Azərbaycan dilində işgüzar və akademik kommunikasiya: kursun məqsəd və vəzifələri



Yüklə 110,97 Kb.
səhifə5/16
tarix24.01.2022
ölçüsü110,97 Kb.
#51554
1   2   3   4   5   6   7   8   9   ...   16
az dili

FİKRİN SADƏLİYİ. Nitqin aydın, asan, anlaşıqlı, düzgün olması tez başa düşülməsinin rəhnidir. Sadə nitq hər cür sünilikdən, yalançı pafosdan, qondarma ifadələrdən, təmtəraqdan, ibarəçilikdən, əllaməçilikdən uzaq nitqdir. «İfadə nə qədər gözəl olarsa, fikir və hisslər o qədər zərif olar» (D.N.Pisaryev).

Nitqin sadəliyi üçün yığcamlıq, aydınlıq, anlaşıqlıq və cümlənin qısalığı əsas şərtdir. Vaxtilə Flober yazırdı: «Əgər cümləni qısaltmaq mümkünsə, qısalt. Bunu həmişə etmək olar. Ən yaxşı cümlə? — Ən qısa cümlədir».

“Dil nə qədər asan, sadə olsa, bir o qədər gözəl, göyçək və məqbul olar” (F.Köçərli). Nitqin sadəliyi onun aydınlığı, anlaşıqlı olması, asan qavranılmasıdır. Sadəliyi heç də fikrin məzmununun, mahiyyətinin bəsitləşməsi, ibtidailəşməsi kimi başa düşmək olmaz. Nitqin sadəliyi mürəkkəb cümlələrdən qaçmaq, məzmunu mümkün qədər sadə cümlələrlə vermək mənasında da anlaşılmamalıdır. Natiq danışarkən, əşya və hadisələri təsvir edərkən onların mahiyyətini daha aydın və dəqiq vermək üçün həm sadə, həm də mürəkkəb konstruksiyalardan istifadə etməlidir. Nitqin sadəliyi tələb edir ki, orada işlədilən bütün sözlər dinləyicilərin (auditoriyanın) ümumi səviyyəsinə və xüsusiyyətlərinə uyğun gəlsin, hamı üçün aydın və anlaşıqlı olsun.

Dinləyicilərin ümumi səviyyəsinə uyğun olmaqla hər cür qondarma, süni ifadələrdən, təmtəraqlı, gurultulu, yabançı pafosdan, gerçəkliyi əks etdirməyən söz birləşmələrindən (vicdanın böyük heykəli, ölməzlik zirvəsiğ

, şeirin günəşi, kadr potensialı və s.) istifadə nitqin sadəliyi baxımından məqbul sayılmır.

6) Nitq fəaliyyəti tamamilə dilə əsaslanır. Dil nitqin bazası, nitq isə dilin ifadə formasıdır. Dil nitqi formalaşdırdığı kimi nitq də dili yaşadır. Bu, o deməkdir ki, bilmədiyin dildə danışa bil- məzsən. Dil də nitq şəklində fəaliyyət göstərməsə, ölər. Nitq özü tamamilə dil bazasında yarandığı kimi, bəlağətli nitq (ritorika) də dil normaları əsasında yaranır. Dil normalarından kənarda heç bir ritorik akt yarana bilməz. Dil normalarını tənzimləyən Azərbay- can Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Aka- demiyası, onları ümumiləşdirən dilçilik olduğu üçün tamamilə dil qanunlarına əsaslanan ritorika dilçiliyin bir bölməsi hesab edilir. Dilçiliyin fonetika, leksikologiya, frazeologiya, morfologiya böl- mələri ritorikanı da əhatə edir. Belə ki, Azərbaycan dilinin fone- tik (qanun və vasitələri nitqin ekspressivliyinı artırdığı üçün hər bir ritor bu prosodik vasitələrdən bacarıqla istifadə edə bilməli- dir. Eləcə də dilimizin leksik tərkibini mükəmməlsurətdə mənim- səmiş, geniş söz ehtiyatına malik olan adam lüğəvi vahidlərdən yerində və bacarıqla istifadə edə bilər. Sözlərin seçilməsi, onların nominativ və məcazimənalarından mahir ritor bacarıqla istifadə edir. Bu, onun nitqinin bütün ritorik tələblərini təmin edir. Əksinə, leksik normalardan kənara çıxan (loru, jarqon, vulqar sözlər işlədən) adam dərhal dinləyicinin marağınin sönməsinə səbəb olur. Eyni sözləri frazeoloji vahidlərdən istifadə edə bil- mək qabiliyyəti haqqında da demək olar. Məlumdur ki, pare- mioloji vahidlər nitqin effektini artırır. Məsələn,

Yoruldum – əldən düşdüm. İnanmıram – Gözüm su içmir.

116


Gizli saxla – bir daş altda, bir daş üstdə və s.

Çox asanlıqla inanmaq olar ki, birinci-normativ mənada işlənən sözlərdən istifadə edən adi, ikinçilərdən istifadə edən isə ritor (əsl natiq) hesab olunur.

Dilin morfoloji normaları da belədir. Qrammatik norma və kateqoriya şəklində sabitləşmiş qrammatik məna ifadəçiləri normativ sistem təşkil edir. Bu normativ sistemi mənimsətmək, onları nitqdə yerli yerində işlətmək ritorikanı dilin formal sistemı ilə əlaqələndirir. Dilin sintaktik səviyyəsini, oradakı müxtəlif dil xüsusiyyətlərini (fonosintaktik cəhətləri, aktual üzvlənməni, fo- netik-ritmik qruplara ayırmanı dərindən bilmək ritorun ən başlıca vəzifəsidir. Beləliklə, aydınolur ki, ritorika tamamilə dilçilik çərçivəsində fəaliyyət göstərir.

7) Ədəbi dilin bədii üslubu. Fikrin bədii ifadə və təsvir vasitələri ilə ifadə olunmasına bədii üslub deyilir. Bədii üslub eyni zamanda bədii dil də adlanır.

Azərbaycan ədəbi dilində bədii üslub xüsusi yer tutur. Bu üslub tarixən qədim, mahiyyətinə görə isə çox kütləvidir. Bədii üslub ədəbi dilimizin ilk formalaşdığı dövrdən onun əsasını təşkil etmişdir.

Bədii üslubun iki forması vardır: nəzm üslubu və nəsr üslubu. Bədii üslubun bu formaları bir sıra cəhətlərinə və əlamət-

23

lərinə görə bir-birindən fərqlənir. Məsələn, şeirlə yazılan əsərlər- də müəyyən ölçü olur; belə ki, şeirdə hecalara fikir verilir, qafiyə nəzərə alınır və s. Lakin nəsr əsərlərində isə bu ölçülər hazırkı dövrdə nəzərə alınmır (ədəbiyyatımızda qafiyəli nəsr də olmuş- dur).



Bədii üslubun hər iki formasında janrlarla əlaqədar bir sıra üslublar da olur; məsələn, qəzəl üslubu; qoşma üslubu; hekayə üslubu; dram üslubu; satira üslubu və s.

Ədəbi dilin bədii üslubunun özünəməxsus bir sıra xüsu- siyyətləri vardır ki, bunlar onu başqalarından fərqləndirir. Həmin fərqlər, əsasən, aşağıdakı sahələrdə özünü göstərir.

Söz seçməkdə. Bədii üslubda yazılan əsərlərdə müxtəlif söz qruplarına müraciət olunur və oradan rəngarəng sözlər seçilib işlədilir. Dildə elə bir söz qrupu ola bilməz ki, bədii üslub oradan istifadə etməsin. Dildə hər nə varsa bədii üslubun ixtiyarındadır. Bədii üslubda bu və ya başqa üslubi məqam, yaxud surətin nitqini fərdiləşdirmək üçün sənət, peşə ilə əlaqədar və ya dialekt sözlərindən istifadə edilir. Bununla bərabər həmin üslubda söz- lərin məna qruplarından – eyni səslənməyə malik müxtəlif sözlər- dən (omonim); müxtəlif formalı, lakin yaxın məna ifadə edən sözlərdən (antonom) bədii ifadə vasitəsi kimi çox geniş istifadə olunur. Bütün bunlar isə oxucu və ya dinləyicinin bədii zövqünü oxşamağa qüvvətli təsir göstərir.

Sözlərin işlədilməsində. Bədii ədəbiyyat dil sahəsində geniş novatorluq meydanıdır. Burada mövcud sözlərə yeni məna ver- mək, sözə emosional çalarlıq gətirmək və bunları çox müxtəlif formalarda və müxtəlif məqam və vəziyyətdə işlətmək olur.

Bədii ədəbiyyatda ayrı-ayrı sözlərdən yeni mənalarda istifadə olunması. Onların məcazi məna kəsb etməsi imkanları ilə bağlıdır. Hər bir sözün məcazi mənası dildə müəyyən obrazlılıq əmələ gətirir. Bədii ədəbiyyatda məcazların müxtəlif formalarından olduqca geniş şəkildə istifadə edilir. Buna görə də bədii üslub obrazlı olur və bu

24

cəhətinə əsasən digər üslublardan fərqlənir.



Qrammatik vasitələrin istifadəsində. Bədii üslubda bəzi dil

vasitələrinə bədii meyarla yanaşılır. Bu və ya başqa bir vasitə bədii qanunlara müvafiq olaraq bədii zərurət əsasında işlənilir. Bədii üslubda sintaktik fiqurlar – ritorik suallar, bədii nidalar və xitablar çox işlənir. Bu da öz növbəsində onu başqa üslublardan fərq- ləndirir.

Fonetik materialın istifadəsində. Bədii üslubda dilin səs sistemi bir növ estetik təsir vasitəsinə çevrilir. Xüsusən poeziyada gözəl ahəng, musiqilik səslərlə yaradılır. Eyni zamanda, səslərin fonetik sıralanması vasitəsi ilə bəzən ifadənin təsiri də qüvvətləndirilir. Belə bir vəziyyət, əsasən, bədii üslub üçün xarakterikdir.

Sitatlardan istifadə. Bədii üslubda sitatlardan geniş istifadə olunur. Burada işlənilən hər bir poetik sitat öz vəzifəsinə görə elmi sitatdan fərqlənir. Poetik sitatlar bədii surətlərin nitqini fərdiləşdirmək və s. kimi üslubi cəhətlər üçün işlənilir.

Epiqrafların verilməsində. Bədii üslubda epiqraflara tez-tez müraciət olunur. Hər bir epiqraf mətnin əvvəlində verilərək hə- min mətnin məzmunu ilə uyğun gəlir. Bunların vasitəsilə müəllif ifadə olunan fikrin təsirini daha da artırır.

Bədii üslub bütün öz xüsusiyyətləri ilə olduqca obrazlı, emo- sional və ekspressivdir. Bu üslub başqa üslublara nisbətən xalq danışıq dilinə daha yaxındır. Hazırda Azərbaycan ədəbi dilinin bədii üslubu çox inkişaf etmişdir. Bu üslub ədəbi dilin və xalq danışıq dilinin xüsusiyyətləri əsasında get-gedə daha da təkmilləşir.

8) Ədəbi dilin elmi üslubu. Fikrin elmi şəkildə ifadə olun- ması elmi üslub adlanır. Elmi üsluba eyni zamanda elmi dil də deyilir. Elmi üslubda obrazlılıq, emosionallıq olmur. Buraya bü- tün elmi və metodik əsərlərin dili daxildir.

Azərbaycan ədəbi dilində elmi üslub bədii üslubdan sonra formalaşmağa başlamışdır. Bu üslub tarix boyu geniş təkmil-

25

ləşmə və inkişaf yolu keçirmişdir. Hazırda elmin bütün sahə- lərinə dair bu üslubda mükəmməl elmi əsərlər yaradılır. Elmi üslubu digər üslublardan fərqləndirən bir sıra xüsusiyyətlər vardır. Həmin xüsusiyyətlər, əsasən, aşağıdakılarla müəyyənləşir.



Fikrin elmi izahı. Elm – təbiət və cəmiyyət qanunlarını aydın- laşdırır. Buna görə də elm mövcud anlayışlara dair dəqiq izahat tələb edir; müəyyən məsələ şərh olunarkən elmi təfəkkür əsas götürülür. Bu xüsusiyyət elmi üslubu digər üslublardan fərqləndirir.

Terminlərin çox işlənməsi. Məlum olduğu kimi termin elmin əlifbasıdır. Elə buna görə də elmi üslubda elmin müxtəlif sahə- lərinə dair aparılan tədqiqatla əlaqədar terminlərdən geniş istifadə olunur.

Sözün həqiqi mənada işlənməsi. Elmi üslub üçün əsas əla- mətlərdən biri sözü ilk mənasında işlətməkdir. Bu üslubda söz- lərin məcazi, yaxud bir neçə mənada işlədilməsinə əsasən yol verilmir. Çünki elmi üslubda sözlərin çoxmənalılığı bəzən do- laşıqlığa, anlaşılmazlığa səbəb ola bilir.

Xüsusi ifadələrin işlənilməsi. Elmi üslubda bu və ya digər məsələ şərh olunarkən ―tədqiqat göstərir ki, ‖ ―belə nəticəyə gəl- mək olur ki‖, ―bu nöqteyi – nəzərdən‖ və s. kimi xüsusi ifadə- lərdən tez-tez istifadə olunur. Bunlar elmi üslubun xüsusiyyətləri ilə bağlı ifadələrdir.

Mürəkkəb sintaktik konstruksiyaların tələb olunması. Elmi üslubda bu və ya digər anlayışı dəqiq və düzgün ifadə etmək üçün dilin bütün qrammatik vasitələrindən, o cümlədən mürək- kəb sintaktik quruluşlu cümlələrdən istifadə edilir.

Müxtəlif işarələrin işlədilməsi. Ayrı-ayrı elm sahələri ilə əlaqədar olaraq elmi üslubda yazılan əsərlərdə müxtəlif işarələr sistemindən istifadə edilir. Dialektlərə aid yazılmış əsərlərdə transkripsiya ilə əlaqədar işarələr buna misal ola bilər.

Qədim yunan və latın əlifbalarından istifadə olunması. Bəzi elm sahələrində yunan və latın hərflərinə müraciət

olunur.Məsələn, iks (x), iqrik (y) və s.

Bu və ya digər tədqiqat işi elmi üslubda şərh olunarkən hər

bir müəllifin fərdi üslubu yaranır. Lakin bu fərdi üslub bədii üslubda yaranan fərdi üslub kimi xüsusi mahiyyətə malik olmur.

Elmi üslub bədii üslub qədər kütləvi xarakter daşımır. Belə ki, bədii üslubda yazılan hər bir parçanı hamı oxuyanda və ya eşidəndə başa düşür, lakin elmi üslubda müxtəlif sahələrə aid ya- zılan əsərləri hamı dərk edə bilmir.

Qeyd etmək lazımdır ki, ədəbi-tənqidi əsərlər də eyni üs- lubda yazılır. Bu növ əsərlər elmi üslubu ictimai-publisistik üs- luba yaxınlaşdırır.

9) Publisistik üslub — milli ictimai təfəkkürün ifadəsidir. Bu üslub mətbuatm (qəzetlərin, bədii — siyasi və ictimai jurnalların, elmi-kütləvi kitabların və s.), radio — televiziyanın dilidir. Publisistik üsluba bəzən «mətbuat dili» də deyilir. «Qəzet dili», «radio dili», «televiziya dili» anlayışları da bu mənada işlənir. Radio və televiziya dili publisistik üslubun şifahi forması, qəzet və jurnalların dili isə onun yazıh formasıdır. Bu iki forma arasında elə bir kəskin fərq yoxdur. Publisistik üslubun hər iki formasının əsas xüsusiyyəti fikrin hamı tərəfindən anlaşıqlı, aydın və təsirli şəkildə ifadə olunmasıdır. Publisistik üslubda yazan müəllif ilk növbədə çalışır ki, toxunduğu məsələ mümkün qədər kütləvi şəkildə hamıya çatsın və oxucularda müsbət reaksiya doğursım.

Məhz buna görə də publisistik üslubda əksəriyyət tərəfindən anlaşıları ümumişlək sözlərdən daha çox istifadə olunur. Publisistik üslub kütləvi nitq foması olduğu üçün bütün dil göstəricilərinə görə adi danışıq dilinə çox yaxın olur. Mətbuat dilində gedən proseslər (yeni yaranan sözlər və s.) ümumxalq danışıq dilinə də təsir göstərir. Publisistik üslubda başqa üslubların da xüsusiyyətləri özünü göstərir. Bu baxımdan publisistik üslubun, əsasən, iki növü var: bədii-publisistik üslub, elmi-publisistik üslub.


Bədii publisistik üslub qəzet dilidir. Bu üslub növündə publisistik üslubun əsas xüsusiyyətləri gözlənilməklə yanaşı, yeri gəldikcə obrazlılığa, bədiiliyə də yer verilir.
Elmi — publisistik üslub dedikdə isə elmi — kütləvi jurnal və kitabların dili nəzərdə tutulur.
Publisistik üslub XIX əsrin II yarısında milli qəzetlərin nəşrə başlaması ilə formalaşmışdır.

10) Rəsmi — işgüzar üslub — rəsmi və işgüzar sənədlərin dilidir. Bu üslubda fikir müəyyən qəlibə düşmüs (standart) formalarda və olduqca yığcam şəkildə verilir. Üslubun əsas səciyyəvi xüsusiyyəti də elə budur. Rəsmi — işgüzar üslub hamı üçün eynidir — standartdır. Burada obrazlı ifadələrə, fərdi nitq xüsusiyyətlərinə rast gəlinmir. Milli rəsmi — işgüzar üslub başqa funksional üslublara nisbətən gec formalaşıbdır.


Bu üslubun lüğət tərkibi yığcam, sintaksisi məhduddur. Rəsmi — işgüzar üslubda bir sıra arxaik sözlər və köhnelmiş sintaktik qəliblər uzuu müddət qorunub saxlanılır.
Rəsmi — işgüzar üslub iki yerə ayrılır: rəsmi sənədlərin dili, işgüzar sənədlərin dili.
Dövlət, hökumət təşkilatlarının tərtib etdiyi və rəsmi qaydada təsdiq olunan sənədlər (məsələn, prezident fərmanları, hökumət sərəncamları, nazirlərin əmrləri, konstitusiya və s.) rəsmi sənədlər sayılır.
Rəsmi sənədlər mütəxəssislər tərəfindən hazırlamr, yerlərdə müzakirə edilir, sonra isə təsdiqlənir.


Yüklə 110,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin