AZƏrbaycan diLİ VƏ tariXİ ―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək



Yüklə 11,49 Mb.
Pdf görüntüsü
səhifə26/36
tarix31.01.2017
ölçüsü11,49 Mb.
#7204
1   ...   22   23   24   25   26   27   28   29   ...   36
§ 1. MAARĠFĠN VƏZĠYYƏTĠ. 

YENĠ MƏKTƏB UĞRUNDA MÜBARĠZƏ. 

ĠLK MƏDƏNĠ-MAARĠF MÜƏSSĠSƏLƏRĠ 

 

XIX  yüzilliyin  ikinci  yarısında  inkişaf  etməkdə  olan  kapitalist 



iqtisadiyyatının ixtisaslı fəhlələrə - sənayenin müxtəlif sahələrində texnikaya xidmət 

göstərməyi,  kənd  təsərrüfatını  səmərəli  surətdə  qurmağı  və  ən  yeni  nəqliyyat 

vasitələrini  idarə  etməyi  bacaran  təhsilli  mütəxəssislərə  tələbatı  Azərbaycanda 

ümumtəhsil  və peşə  məktəblərinin  sayının  müəyyən qədər artmasına, onların təhsil 

səviyyəsinin yüksəlməsinə səbəb oldu. 

İbtidai  məktəblər  haqqında  1867-ci  il  Əsasnaməsi  Qafqazın,  o  cümlədən, 

Azərbaycanın  təhsil  müəssisələri  üçün  sonuncu  xüsusi  nizamnamə  oldu.  Çarizmin 

köhnə  xalq  təhsili  sisteminin  eyniləşdirilməsi  (unifikasiyası)  siyasəti  70-ci  illərdən 

etibarən  Azərbaycanda  da  böyük  qətiyyətlə  həyata  keçirilməyə  başladı.  Yerli  dillər,  o 

cümlədən də Azərbaycan dili icbari fənlər sırasından əsasən kənar edildi. 

XIX  yüzilliyin  60-70-ci  illərindən  etibarən  ümumtəhsil  sistemində  aparıcı 

rolu  böyük  əksəriyyəti  ibtidai  məktəblərdən  ibarət  olan  rus  təhsil  müəssisələri 

oynamağa başladı. 

1872-ci  il  13  may  Əsasnaməsi  ilə  Şimali  Azərbaycanın  bütün  qəza 

məktəbləri altıillik təhsil müddəti olan pullu şəhər məktəblərinə çevrildi. 

İbtidai  məktəblər  haqqında  1874-cü  il  24  may  Əsasnaməsi  təhsilin  aşağı 

həlqəsi  üzrə  iki  məktəb  tipini  təsdiq  etdi:  üç  illik  təhsil  kurslu birsinifli  və  beş  illik 

təhsil kurslu ikisinifli məktəblər - Şimali Azorbaycanda ilk dəfə olaraq kənd əhalisi üçün 

məktəblər  meydana  çıxdı.  Kənd  cəmiyyətinin  vəsaiti  hesabına  fəaliyyət  göstərən 

Salahlı  və  xəzinə  hesabına  saxlanılan  Dağkəsəmən,  Cəbrayıl  və  Göyçay  məktəbləri 

birinci və nisbətən yaxşı təmin olunmuş kənd məktəbləri sırasında idi. 

XIX  yüzilliyin  80-ci  illərindən  Azərbaycanın  neft-mədən  rayonlarında  və 

sənaye müəssisələri yanında ibtidai məktəblər təşəkkül etməyə başladı. İri sahibkarlar 

öz təsərrüfatlarında əmək məhsuldarlığını, həm də öz maraqlarını yüksəldə biləcək 

savadlı  fəhlələr  hazırlamaq  üçün  məktəblər  açırdılar.  1881-ci  ildə  Suraxanıda  Bakı 

Neft  Cəmiyyətinin  təşkil  etdiyi  məktəb  Bakı  neft  sənaye  rayonunda  ilk  məktəb  idi. 

―Nobel  qardaşları‖  şirkəti  1884-cü  ildə  Qara  şəhərdə,  1886-cı  ildə  isə  Balaxanıda 

məktəblər açdı. Belə  məktəblər Ağşəhərdə  1891-ci  ildə  S.M.Şibayevin  firması  və 

1893-cü  ildə  Xəzər-Qara  dəniz  Neft  və  Ticarət  Cəmiyyəti  tərəfindən  təşkil  edildi. 

Sonuncu cəmiyyət 1896-cı ildə, ―Benkendorf və K°‖-nın ticarət evinin Suraxanıdakı 

məktəbi ilə eyni zamanda Balaxanıda daha bir məktəb açdı. 


1897-ci ildə 30 min əhalisi olan Balaxanı-Sabunçu mədən rayonunda cəmi 

267 uşaq təhsil alırdı. Həmin  şagirdlərin  -  ancaq 18  nəfəri bu rayon əhalisinin əsas 

hissəsini təşkil edən azərbaycanlıların payına düşürdü. 

1897-ci  ildən Bibiheybətdə,  Qaraşəhər  və  Ramanada Bakı  neft  sənayeçiləri 

qurultayının məktəbləri fəaliyyət göstərməyə başladı. Bakı neft sənaye rayonunun xalq 

maarif nazirliyinə tabe olan 11 ibtidai məktəbində cəmisi 678 şagird, o cümlədən 282 

qız təhsil alırdı. Halbuki bu dövrdə burada meyxana və qəlyanaltıların sayı on dəfələrlə 

ondan  çox  idi.  1892-ci  ildən  etibarən  Gədəbəydə  -  ―Simens  qardaşları‖nın  misəritmə 

zavodu yanında kiçik məktəb fəaliyyətdə idi. 

Yüzilliyin sonunda Bakı quberniyasında 4514 şagird (o cümlədən 3345 oğlan 

və 1169 qız) olan 73 müxtəlif növlü ibtidai məktəb, Yelizavetpol quberniyasında 5653 

şagirdi (o cümlədən 4761 oğlan və 892 qız) olan 82, Naxçıvan qəzasında 1349 şagirdi 

(o cümlədən 1094 oğlan və 255 qız) olan 18 müxtəlif növlü ibtidai məktəb fəaliyyət 

göstərirdi.  Məktəblərdə  şagirdlərin  çoxalması  əhalinin  təhsilə  meylini  göstərirdi. 

Azərbaycanlılar Bakı quberniyasındakı rus ibtidai məktəblərində şagirdlərin 24, 3%-

ni (1095 şagird), Yelizavetpol quberniyasında isə 23,8%-ni (1343 şagird) təşkil edirdi. 

İctimai  mənşələrinə  görə,  şəhərin  tacir  və  sənətkar  təbəqələrində  olan  şagirdlər 

müvafiq olaraq 31,2 və 15,5%-i, kəndli uşaqları isə 63 və 74,9%-i təşkil edirdilər. 

Rəsmi  statistikada  azərbaycanlı  qız  şagirdlər  ayrıca  olaraq  göstərilməmişdir. 

Çünki, bir qayda olaraq azərbaycanlı qızlar rus ibtidai məktəblərində oxumurdular. 

Bu baxımdan məlum istisnanı 1983-cü ildən Naxçıvan qəzasının Nehrəm kəndində 

ikisinifli məktəbdə qızlar şöbəsi təşkil edirdi. Onun təşkilatçısı və dərslərini deyəni 

gələcək yazıçı və ―Molla Nəsrəddin‖ jurnalının redaktoru Cəlil Məmmədquluzadə 

idi. Bu şöbədə 8 azərbaycanlı qız təhsil alırdı. 

İbtidai  nıəktəblərin  təşkilində  çar  hökumətinin  zəhmətkeşlərin  təhsili 

xərclərini yerli şəhər idarələri və kənd cəmiyyətləri üzərinə, deməli, nəticə etibarilə 

xalqın  çiyninə  qoyması  meyli  açıq-aşkar  müşahidə  olunur,  belə  ki,  1899-cu  ildə 

Yelizavetpol  və  Bakı  quberniyalarının  xalq  maarifi  büdcəsində  xəzinə  payına 

286214 manatdan cəmisi 17790 manat və ya bütün büdcənin 6%-i düşürdü. 

Adi  təlim  kurslu  pulsuz  ibtidai  məktəblər  zəhmətkeş  uşaqları  üçün 

nəzərdə tutulurdu. Onlar özlərinin sosial vəziyyəti və  maddi imkanlarına  müvafiq 

olan  ibtidai  təhsillə  kifayətlənməli  olurdu.  1899-cu  ildə  Bakı  quberniyasında 

əksəriyyəti  təşkil  edən  yaşayış  məntəqələrində  hər  47000  sakinə,  Yelizavetpol 

quberniyasında isə 21000 sakinə bir ümumtəhsil məktəbi düşürdü. 

Təhsil  müəssisələrinin  sayı  artdıqca,  onların  ixtisaslı  müəllimlərlə  təmin 

olunması  məsələsi  aktual  əhəmiyyət  kəsb  edirdi.  Əgər  orta  məktəblər  üçün 

universitet qurtarmış və xüsusi təhsilli pedaqoqlar seçilirdilərsə, ibtidai  məktəblər 

üçün  müəllim  seminariyalarının,  orta  təhsil  müəssisələrinin,  o  cümlədən  qadın 

gimnaziyalarının  pedaqoji  siniflərinin  məzunları,  habelə  müəyyən  edilmiş  xüsusi 

imtahanları  verdikdən  sonra  ibtidai  məktəb  müəllimi  rütbəsi  almış  şəxslər  işə 

götürülürdülər. 


Yerli  dilləri  bilən  müəllimlərin  yoxluğu  azərbaycanlı  uşaqlarının  rus 

məktəblərinə  cəlb  olunmasını  ləngidirdi.  Məktəblərin  saxlanılması  xərclərinə 

əhalinin  ağır  mükəlləfiyyət  kimi  baxması  da  buradan  irəli  gəlirdi.  Ancaq  1876-cı 

ildə Qori şəhərində açılmış Zaqafqaziya Müəllimlər Seminariyası, xüsusən də onun 

Azərbaycan  şöbəsinin  məzunları  (Fərhad  Ağazadə,  Üzeyir  Hacıbəyov,  Cəlil 

Məmmədquluzadə  və  b.)  kənd  məktəblərinə  gəldikdən  sonra  yerli  uşaqların  bu 

məktəblərdə  oxuması  mümkün  olmuşdu  olan  şagirdlər  müvafiq  olaraq  31,2  və 

15,5%-i,  kəndli  uşaqları  isə  63  və  74,9%-i  təşkil  edirdilər.  Rəsmi  statistikada 

azərbaycanlı qız

 

şagirdlər ayrıca olaraq göstərilməmişdir. Çünki, bir qayda olaraq 



azərbaycanlı  qızlar  rus  ibtidai  məktəblərində  oxumurdular.  Bu  baxımdan  məlum 

istisnanı  1983-cü  ildən  Naxçıvan  qəzasının  Nehrəm  kəndində  ikisinifli  məktəbdə 

qızlar şöbəsi təşkil edirdi. Onun təşkilatçısı və dərslərini deyəni gələcək yazıçı və 

―Molla Nəsrəddin‖  jurnalının redaktoru  Cəlil Məmmədquluzadə  idi.  Bu şöbədə 8 

azərbaycanlı qız təhsil alırdı. 

İbtidai  nıəktəblərin  təşkilində  çar  hökumətinin  zəhmətkeşlərin  təhsili 

xərclərini yerli şəhər idarələri və kənd cəmiyyətləri üzərinə, deməli, nəticə etibarilə 

xalqın  çiyninə  qoyması  meyli  açıq-aşkar  müşahidə  olunur,  belə  ki,  1899-cu  ildə 

Yelizavetpol  və  Bakı  quberniyalarının  xalq  maarifi  büdcəsində  xəzinə  payına 

286214 manatdan cəmisi 17790 manat və ya bütün büdcənin 6%-i düşürdü. 

Adi  təlim  kurslu  pulsuz  ibtidai  məktəblər  zəhmətkeş  uşaqları  üçün 

nəzərdə tutulurdu. Onlar özlərinin sosial vəziyyəti və  maddi imkanlarına  müvafiq 

olan  ibtidai  təhsillə  kifayətlənməli  olurdu.  1899-cu  ildə  Bakı  quberniyasında 

əksəriyyəti  təşkil  edən  yaşayış  məntəqələrində  hər  47000  sakinə,  Yelizavetpol 

quberniyasında isə 21000 sakinə bir ümumtəhsil məktəbi düşürdü. 

Təhsil  müəssisələrinin  sayı  artdıqca,  onların  ixtisaslı  müəllimlərlə  təmin 

olunması  məsələsi  aktual  əhəmiyyət  kəsb  edirdi.  Əgər  orta  məktəblər  üçün 

universitet qurtarmış və xüsusi təhsilli pedaqoqlar seçilirdilərsə, ibtidai  məktəblər 

üçün  müəllim  seminariyalarının,  orta  təhsil  müəssisələrinin,  o  cümlədən  qadın 

gimnaziyalarının  pedaqoji  siniflərinin  məzunları,  habelə  müəyyən  edilmiş  xüsusi 

imtahanları  verdikdən  sonra  ibtidai  məktəb  müəllimi  rütbəsi  almış  şəxslər  işə 

götürülürdülər. 

Yerli  dilləri  bilən  müəllimlərin  yoxluğu  azərbaycanlı  uşaqlarının  rus 

məktəblərinə  cəlb  olunmasını  ləngidirdi.  Məktəblərin  saxlanılması  xərclərinə 

əhalinin  ağır  mükəlləfiyyət  kimi  baxması  da  buradan  irəli gəlirdi.  Ancaq  1876-cı 

ildə Qori şəhərində açılmış Zaqafqaziya Müəllimlər Seminariyası, xüsusən də onun 

Azərbaycan  şöbəsinin  məzunları  (Fərhad  Ağazadə,  Üzeyir  Hacıbəyov,  Cəlil 

Məmmədquluzadə  və  b.)  kənd  məktəblərinə  gəldikdən  sonra  yerli  uşaqların  bu 

məktəblərdə oxuması mümkün olmuşdu. 

Siyasi etibarlıq pedoqoji fəaliyyətə buraxılması üçün ən mühüm şərt hesab 

edilirdi.  Xalq  məktəbləri  haqqında  1874-cü  il  Əsasnaməsinə  görə,  bu  məktəblər 

xalq məktəblərinin müdriyyəti vasitəsilə ciddi hökumət nəzarəti altına alınmışdı. 



Xalq  maarifi  nazirliyinə  tabe  olan  bütün  məktəblərdə  təlim  ancaq  rus 

dilində  aparılırdı.  Azərbaycan  və  digər  yerli  dillərdə  ümumtəhsil  məktəbləri 

açmağa icazə verilmirdi. 

―Rusiyada  məskun  olan  yadellilərin  təhsilinə  dair  tədbirlər  haqqında‖ 

1870-i il 26 mart tarixli qaydaların mahiyyəti ruslaşdırmaya tabe edilmişdi. 

Ana  dilində  savada  yiyələnmək  cəhdi  minlərlə  uşağı  mollaxana 

məktəblərinə  cəlb  edirdi.  Əvvəlki  dövrdə  olduğu  kimi,  yenə  də  say  üstünlüyü  bu 

məktəblərin  tərəfində  idi.  XIX  yüzilliyin  sonunda  Bakı  quberniyasında  245  belə 

məktəb  vardı.  Bunlarda  4915  şagird,  o  cümlədən  64  qız  təhsil  alırdı.  Elə  həmin 

vaxtda  Yelizavetpol  quberniyasındakı  268  belə  məktəb  4384  şagird,  o  cümlədən 

145  nəfər  qızı  əhatə  edirdi.  Məktəblərin  əsas  kütləsi  ənənəvi  proqramı  və  öz 

dövrünü  çoxdan  keçirmiş  təlim-tərbiyə  üsullarını  quruyub  saxlayır,  ən  adi  şəraiti 

olmayan  binalara  sığınırdı.  Ölkənin  sosial-iqtisadi  inkişafı  şəraitində  bu 

məktəblərin  yarasızlığı  aydın  olurdu.  Ümumtəhsil  müəssisələri  şəbəkəsinin 

genişlənməsi  ilə  arxaik  proqramlı  mədrəsələr  də  öz  əhəmiyyətini  itirirdi. 

Azərbaycanın qabaqcıl mədəniyyət xadimləri bu məktəblərdə təhsilin məzmununa 

və  tədris  üsullarına  qarşı  açıq  və  kəskin  şəkildə  çıxış  edirdilər.  M.F.Axundov 

uşaqlarda  ―anadangəlmə  xeyirxah  keyfiyyətləri boğmağa  və  onlarda  qorxaqlıq və 

yalançılıq‖  doğurmağa  qadir  olan  bədən  cəzası  sistemini  amansız  tənqid  edir, 

yeniyetmələrin  yalnız  dini  təbliğ  edən    kitablarla  maariflənməyini  yolverilməz 

hesab edirdi. 

Gənc  milli  burjuaziya  milli  dünyəvi  məktəb  uğrunda  hərəkata  başçılıq 

edərək.  Bu  hərəkatı  maarif  sahəsində  çarizmin  Azərbaycanda  yürütdüyü 

ruslaşdırma  siyasətinə  qarşı  çevrilmişdi.  Burjua  maarifçiliyi  tərkibcə  yekcins 

deyildi.  Liberal  burjua  ziyalılarının  nümayəndələri  öz  istəklərində  mövcud 

məktəblərin  islah  olunması,  onların  proqramlarının  dünyəvi  fənlərlə 

genişləndirilməsi,  təhsil  binalarının  abadlaşdırılması  tələblərindən  uzağa 

getmirdilər.  Digər  qrup  türkiyədə  təhsil  almış  müəllimlər  və  orada  nəşr  edilmiş 

dərsliklərin köməyi ilə məktəblər yenikdən qurmağa və beləliklə, ana dili əvəzinə 

osmanlı türkcəsində təhsil verməyə can atırdı. 

Demokratik  cərəyanın  nümayəndələri  milli  mədəniyyətin  ən  yaxşı 

ənənələri  ilə  yanaşı,  mütərəqqi  ictimai  və  pedaqoji  fikrin  təsiri  altında  arxaik 

məktəblər sisteminin kökündən ləğv edilməsi mövqeyində durur və ərəb qrafikası 

əsasında  Azərbaycan  əlifbasının  dəyişdirilməsinin  yeni  dünyəvi  məktəb 

yaradılması yolunda mühüm amil hesab edirdilər. 

M.F.Axundov  ədəbi  və  publisistik  fəaliyyətinə  başlayan  zamandan 

əlifbanın  xeyli  sadələşdirilməsi,  sonralar  isə  latın  qrafikası  əsasında  onun  yeni 

əlifba ilə əvəz edilməsi uğrunda inadlı mübarizə aparırdı. 

Rus  və  Azərbaycan  mətbuatında  ərəb  əlifbası  xalq  kütlələri  içərisində 

savad  və  mədəniyyətin  yayılmasını  ləngidən  amil  kimi  işıqlandırıldı.  F.Köçərli, 

M.Sidqi, 

N.Nərimanov, 

M.Mahmudbəyov, 

M.A.Şahtaxtinski, 



C.Məmmədquluzadə,  Azərbaycan  mədəniyyətinin bir sıra  xadimləri  yeni  əlifbaya 

keçmək tərəfdarı idilər. 

Kütləvi  dünyəvi  Azərbaycan  məktəbinin  güman  edilən  proqramı,  maddi 

bazanın  yaradılması  üsulları,  müəllim  kadrların  hazırlanması,  ana  dilində  təhsil 

vasitələrinin  tərtib  edilməsi,  qadın  təhsilinin  təşkili  və  s.  məsələlər  ətrafındakı 

mübahisə  kəskin  xarakter  alırdı.  Bütün  bu  məsələlər  Qafqaz  dövri  mətbuatında, 

xüsusən  1875-ci  ildən  1877-ci  ilədək  görkəmli  maarifçi  və  alim  Həsən  bəy 

Məlikov  (Zərdabi)  tərəfindən  Bakıda  nəşr  edilmiş  ilk  Azərbaycan  ―Əkinçi‖ 

qəzetinin səhifələrində öz əksini tapmışdır. 

Bu  aktual  məsələlərin  müzakirəsində  M.F.Axundov  və  H.Zərdabi  ilə 

yanaşı,  Azərbaycanın  mütərəqqi  gəncləri  -  sonradan  Azərbaycan  mədəniyyətinin 

görkəmli  xadimləri  olmuş  ali  məktəb  tələbələri  N.Vəzirov,  Ə.A.Adıgözəlov, 

M.T.Əliyev və b. yaxından iştirak edirdilər. 

Sosial-iqtisadi  dəyişikliklər  və  Rusiyanın  müsəlman  əhalisi  içərisində 

yayılmış yeni mədəni meyillərin təsiri altında artıq 70-ci illərdə ayrı-ayrı məktəblər 

―üsuli-cədidə‖  (―yeni  üsula‖  keçməyə  başladı.  Bu  yeni  tədris  üsulunun  ən  əsas 

prinsiplərindən biri hərf-heca üsulundan daha səmərəli səs üsuluna keçiddən ibarət 

idi. Üsuli-cədid məktəblərin ən mühüm əhəmiyyəti ondan ibarət idi ki, burada ilk 

dəfə  olaraq  elmi  biliklərin  əsasları  ana  dilində  öyrədilməyə  başlandı.  Bir  sıra 

məktəblərdə  ana  dili  ilə  yanaşı  rus  dili  də  tədris  edilirdi.  Yeni  üsul  şüurlu  təlimə 

yiyələnməyə yönəldilmişdi və əzbərləmə sisteminin zəifləməsinə, şagirdlərlə insani 

rəftara  doğru  aparırdı.  Məktəb  binaları  müasir  tədris  avadanlıqları  ilə  təchiz 

edilməyə  başladı.  Bu  yeniliklər  məktəbləri  kapitalist  inkişafı  şəraitinə 

uyğunlaşdırmaq cəhdindən ibarət idi. 

Yeni  tipli  ilk  məktəblərdən  biri  görkəmli  Azərbaycan  şairi  Seyid  Əzim 

Şirvaninin 1869-cu ildə Şamaxıda açdığı məktəb idi. 

Böyük  pedaqoqlar  Həsənəli  Qaradaği,  Mir  Möhsün  Nəvvab  və 

C.Fətəlibəyovun  Şuşadakı,  Mirzə  İsmayıl  Xasirin  Lənkərandakı  məktəbləri 

dünyəvi  xarakterə  malik  idi.  Yeni  tipli  məktəblərin  yayılmasında  1882-ci  ildə 

Ordubadda  ―Əxtar‖  (―Ulduzlar‖),  1894-cü  ildə  isə  Naxçıvanda  ―Tərbiyə‖ 

məktəblərini  açmış  Məmmədtağı  Sidqinin  (Səfərovun)  böyük  xidməti  olmuşdu. 

Naxçıvanda  ilk  dünyəvi  qadın  məktəbi  də  Məmmədtağı  Sidqi  tərəfindən  1896-cı 

ildə təsis olunmuşdu. 

Yeni  məktəblərin  ən  qabaqcıl  müəllimlərinin  ətrafında  ədəbi  məclislər 

fəaliyyətə  başlayırdı.  Şuşa  ―Məclisi-Fəramuşan‖ının  (―Tənhalar  cəmiyyəti‖) 

başında M.Nəvvab, Ordubad ―Əncümani şüəra‖sının (―Şairlər cəmiyyəti‖) başında 

M.T.Sidqi,  Şamaxı  ―Beyt  üs-Səfa‖sının  (―Səfa  evi‖)  başında  isə  S.Ə.Şirvani 

dururdu. 

Azərbaycan  əhalisinin  maariflənməsi  tarixində  rus-tatar  məktəbləri  (çar 

Rusiyasında azərbaycanlılar bəzən tatar da adlandırılırdı - Red.) deyilən məktəblər 

nəzərə çarpacaq dərəcədə rol oynamışdır. Bu məktəblər ana dilində təlimi hər cür 


təhsilin  ən  mühüm  əsası  sayan  mütərəqqi  Azərbaycan  ziyalılarının  təşəbbüsü  ilə, 

onların  inadkarlığı  hesabına  meydana  çıxmışdı.  İlk  belə  bir  məktəbi  Bakıda  gənc 

pedaqoqlar  -  Həbib  bəy  Mahmudbəyov  və  Sultan  Məcid  Qənizadə  tərəfindən, 

1887-ci  ildə  onlar  Tiflisdəki  Aleksandr  Müəllimlər  İnstitutunu  bitirdikdən  dərhal 

sonra təşkil edilmişdir. Bu məktəbin xüsusi nizamnaməsi yox idi və əvvəlcə üçillik 

kurslu birsinifli xüsusi məktəb kimi fəaliyyət göstərirdi. Sonralar rus-tatar məktəbi 

ikisinifli məktəbə çevrildi. 

Digər  rus  məktəblərindən  fərqli  olaraq,  burada  1881-ci  il  əsasnaməsinə 

müvafiq surətdə birinci tədris ilində Azərbaycan dilinin keçilməsinə yol verilir və 

bu dərs məcburi fənn sayılırdı. 

Elə ilk dörd il ərzində birinci rus-tatar məktəbini 100 savadlı oğlan bitirdi. 

Sonralar  məşhurlaşmış  Azərbaycan  səhnə  ustaları  Hüseyn  Ərəblinski,  Mirzəağa 

Əliyev, Mirmahmud Kazımovski, pedaqoq və maarifçi Əlisgəndərov Cəfərzadə bu 

məktəbin  ilk  şagirdləri  sırasında  idi.  1891-ci  ildən  rus-tatar  məktəbi  şəhər 

idarəsinin  xərci  hesabına  saxlanılmağa  başlanıldı.  Şəhər  idarəsi  mütərəqqi 

ictimaiyyətin  tələblərinə  güzəştə  gedərək,  1891-ci  ildə  mövcud  olan  məktəbə 

bənzər daha bir məktəb açdı. 1899-cu ilin sonu üçün Bakıda 408 şagirdi olan 6 rus-

tatar məktəbi vardı. 

Bakının ardınca  Azərbaycanın digər  şəhərlərində də   Naxçıvanda (1894-cü 

ildə), Nuxada (1885, 1894, 1898-ci illərdə) Şuşada (1896-cı ildə), Salyanda (1897-ci 

ildə), Gəncədə (1899-ci ildə) yeni məktəblər açıldı. 

1899-cu ilin sonunda Azərbaycanın bütün rus-tatar məktəblərində 837 şagird 

təhsil  alırdı.  Ümumtəhsil  fənn  müəllimləri  və  şagirdlərin  demək  olar  ki,  hamısı 

azərbaycanlılardan  ibarət  idi.  Sonralar,  XX  yüzilliyin  əvvəllərində  qadın  rus-tatar 

məktəbləri də meydana çıxmağa başladı. 

Digər  ibtidai  məktəblər  kimi,  rus-tatar  məktəbləri  də  başqa  məktəblərlə 

varislik əlaqəsinə malik deyildi. Lakin yaş səviyyəsi maneə törətməyən hallarda rus-

tatar  məktəbləri  rus  dilini  bilməyən  şagirdləri  daha  yüksək  səviyyəli  tədris 

müəssisələrinə,  o  cümlədən  orta  məktəblərə  qəbul  üçün  hazırlayırdı.  Bu,  həmin 

məktəblərin  ən  mühüm  vəzifələrindən  biri  idi.  Rus-tatar  məktəblərinin  ən  hazırlıqlı 

məzunları  real  məktəblərə  (M.Əzizbəyov,  T.Şahbazi)  gimnaziyaya  (N.Vəzirov, 

F.Rzabəyli),  habelə  Zaqafqaziya  Müəllimlər  Seminariyasına  (Ü.Hacıbəyov)  daxil 

olmuşdular. Üç sinifli şəhər Mixaylov məktəbinin, Bakı dənizçilik məktəbinin, Bakı 

ibtidai  texniki  məktəbin,  demək  olar  ki,  bütün  azərbaycanlı  şagirdləri  rus-tatar 

məktəblərində oxumuşdular. 

Azərbaycanın  ibtidai  məktəbləri,  o  cümlədən  rus-tatar  məktəbləri  üçün 

müəllimlər  hazırlanmasında  Qoridəki  Zaqafqaziya  Müəllimlər  Seminariyası, 

xüsusən də onun əsasən M.F.Axundov və A.O.Çernyayevskinin səyləri nəticəsində 

1879-cu ildə açılmış Azərbaycan şöbəsi böyük rol oynadı. Azərbaycan şöbəsinin ən 

ucqar  kəndlərindən  olan  gənclərin  hesabına  komplektləşdirilməsində,  gələcək 



müəllimlərin hərtərəfli hazırlanmasında bu şöbənin müfəttişi A.O.Çernyayevskinin 

xidməti təqdirəlayiqdir. 

1899-cu  ilədək  Qori  seminariyası  89  nəfər  azərbaycanlı  müəllim 

hazırlamışdı.  Bunlardan  çoxu  sonralar  Azərbaycanın  xalq  maarifinin  və 

mədəniyyətinin fəxri nümayəndələri oldu. Peşəkar pedaqoji kadrlar arasında Rəşid bəy 

Əfəndiyev,  Mahmudbəyov,  Sultan  Məcid  Qənizadə,  Firidun  bəy  Köçərli,  Mustafa 

Mahmudov, Mehdi bəy Hacıbababəyov, Səfərəli bəy Vəlibəyov, Əli Cabbar Orucəliyev 

və başqalarının maarifçilik sahəsindəki xidməti əvəz olunmazdır. 

Yeni məktəb xadimlərinin ən mühüm vəzifəsi ana dili dərsliyinin yaradılması 

idi.  Rus-tatar  məktəblərində  A.O.Çernyayevskinin  1882-ci  ildə  tərtib  etdiyi  ―Vətən 

dili‖ dərsliyi böyük müvəffəqiyyətlə tətbiq edilirdi. Litoqrafiya üsulu ilə buraxılmış bu 

dərsliyin  kalliqrafiya  işləri  müəllifin  şagirdi  R.Əfəndiyev  tərəfindən  yerinə 

yetirilmişdi.  1881  -ci  ildə  təhsilini  başa  vurduqdan  sonra  Qori  seminariyasında 

saxlanılmış S.F.Vəlibəyov və Q.A.Qaradaği də kitabın ikinci hissəsinin tərtibində fəal 

iştirak etmişdilər. 

Azərbaycan  dili  üzrə  tədris  vəsaiti  kənd  müəllimləri  tərəfindən  də 

hazırlanırdı.  1887-ci  ildə  Yelizavetpol  quberniyasının  Qaryagin  qəzasındakı 

Qarğabazar  məktəbinin  müəllimi  A.Tahirov  tərəfindən  ―Tatar  dili  rəhbərliyi‖  (dili 

müstəqil  öyrənənlər  üçün  tədris  vəsaiti  -  red.),  1890-cı  ildə  isə  Şükrulla 

Məhərrəmzadə Qarabaği tərəfindən ―Hərflər və xətlər kitabı‖ tərtib olundu. Sonuncu 

kitab  yeni  üsullu  məktəblərdə  ana  dili,  hesab  və  başqa  fənlərin  tədrisində 

müvəffəqiyyətlə  tətbiq  olunurdu.  Bunun  ardınca  1890-1894-cü  illərdə 

S.M.Qənizadənin ―İslahi-Azərbaycan‖ ana dili dərsliyi, 1898-ci ildə R. Əfəndiyevin 

―Uşaq  bağçası‖  müntəxəbatı,  1899-cu  ildə  N.Nərimanovun  ―Türk-Azərbaycan 

dilinin müxtəsər sərf-nəhvi‖ çap olundu. Bunlarla yanaşı, xalq maarifinin qabaqcıl 

xadimləri azərbaycanlı şagirdlərin rus dilini öyrənməsinə də ciddi fikir verirdilər. Bu 

sahənin  pioneri  ―Rus  dili‖  dərsliyini  yazmış  O.A.Çernyayevski  idi.  1896-cı  ildə 

S.M.Qənizadə və 1899-cu ildə N.Nərimanov tərəfindən rus dilini müstəqil öyrənmək 

üçün vəsaitlər nəşr olundu. 

Beləliklə,  Qori  seminariyasının  yaradılması,  ictimai  idarələrin  köməyi, 

tədris vəsaitlərinin hazırlanması nəticəsində rus-tatar məktəbləri fəaliyyət göstərmək 

imkanı  qazandı.  Onlar  azərbaycanlı  uşaqlarının  dünyəvi  məktəb  təhsilinə  cəlb 

olunmasında,  Azərbaycan  dilinin  elmi  tədrisinin  formalaşmasında  və  gələcək  milli 

məktəb  üçün  kadrların  hazırlanmasında  müsbət  rol  oynadılar.  Bu  seminariyanı 

bitirmiş  müəllimlər  təkcə  Azərbaycan  məktəblərinin  əsasən  M.F.Axundov  və 

A.O.Çernyayevskinin  səyləri  nəticəsində  1879-cu  ildə  açılmış  Azərbaycan  şöbəsi 

böyük rol oynadı.  Azərbaycan  şöbəsinin  ən  ucqar  kəndlərdən  olan  gənclərin  hesabına 

komplektləşdirilməsində, gələcək müəllimlərin hərtərəfli hazırlanmasında bu şöbənin 

müfəttişi A.O.Çernyayevskinin xidməti təqdirə layiqdir. 

1899-cu  ilədək  Qori  seminariyası  89  nəfər  azərbaycanlı  müəllim 

hazırlamışdı.  Bunlardan  çoxu  sonralar  Azərbaycanın  xalq  maarifinin  və 


mədəniyyətinin fəxri nümayəndələri oldu. Peşəkar pedaqoji kadrlar arasında Rəşid bəy 

Əfəndiyev,  Mahmudbəyov,  Sultan  Məcid  Qənizadə,  Firidun  bəy  Köçərli,  Mustafa 

Mahmudov, Mehdi bəy Hacıbababəyov, Səfərəli bəy Vəlibəyov, Əli Cabbar Orucəliyev 

və başqalarının maarifçilik sahəsindəki xidməti əvəzolunmazdır. 

Yeni məktəb xadimlərinin ən mühüm vəzifəsi ana dili dərsliyinin yaradılması 

idi.  Rus-tatar  məktəblərində  A.O.Çernyayevskinin  1882-ci  ildə  tərtib  etdiyi  ―Vətən 

dili‖ dərsliyi böyük müvəffəqiyyətlə tətbiq edilirdi. Litoqrafiya üsulu ilə buraxılmış bu 

dərsliyin  kalliqrafiya  işləri  müəllifın  şagirdi  R.Əfəndiyev  tərəfindən  yerinə 

yetirilmişdi.  1881  -ci  ildə  təhsilini  başa  vurduqdan  sonra  Qori  seminariyasında 

saxlanılmış S.F.Vəlibəyov və Q.A.Qaradaği də kitabın ikinci hissəsinin tərtibində fəal 

iştirak etmişdilər. 

Azərbaycan  dili  üzrə  tədris  vəsaiti  kənd  müəllimləri  tərəfindən  də 

hazırlanırdı.  1887-ci  ildə  Yelizavetpol  quberniyasının  Qaryagin  qəzasındakı 

Qarğabazar  məktəbinin  müəllimi  A.Tahirov  tərəfindən  ―Tatar  dili  rəhbərliyi‖  (dili 

müstəqil  öyrənənlər  üçün  tədris  vəsaiti  -  red.),  1890-cı  ildə  isə  Şükrulla 

Məhərrəmzadə Qarabaği tərəfindən ―Hərflər və xətlər kitabı‖ tərtib olundu. Sonuncu 

kitab  yeni  üsullu  məktəblərdə  ana  dili,  hesab  və  başqa  fənlərin  tədrisində 

müvəffəqiyyətlə  tətbiq  olunurdu.  Bunun  ardınca  1890-1894-cü  illərdə 

S.M.Qənizadənin ―İslahi-Azərbaycan‖ ana dili dərsliyi, 1898-ci ildə R. Əfəndiyevin 

―Uşaq  bağçası‖  müntəxəbatı,  1899-cu  ildə  N.Nərimanovun  ―Türk-Azərbaycan 

dilinin müxtəsər sərf-nəhvi‖ çap olundu. Bunlarla yanaşı, xalq maarifinin qabaqcıl 

xadimləri azərbaycanlı şagirdlərin rus dilini öyrənməsinə də ciddi fikir verirdilər. Bu 

sahənin  pioneri  ―Rus  dili‖  dərsliyini  yazmış  O.A.Çernyayevski  idi.  1896-cı  ildə  

S.M.Qənizadə və 1899-cu ildə N.Nərimanov tərəfindən rus dilini müstəqil öyrənmək 

üçün vəsaitlər nəşr olundu. 

Beləliklə,  Qori  seminariyasının  yaradılması,  ictimai  idarələrin  köməyi, 

tədris vəsaitlərinin hazırlanması nəticəsində rus-tatar məktəbləri fəaliyyət göstərmək 

imkanı  qazandı.  Onlar  azərbaycanlı  uşaqlarının  dünyəvi  məktəb  təhsilinə  cəlb 

olunmasmda,  Azərbaycan  dilinin  elmi  tədrisinin  formalaşmasında  və  gələcək  milli 

məktəb  üçün  kadrların  hazırlanmasında  müsbət  rol  oynadılar.  Bu  seminariyanı 

bitirmiş  müəllimlər  təkcə  Azərbaycan  məktəblərinin  baniləri  deyil,  həmçinin  milli 

mədəniyyətimizin görkəmli nümayəndələri sayıla bilərlər. 

XIX  yüzilliyin  II  yarısında  Azərbaycanda  ilk  orta  təhsil  müəssisələri 

meydana  gəldi.  Bakı  dörd  sinifli  ali  məktəbi  1865-ci  ildə  Azərbaycanda  ilk 

gimnaziyanı  təşkil  edilməsi  üçün  əsas  oldu.  Gimnaziyalar  və  progimnaziyalar 

haqqında 1864-cü il Nizamnaməsinə görə, bunlar qədim dillərin və riyaziyyatın əsas 

fənlər  olduğu  klassik  və  proqramında  müasir  dillərə,  təbiət  elmlərinə  üstünlük 

verilən  real  gimnaziya  progimnaziyalara  bölünürdü.  Sonuncular  ölkənin  ictimai-

iqtisadi  inkişafına  daha  çox  cavab  verirdi.  1866-cı  ildə  imperator  II  Aleksandra 

qəsddən sonra Rusiya daxili irticanın təzyiqi nəticəsində 1871 və 1872-ci illərdə yeni 



nizamnamələr  təsdiq  olundu.  Bu  nizamnamələrə  görə,  bütün  gimnaziyalar  klassik 

istiqamət aldı, real gimnaziyalar isə realnı məktəblərlə əvəz olundu. 

Hökumət  və  onun  arxasında  dayanan  mürtəce  dairələr  klassik  təhsili 

yaymaqla  gəncləri  müasir  gerçəklikdən,  materialist  dünya-görüşündən  və 

―nihilizmdən‖  yayındırmağa  ümid  edirdilər.  Yeni  nizamnamələr  real  məktəb 

məzunlarının  universitetlərə  yolunu  bağladı.  Elmi  fəaliyyət  və  ali  dövlət  xidməti 

sahəsi üçün kadrlar hazırlayan universitetlərə qəbul olunmaq hüququ ancaq gimnaziya 

məzunlarına  (əksəriyyəti  zadəgan  və  məmurlardan  ibarət  idi)  verilirdi.  Real  təhsil 

alanlara ancaq xüsusi ali ixtisas məktəblərinə daxil olmaq imkanı yaradılırdı. Bu da çar 

hökumətinin ticarət-sənaye burjuaziyasının fəaliyyətini ancaq təsərrüfat-texniki sahə 

ilə məhdudlaşdırmaq cəhdini əks etdirirdi. 

Orta  təhsil  müəssisələrində  təhsil  pullu  idi  və  bu  hal  getdikcə  artırdı.  XIX 

yüzilliyin  sonunda  Azərbaycanda  bu  haqq  40-75  manata,  pansionlarda  tərbiyə  almaq 

haqqı isə 125-300 manata bərabər idi. Orta illik qazancı 268 manat (1899-cu il) olan 

neft  sənayesi  fəhlələri  uşaqlarına  orta  təhsil,  xüsusən  də  pansionlarda  təhsil  vermək 

iqtidarında deyildilər. 

Tədris  müəssisələrinin  proqramları,  dərslik  və  vəsaitlərin  məzmunu  əvvəlki 

dövrlərə  nisbətən  daha  ciddi  nizamlanırdı.  Bakı  realnı  məktəbində  şagirdlərin  sayı 

1876-cı ildə 431, 1899-cu ildə isə 658 nəfərə (o cümlədən azərbaycanlılar, müvafiq 

olaraq, 44 və 67 nəfərə) çatırdı. 

1881-ci  ildə  mövcud  şəhər  məktəblərinin  əsasında  Yelizavetpol 

gimnaziyası  və  Şuşa  realnı  məktəbi  təşkil  edildi.  Demokratik  qüvvələrin  gərgin 

mübarizəsindən sonra 1896-cı ildə Bakıda A.Pobedonostsevin xüsusi progimnaziyası 

əsasında birinci kişi gimnaziyası açıldı. Rusiya gimnaziyalarından ən irisindən biri olan 

bu məktəbdə əsrin sonunda 997 şagird təhsil alırdı. 

XX  yüzilliyin  əvvəllərinə  yaxın  Azərbaycanın  bütün  kişi  orta  təhsil 

müəssisələrində cəmisi 2366 şagird, o cümlədən 223 (9%) azərbaycanlı təhsil alırdı. 

Kişi orta təhsili ilə bərabər, qadın orta təhsili də inkişaf etməyə başladı. 1874-

cü  ildə Bakıda  ilk qadın  gimnaziyası açıldı. 1883-cü  ildən  bu  məktəb  Mariya  adını 

aldı. 


Bu  vaxtadək  Bakıda  mövcud  olan,  Müqəddəs  Nina  qadın  təhsil  müəssisəsi 

də  1897-ci  il  ərəfəsində  orta  məktəbə  çevrildi.  Daha  bir  natamam  orta  məktəb  - 

eyniadlı  cəmiyyətin  qadın  progimnaziyası  1899-cu  ildə  Yelizavetpolda  (Gəncədə) 

yaradıldı. XIX yüzilliyin sonuna yaxın Azərbaycanın bütün qadın orta məktəblərində 

(progimnaziyalar da daxil olmaqla) 1283 şagird vardı. Bunların yalnız 6 nəfəri (0,4%) 

azərbaycanlı qız idi. 

XIX yüzilliyin son rübü ərzində orta təhsil müəssisələri şagirdlərinin  sosial 

tərkibi şəhər silklərindən olan şagirdlərin xüsusi çəkisinin artması və zadəgan-məmur 

balalarının  sayının  xeyli  məhdudlaşması  istiqamətində  dəyişirdi. Bu  da  kapitalizmin 

intensiv inkişafı dövründə əhalinin sosial strukturunda, özü də ilk növbədə Bakıda baş 

verən dəyişikliklərə müvafiq idi. 


Təhsil  haqqının  artması,  7-8  il  ərzində  şagirdin  saxlanılmasının  bahalığı, 

birinci  sinfə  daxil  olanların  hamısı  üçün  yüksək  tələbli  müsabiqə  imtahanları,  realnı 

məktəblərin  dördüncü  sinif  şagirdlərinə  ali  təhsil  müəssisələrinə  qəbul  olunmaq 

hüququnu verən, yeddinci sinfə keçirilməsini məhdudlaşdırmağı məsləhət görən 1895-

ci il 29 aprel tarixli imtahan qaydaları haqqında və 1887-ci il tarixli nazir sərəncamı 

zəhmətkeş  uşaqlarının  orta  məktəbə  daxilolma  imkanlarının  məhdudlaşdırılmasına 

yönəldilmişdi,  həm  orta,  həm  də  xüsusən  ali  məktəbin  demokratikləşməsinə  doğan 

ehtiyacı əks etdirirdi. 

İntizam qaydalarının ciddiliyinə baxmayaraq, şagirdlər qeyri-leqal dərnəklər  

təşkil edir, qadağan edilmiş kitablar oxuyurdular. 

XIX  əsrin  70-90-cı  illərində  onlarca  azərbaycanlı  tələbə,  o  cümlədən 

İ.Rəhimov, H.Hacıbəyov, İshaq və İbrahim Mehmandarov  qardaşları, Ə.Şahtaxtinski 

Moskva və Peterburqda azadlıq hərəkatında fəal iştirak etmişlər. 

Orta  məktəblərin  təşkili  istedadlı  və  siyasi  cəhətdən  etibarlı  olmaq  şərti  ilə 

əsasən imkanlı ailələrin övladları üçün ali məktəbə yol açdı. 1848-ci ildən XIX əsrin 

sonlarınadək  Rusiya  və  xarici  ali  məktəblərdə  təhsil  almış  azərbaycanlılar  arasında 

(xronologiya  üzrə)  A.Yadigarov,  H.Məlikov,  İ.Axundov,  M.A.Şahtaxtinski, 

F.Sultanov,  İ.S.Şahtaxtinski,  Ç.Sultanov,  H.Axundov,  Ə.K.Mehmandarov,  N.Vəzirov, 

Ə.A.Adıgözəlov,  M.T.Əliyev,  İ.Rəhimov,  İbrahim  Mehmandarov,  Ə.H.Axundov, 

İshaq  Mehmandarov,  F.Vəzirov,  Ə.M.Topçubaşov,  Ə.Hüseynzadə,  H.Cavanşir, 

M.Cavanşir,  X.Xasməmmədov,  İ.Ziyadxanov,  F.  Rüstəmbəyov,  A.Xasməmmədov, 

R.Sultanov, H.Tahşinski, Q.Qarabəyov, T.Mehmandarov, M.Şərifov, Ə.Ə.Əmirxanov, 

B.Rüstəmbəyov də vardı [1]. 

İxtisaslı  fəhlələrə,  mütəxəssislərə  tələbatın  artması  ümumtəhsil  məktəbləri 

sayəsində mümkün olan texniki-peşə təhsilinin zəruriliyinə səbəb oldu. 

Xəzər  ticarət  donanmasının  inkişafı  ilə  əlaqədar  1881-ci  ildə  açılan  Bakı 

dənizçilik sinfi  ilk peşə təhsili müəssisəsi oldu. İlk dövrlərdən onun vəzifəsi peşəkar 

dənizçilərdən  yelkənli  donanma  üçün  şturmanlar  və  şkiperlər  hazırlamaqla 

məhdudlaşırdı.  Burada  təhsil  pulsuz  idi,  1891-ci  ildə  daxili  xətlərdə  işləyən  buxar 

gəmiləri  üçün  kapitanlar  buraxan  şkiper  şöbəsi  açıldı.  Dənizçilik  sinfi  nəzdində 

gəmisürən vəsiqəsi almaq istəyən peşəkar dənizçilərdən də (bu vəsiqə olmadan gəmi 

sürməyə icazə verilmirdi) imtahanlar götürülürdü. 1891-ci ildən 1902-ci ilədək ən azı 

600  dənizçi  belə  imtahanlardan  keçmişdi.  Təkcə  1895-ci  ildə  12  azərbaycanlı 

gəmiçi  vəsiqəsi  almışdı.  1896-cı  ildə  Bakı  gəmiçilik  sinfi  yanında  axşam  gəmi 

mexanikləri  kursu  açıldı.  Bu  kurslar  ehtiyac  duyulan  mütəxəssis-mexaniklər 

hazırlayırdı.  1899-cu  ilin  sonuna  yaxın  dənizçilik  sinfində  111  şagird  (o  cümlədən 

şkiper şöbəsində 26 nəfər) təhsil alırdı. 

Azərbaycanda  ilk  sənət  məktəbi  kənd  təsərrüfatı  işində  ənənəvi  üsulların 

yayılması,  kənd  yerlərində  lazım  olan  sənətlərin,  o  cümlədən  ipəkçiliyin,  həmçinin 

bostançılığın,  bağçılığın  və  s.  öyrədilməsi  məqsədilə  əlverişli  iqlim  şəraitində  olan 

Zaqatala  (1882-ci  ildə)  və  Yelizavetpolda  (1884-ci  ildə)  açılmışdı.  Yeddi  illik  kursu 


olan  Yelizavetpol  sənət  məktəbi dördsinifli  Zaqatala  sənət  məktəbindən  fərqli olaraq 

təhsil səviyyəsinə görə üstün idi və müasir kənd təsərrüfatı texnikasından istifadə etməyi 

bacaran  mütəxəssislər  hazırlanmasını  həyata  keçirməli  idi.  Çöl  işlərindən  azad 

vaxtlarda  şagirdlər  sənət  emalatxanalarında  səbəttoxuma,  araba,  təkər  düzəltmək, 

xarratlıq, çilingərlik və s. peşələrlə məşğul olurdular. 

Kəndli  uşaqlarını  məktəbə  cəlb  etmək  üçün  pansionlar  təşkil  olunmuşdu. 

Təhsil  haqqı  ildə  24  manata  çatan  bu  pansion-məktəblər  ictimai,  yerli  vəsaitin 

hesabına saxlanılırdı. 

Bakıda  sənət  məktəbi  1888-ci  ildə  açılmışdı,  lakin  təhsil  səviyyəsinin  zəif 

olması  1896-cı  ildə  onun  mexanika  və  kimya  şöbələri  olan  aşağı  texniki  məktəbə 

(BATM)  çevrilməsinə  səbəb  oldu.  Bu  məktəb  sənət  öyrətməkdən  başqa 

müəssisələrində  fəhlə  əməyinə  rəhbərlik  edə  biləcək  məzunlar  da  hazırlamalı  idi. 

Məktəb  mexaniki  şöbənin  tərkibində  açıldı.  Məktəbin  nəzdində  dördsinifli  aşağı 

sənət  məktəbi  və  yaşlılar  üçün  təcrübəçilər  kursu  vardı.  BATM-da  5  emalatxana 

fəaliyyət  göstərirdi.  XIX  əsrin  sonlarında  burada  təhsil  haqqı  60  manat,  sənət 

məktəbində isə 12 manat idi. BATM məzunlarını çilingər, xarrat, dəmirçi, həmçinin 

mexanik və maşinist vəzifələrinə həvəslə qəbul edirdilər. 

Sənaye  məktəblərinin  proqramları  ümumi  və  ixtisas  təhsilini  birləşdirirdi. 

Bu  məktəblər  xəzinə,  habelə  şəhər  idarəsinin  vəsaiti,  yerli  vergilər  və  təhsil  haqqı 

hesabına saxlanırdı. 

1900-cü  il  yanvarın  1-dən  Azərbaycanın  bütün  sənaye  məktəblərindəki 

şagirdlərin  sayı  381  nəfər  (o  cümlədən  60  nəfər  azərbaycanlı)  idi.  Azərbaycanlı 

şagirdlərin  ən  yüksək  xüsusi  çəkisi  (37,9%)  (132  nəfərdən  50-si)  Gəncə  məktəbinin 

payına  düşürdü.  Bakı  texniki  məktəbi  aşağı  sənət  məktəbində  şagirdlərin  sosial 

tərkibi  şəhərlilərin  (müvafiq  surətdə  61,4%  və  49,2%),  Gəncə  və  Zaqatala 

məktəblərində isə kəndlilərin (müvafıq olaraq 56,1% vo 72,61%) böyük əksəriyyəti 

təşkil  etməsi  ilə  səciyyələnirdi.  Azərbaycanın  texniki  və  peşə  məktəbləri  yüzilliyin 

sonunadək 296 mütəxəssis hazırlamışdı. Sadaladığımız məktəblər təhsilin səviyyəsi və 

məzunlar kontingentinin məhdudluğuna görə aktual iqtisadi vəzifələrin həllinə lazımi 

təsir göstərə bilməzdi, lakin müasir texnika ilə təchiz olunmuş müəssisələrdə işləmək 

üçün  ixtisaslı  fəhlələrin  hazırlanmasının  əsasını  qoydu.  Kənd  yerlərindəki  ibtidai 

məktəblərdə  ipəkçilik,  arıçılıq,  bağçılıq,  üzümçülük  və  bostançılıq  üzrə  səmərəli 

təsərrüfat  üsulları  və  bəzi  peşələr  öyrədilirdi.  Sənaye  məktəblərinin  proqramına 

peşə  və  kənd  təsərrüfatı  məşğələlərinin  daxil  edilməsi  də  çar  hökumətinin  belə 

məktəblərin  şagirdlərinə  təsərrüfat  ehtiyaclarına  uyğunlaşdırılmış  təhsil  vermək, 

orta  məktəblərdən  kəndli,  fəhlə  və  digər  yoxsul  əməkçi  əhali  təbəqələrinin 

uşaqlarını kənarlaşdırmaq meylini əks etdirirdi. 

1896-cı  ildə  Bakı  yaxınlığındakı  Mərdəkan  kəndində  məşhur  mesenat 

sahibkar H.Z.Tağıyev tərəfindən Azərbaycanda bağbanlar hazırlayan birinci xüsusi 

məktəb açıldı. 1898-ci ilin əvvəllərində bağçılıq məktəbində əsasən Abşeron kəndli 

uşaqlarından ibarət olan 46 şagird təhsil alırdı. 


İkinci  bağçılıq  məktəbi  xəzinənin  xərci  hesabına  1899-cu  ildə  Qubada 

açıldı.  Hər  iki  məktəbin  qısa  müddət  ərzində  mövcud  olması  üzündən  bağçılığın 

inkişafına əməli təsir göstərə bilməmişdi. 

Şagirdlərin  təhsil  müəssisələrindən  kənarda  qalması,  təhsil  səviyyəsi 

müxtəlif profilli xüsusi məktəblərin yaradılmasını şərtləndirirdi. Təhsil idarələrinin 

rəhbərliyi  və  yerli  hakimiyyət  orqanları  xüsusi  məktəblərin  açılmasına  imkan 

verərkən, onları ciddi surətdə yoxlayır, müəllimlərin təsdiqi zamam başlıca diqqəti 

onların  siyasi  səbatlılığına  yönəldirdi.  Xüsusi  məktəblər,  o  cümlədən  də 

gimnaziyalar  və  progimnaziyalar  xalq  təhsili  şəbəkəsindəki  boşluqlan  müəyyən 

qədər  doldursalar  da,  onlar  əsasən  şəhər  əhalisinin  varlı  təbəqələri  üçün  nəzərdə 

tutulmuşdu. 

1899-cu ilin sonuna yaxın Bakı quberniyasında 2043 şagirdi (o cümlədən 

880 qız) olan 37, Yelizavetpol quberniyasında isə 760 şagirdi (o cümlədən 237 qız) 

olan  10  xüsusi  məktəb  vardı.  Azərbaycanlılar  bu  məktəblərdəki  bütün  şagirdlərin 

orta hesabla 4,5%-ni təşkil edirdilər. 

Yuxarıda göstərilən tədris müəssisələrindən əlavə, keçən əsrin sonlarından 

etibarən  mühasiblik,  ticarət,  tibb,  biçmə,  tikiş  və  s.  kimi  müxtəlif  xüsusi  ixtisas 

məktəbləri  və  kursları  açılmağa  başladı.  Əhalinin  imkanlı  hissəsinin  estetik 

tələbatını  ödəmək  üçün  1896-cı  ildə  A.  E.  Yermolayeva  tərəfindən  Bakıda  ilk 

musiqi məktəbi açıldı. 1899-cu ildə burada 97 şagird (onlardan 81-i qız) royalda, 

skripkada  çalmağı  və  nəğmə  oxumağı  öyrənirdilər.  1897-ci  ildə  Y.P.  Şiltsova 

Bakıda rəssamlıq məktəbi açdı. 

XIX  yüzilliyin  80-ci  illərindən  etibarən  Azərbaycanda,  başlıca  olaraq 

Bakıda, yaşlılar üçün ilk məktəb və kurslar meydana çıxmağa başladı. 

1893-cü ildə bir qrup tərəqqipərvər müəllimin təşəbbüsü ilə təşkil edilmiş 

Bakı  bazargünü  məktəbi  fəhlələrin  maariflənməsi  işində  xüsusən  böyük 

əhəmiyyətə  malik  idi.  Bu  məktəbdə  təlim  pulsuz  idi  və  müəllimlər  əməkhaqqı 

almırdılar. 

Yaşlılarla yanaşı, əmək fəaliyyətinə erkən başlamış yeniyetmə uşaqlar da 

bütün  şəhərdə  yeganə  olan  bu  bazargünü  məktəbinə  axışırdılar.  Burada  oxumaq 

üçün 18 verst uzaqda olan mədən rayonlarından da gəlirdilər. 

Bazargünü  məktəbi  dinləyicilərinin  milli  tərkibi  yekcins  deyildi.  1895-ci 

ildə 284 dinləyicidən 34 nəfəri azərbaycanlı idi. 1895-ci ildə Gəncə şəhər məktəbi 

yanında  yaşlılar  üçün  bazargünü  kursları  açıldı.  Növbəti  ildə  Nuxa  qəzasının 

Xaçmaz  kəndində  rus  dilinin  öyrənilməsi  üzrə  cümə  günü  məktəbi  fəaliyyətə 

başladı. 1899-cu ildə axşam kursları Şamaxıda da açıldı. 

1897-ci ildə Bakıda qadınlar üçün bazargünü  məktəbi də açıldı ki, 1899-

cu ilin sonunda burada 138 qadın təhsil alırdı. 

Azərbaycanlı  zəhmətkeşlərin  təhsil  almasında,  onlara  rus  dilinin 

öyrədilməsində Bakı texniki məktəbinin nəzdində təşkil edilmiş axşam kurslarının 

da  rolu  az  olmamışdı.  1897-ci  ildə  açılmış  bu  kurslar  800  nəfərədək  dinləyici 


toplamışdı. 

Burada 


H.Mahmudbəyov, 

Ə.D.İsmayılov, 

M.H.Əfəndiyev, 

B.Bədəlbəyov, Ş.Əfəndiyev kimi görkəmli azərbaycanlı müəllimlər işləyirdilər. 

H.Q.Rzayev  (sonralar  Azərbaycan  səhnəsinin  ən  görkəmli  ustalarından 

biri olan H.Sarabski) kursa birinci qəbul olunmuş dinləyicilər qrupunda olmuşdur. 

Bakının  mədən-zavod  rayonlarında  da  bir  sıra  axşam  kursları  açıldı. 

Məktəbdənkənar  müəssisələr  savadla  bərabər  zəhmətkeşlərin  gələcəkdə  peşə-

texniki kurslarda ixtisas almağa və beləliklə, maddi vəziyyətlərini yaxşılaşdırmağa 

imkan yaradırdı. 

Azərbaycanda  savadın  yayılması  ilə  kitabxana  və  qiraətxanalara  ehtiyac 

hiss  edilməyə  başladı.  Mövcud  dövlət  təhsil  müəssisələrinin  nəzdindəki 

kitabxanalarla  yanaşı,  ictimai  və  xüsusi  kitabxanalar  da  açılırdı.  Məktəblərdəki 

açıqtipli şagird kitabxanaları sayca üstünlük təşkil edirdi. 1896-cı ildə Yelizavetpol 

quberniyasında 29 yaşayış məntəqəsindəki məktəb kitabxanalarından hamının istifadə 

etməsinə icazə verildi. 1899-cü ilin sonuna yaxın şəhər məktəblərində kitabların sayı 

6297  cildə  (4309  adda),  orta  təhsil  müəssisələrində  isə  17779  cildə  (11180  adda) 

bərabər idi. Bu kitabxanalar demək olar ki, büsbütün şagirdlər üçün nəzərdə tutulmuş 

kitablarla təchiz olunmuşdu. Rus təhsil müəssisələrində həm də məhz müəllimlər üçün 

nəzərdə tutulmuş elmi, metodik, bədii və s. əsərlərdən ibarət əsaslı kitabxanalar var 

idi. 

Məktəblərdən kənarda yerləşən ilk kütləvi kitabxanalar hələ 1859-cu ildə 



Şamaxı  və  Şuşada,  1868-ci  ildə  Gəncədə,  sonralar  -  80-ci  illərdən  -  Bakı,  Quba, 

Salyan  və  Lənkəranda  təşkil  edilmişdi.  Nəzərdən  keçirilən  dövrün  sonuna  yaxın 

xüsusi və ictimai kitabxanaların sayı artır. 1897-ci il ərəfəsində Bakıda onların sayı 8-ə 

çatdı. Onların açılmasına qubernatorun icazəsi ilə yol verilirdi. Kitabxanalar adətən 

şəhərlərdə  və  çox  nadir  hallarda  isə  kənd  yerlərində  yaradılırdı.  Məsələn,  70-ci 

illərin  sonlarında  ilk  kənd  xəzinə  kitabxanasından  biri  Şamaxı  qəzasının  Altıağac 

kəndində  təşkil  edilmişdi.  Bütün  kitabxanalar  maarif,  daxili  işlər  və  dini  idarə 

orqanlarının üçqat nəzarəti altında idi. 1894-cü ilədək, demək olar ki, kitabxanalar 

şəbəkəsi ancaq rus dilini bilən oxuculara xidmət göstərirdi. 

1894-cü  ildə  Bakıda  S.Vəlibəyov,  H.Mahmudbəyov,  S.Qənizadə, 

Ə.Axundov  və  Ə.Cəfərzadənin  yaxından  iştirakı  ilə  N.Nərimanov  tərəfindən  təşkil 

edilmiş ilk Azərbaycan qiraətxanası Azərbaycanın mədəni həyatında çox mühüm rol 

oynadı. 

Qiraətxana  azərbaycanlı  müəllimlərin  yardımı,  xüsusən,  pyeslərin  tamaşaya 

qoyulmasından əldə olunan gəlirlər və könüllü ianə, üzvlük haqları hesabına fəaliyyət 

göstərirdi. Qiraətxananın təşkilatçıları müxtəlif dillərdə çıxan 30-a yaxın dövri mətbu 

orqanlarına  abunə  yazılmış  və  Azərbaycan  dilində  kiçik  kitab  fondu  toplamışdılar. 

1897-ci  ildə  qiraətxananın  nəzdində  kitabxana  da  təşkil  olundu.  Mövcud  olduğu  elə 

birinci il ərzində qiraətxanaya  8255 nəfər, o  cümlədən 3000 azərbaycanlı, 1897-ci 

ildə isə 25849 nəfər oxucu, o cümlədən 8679 azərbaycanlı gəlmişdi. 



Xalq arasında "Nərimanovun qiraətxanası" adını almış bu kitabxananın  kitab 

fondu  müxtəlif  dillərdə  olan  ədəbiyyatdan  ibarət  idi.  Müvafiq  olaraq  onun 

oxucularının  tərkibi  də  beynəlmiləl  idi.  Azərbaycanın  bütün  tarixi  ərzində  ilk  dəfə 

olaraq  azərbaycanlı  əhalinin  savadlı  hissəsi  minimum  giriş  haqqı  (1-2  qəpik) 

müqabilində istədiyi ədəbiyyatdan istifadə etmək imkanı əldə etdi. Tez bir zamanda 

mütərəqqi  Azərbaycan  ziyalılarının  geniş  dairəsini  ətrafında  birləşdirən  qiraətxana 

"Ziyankar"  (yəni  hökumət  əleyhinə)  istiqamətində  fəaliyyət  göstərdiyindən, 

qubernatorun hökmü ilə 1898-ci ildə bağlandı. 

Digər  Azərbaycan  kitabxanası  1897-ci  ildə  Bakıda  doktor  Əbdülxalıq 

Axundov, S.Qəniyev və b. tərəfindən yaradıldı, lakin o, azömürlü oldu. 

1896-cı  ildə  Rus  texniki  Cəmiyyətinin  Bakı  şöbəsi  fəhlələr  üçün 

Qaraşəhərdə  (Azərbaycanda  ilk  pulsuz  kitabxana-qiraətxana),  sonra  isə  Balaxanı 

(1897-ci  ildə),  Ağşəhər  və  Bibiheybətdə  də  (1900-cü  ildə)  pulsuz  kitabxana-

qiraətxanalar  açdı.  Bu  kitabxanalar  fəhlələr  arasında  maarifin  yayılmasında  az  iş 

görməmiş bakılı mühəndis A. S. Doroşenkonun adı ilə adlandırıldı. 

1898-ci  ildə  Neft  sənayeçiləri  qurultayının  Sabunçudakı  xəstəxanası 

nəzdində  kiçik kitabxana açıldı. Bakıda və b. yerlərdə də bir  sıra  kiçik  kitabxana  və 

qiraətxanalar  mövcud  idi,  lakin  möhkəm  maddi  bazanın  olmaması  üzündən  onların 

ömrü qısa oldu. 

Kitabxanaların  sayının  artması  və  təhsil  müəssisələri  şəbəkəsinin 

genişlənməsi kitab ticarəti və nəşriyyat işinin inkişafını şərtləndirirdi. 1895-ci ildə təkcə 

Bakıda  14  kitab  mağazası  və  dükanı  vardı.  XIX  yüzilliyin  ikinci  yarısında 

Azərbaycanda  orta  və  ibtidai,  o  cümlədən  peşə-texniki,  rus-tatar  məktəbləri  və 

mədəni-maarif 

müəssisələri 

şəbəkəsinin 

müstəmləkəçilik 

məhdudluğuna 

baxmayaraq,  yeni  sosial-iqtisadi  inkişafın  təsiri  altında  genişlənməsi  qanunauyğun 

hadisə idi. Bu məktəblər və kitabxanalar Azərbaycan cəmiyyətinin aşağı təbəqələrini 

müsəlman-türk  mədəniyyətinə  cəlb  etməklə,  onlarda  milli  özünüdərketmə  hissinin 

oyanması əsaslarını da qoyurdu. 



 


Yüklə 11,49 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin