəssisələrinin bir hissəsində yalnız 1899-cu ildə həyata kcçirilməyə 

başlandı [13]. Lakin bundan sonra da Azərbaycanın bir çox müəssisələrində ―cəza 

cədvəlləri‖  işə  gəlməməyə  və  yaxud  gecikməyə,  iş  vaxtı  danışmağa,  lazımsız 


olaraq  bir  yerdən  başqa  yerə  getməyə,  avaraçılıq  və  materialları  korlamağa  görə 

fəhlələri cərimə  etməyi nəzərdə  tuturdu. Sonuncu hallarda  kapitalistlər cərimə ilə 

yanaşı,  fəhlələri  vurulmuş  ziyanı  ödəməyə  də  məcbur  edirdilər  [14].  Bir  çox 

müəssisə  sahibləri  çar  qanunlarının  hətta  çox  məhdud  olan  tələblərindən  yan 

keçərək, cərimə pullarını  gizlədir və mənimsəyir, fəhlələrə haqq-hesab kitabçaları 

verməkdən boyun qaçırırdılar [15]. 

Azərbaycan fəhlələrinin mənzil şəraiti də hədsiz dərəcədə ağır idi. Bakının 

mədən-zavod  rayonları  ərazisində,  balıq  vətəgələrində,  Gədəbəy  misəritmə 

zavodunda  və  bir  çox  başqa  müəssisələrdə  fəhlələrin  mənzilləri  kazarmalardan, 

ailəli  fəhlələrin  bir  hissəsinin  kirayə  etdiyi  daxmalardan,  bəzən  isə  sadəcə  olaraq 

yerüstü  damlardan  ibarət  idi.  Neftçi  fəhlələrin  mənzil  şəraiti  xüsusilə  daha  pis  idi. 

Onların çoxunun, yaşadığı kazarmaları xarakterizə edən M.Qorki yazırd: ―Buruqların 

xaosu  arasında  tarixəqədərki  insanların  mənzillərinə  çox  oxşayan,  yonulmamış 

sarımtıl və boz daşlardan tələsik tikilmis alçaq fəhlə kazarmaları yerə yapışmışdı‖ [16]. 

Kazarmaların əksəriyyətində pəncərə yox idi. 

Kiçik neftçıxarma şirkətləri və qazma üzrə podratçı fəhlələrin  mənzil şəraiti 

xüsusilə  ağır  idi.  Hətta  kazarmalardan  istifadə  etmək  imkanından  məhrum  olan  bu 

fəhlələrin  əksəriyyəti  buruqlarda  ocaqxanalarda  məskən  salmağa,  özlərinə  yer  damı 

qazmağa, yayda isə yerdə yatmağa məcbur idilər [17]. 

Dözülməz  mənzil  şəraiti  fəhlələrin  sağlamlığına  ağır  təsir  göstərirdi. 

Darısqallıq və natəmizliyin nəticəsi olan kütləvi xəstəliklər minlərlə fəhlənin həyatını 

məhv edirdi. H.Zərdabinin yazdığı kimi, ―fəhlə mənzilləri... o dərəcədə yararsızdır ki, 

onları  ölüm  mənbəyi  adlandırmaq  olar...  Bu  mənzillərdə  hər  min  nəfərə  ildə  100 

ölüm hadisəsi düşür‖ [18]. 

Fəhlələrin əmək haqqının xeyli hissəsini mənzil xərcləri təşkil edirdi. Mənzil 

kirayəsi  Bakıda  xüsusilə  yüksək  idi.  O,  ölkənin  digər  sənaye  mərkəzlərində  bu 

sahədəki  vəziyyəti  xeyli  ötüb  keçirdi.  90-cı  illərin  ortalarında  Bakı  fəhlələri  ən 

rahatsız  və  acınacaqlı  vəziyyətdə  olan  otağa  belə  öz  orta  əmək  haqqının  20  faizini 

verməyə məcbur idilər. Əmək haqqına əlavə verilən ―mənzil pulları‖nı fəhlələrin çox 

az hissəsi alırdı. Fəhlələr əksər hallarda yemək hazırlamaq üçün istifadə etdikləri neft 

və mazuta, mənzillərin qızdırılmasına və suya görə də haqq ödəməyə məcbur idilər. 

Bir çox illər ərzində neft sənayeçiləri fəhlə qəsəbələrinin tikilməsi haqqında 

məsələni  müzakirə  etməkdən  belə  imtina  edirdilər.  Yalnız  1897-ci  ildə  vəba 

epidemiyası  ilə  əlaqədar  onlar  çar  hökuməti  qarşısında  fəhlə  qəsəbələrinin  tikilməsi 

üçün  torpaq  sahələri  ayırmaq  haqqında  məsələ  qaldırdılar.  Lakin  bu  məsələ  həll 

edilmədi. 

Cüzi  əmək  haqqı,  ağır,  mənzil  şəraiti  fəhlələrin  məişətini  dözülməz  edirdi. 

Onlardan  bir  çoxu,  xüsusilə  ailəlilər  yarımcan  həyata  məhkum  edilmişdilər.  Çar 

hökumət  nümayəndələrinin  etiraf  etdiklərinə  görə,  neftayırma  zavodlarının  ailəli 

fəhlələri ―çox çətinliklə dolanırdılar, qara fəhlələr isə bir çox zəruri şeylərdən özlərini 

məhrumetməyə məcbur olurdular‖ [19] Fəhlələrin məruz qaldıqları amansız istismar 


onların siyasi hüquqsuzluğu, çarizmin və sahibkarların zülmü, müəssisələrdə hökm 

sürən  polis  rejimi  ilə  çulğalaşırdı,  Azərbaycanda  fəhlələrin  siyasi  hüquqsuzluğu, 

çarizmin müstəmləkə siyasəti ilə daha da dərinləşirdi. 

Hətta  çar  qanunlarının  tələblərini  pozan  kapitalistlər  tez-tez  fəhlələri 

vaxtından əvvəl işdən azad edir, müvəqqəti fəhlələri daimi işlə təmin etməkdən imtina 

edirdilər.  Cənubi  Qafqaz  dəmir  yolunun  müdiriyyəti  fəhlələri  işdən  çıxarmağı 

asanlaşdırmaq üçün işə daxil olarkən iki ərizə verməyi tələb edirdi. Onlardan birində 

―əgər  mən  depoda  artıq  olaramsa,  məni  işdən  xəbərdarlıqsız  azad  etmənizi  xahiş 

edirəm. Buna görə mənim tərəfimdən etiraz olmayacaq‖ sözləri, digərində isə ―cənab 

rəis,  xidməti  davam  etdirmək  istəmədiyimdən  məni  azad  etmənizi  xahiş  edirəm‖ 

sözləri yazılırdı [20]. 

Fəhlələrin  ―dikbaşlığa‖,  ―tabe  olmamağa‖,  ―təbliğata‖  və  s.  görə  işdən 

çıxarılması adi hal olmuşdu. Polis tərəfindən inqilabi fəaliyyətə görə günahlandırılan 

fəhlələr amansız təqib edilir və dərhal işdən qovulurdular. 

Fəhlələri  itaətdə  saxlamaq  üçün  sahibkarların  bəziləri  silahlı  dəstələr 

(qoçular və s.) yaradırdılar. Çar hakimiyyət orqanları əmək və kapital arasındakı bütün 

münaqişələrdə sahibkarların tərəfini saxlayırdı. Fəhlələrin istismara qarşı və öz insani 

hüquqları  uğrundakı  çıxışlarına  qarşı  mübarizədə  çarizm  polis  təqiblərindən  istiadə 

edirdi. Xəfiyyələrin saxlanılmasına külli miqdarda vəsait xərclənirdi. 1899-cu ildə II 

Nikolay  sənaye  rayonlarında  polis  nəzarətini  gücləndirmək  barədə  sərəncam  verdi. 

Belə  rayonlarda  polis  ştatları  artırılırdı.  ―Müəssisələrdə  qayda-qanunu  qorumaq‖, 

―fəhlələri qiyamlardan çəkindirmək‖ və s. polisin vəzifələrinə daxil idi [21]. 

Hələ  90-cı  illərin  əvvəllərində  çar  hökuməti  şəhərin  mədən  rayonlarında 

fəhlələrə  nəzarət  etmək  vəzifəsi  həvalə  edilmiş  Sabunçu  polismeysterliyini  yaratdı. 

Bu  rayonda  polisin  saxlanılmasına  sərf  olunan  xərcləri  neft  sənayeçiləri  qurultayı 

şurası öz üzərinə götürdü [22]. 

1899-cu  ildə  Bakı  quberniyasında  yaradılmış  fabrik  müfəttişliyi  də  əsasən 

kapitalistlərin  tərəfində  çıxış  edirdi.  Əmək  qanunlarınm  ayrı-ayrı  bəndlərinin 

pozulmasına  görə  sahibkarlara  yalnız  təsadüfi  iradlar  göstərməklə  kifayətlənən 

müfəttişlik  fəhlələrin  fəallığını  məhdudlaşdırmağa,  onların  çıxışlarına  yol 

verməməyə, münaqişələrin sülh yolu ilə həll olunmasına çalışırdı. 

Çar  hökuməti  orqanları,  fabrik  müfəttişliyi  və  mədən  nəzarəti  azərbaycanlı 

fəhlələrlə  xüsusilə  qəddar  rəftar  edirdilər.  Onlann  şikayət  və  xahişləri  adətən  rədd 

olunurdu.  Ucqarlarda  milli  kadrlara  belə  münasibət  mütləqiyyətin  müstəmləkə 

siyasətinin nəticəsi idi 

Fəhlələr  şəhər  özünüidarə  orqanlarına  seçkilərdə  iştirak  etmək  hüququndan 

məhrum idilər. Azərbaycanın Bakı və digər dumalarına seçilənlərin arasında fəhlələr 

yox idi. 

Rusiyanın  hər  yerində  olduğu  kimi,  Azərbaycanda  da  çar  hökuməti  fəhlə 

təşkilatlarını və çıxışlarını amansız şəkildə təqib edirdi. Mövcud mürtəce qanunçuluqla 

kifayətlənməyən çar hökuməti Bakı fəhlələrinə qarşı polis və jandarmların terror aktı 


ilə  fərqlənən  əlahiddə  tədbirlərdən  geniş  istifadə  edirdi.  Bir  çox  qabaqcıl  fəhlələr 

―qayda-qanunu qorumaq‖ adı ilə, daha doğrusu, adi hüquq normaları gözlənilmədən 

həbs edilirdi. 

 

§ 2. FƏHLƏ HƏRƏKATININ ĠLK ADDIMLARI 



 

Ağır  həyat  və  əmək  şəraiti,  siyasi  hüquqsuzluq  fəhlələri  ədalətsizliyə, 

dözülməz istismara qarşı mübarizəyə qaldırırdı. 

Şimali  Azərbaycanda  fəhlələrin  ilk  çıxışı  1872-ci  ilin  mayında  Gədəbəydə 

Simens şirkətinin mədənlərində və misəritmə zavodunda baş vermişdi [23]. Tətil edən 

fəhlələr əmək haqqının artırılmasını, mənzil şəraitinin yaxşılaşdırılmasının və s. tələb 

edirdilər. Lakin onlar öz tələblərinin yerinə yetirilməsinə nail ola bilmədilər [24]. 

1878-ci ildə Nuxa ipəksarıma fabriki fəhlələrinin tətilləri də ilkin çıxışlara 

aiddir [25]. 

Bakı  neflt  sənayesində  ilk  tətilçilər  Abşeronda  neft  kəməri  çəkilənədək  hasil 

edilmiş nefti mədənlərdən neftayırma zavodlarına və anbarlara daşıyan arabaçı fəhlələr 

olmuşlar. 1878-1879-cu illərdə neft sənayesində 3 minə yaxın arabaçı işləyirdi [26]. 80-ci 

illərdə  və  90-cı  illərin  əvvəllərində  arabaçılar  kapitalistlər  tərəfindən  əməkhaqlarını 

azaltmaq cəhdlərinə qarşı bir neçə dəfə kortəbii tətil etmişdilər. 

Bakıda  digər  sənaye  müəssisələri  və  dəmiryolu  tikintisində  çalışanların  ayrı-

ayrı tətilləri və kortəbii çıxışları baş verirdi. Məsələn, 1880-ci il ərzində tütün fabriki 

fəhlələri  dəfələrlə  işi  dayandırmışdılar.  1881  -ci  il  fevralın  sonlarında  Cənubi  Qafqaz 

dəmir yolu tikintisinin 8-ci sahəsində (―Qurd qapıları‖ yaxınlığında) işləyən fəhlələr 

arasında  həyəcanlar  baş  verdi  [27].  Elə  həmin  ilin  yazında  Bakının  bütün  tütün 

fabriklərini  əhatə  edən  daha  bir  tətil  olmuşdu.  Fəhlələr  günəmuzd  əmək  haqqının 

artırılması  və  axtarışların  dayandırılması  tələblərini  irəli  sürmüşdülər.  Tətil  bir  neçə 

həftə  davam  etdi.  Lakin  fabrik  sahibləri  kütləvi  surətdə  işdən  qovulmaq  qorxusu  ilə 

fəhlələrin əzmini qıra bildilər [28]. 

1881-ci ilin aprelində Bakıda geniş həyəcanlar baş verdi. Bu, həyəcanlarda 

neft  daşımağın  mütərəqqi  üsullarının  tətbiqi  ilə  öz  əmək  haqlarının  xeyli  hissəsini 

itirən  çəlləkçi  fəhlələr  xüsusilə  fəal  iştirak  edirdilər.  Həyəcanlar  aprelin  14-də  75-ə 

qədər fəhləni həbs edən polisin cəza tədbirlərinə cavab olaraq başlandı. Qəzəblənmiş 

fəhlələr yoldaşlarını xilas və müdafiə etmək üçün ayağa qalxdılar. Onlar polis idarəsini 

mühasirəyə  alıb  həbs  olunanların  azad  edilməsini  tələb  etdilər.  ―Nedelya‖  qəzeti  bu 

münasibətlə  yazırdı:  ―Bir  andaca  pəncərə  və  qapılar  yerindən  çıxarıldı.  Xalq  isə  elə 

hey axışırdı. Şəhəri gurultu, inilti bürümüşdü‖ [29]. Yalnız axşama yaxın kazaklar və 

soldatlar tüfəng və şallaqların köməyi ilə fəhlələri dağıda bildilər. 

Həyəcanlar  səhərisi  gün  də  davam  etdi.  Fəhlələrin  polis  və  soldatlarla 

toqquşması baş verdi. Bu çıxışların kortəbii və qeyri-mütəşəkkil olmasına baxmayaraq, 

onun iştirakçılarının inadkarlığı və qətiyyəti hakim dairələrdə çaşqınlıq yaratdı. Yalnız 

aprelin  18-də  şəhərə  ordu  hissələri  yeridilməklə  iğtişaşlara  son  qoyuldu.  1882-ci  il 



sentyabrın 16-da ―Nobel qardaşları‖ şirkətinin Qara şəhərdəki neftayırma zavodunda 

fəhlələrin tətili baş verdi. Şirkətin idarə binasına  tərəf hərəkət edən fəhlələr ayyarım 

ərzində  müdiriyyət  tərəfindən  gecikdirilən  əməkhaqqının  təcili  olaraq  verilməsini 

tələb etdilər. Tələb yerinə yetirildi və fəhlələr işə başladılar. 

1883-cü ilin fevralında Bakıda Cənubi Qafqaz dəmir yolunun Bakı sahəsinin 

tikintisindən,  həmçinin  mədən  və  zavodlardan  qovularaq  ağır  vəziyyətə  düşmüş 

fəhlələrin  kortəbii  həyəcanları  başlandı.  ―Polisi  vur‖  sədaları  altında  dəyənəklərlə 

silahlanmış nəhəng fəhlə kütləsi, başda polismeyster və pristav olmaqla, polislərin və 

kazakların  üzərinə  hücum  etdi.  Fəhlələrə  qarşı  qoşun  yeridildi,  həyəcanın  70  fəal 

iştirakçısı həbs edildi [30]. 

1883-cü  ilin  yaz  və  payızında  Bakının  ayrı-ayrı  müəssisələrində  tətillər  baş 

verdi. 


Nuxanın  ipəksarıma  fabriklərinin  fəhlələri  amansız  istismara  qarşı  mübarizə 

üçün  öz  qüvvələrini  birləşdirməyə  cəhd  göstərirdi.  80-ci  illərin  sonu  -  90-cı  illərin 

əvvəllərində  Nuxa  ipəksarıyanları  öz  mənafelərini qorumaq üçün  həmkarlar təşkilatına 

bənzər bir təşkilat yaratmağa səy göstərirdilər [31]. 

1891-ci  ilin  başlanğıcında  Bakıda  yeni  kütləvi  həyəcanlar  baş  verdi.  Bu 

həyəcanlarda böhranla əlaqədar neft mədənlərində və zavodlarda ixtisara düşmüş fəhlələr, 

naviqasiyanın  bağlanması  ilə  işdən  azad  edilmiş  gəmi  təmirçiləri,  həmçinin  aclıq 

bürümüş Volqaboyu quberniyalarından Bakıya gələn fəhlələrin böyük bir hissəsi iştirak 

edirdi.  İşsizlərin  beşminlik  kütləsi  öz  qəzəbini  onlan  işsizliyə  və  ac-yalavac  yaşamağa 

məhkum  etmiş  mövcud  qaydaların  təcəssümü  hesab  etdikləri  polisin  üzərinə  yönəltdi 

[32]. Hiddətlənmiş kütlə polis idarəsini mühasirəyə alaraq polisləri və binanı daş-qalaq 

etdi.  Qoşunun  müdaxiləsinə  baxmayaraq,  fəhlələr  dağılışmadılar.  Günün  sonuna  yaxın 

onlar birja meydanında toplaşdılar. Polis və qoşun dəstələri kütləni ancaq axşam dağıda 

bildi. Həyəcanların başçıları  hesab olunan  60-a  qədər  fəhlə  həbsə alındı.  Fəhlələr  və 

polis nəfərləri arasında yaralananlar var idi [33]. 

Lakin fəhlələrin qəzəb və narazılığı tezliklə yenidən üzə çıxdı. Dekabrın 24 və 

26-da  Keşlədə  fəhlələr  polis  idarəsini  mühasirəyə  alaraq  onu  daşa  basdılar  və  polisləri 

döydülər. Fəhlələri ancaq kazakların köməyilə dağıtmaq mümkün oldu. 

80-ci illərdə və 90-cı illərin əvvəllərində baş verən çıxışlar kortəbii və qeyri-

mütəşəkkil  idi,  fəhlələr  hələ  öz  sinfi  mənafeyini  dərk  etmirdilər. Bununla  belə,  həmin 

çıxışlar fəhlələr üçün böyük ibrət məktəbi oldu. 

Sonrakı  illərdə  fəhlələrin  tətil  mübarizəsi  artmaqda  davam  edirdi.  Belə  ki, 

1892-1894-cü illərdə neft mədənlərində, emal sənayesində, ticarət donanmasında bir sıra 

tətillər qeydə  alınmışdı.  Onların içərisində diqqəti daha  çox cəlb  edən Mirzəbekyants 

qardaşlarının tütün fabriki fəhlələrinin 1892-ci ilin yazında başlanmış tətili idi. Tətilçilər 

məvacibin  verilməsini  və  bir  qədər  əvvəl  işdən  azad  edilmiş  fəhlələrin  öz  yerlərinə 

qaytarılmasım tələb edirdilər. Sahibkarlar tətili yatırmaq üçün polisin köməyinə əl atdılar. 

Bir  neçə  fəhlə  həbs  edildi. Bununla  belə 13  gün  davam  edən  tətil  fəhlələrin  qələbəsi  ilə 

qurtardı [34]. 


Bu  fabrikdə  daha  bir  tətil  1895-ci  ilin  avqustunda  baş  verdi.  İş  yerini  əvvəlcə 

vəziyyətləri  daha  ağır  olan  yeniyetmə  müştükçülər  tərk  etdilər.  Tezliklə  digər  sexlərin 

fəhlələri də onlara qoşuldular. Müdriyyətin nə dilə tutması, nə də hədə-qorxusu fəhlələrə 

təsir  etmədi.  Sahibkarların  tətilçiləri  ştreykbrexerlərin  köməyi  ilə  cilovlamaq  cəhdi  də 

müvəffəqiyət  qazanmadı.  Sahibkarlar  ancaq  6  gündən  sonra  –  avqustun  17-də  tətili 

dayandıra bildilər. 

Beləliklə,  neftçilər,  filizçıxaranlar,  misəridənlər,  ipəksarıyanlar,  tütünçülər, 

dənizçilər,  iqtisadiyyatın  digər  sahələrinin  fəhlələri  bir-birinin  ardınca  fəhlə  hərəkatına 

qoşulurdular.  İlk  tətillərin  kortəbiiliyinə  və  qeyri-mütəşəkkiliyinə  baxmayaraq,  onlar 

Azərbaycan  fəhlələrinin  sinfi  mənlik  şüurunun  oyanmasında  az  rol  oynamadı.  Tətillərdə 

adətən  müxtəlif  millətlərin  nümayəndələri  –  azərbaycanlılar,  ruslar,  gürcülər,  ermənilər 

dağıstanlılar, Volqaboyu tatarları və başqaları iştirak edirdilər. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

IX FƏSIL 

 

MƏDƏNĠYYƏT 

 


Yüklə 11,49 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin