Azərbaycan dilində işgüzar və akademik kommunikasiya: kursun məqsəd və vəzifələri



Yüklə 110,97 Kb.
səhifə14/16
tarix24.01.2022
ölçüsü110,97 Kb.
#51554
1   ...   8   9   10   11   12   13   14   15   16
az dili

Kimə və nə haqdayazıldığı göstərilir, səhifənin ortasında «rəy» sözü yazılır.

  • Nə barədədirsə, onun müsbətvə mənfi cəhətləri göstərilir.

  • Rəyçi tərəfindən irəli sürülən təklifvə tövsiyələr yığcam şəkildə ifadə olunur.

  • Sonda rəyçinin adı, soyadı və atasınınadı yazılır vəimza qoyulur, tarix — gün, ay, ilbütöv şəkildə göstərilir.

    39) XASİYYƏTNAMƏ. "Xasiyyətnamə" ərəb mənşəli "xasiyyət" və fars mənşəli "namə" (məktub, kağız) sözlərinin birləşməsindən əmələ gəlmişdir, bir şəxsə, bir şeyə məxsus hal, xüsusiyyət mənasındadır. Bu sənəddə bir adamın xüsusiyyətləri, ictimai və əmək fəaliyyəti, kollektivdəki yeri haqqında ətraflı məlumat verilir. Məktəb illərində şagird məsul vəzifəyə məsləhət görüldükdə, başqa məktəbə oxumağa köçürüləndə, orta məktəbi qurtarıb ali məktəbə təhsil almağa gedəndə, sonralar işə, müəyyən vəzifəyə seçildikdə ona oxuduğu və ya iş yerindən xasiyyətnamə tələb olunur. Xasiyyətnaməyə verilən tələblər bunlardır: 

    1. Vərəqin əvvəlində ortada böyük hərflə "Xasiyyətnamə" sözü yazılır. 

    2. Xasiyyətnamədə şəxsin həyatı, milliyəti, ailə vəziyyəti, əmək fəaliyyəti, öz işinə münasibəti obyektiv şəkildə ardıcıl verilir. 

    3. Dövlət əhəmiyyətli xasiyyətnamələr müzakirə olunur və yoxlanılır. 

    4. Xasiyyətnamə vahid formada yazılmaqla həcmi 1-2 səhifədən artıq olmur. 

    5. Xasiyyətnamədə onun kimə, kimdən və haraya təqdim olunması göstərilir. 

    6. Xasiyyətnaməni rəsmi sənəd kimi müəssisə (idarə, təşkilat) rəhbəri verir, onu ən azı iki məsul şəxs (əsasən, həmkarlar təşkilatının sədri, şöbə müdiri) imzalayır, müəssisənin möhürü ilə təsdiqlənir və verilmə tarixi qeyd edilir.

    Tərcümeyi-Hal forması fərd haqqında tam və dolğun məlumatları özündə əks etdirən bir rəsmi sənəddir. Bu sənəd formasını adətən rəsmi dövlət orqanları, iri şirkətlər və ya qurumlar tərəfindən işə daxil olarkən müraciət edən şəxs tərəfindən təqdim edilməsi tələb olunur. Tərcümeyi hal formasınıda ərizə sənədində də olduğu kimi, hər bir şəxs tərəfindən öz xətti ilə yazılmalıdır. Sənəd formasında özünüz haqqında olan bütün məlumatlar qısa, aydın və ardıcıl şəkildə şərh olunmalıdır. 


    Yüklə 110,97 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   8   9   10   11   12   13   14   15   16




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin