AZƏrbaycan diLİ VƏ tariXİ ―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək



Yüklə 11,49 Mb.
Pdf görüntüsü
səhifə27/36
tarix31.01.2017
ölçüsü11,49 Mb.
#7204
1   ...   23   24   25   26   27   28   29   30   ...   36
§ 2. MƏTBUAT 

 

XIX yüzilliyin ikinci yarısında Şimali Azərbaycanın mədəni həyatının ən mühüm 



hadisəsi  dövri  Azərbaycandilli  mətbuatın  meydana  gəlməsi  idi.  İstedadlı  Azərbaycan 

publisistləri,  ictimai  xadimləri  və  öz  dövrünün  qabaqcıl  mütəfəkkirlərinin  bütöv  bir 

nəslin bu mətbuatda sınaqdan keçmişlər. 

Azərbaycan ictimaiyyətinin ayrı-ayrı nümayəndələri böyük çətinlikləri dəf edərək 

milli  mətbuatın  bünövrəsini  qoymağa  cəhd  göstərirdilər.  Qəzet  nəşr  etməyi  qərara  almış 

H.Zərdabi  bu  yolda  böyük  zəhmət  sərf  etmişdi.  Qəzet  nəşrinin  təşkilində  H.Zərdabiyə  o 

zamankı Bakı qubernatoru D.S.Staroselski (1832-1884) xeyli yardım göstərmişdi. Bu adam 

maraqlı  və  parlaq  şəxsiyyət  idi.  Digər  çar  inzibatçılardan  fərqli  olaraq  Staroselski 

demokratik ruhlu, zəhmətkeş adamlara ürəkdən rəğbət bəsləyən insan idi. O, Azərbaycan 


xalqının  tarixinə,  adət-ənənələrinə,  onun  dilinə  canlı  maraq  göstərirdi.  Onun  cəhdləri  ilə 

Bakı səhnəsində M.F.Axundovun bir sıra pyeslərinin ilk tamaşaçısı təşkil edilmiş, Şamaxıda 

üçsinifli məktəb açılmışdı. Məhz  D.S.Staroselskinin vəsatəti ilə ilk Azərbaycan qəzetinin 

mətbəəsi üçün İstanbuldan şrift alınmış, elə qəzet də burada çap olunmağa başlamışdı. 

―Əkinçi‖ qəzetinin ilk nömrəsi 1875-ci il iyulun 22-də işıq üzü gördü. Bu xəbər 

bütün Qafqazda geniş əks-səda doğurdu. 

H.Zərdabi  qəzetin  buraxılmasını  fövqəladə  dərəcədə  çətin  şəraitdə  təşkil  etməli 

olurdu. Bütün redaksiya bir nəfərdən ibarət idi: H.Zərdabi qəzetin təkcə naşiri və redaktoru 

deyil, həm də onun korrektoru, bəzən isə hətta mürəttibi idi. 

1875-1877-ci illərdə  ―Əkinçi‖nin  56  nömrəsi  çıxmışdı.  İlk  dövrlərdə bu qəzetin 

buraxılışı maliyyə cəhətdən zərər gətirirdi. Geniş kütlələrin ―Əkinçi‖yə marağını oyatmaq 

üçün H.Zərdabi qəzetin pulsuz yayılması vasitəsinə də əl atdı. 

H.Zərdabi tədricən ―Əkinçi‖nin ətrafında ziyalılar və təhsil alan gənclərdən ibarət 

kifayət  qədər  böyük  bir  fəallıq  qrupunu  birləşdirdi.  S.Ə.Şirvani,  N.Vəzirov,  A.Adıgözəl, 

Moskvada Petrovski Kənd Təsərrüfatı Akademiyasında ali təhsil almış Əsgər ağa Gorani, 

Hacı Məmədsadıq (Əbülhəsən Həvail), Mirzə Həsən Əl-qədəri, Ələkbər Heydəri, Məhbus 

(Əli  Mədəd)  Dərbəndi  və  başqaları  qəzetlə  fəal  əməkdaşlıq  edirdilər.  M.F.Axundov  da 

―Əkinçi‖nin  səhifələrində  çıxış  edirdi.  Cənubi  Qafqaz  və  Dağıstan  şəhərlərində,  İranda 

qəzetin  öz  müxbirləri  var  idi.  H.Zərdabi  o  zaman  Peterburq,  Moskva,  Tiflis,  İrəvan  və 

Gəncədə, habelə digər yerlərdə işləyən azərbaycanlı, gürcü, rus və erməni dostları ilə geniş 

əlaqələr  saxlayırdı. Qəzetin nəşrinin bütün müsəlman Şərqi üçün böyük əhəmiyyəti var idi. 

―Əkinçi‖  beynəlxalq  əks-səda  doğurmuşdu.    Bu  qəzet  bütün  Şərq  dünyasının  Avropa 

üsulunda nəşr olunmuş birinci mətbu orqanı idi. Onu həm də Qərb ölkələrində tanıyırdılar. 

―Əkinçi‖ mütərəqqi maarçı, demokratik ideyaları təbliğ edir, mövhumata, cəhalətə 

və  avamlığa  qarşı  çıxır,  azərbaycan  gerçəkliyinin  bir  çox  zəruri  problemlərini  qaldırırdı. 

Qəzet öz dövrünü keçirmiş sosial-iqtisadi qaydaloarı aradan qaldırmaq və azadlığa çıxmaq 

üçün məhz elm və maarifin ən mühüm vasitə rolu oynadığına əmin olaraq, xalq kütlələrinin 

maarifləndirilməsi  ideyasını  ardıcıl  şəkildə  və  inadla  müdafiə  edirdi.  O,  təhsil  və  tərbiyə 

məsələlərinə  xüsusi  əhəmiyyət  verir,  məktəblərdə  yeni  təlim  və  tərbiyə  üsullarının  tətbiq 

edilməsinə  tərəfdar  çıxırdı:  ―Əkinçi‖  Azərbaycanda  qadın  təhsilinin,  qadınların  ictimai 

həyata cəlb olunmasının zəruriliyini müdafiə edən ilk Azərbaycan qəzeti idi. 

Qəzet ana  dilinin  saflığı  uğrunda  yorulmaz  mübarizə  aparırdı. Azərbaycan  milli 

publistika  dilinin  yaradılmasında  bu  qəzetin  böyük  xidməti  vardı.  ―Əkinçi‖  Mirzə  Fətəli 

Axundov ənənələrini inkişaf etdirərək, ədəbiyyatın xalq həyatının yaxşılaşdırılması uğrunda, 

ədəbiyyatda  formalist  cərəyanlara  və  diaqmistik  ədəbiyyata  qarşı  da  genişlənib,  inkişaf 

etməsi uğrunda qətiyyətlə çıxış edirdi. 

H.Zərdabi və onun redaktə etdiyi qəzet Cənubi Qafqaz xalqları arasında çoxəsrlik 

əlaqələrin möhkəmləndirilməsi ideyalarının qızğın təbliğatçısı kimi çıxış edir, bu xalqların 

daha da yaxınlaşması uğrunda mübarizə aparırdı. 

―Əkinçi‖nin demokratik ideyaları bəzi mürtəce bəylər, ruhanilər və çar məmurları 

tərəfindən narahatlıqla qarşılanırdı. Qaragüruhçular ona qarşı qalxmışdılar. Nəticədə 1877-ci 


ilin  əvvəllərində  qəzetin  abunəçilərinin  sayı  300  nəfərə  endi,  bunlardan  da  150-si  kənd 

yerlərində idi. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsinin başlanması ilə çar senzurası 

qəzetdə siyasi xarakterli məsələlərə toxunmağı qadağan etdikdən sonra ―Əkinçi‖ üçün ağır 

şərait  yarandı.  Belə  ki,  belə  şəraitdə  hökumət  1877-ci  ilin  sentyabrında  qəzetin  nəşrinin 

dayandırılması barəsində fərman verdi. 

―Əkinçi‖  Azərbaycanda  mütərəqqi  ictimai  fikrin  inkişafında  və 

bütövlükdə  Azərbaycan  mədəniyyətinin  intişarında  böyük  rol  oynamışdı.  O,  qısa 

müddət  ərzində  ən  qabaqcıl  ziyalıları  öz  ətrafında  birləşdirmiş,  Azərbaycan 

xalqının həyatının bir çox sahələrinə müsbət təsir göstərərək, geniş kütlələri maddi 

və mənəvi həyatda mütərəqqi dəyişikliklər uğrunda mübarizəyə çağırırdı. 

―Əkinçi‖nin  nəşri  dayandıqdan  iki  il  sonra  Tiflisdə  Azərbaycan  dilində 

başqa  bir  qəzet  –  ―Ziya‖  çıxmağa  başladı.  Onun  birinci  nömrəsi  1879-cu  il 

yanvarın  16-da  çıxdı.  Qəzet  həftədə  bir  dəfə  litoqrafiya  üsulu  ilə  çap  olunurdu, 

həcmi  4-8  səhifə  idi.  Qəzet  1880-ci  ilə  qədər  çıxmış,  onun  76  nömrəsi 

buraxılmışdı.  1880-ci  il  dekabrın  6-dan  etibarən  ―Ziya‖  qəzeti  ―Ziyayi-

Qafqaziyyə‖  adı  altında  çıxmağa  başladı.  Özü  də  bu  qəzet  mətbəə  üsulu  ilə  çap 

olunurdu.  Onun  nəşri  1884-cü  il  iyunun  1-dək  davam  etdi.  Bu  müddət  ərzində 

qəzetin  104  nömrəsi  çıxdı.  ―Ziyayi-Qafqaziyyə‖  qəzeti  daha  geniş  proqram  üzrə 

nəşr  olunurdu.  Bu  proqramda  ictimai-siyasi  problemlərə  də  geniş  yer  verilirdi. 

Lakin o, öz  sələfi ilə  müqayisədə  irəliyə  elə  bir ciddi addım ata  bilmədi.  1880-ci 

ildə  Tiflisdə  Seyid  Ünsizadənin  qardaşı  Cəlal  Ünsizadə  tərəfindən  ―Kəşkül‖  adlı 

yeni  qəzet  nəşr  olunmağa  başladı.  ―Kəşkül‖  qəzetdən  çox  jurnala  oxşayırdı.  Onu 

naşiri təhsilli, Avropa və rus mədəniyyəti ilə tanış olan bir adam idi. ―Kəşkül‖ öz 

ideya  istiqamətinə  görə  ―Əkinçi‖yə  yaxın  idi.  O.  siyasət,  ticarət,  sənaye, 

sənətkarlıq  və  mədəniyyət  məsələlərinə  toxunurdu.  Bəzi  məlumatlara  görə, 

Azərbaycan  dilində  nəşri  ilə  yanaşı,  bir  müddət  bu  qəzetin  ərəb  və  fars  dillərində 

variantlar  da  çap  edilmişdir.  1884-cü  il  yanvarın  1-dən  ―Kəşkül‖  həftəlik  qəzetə 

çevrildi  və  1891-ci  ilədək  nəşr  edildi.  ―Kəşkül‖də  publisistik  məqalələr,  dil, 

ədəbiyyat, incəsənət,  ictimai-siyasi  məsələlər üzrə  yazılar,  orijinal  ədəbi parçalar, 

Avropa,  Şərq  və  rus  ədəbiyyatından  tərcümələr  çap  olunurdu.  Qəzet  ―Əkinçi‖nin 

demokratik  ənənələrini  davam  etdirərək,  Şərq  despotizmini,  geriliyi,  mədəni 

inkişaf  yollarını  göstərirdi.  Eyni  zamanda  ―Kəşkül‖  mütərəqqi  Azərbaycan 

ziyalılarının  köməyinə  ümid  bəsləyir,  onlara  arxalanır.  Qəzet  yazırdı:  ―Yeni 

başlanmış  həyat  yeni  köməyə  və  təlimata  möhtacdır.  Ümid  edirik  ki,  bizimlə 

yanaşı, millətin yaradılmış bu vərəqin nəşrinə kömək edəcəklər‖ 

Rusiyanın  mərkəzi  şəhərlərində,  Qori  Müəllimlər  Seminariyasında  və 

başqa  yerlərdə  təhsil  almış  gənclər  ―Kəşkül‖  qəzetinin  mütərəqqi  təşəbbüslərini 

müdafiə  edərək,  onun  ətrafına  toplaşırdılar.  ―Kəşkül‖ün  başladığı  hərəkatda 

Tiflisin  rus  ziyalıları,  tərəqqipərvər  Tiflis  müəllimləri  də  iştirak  edirdilər. 

S.Ə.Şirvani,  F.Köçərli,  M.Şahtaxtlı,  A.Qayıbov  və  başqaları  qəzetlə  fəal  surətdə 

əməkdaşlıq  edirdilər.  Qəzetin  Bakı,  Quba,  Qarabağ  və  İrəvanda  öz  müvəkkilləri 


vardı.  Onlar  qəzetin  oxucularla  əlaqəsinin  möhkəmləndirilməsində  az  rol 

oynamırdılar.  Qəzet  Cənubi  Qafqaz,  Rusiya,  Avropa  və  Asiya  xalqların  mədəni 

irsinin təbliğ edilməsinə böyük diqqət verirdi. Onun səhifələrində A.A.Bakıxanov, 

M.F.Axundov,  S.Ə.Şirvani  və  başqalarının  yaradıcılığına  geniş  yer  verilirdi. 

Redaksiya  inkişaf    etməkdə  olan  yeni  demokratik  ədəbiyyatın  nümunələrinin 

çapına  böyük  diqqət  yetirirdi.  ―Kəşkül‖  realist  ədəbiyyatın  əhəmiyyətini  yüksəyə 

qaldırır, köhnə mədrəsələrdə islahat keçirilməsinə, yeni məktəblərin, kitabxana və 

teatrların  açılmasına,  digər  milli  mədəniyyət  ocaqlarının  Rusiyanın  mərkəzi 

şəhərlərində,  Qori  Müəllimlər  Seminariyasında  və  başqa  yerlərdə  təhsil  almış 

gənclər "Kəşkül" qəzetinin mütərəqqi təşəbbüslərini müdafiə edərək, onun ətrafına 

toplaşırdılar.  "Kəşkül"ün  başladığı  hərəkatda  Tiflisin  rus  ziyalıları,  tərəqqipərvər 

Tiflis  müəllimləri  də  iştirak  edirdilər.  S.Ə.Şirvani,  F.Köçərli,  M.Şahtaxtlı, 

A.Qayıbov  və  başqaları  qəzetlə  fəal  surətdə  əməkdaşlıq  edirdilər.  Qəzetin  Bakı, 

Quba,  Qarabağ  və  İrəvanda  öz  müvəkkilləri  vardı.  Onlar  qəzetin  oxucularla 

əlaqəsinin  möhkəmləndirilməsində  az  rol  oynamırdılar.  Qəzet  Cənubi  Qafqaz, 

Rusiya, Avropa və Asiya xalqlarının mədəni irsinin təbliğ edilməsinə böyük diqqət 

verirdi.  Onun  səhifələrində  A.A.Bakıxanov,  M.F.Axundov,  S.Ə.Şirvani  və 

başqalarının yaradıcılığına geniş yer verilirdi. Redaksiya inkişaf etməkdə olan yeni 

demokratik  ədəbiyyatın  nümunələrinin  çapına  böyük  diqqət  yetirirdi.  "Kəşkül" 

realist  ədəbiyyatın  əhəmiyyətini  yüksəyə  qaldırır,  köhnə  mədrəsələrdə  islahat 

keçirilməsinə,  yeni  məktəblərin,  kitabxana  və  teatrların  açılmasına,  digər  milli 

mədəniyyət  ocaqlarının  təsis  edilməsinə  tərəfdar  çıxırdı.  Qəzet  öz  oxucularını 

həmçinin  rus  klassiklərinin  əsərləri  ilə  tanış  edir,  Azərbaycan  dilində  rus 

ədəbiyyatından  tərcümələr  çap  edirdi.  Qəzet  klassiklərin  təbliğində  müəyyən  rol 

oynayırdı, Xəyyam, Sədi, Hafiz və başqalarının irsinə böyük əhəmiyyət verirdi. 

Çar hökuməti Azərbaycan dilində mətbuat orqanlarının nəşrinə hər vasitə 

ilə mane olurdu. Məhz buna görə Ə.Ağaoğlunun, N.Nərimanovun, M.Şahtaxtlının, 

S.M.Qənizadənin,  M.T.Sidqinin,  S.Mehmandarovun  və  başqalarının  bu  sahədəki 

cəhdləri  müvəffəqiyyət  qazanmadı.  Ana  dilində  qəzet  və  jurnalların  çox  məhdud 

miqyasda  çap  olunduğu  bir  şəraitdə  Azərbaycan  mədəniyyət  xadimlərindən  çoxu 

öz  publisistik  fəaliyyətlərini  Qafqazın  rusdilli  mətbuatı  vasitəsi  ilə  davam  etdirir, 

İran,  Türkiyə,  Misir  və  Hindistanda  çıxan  qəzetlərin  səhifələrində  məqalələrlə 

ÇIXIŞ 

edirdilər. 



Tiflisdə 

çıxan 


"Возрождение", 

"Закавказье" 

jurnallarında, 

"Закавказская  речь.  Еженеделное  обозрение  "  qəzetində  C.Məmmədquluzadə, 

Q.Qabulov-Şirvanski,  Ə.Sultanov,  N.Nərimanov,  H.Minasazov  "Müsəlman 

şöbələri"  adında  xüsusi  rubrika  açaraq,  orada  öz  məqalələrini  dərc  edirdilər. 

M.Ə.Şahtaxtinski "Московкие ведемости" və "Новое время" qəzetlərinin İstanbuldakı 

müxbiri vəzifəsində işləyirdi [2] 

N.Nərimanovun  İ.B.Qaspirinskinin  "Tərcüman"  qəzetinde  əməkdaşlıq 

etməsi faktı da məlumdur [3]. Beləliklə, XIX əsrin sonunda Azərbaycanda mətbuat 



ilk  addımlarını  atmasına  baxmayaraq,  25  il  ərzində  sürətlə  inkişaf  etmişdir.  Bu 

illərdə 10 yaxşı həm azərbaycandilli, həm rusdilli mətbu orqanları işıq üzü görmüş 

Azərbaycan publisistikasında isə parlaq bir nəsil yaradıcı fəaliyyətini başlamışdı. 

80-90-cı  illərdə  Bakıda  rus  mətbuat  orqanları  -  əvvəlcə  "Kaspi"  qəzeti, 

(1881-ci  ilin  yanvarından)  sonra  isə  "Биржевые  ведомоcти"  və  başqa  qəzetlər 

çıxmağa  başladı.  Azərbaycan  о  rus  mətbuat  orqanlarının  sayının  artması  ilə 

əlaqədar olaraq Bakı, Şamaxı,  Gəncə  və b. şəhərlərdə ilk mətbəələr, litoqrafiyalar 

və digər poliqrafiya müəssisələri yaradıldı. 1889-cu ildə Bakıda beş mətbəə və bir 

litoqrafiya,  Şamaxıda  isə  mətbəə  və  litoqrafiya  fəaliyyət  göstərirdi.  1900-cü  ildə 

Bakıda artıq 16 mətbəə işləyirdi. 



 

§ 3. ELMĠN ĠNKĠġAFI. 

AZƏRBAYCANDA ĠCTĠMAĠ-SĠYASĠ FĠKĠR 

 

Rusiyanın kapitalist yolu ilə inkişafının tələbatı ilə əlaqədar Azərbaycanın 



sənayesinə  və  təbii  sərvətlərinə  böyük  maraq  göstərilirdi.  60-cı  illərin  sonlarında 

yaradılmış  Qafqaz  dağ-mədən  idarəsinin  geoloqları  və  mühəndisləri  Gədəbəyin, 

Daşkəsənin.  Zəngəzuran,  Naxçıvanın  filiz  yataqlarında  çöküntülərin  tərkibini, 

yatımını  və  əmələgəlmə  səbəbini  öyrənir,  bu  rayonların  kiçik  vo  orta  miqyaslı 

geoloji  xəritələrini  tərtib  edirdilər.  1865-ci  ildən  illik  geoloji  "hesabatlar"ın  və 

1868-ci  ildən  "Qafqaz  geologiyası  üçün  materiallar"ın  nəşrinin  geoloji  fikrin 

inkişafında böyük əhəmiyyəti oldu. 

Müstəmləkə  iqtisadiyyatını  daha  da  inkişaf  etdirmək  məqsədilə  çar 

hökumət dairələri bir sıra tədbirlər həyata keçirirdilər. Abşeronda öz tədqiqatlarını 

davam  etdirən  Qafqaz  geologiyasının  atası  Q.V.Abix  yarımadadakı  çöküntülərin 

stratiqrafik  sxemini  tərtib  edərək,  onun  təsvirini  verdi  və  palçıq  vulkanları  ilə 

neftlilik  arasınıda  da  geoəlaqə  olduğunu  göstərdi.  Q.V.Abixin  ardınca  rus  və 

Avropa  geoloqları  K.İ.Lisenko,  V.İ.Arxipov,  T.B.Xalatov  və  b.  Abşeron 

yarımadasında  vulkanik  hadisələri  öyrənir,  yarımadanın  daha  ətraflı  stratiqrafik 

sxemi olan geoloji xəritəsini tərtib edir, neft mədənlərinin geoloji xarakteristikasını 

verirlər. 80-ci illərin əvvəllərində yenicə yaradılmış Rusiya Geologiya Komitəsinin 

tapşırığı ilə Abşeron yanmadasının neftli çöküntülərinin kəşfiyyat xarakterli tədqiqi 

başlandı.  Neftli  torpaqların  geoloji  nizamının  öyrənilməsi,  neftin  mənşəyi  və 

miqrasiyası,  neft  mədənlərinin  quruluş  xəritələrinin  tərtibi  üzrə  XIX  yüzilliyin 

sonlarında böyük iş görülmüşdü. 

Neft  geologiyası  ilə  sıx  əlaqədə  neft  kimyası  da  inkişaf  edirdi.  Bakı 

neftinin  kimyəvi  cəhətdən  tədqiqinin  əsası  neft  işinin  vəziyyətini  öyrənmək 

məqsədilə  üç  dəfə  (1876,  1880,  1886-cı  illərdə)  buraya  gəlmiş  D.İ.Mendeleyev 

tərəfindən  qoyulmuşdur.  O,  neftin  distillə  edilməsinin  fasiləsiz  parçalanma 

prinsipini təklif etmiş, onun karbid mənşəli olması fərziyyəsini irəli sürmüş, sürtgü 

yağlarının  istehsal  texnologiyasını  işləyib  hazırlamış,  neft  məhsullarının  xüsusi 



çəki cədvəlini tərtib etmişdi. V.İ.Raqozin, K.İ.Lisenko və b. əsərləri Bakı neftinin 

kimyəvi tərkibinin öyrənilməsində mühüm əhəmiyyət kəsb etdi. 

Paralel  olaraq  neft  avadanlığı  və  neft  texnologiyası  sahələrində  də  elmi-

texniki fikir inkişaf etməyə başlamışdı. 

Rus  Texniki  Cəmiyyətinin  1879-cu  ildə  açılmış  Bakı  şöbəsi  neft 

quyularının  qazılması  texnikası  və  metodlarının,  neft  məhsullarının  analizi  və 

təmizlənməsi üsullarının təkmilləşdirilməsinə böyük kömək göstərdi. Azərbaycanlı 

mütəxəssislər  M.Hacınski,  İ.Rzayev,  F.Rütəmbəyov,  A.Mirzəyev  və  b.  bu 

cəmiyyətin üzvləri idilər. 

80-90-cı  illərdə  Bakının  neftayırma  zavodlarında  neftin  kimyəvi  emalı 

üzrə  laboratoriyalar  fəaliyyətə başlayır. Strasburq Universitetində  ali  təhsil almış, 

üzvi kimya sahəsində ilk azərbaycanlı kimyaçı alim Mövsüm bəy Xanlarov (1857-

1921) bu laboratoriyaların birində tədqiqat işinə başladı. Almaniyada məşhur üzvi 

kimyaçı  Rudolf  Fittiqin  laboratoriyasında  işləyərkən  M.  Xanlarov  kimya  doktoru 

alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdi. O, Almaniyada özünün 

iki əsərini çap etdirmişdi. Onlardan biri-"Tiouksus turşusunun rodanlı etilə  təsiri" 

adlı əsəri "Alman kimya cəmiyyətlərinin hesabatları‖nda, digər "Butirolakton və a-

etil-butilo-lakton  haqqında"  adlı  əsəri  isə  "Alman  kimya  salnaməsi"ndə  nəşr 

olunmuşdu.  Bakıya  gəldikdən  sonra  o,  böyük  rus  alimi  D.İ.Mendeleyev  və 

başqalarının  zəmanəti  ilə  Rus  Fiziki-Kimya  Cəmiyyətinə  üzv  qəbul  edilmişdi. 

M.Xanlarov  Bakıda  özünün  laktanlar  haqında  tədqiqatını  davam  etdirmişdi.  Bu 

dövrdə Bakının neftayırma zavodlarında Xanlarovdan başqa, Rusiya və Avropada, 

ali təhsil almış bir sıra digər azərbaycanlı kimyaçıları S.P.Qəmbərov, İ.T.Əmirov, 

A.İ.Babayev və b. da işləyirdi. 

XIX  yüzilliyin  ikinci  yarısında  kənd  təsərrüfatının  intensivləşdirilməsi 

biologiya,  kənd  təsərrüfatı  və  təbabətə  dair  biliklərə  tələbatı  artırırdı.  Rus  və 

Avropa torpaqşünasları, botanikləri, zooloqları, dendroloqları Azərbaycanın torpaq 

örtüyünü, bitki və heyvanlar aləmini öyrənməyə başladılar. Rus alimləri Kür-Araz 

və  Şirvan  ovalıqlarını,  Quba  və  Lənkəran  düzənliklərini,  Talış  meşə  massivlərini 

tədqiq  edir,  onu  landşaft-coğrafi  zonalara  bölməyə  cəhd  göstərir,  əkinçilik  və 

aqrotexnikanın əsas vəzifələrini müəyyənləşdirirdilər. 

Eyni  zamanda  rus  və  Avropa  alimləri,  aqronomları,  texnoloqları, 

iqtisadçıları  pambığın,  tütünün,  baramanın,  üzümün,  qızıl  boyanın,  balığın 

becərilməsi və yetişdirilməsinin, onların saxlanılmasının, emalının və daşınmasının 

elmi metodları və zəruri olan alət və vasitələri haqqında çoxlu kitab  və məqalələr 

nəşr  edirlər.  Onların  tədqiqatları  yerli  ziyalılarda,  praktiki  olaraq  əkinçiliklə, 

bağçılıqla,  heyvandarlıqla  məşğul  olan  adamlarda  kənd  təsərrüfatı  va  bioloji 

elmlərə  yüksək  maraq  doğururdu.  1895-ci  ildə  Azərbaycanda  bir  sıra  nümunəvi 

pambıq  sahələri,  Bakı  şəhərində  isə  ilk  ixtioloji  laboratoriya  fəaliyyət  göstərirdi. 

1878-ci  ildən  başlayaraq  rus  dilindən  Azərbaycan  dilinə  tərcümə  edilmiş  elmi-

kütləvi  kitabçalar  nəşr  olunur  ki,  onlarda  pambığa  və  baramaya  qulluq  etməyə. 


meliorasiyaya,  heyvanlarda  vəba,  taun  epidemiyalarının  qarşısını  almağa  dair 

praktiki məsləhətlər verilirdi. İ.Q.Əlibəyov, A.Rüstəmov, Cavanşir Qarabaği və b. 

dövri  mətbuatda  kənd  təsərrüfatı  və  tibbi  mövzularda  çıxış  edirdilər.  Həkimlərin 

Qafqaz  Cəmiyyətinin  Bakı  şöbəsi  böyük  elmi-kütləvi  tədbirlər  həyata  keçirirdi. 

Azərbaycanlı  həkimlər Ə.K.Mehmandarov, M.R.Vəkilov, A.X.Axundov həkimlik 

fəaliyyəti ilə yanaşı, elmi-tibbi fikrin inkişafına böyük əmək sərf edirdilər. Həkim 

A.X.Axundov  Almaniyada  İbn  Sinanın  təbabət  qanunu  haqqında  dissertasiya 

müdafiə etdi. Həkim Ə.K.Mehmandarov 1893-cü ildə Qafqaz həkimlərinin birinci 

qurultayında  Yelizavetpol  quberniyasının  Cavanşir  qəzasında  tez-tez  baş  verən 

vəba  epidemiyası  səbəblərinin  öyrənilməsinə  həsr  olunmuşn  xüsusi  məruzə  ilə 

çıxış etdi [4]. Lakin XIX yüzilliyin son qərinəsində Azərbaycanda biologiya, kənd 

təsərrüfatı  və  təbabət  üzrə  biliklərin  yayılması  və  inkişafı  daha  çox  Həsən  bəy 



Zərdabinin (1842-1907) adı ilə bağlıdır. 

H.Zərdabi  orta  təhsilini  Şamaxı  və  Tiflisdə,  ali  təhsilini  isə  Moskvada 

almışdı. O, 1865-ci ildə Moskva Universitetinin təbabət elmləri şöbəsini bitirmişdi. 

İnqilabi  əhvali-ruhiyyəli  rus  ziyalıları  arasında  yaşayan  Zərdabi  Universitetdə 

təhsil aldığı illərdə N.Q.Çernışevski, N.A.Dobrolyubov və D.İ.Pisarevin mütərəqqi 

dünyagörüşlərini 

öyrənib 

mənimsəmiş, 

şair 

A.N.Pleşşeyevlə, 



tarixçi 

S.M.Solovyovla  yaxınlıq  etmişdi.  Vətənə  qayıtdıqdan  sonra  Zərdabi  geniş  elmi-

pedaqoji və publisist fəaliyyətinə başladı: Bakı məktəblərində təbiət tarixindən dərs 

deyir  (1869-1879-cu  illər),  ilk  milli  qəzeti  -  "Əkinçi"ni  nəşr  etdirir  (1875-1877-ci 

illər),  "Kaspi"  qəzetində  işləyir  (1896-1907-ci  illər),  yerli  əhali  arasında 

yorulmadan  təbii-elmi,  kənd  təsərrüfatı  və  tibbi  bilikləri  yayır,  zəhmətkeş  xalqın, 

xüsusilə  kəndlilərin  mənafeyinin  mülkədar-bəylər  və  çar  məmurları  tərəfindən 

tapdanılmasına qarşı açıq çıxışlar edirdi. 

H.Zərdabi  təbiətşünaslıq,  kənd  təsərrüfatı  və  sosial-iqtisadi  mövzularda 

çoxlu  əsərin  müəllifidir.  О  çox  geniş  diapazona  malik  alim  idi,  mədəniyyətin, 

astronomiyanın,  biologiyanın,  aqrotexnikanın,  təbabətin,  sənayenin  nailiyyətləri 

onu  eyni  dərəcədə  maraqlandırırdı.  О  bu  sahələrin  bir  çoxuna  dair  tamamilə 

orijinal ideya və fikirlər söyləmişdir. 

H.Zərdabinin  elmi  yaradıcılığı  о  dövrün  rus  və  Avropa  təbiət  elmləri  ilə 

sıx  bağlı  idi,  onun  bir  çox  problemlərini  özündə  cəmləşdirirdi.  Görkəmli  rus  və 

Avropa  təbiətşünasları  ilə  birlikdə  Zərdabi  də  Yerin  yaranması,  burada  həyatı 

meydana  gətirmiş  materiyanın  Kainatda  əbədi  dövranı  haqqında  о  dövrdə  elmdə 

bərqərar  olan  ideyanın  tərəfdarı  idi.  О  özünün  bir  çox  əsərlərində  Kant-Laplasın 

Günəş sistemi mənşəyinin ilkin qazabənzər duman kütləsindən ibarət olması fikrini 

müdafiə  edirdi.  H.Zərdabi  güman  edirdi  ki,  ulduzlar  və  onların  sistemləri  dünya 

materiyasının qanunauyğun inkişafı sayəsində yaranır və ölür. Bəzi bürclərdə yeni 

ulduzların  meydana  gəlməsinin  səbəblərini  izah  edən  azərbaycanlı  alim  yazırdı: 

"...Yeni  ulduzların  meydana  gəlməsi  təsadüfi  hadisə  olmayıb,  dünya  cisimlərinin 

və Günəş sisteminin qanunauyğun inkişafında müəyyən pillədir" [5]. 



H.Zərdabi  dünyanın  maddi  cəhətdən  yekcinsliyinin  təsdiq  olunmasında 

spektral  analizin  rolunun  izahına  xüsusilə  çox  yer  verirdi.  О  yazırdı:  "Əlbəttə, 

bizimki  də  daxil  olmaqla  saysız-hesabsız  günəşlər  eyni  qaydada  yaranmışlar, 

cazibənin eyni qanunlarına tabe olurlar və spektral analiz sübut etmişdir ki, onlar, 

demək olar ki, eyni maddələrdən ibarətdirlər" [6]. 

H.Zərdabinin  elmi  və  təcrübi  yaradıcılığı  Azərbaycanda  kənd  təsərrüfatı 

və  biologiya  elmlərinin  bütün  sonrakı  inkişafına  səmərəli  təsir  göstərdi. 

H.Zərdabinin  ardınca  Rusiya  kənd  təsərrüfatı  elminin  və  təcrübəsinin 

nailiyyətlərini 

Moskva 


Petrovski-Razumovski 

adına 


Kənd 

Təsərrüfatı 

Akademiyasının  məzunu  Nəcəfbəy  Vəzirov  da  təbliğ  edirdi.  О  hələ  tələbə  ikən 

özünün  "Əkinçi"  qəzetinə  məktublarında  akademiyanın  təcrübə  stansiyalarında 

kənd  təsərrüfatı  bitkilərinin  yetişdirilməsi  üsulları,  heyvanlara  qulluq  etmək 

qaydaları,  elm  və  texnika  sahəsində  aparılan  tədqiqatlar  və  yeniliklər  haqqında 

məlumat  verirdi  [7].  Sonralar  meşəbəyi  işləyən  N.Vəzirov  meşə  təsərrüfatının 

aqrotexnikasına  dair  maraqlı  əlyazması  qoymuşdur  [8].  Azərbaycanda  bioloji  və 

kənd  təsərrüfatı  bitkilərinin  yayılmasında  bu  akademiyanın  digər  məzunu 

Məmmədtağı Əliyev də fəal iştirak edirdi. 



TarixĢünaslıq.  XIX  yüzilliyin  ikinci  yarısında  Azərbaycanda  tarixi 

biliklər  inkişaf  etməkdə  davam  edirdi.  Azərbaycanın  tarix  və  mədəniyyətinin 

tədqiqində  yenə  də  əvvəlki  kimi  ümumi  arxeoqrafik  təsvirdən  diyarın  qədim  və 

orta əsrlər tarixi, Rusiyanın Qafqazdakı müharibələri və hökmranlığına dair dövri 

materialların  konkret  olaraq  öyrənilməsi  və  keçən  rus  və  Avropa  tarixçiləri, 

şərqşünasları,  arxeoloqlarının  tədqiqatlarında  böyük  fəallıq  nəzərə  çarpır. 

Azərbaycan tarixçiləri orta əsrlərin tarixi ənənələrini inkişaf etdirərək öz əsərlərini 

əsasən  Qarabağın,  Lənkəranın  və  Talışın  xanlıqlar  dövrü  tarixinə,  onların  Rusiya 

tərəfindən  işğalından  əvvəl  baş  vermiş  hadisələrə  həsr  edirdilər.  Belə  əsərlərdən 

birinin müəllifi Mirzə Yusif Qarabaği (1798-1864) idi. Azərbaycan, erməni və fars 

dillərini yaxşı bilən, şərh etdiyi hadisələrin çoxunun şahidi olan Mirzə Yusif 1855-

ci  ildə  fars  dilində  "Tarixi-safi"ni  yazmışdır.  Burada  Qarabağ  xanlığının  tarixi, 

Rusiya-İran müharibələrin gedişi [9]. 

Cənubi Qafqazın Rusiya tərəfindən işğalı təsvir edilmişdir. Mirzə Yusifin 

əsəri,  xüsusilə  onun  ikinci  hissəsi  XVIII  yüzilliyin  ikinci  yarısı-XIX  yüzilliyin 

əvvəlində  Azərbaycan  tarixini  və  XVIII  yüzilliyin  sonu-XIX  yüzilliyin  əvvəlində 

Rusiya-İran  münasibətlərini  öyrənmək  üçün  mühüm  əhəmiyyət  kəsb  edir.  Əsərdə 

XVIII  yüzilliyin  sonunda  İran  ordularının  Şimali  Azərbaycana  hücumu  zamanı 

Şuşanın  müdafiəsinə,  XIX  yüzilliyin  əvvəllərində  Rusiya-İran  müharibəsinə  dair 

müfəssəl məlumat verilir. 

Qarabağın  qədim  və  zəngin  tarixi  XIX  yüzilliyin  ikinci  yarısında  yenə 

diqqəti  cəlb  edirdi.  Rzaqulu  bəy  Cavanşir  70-ci  illərdə  öz  atası  Mirzə  Camalın 

"Qarabağnamə"sinə  bəzi  əlavələr  etmişdi.  Azərbaycanın  qədim  tarixinin  bilicisi, 

ərəb və fars dillərinə mükəmməl yiyələnmiş və "Xəzani" təxəllüsü ilə şeirlər yazarı 



Mir  Mehdi  Haşımzadə  (1819-1894-cü  illər)  80-ci  illərdə  Qarabağın  müfəssəl 

tarixini  tərtib  etmişdi.  Onun  "Kitabi-tarixi-Qarabaği"  adlı  əsərində  bu  xanlığın 

1747-ci ildən 1828-ci ilə qədərki tarixi təsvir olunur [10]. Xəzaninin əlyazmasında 

yerli  əhalinin  diyarda  baş  verən  siyasi  hadisələrə,  о  cümlədən  İran  işğalçılarına 

münasibəti barədə bəzi mühüm məlumatlar verilir. 

Qarabağ  xanlığının  elə  həmin  dövrə  dair  bir  qədər  kompilyati  xarakterli 

tarixini  fars, ərəb, rus dillərini  mükəmməl  bilən, bu  yerlərin  keçmişi ilə  dərindən 

maraqlanan Şuşa realnı  məktəbinin  müəllimi  Həsənəli xan Qaradaği  (1847-1928-

ci illər) hazırlamışdı Öz dövrünə görə yaxşı təhsil almış Həsənəli xan həm də şeirlə 

yazırdı.  XVIII  yüzilliyin  ikinci  yarısı  -  XIX  yüzilliyin  əvvəllərindəki  hadisələri 

əhatə  edən  bu  əsərdə  müəllif  öz  sələflərinin  məlumatlarını  bir  çox  halda  tənqidi 

şəkildə şərh edir, onlara əlavələ edir və dəqiqləşdirir. 

Peterburq kadet korpusunun məzunu Əhməd bəy Cavanşir (1828-1903-cü 

illər)  1883-cü  ildə  Qarabağ  xanlığının  tarixinə  da  rus  dilində  kiçik,  lakin  çox 

maraqlı  və  məzmunlu  əsər  yazmışdı  Rus  dilini  yaxşı  bilən  və  zəngin  şəxsi 

kitabxanası  olan  Əhməd  bəy  Cavanşir  ədəbi  yaradıcılıqla  məşğul  olur,  tez-tez 

"Qafqaz",  "Новое  обозрение"  qəzetlərinin  səhifələrində  çıxış  edirdi.  O, 

M.Y.Lermontovun "Mtsıri" poemasını Azərbaycan dilinə tərcümə etmişdi. Əhməd 

bəy Cavanşirin "1747-ci ildən 1805-ci ilə qədər Qarabağ xanlığnın siyasi tarixinə 

dair"  əsərində  lüzumsuz  təfərrüata  varmadan  ilk  mənbələr  əsasında  Qarabağ 

xanlığının siyasi tarixi qısa, xronoloji ardıcıllıqla şərh edilir, Ağa Məhəmməd şah 

Qacarın  Qarabağa  hücumu  və  Şuşanın  mühasirəsi  zamanı  yerli  əhalinin  onun 

ordusuna neçə böyük müqavimət göstərdiyindən danışılır [11]. 

Azərbaycanın  digər  tarixi  hadisələrinə  həsr  olunmuş  əsərlər  də  meydana 

çıxırdı. Talış xanlığının və Lənkəran şəhərinin tarixini doğma Azərbaycan dilindən 

əlavə, fars, ərəb və rus dillərini bilən Seyid Əli Kazım bəy oğlu (anadan olduğu və 

öldüyü illər məlum deyil) və rus xidmətində olmuş Mirzə Əhməd Mirzə Xudaverdi 

oğlu (1792-ci ilin oktyabrında anadan olmuş - XIX yüzilliyin 90-cı illərində vəfat 

etmişdir) tərtib etmişlər. Seyid Əli Kazım bəy oğlunun "Cavahimameyi-Lənkəran" 

adlı  əlyazması  1869-cu  ildə  fars  dilində  yazılmışdır  və  Lənkəran,  Talış  haqqında 

çoxlu  coğrafi,  iqtisadi,  arxeoqrafik  məlumatlarla  zəngindir.  Mirzə  Əhməd  Mirzə 

Xudaverdi  oğlunun  1882-1883-cü  illərdə  fars  dilində  yazdığı  "Əxbərnamə"  adlı 

əlyazması xatirə xarakteri daşıyır, burada xanlığın Rusiya tərəfindən işğalı zamanı 

yaranmış  böhranlı  şəraitdə  Talış  xanlığının  mövqeyinə  haqq  qazandırmağa  cəhd 

göstərilir. 

Uzun  müddət  Şəkidə  və  Gəncədə  şəriət  və  bəy  məhkəmələrində  işləmiş 

Hacı  Seyid  Əbdülrəhim  (1796-cı  ildə  anadan  olmuşdur)  Şəki  xanlığının  tarixi 

mövzusuna  qayıdır.  Onun  "Şəki  xanlığının  və  xanların  nəsillərinin  şəcərəsi"  adlı 

salnaməsində Şəki və onun hakimləri haqqında bəzi əlavə məlumatlar verilir [12]. 

Çingiz  xan  imperiyası  dövründə  Rusiya  işğalına  qədər  İran  şahlarının 

Şimali  Azərbaycana  müdaxilələri  1848-ci  ildən  Tiflisdə  və  Şuşada  yaşamış  İran 


şahzadəsi  Abbas  Mirzənin  oğlu  Bəhmən  Mirzə  (1808-1884-cü  illər)  tərəfindən 

işıqlandırılmışdır.  Onun  1871-ci  ildə  fars  dilində  yazılmış  "Şükümameyi-

şahənşahi" adlı əlyazması başdan-başa rus çarının ünvanına təriflərdən ibarətdir. 

Beləliklə,  XIX  yüzilliyin  ikinci  yarısında  Azərbaycan  tarixşünaslarının 

əksəriyyəti  yenə  əvvəlki  kimi  əsasən  ayrı-ayrı  xanlıqların  tarixinə  həsr  olunmuş 

yerli  salnamələr  yazırdılar.  Bu  salnamələr,  bir  qayda  olaraq  kompilyativ  xarakter 

daşıyır,  əsasən  müvafiq  bölgələrin  siyasi  hadisələrini  işıqlandırırdı.  Onlarda 

Azərbaycanın  ümumi  tarixini  yaratmağa  cəhd  göstərilmirdi.  Lakin  bununla  belə 

adları  çəkilən  salnaməçilərin  əsərləri  tarixi  biliklərin  artmasına  və  yayılmasına 

yardım  göstərdi.  Onların  müəllifləri  Azərbaycanın  Rusiya  tərəfindən  işğalına,  ara 

müharibələrinə,  xarici  işğallara  son  qoyan,  ölkə  üçün  dinc  və  sakit  həyatı  təmin 

edən hadisə kimi baxırdılar. 

Azərbaycanın  və  bütün  Yaxın  Şərqin  tarixinin  ayrı-ауrı  məsələləri  XIX 

yüzillikdə  Azərbaycan  mədəniyyətinin  görkəmli  nümayəndələri  M.F.Axundovun, 

Ə.Ağayevin, 

N.Nərimanovun, 

S.M.Qənizadənin, 

H.Mahmudbəyovun, 

F.Köçərlinin,  F.Sultanovun,  Ə.Hüseynzadənin,  C.Hacıbəyovun,  M.T.Sidqinin  və 

başqalarının  əsərlərində  əks  olunmuşdu.  Mütəxəssis  tarixçi  olmamalarına 

baxmayaraq, onlar о dövrdəki dövri mətbuatda - "Qafqazın vilayət və tayfalarının 

təsviri üçün materiallar məcmuəsi"ndə, "Qafqaz", "Новое обозрение", "Kaspi" və 

s.  orqanlarda  elmi  məqalə  və  məlumatlarla  çıxış  edirdilər.  Onların  çıxışları 

Azərbaycanda tarix elminin inkişafında yeni istiqamətin - maarifçi tarixşünaslığın 

əsasını  qoydu.  Bu  baxımdan  tarixi  mövzuların  şərhinə  tamamilə  yeni  qaydada 

yanaşan  M.F.Axundovun  məqalələri,  Yaxın  Şərq  ölkələrinin  tarixinə  ekskursları 

onun yalnız orta əsr Şərq mənbələrini dərindən bilməsinə  deyil, həm də  materialı 

yeni realist metodla təqdim etməsinə əsaslanırdı. 

1862-ci  ildə  fars  dilində  yazdığı  "Tənqidi  qeydlər"  məqaləsində 

M.F.Axundov İran alimi Rzaqulu xan Hidayətin "Rövzətüs-Səfai nasiriyyə" əsərini 

təhlil edir. O, tarixi hadisələrin səbəblərini təhlil etmək əvəzinə, zalım və qaniçən 

şahların şəxsiyyətini və hərəkətlərini mədh edən İran saray tarixçilərinin, xüsusən 

Mirzə  Mehdi  xan  Astrabadinin  əsərlərini  kəskin  tənqid  edir  [13].  İran  mədhiyyə 

tarixşünaslığına  qarşı  tənqidi  iradlar  M.F.Axundovun  məşhur  fəlsəfi  traktatı 

"Kəmalüddövlə məktubları"nda da öz inikasını tapır. Qafqaz arxeologiyasının üzvü 

olan  M.F.Axundov  bir  çox  rus  şərqşünasları  ilə  yazışır  və  şəxsi  dostluq 

münasibətləri saxlayırdı. 

Tarixi  biliklərin  inkişafında  H.Zərdabinin  XIX  yüzilliyin  sonuncu 

qərinəsində  Azərbaycanın  sosial-iqtisadi  inkişafına  dair  məqalələrinin  böyük 

əhəmiyyəti  var  idi.  Bu  məqalələrdə  maarifçilik  mövqeyindən  Cənub-Şərqi 

Qafqazda  geriliyin  səbəbləri  araşdırılır,  xalq  təsərrüfatının  vəziyyəti  və  inkişaf 

perspektivləri,  kənddə  kapitalist  münasibətlərinin  yaranması,  kəndlilərin 

müflisləşməsi və yoxsullaşması, xarici kapitalın Bakı neft sənayesinə nüfuz etməsi 

məsələləri işıqlandırılırdı. 



Şamaxı  realnı  məktəbində  Şərq  dillərindən  dərs  deyən  şair  S.Ə.Şirvani 

(1835-1888-ci  illər)  Azərbaycanın  tarixi  keçmişini  böyük  maraqla  öyrənirdi.  O, 

Azərbaycan tarixinə dair iki əsər yazmışdır: "Şirvan xanlığının tarixi" və "Şirvanın 

keçmişi  və  görkəmli  yerləri  haqqında  məlumatlar".  Onlardan  birincisi  bizə  qədər 

gəlib  çatmamışdır  və  güman  ki,  Şirvanın  hərbi-siyasi  tarixindən,  Şirvanşahların 

şəcərəsindən  bəhs  edirdi.  İkincisi  isə  şairin  doğma  diyarının  arxeologiyasına, 

etnoqrafiyasına, maddi mədəniyyət abidələrinə həsr olunmuşdur [14]. 

ƏdəbiyyatĢünaslıq  və  ədəbi  tənqid  sahələrində  də  nəzərəçarpacaq 

irəliləyiş müşahidə edilirdi. Köhnə pozitiv təsvirlərdən - təzkirələrdən fərqli olaraq 

Azərbaycan  və  dünya  ədəbiyyatındakı  obrazları  ciddi  analitik  təhlil  edən  kitablar 

və  məqalələr  meydana  gəlirdi.  Başqa  sahələrdə  olduğu  kimi,  burada  da  Qafqaz, 

Mərkəzi  Rusiya  və  Avropa  mətbuatında  ayrı-ayrı  Azərbaycan  yazıçılarının, 

alimlərinin, mütəfəkkirlərinin həyat və yaradıcılığı haqqında yazan rus və Avropa 

şərqşünas alimləri, ədəbi tənqidçilər nümunə göstərilirdilər. B.A.Dorn, M.İ.Brosse, 

N.V.Xanıkov, 

A.P.Berje 

kimi 


bir 

çox 


şərqşünaslar, 

V.Q.Belinski, 

Y.A.Verderovski,  V.A.Drujinin,  N.Q.Çernışevski  kimi  ədəbi  tənqidçilər 

Azərbaycanın  ayrı-ayrı  yazıçı  və  alimlərinin  həyat  və  yaradıcılığı  haqqında  xeyli 

tərifli fikir və rəylər söyləmişlər. 

Ədəbi  yaradıcılığa  yeni  münasibət,  bədii  və  elmi  əsərlərə  rus  və  Avropa 

tənqidçiləri və alimləri tərəfindən verilən qiymətin təsiri altında yeni ədəbi tənqid 

və  ədəbiyyatşünaslıq  meydana  çıxdı.  Azərbaycanda  ədəbi  tənqidin  və 

ədəbiyyatşünaslığın  əsasını  M.F.Axundov  qoymuşdur.  O,  ilk  dəfə  eyni  zamanda 

"tənqid"  terminini  işlətməyə  başladı.  Azərbaycan  ədəbiyyatında  ilk  tənqidi 

məqalələr - "Poeziya  və  nəsr  haqqında", "Tənqidi qeydlər" və s. M.F.Axundovun 

qələminə  məxsusdur.  O,  köhnə  dəbdəbəli,  məzmunsuz  Şərq  poeziya  və  nəsrini 

tənqid  edir,  Azərbaycan  və  dünya  ədəbiyyatının  ən  yaxşı  mütərəqqi  ənənələrini, 

ədəbiyyatda  və  incəsənətdə  realizm  prinsiplərini  müdafiə  edir,  "təmiz"  formalist  

incəsənətə qarşı çıxış edirdi. 

Ədəbiyyat  tarixi  və  nəzəriyyəsi  ilə  həmçinin  H.Zərdabi.  F.Köçərli, 

N.Nərimanov,  M.T.Sidqi,  Mirzə  Əbülhəsən  Vəzirov,  Mirzə  Yusif  Qarabaği,  Mir 

Möhsün  Nəvvab  da  məşğul  olurdular.  Onlar  özlərinin  publisistik  və  bədii 

əsərlərində  ədəbiyyat  və  bədii  yaradıcdıq  haqqında  çoxlu  fikir  və  mülahizələr 

söyləmiş  və  irəli  sürmüşlər.  Mirzə  Yusif  Qarabağinin  50-ci  illərin  sonlarında 

hazırlayıb  çap  etdirdiyi  "Məcmueyi  əşari  Vaqif  və  sair  müasirləri"  kitabında 

Azərbaycan şairləri haqqında nadir bioqrafik məlumatlar verilir. Qarabağın yüzdən 

çox  şairinin  poetik  yaradıcılığı  və  tərcümeyi-halı  barədə  məlumat  verən  əsər 

yüzilliyin sonunda Mir Möhsün Nəvvab tərəfindən tərtib edilmişdi. N.Nərimanov, 

F.Köçərli  özlərinin  ədəbi-tənqidi  məqalələrində  ədəbiyyat  və  incəsənətin 

vəzifələrini şərh edir, onların təlim və tərbiyəvi əhəmiyyətini qeyd edirdilər. 1899-

cu ildə N.T.Sidqi Naxçıvanda A.S.Puşkinin yaradıcılığı haqqında geniş məruzə ilə 

çıxış edir. Eyni zamanda dilçilik və ədəbi dil məsələlərinə də xeyli diqqət verirdi. 



Müəllimlərdən  S.M.Qənizadə,  R.Əfəndiyev,  H.Mahmudbəyov,  N.Nərimanov 

özlərinin dərsliklərində, lüğətlərində Azərbaycan dilinin lüğət fondu və qrammatik 

quruluşu  haqqında  qiymətli  fikirlər  söyləmişlər.  Ağamirzə  Əli  Mustafa  oğlu 

Bakuvi  Azərbaycan  ədəbi  dilinin  ilk  lüğətlərindən  birini  -  "Tacridüllüğət"i 

(Seçilmiş sözlərin lüğəti) tərtib edir. XIX yüzilliyin ikinci yarısında dövrün mənəvi 

tələbatına uyğun olaraq yeni, maarifçi fəlsəfə meydana gəlir və inkişaf edirdi. Bu 

dövrdə  rus  və  Avropa  elm  və  fəlsəfəsi  ilə  təmasda  olan  maarifçi  demokratların 

bütöv  nəsli  yetişmişdi.  Onların  arasında  ən  görkəmlisi  M.F.Axundov  idi.  Rus 

nəşrləri  vasitəsilə  M.F.Axundov  Qərbi  Avropa  elmi-fəlsəfi  ədəbiyyatı  ilə  tanış 

olmuşdur.  О  özünün  fəlsəfə  və  ədəbiyyatşünaslığa  dair  əsərlərində  tez-tez 

Homerin,  Sokratın,  Platonun,  Aristotelin,  Hippokratın  adlarını  çəkir.  Axundov 

Petrarka,  Spinoza,  Şekspir,  Volter,  Monteskye,  Russo,  Volter  və  b.  haqqında 

fikirlər söyləmişdir. Onun Holbax haqqında qeydləri saxlanılmışdır. Bu qeydlərdə 

Azərbaycan  mütəfəkkiri  fransız filosofunun  materializmini  dəqiq xarakterizə edir. 

M.F.Axundovu  dövrün  hüquqi  və  əmlak  bərabərliyi  haqqında  təlimləri  də  cəlb 

edirdi.  О  qeyd  edirdi  ki,  hüquqi  bərabərlik  aydın  və  təbiidir.  O,  bütün  silki 

imtiyazları  ləğv  etməyi,  bütün  insanların  qanun  qarşısında  bərabərliyini  tələb 

edirdi.  M.F.Axundov  yazırdı  ki,  əmlak  bərabərliyinin  həyata  keçirilməsinin 

mümkünlüyü  isə  hələlik  filosoflar  arasında  mübahisəli  qalır.  M.F.Axundov  öz 

dövrünün  təbiətşünaslığı  haqqında  kifayət  qədər  məlumata  malik  idi.  Onun 

əsərlərində  biz  "Yer  kürəsinin  hərəkətini  kəşf  etmiş"  Kopernikdən,  "səma 

cisimlərinin  cazibə  qüvvəsini  tapmış"  Nyutondan,  "Avropa  xalqlarının  bugünkü 

tərəqqisinin günahkarları" olan, "buxar və elektriki bizim üçün kəşf etmiş" Uatt və 

Faradeydən  iqtibaslara  rast  gəlirik.  Axundov  elmi  (kimyadan,  fizikadan, 

təbabətdən  baş  çıxarır,  onların  köməyilə  paslanan  metalları  qızıl  və  gümüşə 

"çevirməklə",  köhnə  qəbirlərdə  öz-özünə  yanan  maddələrin  alışmasını  "sirli 

işıqlanma"  kimi  qələmə  verməklə  sadə  xalqı  aldatmağa  cəhd  göstərən  müxtəlif 

fırıldaqçıları ifşa edirdi. M.F.Axundov hələ 1850-ci ildə yazdığı məşhur "Hekayəti 

Müsyö  Jordan  həkimi-nəbatət  və  Məstəlişah  cadukuni  məşhur"  komediyasında 

özünün botanika sahəsində xeyli biliyə malik olduğunu büruzə verir. 

Yeni  elm  və  fəlsəfənin  nailiyyətlərini  bilmək,  elmiliyin  Avropa 

meyarlarını mənimsəmək Axundovu bütün müsəlman mədəniyyətini yenidən dərk 

etməyin vacibliyi qənaətinə gətirmişdi. M.F.Axundov 1863-1865-ci illərdə özünün 

məşhur  fəlsəfı  traktatını  -  "Kəmalüddövlənin  İran  şahzadəsi  Cəmalüddövləyə  üç 

məktubu  və  sonuncunun  ona  cavabı"  əsərini  yazır.  Burada  Avropada  olmuş 

şahzadə  ilə  heç  vaxt  öz  ölkəsindən  kənara  çıxmamış  şahzadənin  məktublaşması 

formasında  İranda  monarxiya  üsul-idarəsinin,  dini  fanatizmin,  iqtisadi  və  mədəni 

geriliyin dəhşətli mənzərəsi verilir. Axundov bir sıra dərin məzmunlu məqalələrin - 

"Filosof Yuma cavab", "Babi məsləki", "Yek kəlmənin tənqidi", "Molla Rumi və 

onun əsərləri haqqında" əsərlərin də müəllifidir. 



Axundov  fəlsəfi əsərlərinin əsas  məzmununu Şərq despotizminin tənqidi, 

fəlsəfi  materializmin,  parlament  idarə  formasının  müdafiəsi  və  əsaslandırılması 

təşkil edir. İslamın mənşə və mahiyyətini, onun ehkamlarını, ayinlərini, hüququnu 

dərindən təhlil edən M.F.Axundov din və dini ideologiyanın müsəlman xalqlarının 

şəxsi və ictimai həyatında oynadığı rolu nümayiş etdirirdi. 

Axundov  fəlsəfi  əsərlərində  sübut  edirdi  ki,  dünyadakı  saysız  cisim  və 

proseslər  vahid  və  hər  şeyi  əhatə  edən  maddi  substansiyanın  müxtəlif 

təzahürləridir.  Maddi  substansiya  əbədi  və  sonsuzdur,  özü  özünün  səbəbkarıdır, 

həm  yaradıcı,  həm  də  yaranmışdır.  Dünyada  təbii  qanunauyğunluq  və  səbəbiyyət 

mövcuddur, heç bir qeyri-adi əməl, möcüzə, əlamət, vəhy mümkün deyil. 

Axundovun  mühüm  xidmətlərindən  biri  də  odur  ki,  Azərbaycan 

mütəfəkkirlərinin  fəlsəfəyə  baxışlarında  köklü  dəyişiklik  yaratdı.  Azərbaycanın 

bütün  əvvəlki  mütəfəkkirləri  fəlsəfəni  varlıq  və  şüurun  dərkedilməz  prinsipləri 

haqqında  elm  kimi  başa  düşürdülər.  Axundov  isə  fəlsəfəyə  "təbiətin  qanunlarına 

uyğun  olaraq  bütün  şeylərin  məqsədəuyğun  şəkildə  qurulmasının  səbəbini 

müəyyənləşdirən  elm  kimi,  daha  doğrusu,  maddi  dünyanın  "qanunları"  və 

səbəbləri" haqqında bilik kimi baxırdı [15]. 

Axundovun hərtərəfli və parlaq fəaliyyəti nəticəsində  Azərbaycanda elmi 

və  fəlsəf  fikir  öz  inkişafında  qonşu  İran  və  Türkiyəni  xeyli  qabaqlamışdı.  O, 

müsəlman  sxolastikasından  azad  olmuş,  əslində  yeni  Avropa  elminə  qovuşmuş, 

maarifçi  inkişaf  yoluna  qədəm  qoymuşdu.  Bundan  sonra  elm  və  maarifin  təbliği, 

dünyəvi  təhsil  və  tərbiyənin  müdafiəsi  Azərbaycan  fəlsəfi  və  ictimai  fikrinin 

mühüm problemlərindən olmuşdur. 

XIX  yüzilliyin  son  rübündə  Azərbaycanın  qabaqcıl  ictimai  və  sosioloji 

fikri  yeni  ideya  məzmunu  ilə  zənginləşdi.  Azərbaycanın  sosial-iqtisadi  inkişafı, 

müsəlman  xalqlarının  ictimai  həyatında  islamın  rolu  və  təsiri  onun  əsas 

tədqiqatlarından birinə çevrildi. H.Zərdabi özünün sosial-iqtisadi və mədəni-maarif 

mövzularında  yazdığı  çoxlu  məqalələrində  Azərbaycan  kəndində  kənd 

təsərrüfatının  inkişafını  ləngidən  feodal  qaydalarının  qalıqlarına  qarşı  çıxış  edir, 

sənaye  fəhlələrini  dilənçi  həyatına  məhkum  etmiş  amansız  kapitalist  istismarını 

pisləyir,  çarizmin  müstəmləkəçilik  siyasətini  tənqid  edirdi.  Zərdabi  bir  maarifçi 

kimi  Azərbaycanın  sosial-iqtisadi  və  mədəni  geriliyinin  əsas  səbəbini  elm  və 

mədəniyyətin  ləng  inkişafında,  dünyəvi  təhsil  ocaqlarının  azlığında,  despotizmdə 

və dini fanatizmdə görürdü. Zərdabi nəşr etdirdiyi "Əkinçi" qəzetinin səhifələrində 

dünyəvi  təhsil  uğrunda  mübarizə  aparırdı.  Alim  və  mütəfəkkir  25  il  ərzində  bu 

mövqedən  doğma  xalqın  sosial  və  mənəvi  dirçəlişi  üçün  yorulmadan  çalışırdı, 

M.F.Axundovun  maarifçi  ictimai  ideyalarını  inkişaf  etdirən  Zərdabi  xalqa 

demokratik  azadlıqlar  verilməsini  tələb  edir,  əsrin  əvvəllərində  intişar  etməkdə 

olan  sosial-demokratiya  ideyalarını  dəstəkləyirdi.  Ömrünün  son  illərində  Zərdabi 

millətin əsas mənəvi dayaqlarından birini islam dinində gördüyünü vurğulayırdı. 



Azərbaycanın 

sosial-iqtisadi 

geriliyinin  səbəbləri  90-cı  illərdə 

Azərbaycanın  maarifçi  dairələrində  geniş  müzakirə  mövzusu  idi.  MF.Axundovun 

ardınca  radikal  əhvali-ruhiyyəli  maarifçilər  bütün  bunların  səbəblərini  həm  də 

mövcud  əlifbanın  qeyri-təkmil  olmasında,  mövhumatçılıqda  görürdülər.  1869-cu 

ildə  Leyptsiq  Universitetini  bitirmiş  Məmmədağa  Şahtaxtinski  (1846-1931  -ci 

illər), yeni. təkmilləşmiş müsəlman əlifbası ideyasını irəli sürür, Avropa maarif və 

mədəniyyətinə  qovuşmağı  təbliğ  edirdi  [16].  Peterburq  yunker  hərbi  məktəbinin 

yetirməsi  Səmədağa  Mehmandarov  "Müsəlmanların  geriliyinin  səbəbləri",  "Necə 

olmalı",  "Müsəlman  ətalətinə  qarşı"  adlı  məqalələri  ilə  çıxış  edərək  göstərirdi  ki, 

"dini"  mövhumat  indiki  müsəlman  Şərqində  despotizmin  mənəvi  dayağı  rolunu 

oynayır,  əqidə  azadlığını  təqib  edir,  siyasi,  iqtisadi,  mədəni  yaradıcılıqda 

çəkişmələrə  şərait  yaradır  [17].  M.Şahtaxtinski  və  S.Mehmandarov  müsəlman 

xalqlarının  sosial-iqtisadi  və  mədəni  geriliyinin  səbəblərini  islam  kəlamlarının 

cahil  və tamahkar ruhanilər tərəfindən  yanlış şərh edilməsilə izah edirdilər. 1894-

cü  ildə  Sorbonna  Universitetini  bitirmiş  Əhməd  bəy  Ağayev  (1863-1939-cu  illər) 

bunun  səbəblərini  orta  əsrlərin  ilk  dövrü  üçün  səciyyəvi  olan  islamı  "azad"  dərk 

etmək  prinsipindən  çəkinməkdə  görürdü.  İbn  Rüştinin  və  əl-Təbərinin 

nəzəriyyəsinin  təsiri  ilə  görkəmli  islamşünas  kimi  yetişməkdə  olan  Ə.Ağayev 

Quranın əsrlər boyunca, tədricən dəyişikliyə düçar olduğunu sübut etməyə çalışırdı 

[18].  Qori  Müəllimlər  Seminariyasının  məzunları  F.Köçərli  (1865-1920-ci  illər), 



Teymıtr  bəy  Bayraməlibəyov  (1862-1937-ci  illər)  sübut  edirdilər  ki,  səbəb 

müsəlman  ruhanilərinin  cahilliyində  və  pozğunluğunda,  əsas  vəzifələrini  yaddan 

çıxarmasında, müəyyən vaxt və konkret xalq üçün nəzərdə tutulmuş islamın mülki 

qanunlarının  mütləqləşdirilməsindədir  [19].  M.Şahtaxtinski,  S.M.Mehmandarov, 

Qori  Müəllimlər  Seminariyasının  məzunu  E.Sultanov  (1862-1935-ci  illər), 

R.Əfəndiyev  (1868-1942-ci  illər),  İrəvan  Müəllimlər  Seminariyasının  yetirməsi 

H.Vəzirov  (1862-1916-cı  illər)  [20]  islamın  təriqət  və  ayinlərinin,  xüsusilə  şiə 

şəbihlərinin,  müridizm  və  babizmin  tənqidi  ilə  çıxış  edərək  onları  qızışdıran  və 

yayanlara  qarşı  qəti  tədbirlər  görməyi  tələb 

edirdilər.  H.Vəzirov, 

T.Bayraməlibəyov, M.Əfəndiyev [21] о dövrdə avam kütlə arasında geniş yayılmış 

müsəlman  mövhumat  və  xurafatının  məna  və  məqsədini  öz  məqalələrində  açıb 

göstərirdilər. Bununla belə ali müsəlman din xadimlərinin görkəmli nümayəndələri 

-    şeyxül-islam    Əhməd      Səlyani,      Axund    Əbdüs-Salam  Axundzadə,  molla 

Məhəmməd  Axund  Pişnamazzadə  və  b.  öz  dövrünün  yüksək  savada  malik, 

maarifçiliklə məşğul olan adamları idilər.  Çox vaxt onlar məktəb və  mədrəsələrdə 

dini dərslərdən başqa, ana dilindən də dərs deyirdilər. 

XIX  yüzilliyin  ikinci  yarısı  -  XX  yüzilliyin  əvvəllərində  Azərbaycanın 

qabaqcıl  fəlsəfi  və  ictimai-siyasi  fikrinin  İran,  Orta  və  Yaxın  Şərqin  digər 

ölkələrinin  mənəvi  mədəniyyətinin  yüksəlişinə  böyük  təsiri  müşahidə  olunurdu. 

M.F.Axundov,  H.Zərdabi,  N.Nərimanov,  C.Məmmədquluzadə  və  başqalarınm 

ideyalarının  təsiri  altında  Cənubi  Azərbaycanda  əsas  nümayəndələri  Mirzə 



Mülküm  xan  (1883-1909-cu  illər),  Zeynalabdin  Marağayi  (1838-1910-cu  illər), 

Əbdürrəhim  Talıbov  (1834-1911-ci  illər)  olan  maarifçi,  milli  azadlıq  hərəkatı 

formalaşırdı.  Onlann  yaradıcılıqlarının  əsas  ideyası  geriliklə,  cahilliklə  mübarizə, 

Qərb  mədəniyyətinin,  elminin,  maarifmin  öyrənilməsi,  mülki  qanunçuluğun 

tətbiqi, şəxsiyyətin, azad əmək fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi idi. 

Mirzə  Mülküm  xan  maarifçi  xarakterli  çoxlu  əsərlərin  müəllifi,  "Qanun" 

qəzetinin  naşiri  olub,  "Fərəmuşxana"  cəmiyyətinin  əsasını  qoymuşdu.  Mirzə 

Mülküm  xan  özünün  yaradıcılığında  əvvəlcə  liberal  maarifçi,  sonralar  isə  İranda 

despotizm  və  müstəmləkəçiliyin  tənqidçisi  mövqeyindən  çıxış  etmişdir.  Mirzə 

Mülküm  xanın  ideyaları  1905-1911-cı  illər  İran  inqilabının  hazırlanmasında 

mühüm rol oynamışdı. 

Məşhur  "İbrahim  bəyin  gündəliyi"nin  müəllifi  Z.A.Marağayi  İran 

xalqlarının  sxolastika  və  cəhalət  yuxusundan  oyanması  işində  mühüm  rol 

oynamışdı.  İranın  iqtisadi  və  mədəni  geriliyi  ilə  mübarizənin  əsas  vasitələrini 

Z.A.Marağayi  elm  və  maarifdə,  Qərb  mədəniyyəti  ilə  təmasda  görürdü.  O,  İran 

xalqlarını despotizmə qarşı, konstitusiya uğrunda döyüşə çağırırdı. 

Cənubi  Azərbaycanın  elmi  və  ictimai-siyasi  fikrinin  ən  görkəmli 

nümayəndəsi,  təbiətşünaslığa  və  fəlsəfəyə  dair  bir  sıra  elmi  əsərlərin  müəllifi  Ə. 

Talıbov  idi.  Gənc  yaşlarından  Qafqaza  mühacirət  edən,  həyatının  xeyli  hissəsini 

Temirxanşurada  keçirən  Ə.Talıbov  tez-tez  Rusiyaya,  Avropaya,  Yaxın  Şərq 

ölkələrinə  gedirdi.  Ə.Talıbovun  ictimai-siyasi  dünyagörüşünün  əsas  məzmununu 

İranın sosial və milli dirçəlişi uğrunda mübarizə təşkil edirdi. Təbiətşünaslıq elmi 

fikrinin  böyük  nümayəndəsi  olan  Ə.Talıbov  yorulmadan  Avropa  və  rus  elm  və 

texnikasının  nailiyyətlərini  təbliğ  edir,  utopik  meyilli  bir  sıra  islahatlar  irəli 

sürürdü. 

 


Yüklə 11,49 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin