Azərbaycan dilində işgüzar və akademik kommunikasiya: kursun məqsəd və vəzifələri



Yüklə 110,97 Kb.
səhifə12/16
tarix24.01.2022
ölçüsü110,97 Kb.
#51554
1   ...   8   9   10   11   12   13   14   15   16
az dili

İşgüzar ünsiyyət mədəmiyyəti

İşgüzar ünsiyyət elə bir ünsiyyət növüdür ki, bu zaman qarşılıqlı əlaqələrin məqsədi hansısa aydın saziş, söhbətin həllini nəzərdə tutur. Məsələn, həmkarlar, rəis və tabeçilikdə olan şəxs və s. Burada tərəfdaşların hər birinin statusu müəyyən olunur.
Ünsiyyət bacarığı hər hansı şəraitə uyğunlaşmağa imkan verir. İşçilər ünsiyyətin əlaqələndirici (kommunikator) tərəfinə lazımi əhəmiyyət vermədiklərinə görə çox şey itirirlər. Rəhbər həmişə üzdə olan şəxsdir. Ona görə də o, öz hərəkətinə nəzarət etməli, davranış taktikası barədə düşünməli, son nəticəni proqnozlaşdırmalı və işgüzar ünsiyyət etikasına riayət etməlidir.
İşgüzar ünsiyyət etikası məzmunca daha zəngindir. Məsələn, vergi sahəsindəki işgüzar ünsiyyət mədəniyyətinə diqqət yetirək. Burada işgüzar ünsiyyət etikası vergi işçisinin peşəkar davranışının və əxlaqının ən vacib tərəfidir. Xidmət bölməsinin vergi işçilərinin işgüzar ünsiyyət etikasını bilməmələri və ona riayət etməmələri bir çox vergi ödəyicilərinin onlarla ünsiyyət qurmaqdan imtina etmələri ilə nəticələnir və vergi işçiləri xoşagəlməz tənqid obyektinə çevrilirlər. Özlərinə hörmət edən vergi ödəyiciləri vergi əməkdaşının qeyri-peşəkar ünsiyyət etikası ilə qarşılaşdığı hallarda müvafiq reaksiya nümayiş etdirirlər. Bütün bunlar vergi əməkdaşlarının ictimai nüfuzunun azalmasına gətirib çıxara bilər. İşgüzar ünsiyyət və nitq mədəniyyətinin harmoniyası, bu harmoniyanın qoruyub saxlanılması vergi ödəyicilərinə xidmət sferasında funksional idarəetmənin yeni formalarının tətbiqinə geniş imkanlar yaradır. Bu yanaşma yeni mərhələdə vergi ödəyicilərinə göstərilən xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsini, vergi ödəyicilərinə xidmət sahəsinin, vergi qanunvericiliyinə könüllü əməletmə prosesinin inkişaf etdirilməsini nəzərdə tutur.
Eyni sahədə çalışanların ünsiyyəti geniş mənada ünsiyyətdən onunla fərqlənir ki, belə ünsiyyət prosesində məqsəd və öz həllini tələb edən konkret vəzifələr qoyulur. İşgüzar ünsiyyətdə tərəf müqabili ilə qarşılıqlı əlaqələri kəsmək mümkün deyil. İşgüzar ünsiyyətin əhəmiyyətli hissəsini xidməti ünsiyyət, yəni insanların təşkilat daxilində, iş vaxtında həyata keçirilən qarşılıqlı fəaliyyəti tutur. Lakin işgüzar ünsiyyət xidməti ünsiyyətə nisbətən daha geniş anlayışdır, çünki həm də muzdlu işçilərin və fərdi işəgötürənlərin qarşılıqlı fəaliyyətini əhatə edir və təkcə təşkilatlarda yox, ən müxtəlif səviyyəli işgüzar qəbullarda, seminarlarda, sərgilərdə və s. baş verir.
İşgüzar ünsiyyət aşağıdakı əsas formalarda həyata keçirilir: işgüzar söhbət; işgüzar danışıqlar; mübahisə, diskussiya, polemika; işgüzar müşavirə; kütlə qarşısında çıxış; telefon danışıqları; işgüzar məktublaşma. İşgüzar söhbət müəyyən suallar, yaxud problemlərlə əlaqədar informasiya, yaxud fikir mübadiləsidir. İşgüzar danışıqlar maraqlı tərəflərin ünsiyyəti prosesində razılaşdırılmış qərar qəbul edilməsinin əsas vasitəsidir. İşgüzar müşavirə problemlərin mütəxəssislər qrupu tərəfindən kollektiv müzakirəsi üsuludur. İşgüzar məktublaşma mətnin xüsusi üsulla ötürülməsi ilə əlaqədar müxtəlif məzmunlu sənədlərin ümumiləşdirilmiş adıdır. 
İşgüzar ünsiyyətdə “yuxarıdan-aşağı”, daha doğrusu rəhbərliklə tabeçilikdəkilər arasındakı münasibətləri, etikanın qızıl qaydasını aşağıdakı kimi ifadə etmək olar: “Çalışın tabeçiliyinizdəkilərlə qurduğunuz münasibət, rəisinizdən gözlədiyiniz münasibətə bənzəsin”. İşgüzar ünsiyyət mədəniyyəti və uğuru çox hallarda rəhbərin öz işçilərinə qarşı istifadə etdiyi etik norma və prinsiplərdən asılıdır. Norma və prinsiplər dedikdə xidmət zamanı hansı hərəkətlərin etik cəhətdən məqbul, hansının isə qeyri-məqbul olduğu nəzərdə tutulur. Bu normalar ilk növbədə idarəetmə prosesində qəbul olunan sərəncamların nəyin əsasında verilməsinə, işgüzar ünsiyyəti müəyyən edən xidməti intizamın necə təzahür etməsinə aiddir.
Rəhbər və tabeçilikdəkilər arasında işgüzar ünsiyyət etikası pozulduqda kollektivdə insanların əksəriyyəti özlərini narahat, mənəvi cəhətdən müdafiəsiz hesab edirlər. Rəhbərin işçiyə münasibəti işgüzar ünsiyyətin bütün xarakterinə təsir edir, əksər hallarda isə onun əxlaqi-psixoloji iqlimini müəyyənləşdirir. İlk növbədə, məhz bu səviyyədə əxlaq etalonları və davranış qaydaları formalaşır.
İşgüzar ünsiyyət elə bir ünsiyyət növüdür ki, bu zaman qarşılıqlı əlaqələrin məqsədi hansısa sövdənin gerçəkləşməsi, mövcud problemin həlli, yeni əməkdaşlığın qurulması və s. ola bilər. Ünsiyyətin tərəfləri qismində isə həmkarlar, rəis və tabeçilikdə olan şəxslər, tərəfdaşlar və s. çıxış edir. Burada tərəflərin hər birinin statusu müəyyən olunur.
İlk öncə şəxs öz işgüzar sahəsindən olan sanballı peşəkarların simpatiyasını qazanmalı və həmin insanlarla kontakta girməyi bacarmalıdır. Yeni başlayan əksər işgüzarların uğuru düzgün tərəfdaş seçimindən asılı olur.
Sözsüz ki, bu və ya digər sahədən olan məşhur peşəkar ilə əməkdaşlıq yeni başlayan tərəf üçün arzuolunan nəticənin əldə edilməsini asanlaşdırır. Amma bir çox insanlar işgüzar münasibətlər yaratmağa çalışdığı zaman kobud səhvlərə yol verir, bu əlaqələr bəzən çox birbaşa, dikbaş, kobud və bezikdirici şəkildə alınır. Belə cəhdlər təcrübəli biznesmenlərdə gülüş və kinayədən başqa heç nə oyatmır. Buna görə də hətta biznesmenlər mühitindən çıxmış ağıllı və hazırlıqlı insanlar belə, onları maraqlandıran şəxslərlə tərəfdaşlıq münasibətlərinin düzgün qurulması üçün müəyyən alqoritmlərə ehtiyac duyurlar. Bu, bir növ özünəməxsus dostluq və yoldaşlığın təməlidir, daha

sonra isə onu partnyorluq münasibətlərinə və ya düşünülmüş layihənin gerçəkləşməsinin digər formasına çevirmək olar.

24) İşgüzar və akademik kommunikasiyada etik normalarariayət edilməsinin zəruriliyi.

İşgüzar ünsiyyət insan həyatının zəruri bir hissəsidir, digər insanlarla münasibətlərin ən vacib növüdür. Buəlaqələrin əsas tənzimləyicilərindən biri yaxşı və pis, ədalət və ədalətsizlik, insanların düzgün və ya səhvhərəkətləri haqqında fikirlərimizi ifadə edən etiknormalardır. Iş adamları, iş birliyi və ya iş yoldaşlarıilə iş birliyində ünsiyyət qurmaq, hər kəs, bu və yadigər şəkildə şüurlu və ya kortəbii olaraq bu fikirlərəgüvənir. Ancaq bir insanın mənəvi standartları necəbaşa düşməsindən, içindəki məzmundan, ünsiyyətdəbunları nə dərəcədə nəzərə almasından asılı olaraq, həm işgüzar ünsiyyəti asanlaşdıra bilər, həm də dahatəsirli edə bilər, vəzifələrin həllində və məqsədlərəçatmaqda kömək edə bilər, və bu ünsiyyəti çətinləşdirirvə ya hətta mümkünsüz edir.

Düzgün, əxlaqi əməlləri yerinə yetirmək üçün nəetməli olduğumuz sualına cavab verməli olan praktikbir fəlsəfəni ifadə etmək üçün "Etika" termini ilk dəfəAristotel tərəfindən (e.ə. 384-322) istifadə edilmişdir.

İşgüzar yazışmalarda məktubların hazırlanmasındabaşlıca tələblərdən biri də - işgüzar etiket qaydalarınıngözlənilməsidir. Etiket qaydalarının gözlənilməsiməktub müəllifi və yaxud onun təmsil etdiyi təşkilatlaişgüzar münasibətlərin qurulması və pozitivistiqamətdə inkişafına kömək etməklə gələcəkəməkdaşlığın sağlam təməl üzərində qurulmasına, qarşılıqlı fayda əldə edilməsinə və etibarlı tərəfdaşlığınmöhkəmlənməsinə xidmət edir. Ona görə də işgüzarməktubların hazırlanması zamanı qarşılıqlımünasıbətlərin arzu olunan istiqamətdə inkişafı üçünaşağıdakı etiket qaydalarına əməl edilməlidir:  

qarşı tərəfə hörmət əlaməti olaraq işgüzar məktubunbir ünvana göndərilməsi daha məqsədə uyğundur. Bubirbaşa işgüzar əlaqələrin möhkəmlənməsinə münbitşərait yaradır;

hüquqi və ya fiziki şəxsin ünvanına daxil olmuşməktuba mütləq cavab verilməlidir. Bu zaman veriləncavab konkret və aydın olmalı, quru sözlərdən və sırfdəftərxana ifadələrindən ibarət olmamalıdır;

məktubun bir neçə ünvana göndərilməsi zərurətiyarandıqda, hər bir nüsxənin üzərinə “ surəti : ”sözüəlavə olunmalıdır. Məsələn, “Azərbaycan RespublikasıTəhsil Nazirliyinə”. Surəti: ”Bakı şəhər icrahakimiyyətinə”. Bu kimi hallarda işgüzar məktubungöndərildiyi birinci şəxs və ya təşkilat həmin məktubacavab verməlidir. Məktubun surətinin göndərildiyişəxsin və ya təşkilatın cavabı məcburi deyildir;

hər bir işgüzar məktubun konkret mövzusu olmalıdır. Mövzunun aydınlığı qarşı tərəfə vaxta qənaət etməyəvə digər yazışmalar arasından göndərilən məktubunasanlıqla tapılmasına və vaxtında cavab verilməsinəkömək edir;

işgüzar məktub salamlaşma ilə başlamalı, sonra isəonun ünvanlandığı şəxsə və təşkilata müraciətlə davametdirilməlidir. Bu etiket qaydası qarşı tərəfin sizinhəmkarınız və ya digər şəxs olmasından asılıolmayaraq, onun sizin üçün vacib şəxs olmasıqənaətinə gəlməsinə səbəb ola bilər. Bu isə öznövbəsində işgüzar münasibətlərin daha səmərəliqurulmasına kömək edər. 

Yuxarıda göstərilən etiket qaydalarına əməl etməkləyanaşı, eyni zamanda işgüzar məktublarınhazırlanmasında şablon sözlər və ifadələr işlədilir. İşgüzar yazışmalarda aşagıdakı ünsiyyət formalarındanistifadə olunur ki, bunlar da xahiş, məlumat, təklif vəya hər hansı faktın təsdiq edilməsi formasında ifadəolunur. Məsələn, məktub yazılarkən onun girişhissəsində “xahiş edirik,” “çox xahiş edirik”, ”bir dahaxahiş edirik”, ”bildiririk”, “eyni zamanda bildiririk”, ”bir daha xatırladırıq” və sair şablon ifadələrdənistifadə olunur. Hazırlanmış məktublarda, həmçininaşağıda göstərilən şablon ifadələrdən də istifadəolunur: 

- ...hər şeydən əvvəl... ;

- ikincisi ... sonra... ;

- üçüncüsü... daha sonra... ;

- yekunda... ;

- beləliklə... ;

- göstərilənləri nəzərə alaraq... ;

- növbəti məsələyə keçərək... ;

- ....məsələsinə gəlincə... ;

- yuxarıda göstərilənlərdən çıxış edərək... ;

- ...məsələsinə qayıtmaq zəruriəti ilə əlaqədar olaraq... ;

- göstərilənlərə yekun vuraraq qeyd etmək lazımdırki,... ;

- onu da nəzərə almaq lazımdır ki,... ;

- sonda ümid edirik ki,... ;

- sonda sizə xatırlatmaq istəyirik ki,...

Məktublarda əvvəlcə əldə olunmuş vədlərin vərazılaşmaların yerinə yetirilməməsi və ya layiqincəyerinə yetirilməməsi zamanı bunun səbəblərinin qarşıtərəfə çatdırılması üçün bir qayda olaraq, aşağıdakıifadələr işlədilir:

- sizin hərəkətlərinizin əvvəl qəbul olunmuşrazılaşmalara uyğun gəlməməsi ilə bağlı... ;

- istehsalat göstəricilərinin aşağı düşməsini nəzərəalaraq... ;

- obyektin sosial əhəmiyyətini nəzərə alaraq... və sair. 

Bu tipli məktublar hazırlanarkən eyni zamandamüəyyən hadisə və faktlara istinad edilir ki, bunlar daaşağıdakı standart ifadələrlə qarşı tərəfə çatdırılır. 

- sizin ... tarixli ... nömrəli məktubunuza əsaslanaraq... ;

- əvvəllər əldə olunmuş razılaşmalara uyğun olaraq... ;

- sizin ...tarixli sorğunuza cavab olaraq... ;

- şifahi razılaşmalara əsasən... ; 

- sizin məktubunuza (sorğunuza) cavab olaraq... ;

- qarşılıqlı razılaşmaya əsasən... ;

- telefon danışıqlarımıza uyğun olaraq... ;

- hökumətin ...tarixli .... nömrəli qərarına əsasən... ;

- sizin xahişinizə əsasən... ;

- qarşılıqlı tədarük haqqında protokola əsasən... ;

- ....tarixli ... nömrəli müqviləyə əsasən... 

İşgüzar məktubların hazırlanması zamanı onunməqsədi də göstərilmılidir. Bunun üçün aşagıdakışablon ifadələrdən istifadə olunur: 

- məsələnin tezliklə həlli məqsədi ilə... ;

- sərəncamın icrası məqsədi ilə... ;

- mübahisəli məsələlərin razılaşdırılması üçün... ;

- iştirak məsələlərinin razılaşdırılması üçün... ; 

- sizin təşkilatın fəaliyyətinin kütləvi informasiyavasitələrində daha geniş işıqlandırılması üçün... ;

- mübahisəli məsələlərin həlli üçün... ;

- münaqişəli şəraitdən yayınmaq üçün... ;

Yuxarıda qeyd olunan şablon ifadələrdən konkretzaman, məkan, şərait və münasibətlərin vəziyyətinəzərə alınmaqla istifadə edilməlidir. Bu standartifadələr məktubun məzmunun müəllifin arzu vəistəklərinə, habelə konkret şəraitə uyğunişlədilmədikdə, qarşılıqlı işgüzar münasibətlərinpozulmasına gətirib çıxara bilər. Bunun qarşısını almaqüçün aşağıdakı vasitələrdən istifadə olunur. 

Məktubun məzmununda tərəflər arasında istimünasibətlərin yaradılması üçün etik qaydalara tam əməl edilməklə aşağıdakı ifadələr işlədilir :

- təşəkkür edirəm; 

- ümid edirəm ki,...; 

- minnətdarlığımı bildirirəm; 

- uğurlar arzulayıram; 

- üzr istəyirəm;

- baş sağlığı verirəm. 

Məlumat xarakterli məktublar isə aşağdakı söz vəifadələrlə başlayır:

- bildiririk ki,...; 

- sizə məlum edirik ki,...; 

- xəbərdar edirik ki,...; 

Məktublarda həmçinin təsdiq, bildiriş xarakterliifadələr də işlədilir: 

- təsdiq edirik; 

- razılaşırıq; 

- qəbul edirik; 

- möhürlə təsdiqləyirik.

Tələb, xahiş tipli ifadələr də işgüzar məktublarda geniştətbiq olunur:

- əmr edirəm; 

- qərara alıram; 

- tələb edirəm; 

- xahiş edirəm.

Məktublarda həmçinin “təminat veririk”, öhdəlikgötürürük”, “xatırladırıq”, “təklif edirik” kimi standartifadələrdən də istifadə olunur. Orfoqrafik səhvlərə yolverilməməli, söz və ifadələr məntiqi ardıcıllıqladüzülməli, fikir və ideyalar bir-birini tamamlamalı, onlar arasında qeyri-müəyyənlik və ziddiyətolmamalıdır. İlk baxışdan bunlar xırda detal təsiribağışlasa da, lakin sonradan məktub müəllifi haqqındaxoş olmayan təəsürat yarada bilər. Məktubun düzgünyazılma üslubu yalnız müəllifin işgüzar keyfiyyətlərideyil, həm də insan kimi onun şəxsi keyfiyyətləribarədə qarşı tərəfdə xoş təəsürat yarada bilər.
25) Bədən dili elementləri. Qeyri-verbal ünsiyyət elementlərindən ən populyarı təbii ki, jest və mimikalardır. Buna bədən dili də deyilir. Bədən dili insanların duyğu, davranış və niyyətlərini açığa vuran elementlərdir. Bunların arasında baş hərəkətləri xüsusi yer tutur. Bədənimizin ən əsas orqanı olan “baş” daha çox mesaj ötürməkdədir. Başın sağa, sola dönməsi, aşağı, yuxarı hərəkəti fərqli anlamlar daşıyır. Sözsüz ünsiyyətin bir çox elementləri məhz başda yerləşən göz, qaş, burun, ağız vasitəsilə reallaşır. Qeyd etmək lazımdır ki, jest və mimikaların mənaları ölkələrə görə dəyişə bilir. 

Başın bədən dilində  hər birinin öz mənası olan beş fərqli hərəkəti vardır.   Bu beş hərəkət; başı yan tərəfə əymək, arxa tərəfə, başı qabağa çəkmək, başı sola və sağa silkələmək və başı irəli-geri silkələməkdən ibarətdir.  Bir insanın başı yan tərəfə əyilmişsə, bu onun diqqətlə qulaq asdığını və digərinə güvəndiyini göstərir. Söhbət əsnasında başınızı sağa və ya sola əyərək həmsöhbətinizə  baxmağınız ona diqqətlə qulaq asdığınız,  dediklərinə əhəmiyyət verdiyiniz, ona etibar etdiyiniz və dediklərinin sizin üçün dəyərli olduğunu göstərir. Başın arxa tərəfə yüngülcə əymək təkəbbürü simvollaşdırır. Bir qaşının yuxarı qaldıraraq başı arxaya əymək isə qarşınızdakını tamamilə saymadığınız anlamına gəlir. Başını önə doğru əymək isə bir təhdid işarəsi olub qarşıdakına “səndən xoşum gəlmir” mesajını verir. Başın irəli əyilməsi özünə inamsızlığı ifadə edir. Xüsusən də iltifat zamanı başın irəli əyilməsi qorxaqlığı və utancaqlığı simvollaşdırır. Başı sola və sağa silkələmək bir çox  ölkələrdə “yox” deməkdir. Lakin bəzi ölkələr var ki, bu hərəkət “bəli” anlamına uyğun gəlir. Başı irəli və geri yellənmək; ümumiyyətlə “bəli” deməkdir. Eyni zamanda, söhbət əsnasında başınızı irəli-geri silkələmək mövzunu təsdiqləmək və danışılanlara qatılmaq deməkdir.

Əl hərəkətləri: Əllər bədən dilinin göstərildiyi ən vacib əzalardan biridir. Əllər gündəlik həyatımızda çox vacib şeylər etməklə yanaşı, qeyri-verbal ünsiyyəti dəstəkləyən və ya təkbaşına ünsiyyət quran bir üzvdür. Əl jestləri demək olar ki, bütün cəmiyyətlərdə istifadə olunur.  Ovucun aşıq və ya bağlı olması, yuxarı və aşağı istiqamətlənməsi, barmaqların müxtəlif şəkildə birləşməsi  fərqli işarələri  ifadə edir.

Ümumiyyətlə, ovucu  açmaq açıqlıq, güvən və səmimiyyət göstərir. Qapalı ovuc isə özünəqapanıqlığın və inamsızlığın simvoludur.

Danışarkən əllərdən istifadə etmək də vacibdir. Ünsiyyətdə ən çox istifadə olunan üzv əllərdir. Əllərin istifadəsi isə insanda qazanıla bilən bacarıqlardan hesab edilir. Əvvəla, əllərin daha çox istifadə olunduğu məqam əl sıxışaraq görüşməkdir. İlk təəssürat yaratmaq üçün  görüşəndə və ya ayrıldıqda iki nəfərin əl sıxışmasından alınan təəssürat önəmlidir. Bir əlini şalvarın cibində tutaraq söhbətə davam etmək  Qərb cəmiyyətlərində özünə inamlı və rahat olmaq təəssüratı yaratsa da, bir çox cəmiyyətdə bu tip  hərəkət  dinləyiciləri görməməzlikdən gəlmək və ya  qiymətləndirməmək kimi qəbul edilir.

Əksəriyyət tərəfindən qəbul edilən  əl jestlərinə aşağıdakı nümunələr verilə bilər: 

- Əl sıxmaq, "xoş gəldin" və "sağollaşmaq"  mesajını tamamlayan və hətta buna bərabər çəkidə olan bir əl jestidir

- Çıxarkən əl yelləmək  "əlvida" sözlərini dəstəkləyir və ya uzaqda onu əvəz edir.  Bu cür əl hərəkəti nəqliyyat vasitəsi ilə səyahət edərkən vidalaşmaq üçün istifadə edilir. 

-  "Gəl" və "get" çağırışları da əl yestləri ilə əvəz edilə bilər. Barmaqları içəriyə aparıb bir neçə dəfə təkrarlayarkən, "gəl" kimi anlaşılır; barmaqları bir neçə dəfə itələmək "get" deməkdir. 

- Üzü aşağı açıq şəkildə ovucunuzu bir neçə dəfə qaldırmaq və endirmək "yavaş" və ya "sakit" olmaq və ya oturmaq mesajını verir.

- Üzü yuxarı açıq şəkildə ovucunuzu  bir neçə dəfə yuxarı qaldırmaq və aşağı endirmək "daha uca səslə" və ya "ayağa qalx" mesajını verir. 

-  Baş barmağınızı yuxarı və digər dörd barmağınızı bağlamaqla edilən hərəkət bir çox mədəniyyətdə "uğur", “əla” deməkdir. 

- İşarə barmağını və orta barmağınızı "V" şəklində qaldırmaq və ovucunuzu çölə baxaraq göstərmək "qələbə" deməkdir. 

- Şəhadət barmağı və orta barmağınızı "V" şəklində qaldırmaq və ovcu  içəriyə baxaraq göstərmək bəzi mədəniyyətlərdə "söyüş" olaraq istifadə olunur.

Qeyd etdiyimiz kimi, bir çox jestin fərqli mədəniyyətlərdə fərqli mənaları var. Yad ölkədə  əl jestlərindən istifadə edərkən diqqətli olun! Tutaq ki, sizin  üçün  “baş barmağı və şəhadət barmağı ilə bir döngə etmək” hər şeyin yaxşı olduğu anlamına gəlir. Lakin cənubi Fransada əl ilə hazırlanan bu yuvarlaq işarəsi sıfır, eyni zamanda dəyərsiz deməkdir. Bu işarəni yeməyin gözəl  olduğunu bildirmək üçün istifadə etdikdə , onun dəyərsiz olduğunu düşünəcəklər. Sardiniyaya gedəndə vəziyyət daha pisdir. Bu hərəkət ədəbsizdir

Ümumiyyətlə, əl jestlərinin əksəriyyəti refleksiv şəkildə edilir. Əl jestlərindən istifadə cəmiyyətin  sosial-iqtisadi cəhətdən  aşağı səviyyələrindəki şəxslər tərəfindən daha sıx istifadə olunmağa meyllidir. Təhsil və mədəniyyət səviyyəsi artdıqca “əl ilə danışmaq” vərdişləri azalır. Müşahidələrə əsasən Orta Şərq ölkələrinin, xüsusən də ərəblər, afrikalılar və ABŞ-da təhsil və mədəni səviyyələri aşağı olan qaradərililərin əl jestlərindən daha çox istifadə etdikləri söylənilə bilər.

Bədənin duruşu:  Bədən dilində əhəmiyyətli məsələlərdən biri də insanın duruşudur.  Vücudumuzun əl-qol, baş-ayaq hərəkətləri olmadan  təkcə duruşu belə   mesaj ötürmək imkanına malikdir. 

Ayaq və ayaqların istifadəsi: 

-​İki ayaq üstə davamlı olaraq durmaq güvəndən xəbər verir. Hər şeydən əvvəl, bu duruş, ünsiyyətdə olan şəxsin bədən çəkisini ayaqlara bərabər payladığı üçün bədənin tarazlığını təmin edir

-​Ayaqlarını tez-tez dəyişərək bədən ağırlığını bu və ya digər  ayağa vermək , etibarsızlıq, həm də dəyişkən xarakterlilik  kimi qəbul edilə bilər. Bu cür hərəkətin başqa bir mənası  natiqin fiziki baxımdan çox tez yorulduğunu göstərir. 

-​ Ayaqların duruş istiqaməti də vacibdir. Ümumiyyətlə, ayaqların (ayaqqabıların) istiqaməti, həmsöhbətinizə tərəf  yönəldilməlidir. Əks halda bu ona qarşı diqqətinizin yetərincə olmadığı anlamına gələ bilər.

Mimika (Üz ifadələri). “Mimika” yunan mənşəli “mimikos” sözündən alınmış, hərfi tərcüməsi “təqlid” deməkdir. İnsanın üzü onun fiziki görünüşünün əsasını təşkil edir. Üz əzələlərinin gərginliyi insanın sifət ifadəsinin dəyişməsinə səbəb olur ki, bu da birbaşa həmin şəxsin ruh halında baş verənlərin ilk siqnal işarəsidir. Üzdəki hər bir ifadə çox sayda üz əzələsinin daralmasıdır. Çünki bütün üz  əzələləri ümumi bir sinir sisteminə bağlıdır və vahid mərkəzdən idarə olunur. Bir çox təqlidin (üz ifadələrinin) mənası universaldır. 

Üz ifadəsini idarə etmək olduqca çətindir, amma onu inkişaf etdirib "zəngin bir üzə" sahibdir olmaq mümkündür. 

Belə bir ifadə var: “Qəlbi üzündən oxunur”. Ümumiyyətlə, insanın xarici görünüşü və daxili aləmi arasındakı əlaqənin nisbəti, birinin digərinə təsiri daim diqqət mərkəzində olan mövzulardandır.



Göz təması. Sözlərdən sonra bizi ən yaxşı ifadə edə biləcək vasitə gözlərimizdir. “Gözlər qəlbin aynasıdır” deyimi boş yerə söylənməmiş. Göz təmasında necə baxdığımızla bərabər nə qədər baxdığımız da önəmlidir. Gözlə təmas müddəti, qarşıdakı insanın niyyəti barədə düşündüyümüzdən daha çox məlumat verir. Gözlə təmasın olmaması belə bilərək və ya bilmədən baş verir və fərqli mənalar daşıyır! 

-1. Sıfır göz təması (bilərək) -  Biri səni görüb, lakin görmədiyi kimi davranırsa deməli onun gözündə heç bir qiymətin yoxdur.

1. Sıfır göz təması (bilmədən) – Bu halda təşvişə düşməyə dəyməz. Gözlədiyiniz şəxs hələ size fərq etməmişdir.

2. Qısa və ötəri baxış – bir o qədər də məna yükünə malik deyil. Ətrafa baxarkən ani göz-gözə gəlmisiniz.

3. Qısa şüurlu baxış - Nəhayət, başqasında təəssürat yaratdığımızı göstərən bir baxış. Biri sizə baxıb gözlərini qaçırırsa  səninlə maraqlanmadığı təsiri bağışlasa da, eyni zamanda bu adamın utancaq və ya tanımadığı birinə baxmaqda tərəddüd etdiyi anlamına gələ bilər. Əgər həmin  insan sizdən gözlərini qaçırdıqdan    sonra aşağı baxırsa, demək siz onda maraq oyada bilmisiniz, sola və sağa baxırsa, təəssüf ki, sizdən təsirlənməyib. 

4. Yarım baxış:. Ən çox yarım saniyə davam edən bu baxış çox zaman şüursuz olur, məsələn kimsə telefonla danışarkən sizə  baxanda. Göz sizdə amma şüur ​​uzaqda.

5. Göz dikmək – şüursuz şəkildə reallaşan son səviyyədir. Qarşı tərəfə  2-3 saniyə baxmağı nəzərdə tutur. Əgər bu davamlı olarsa hər hansısa niyyəti ortaya qoyur.

Bu səviyyələri artırmaq da mümkündür. Təmas zamanı uzandıqca verilən mesaj həm müsbət, həm də mənfi mənada daha içdən və kəskin olur.

Ümumiyyətlə isə gözlə əlaqə qurmağın hədəflərini belə qruplaşdırmaq olar:

1) müəyyən məlumatlar əldə etmək;

2) diqqət və maraqlarını nümayiş etdirmək;

3) qarşılıqlı əlaqəyə təşviq etmək və onun irəliləməsinə nəzarət etmək;

4) üstünlüklərini, təhdidlərini göstərmək və ya psixoloji olaraq ifadə etmək

5) ünsiyyət prosesində reaksiya bildirmək;

6) həmsöhbətin vəziyyətini və atacağı addımları nəzarətdə saxlamaq

 

Jestləri  daha yaxından tanıyaq:



Baş:​​​​​​​​​

müsbət mənada:

- sənə tərəf dönük;

- bir tərəfə əyilmək (qulaqdan çiyinə) - maraq, xoş təsir;

- irəliyə doğru azca əyilmə - razılaşma;

bitərəf:


- əyilmədən düz;

mənfi mənada:

- irəli əyilmək,  narazı baxış  - qınama, inkar,

gizli qəzəb;

- arxaya söykənmək - inkar, özündən razılıq, təkəbbür;

- başın ovuc içinə, baş barmağa söykənməsi -cansıxıcılıq

Alın:

müsbət mənada:



- şaquli alın qırışları - soyuqqanlılıq və

məqsədyönlülük;

mənfi mənada :

- üfüqi alın qırışları - passivlik, yorğunluq,

ətalət;

- çatılmış qaşlar - rədd.

 


Burun: 

- qırışmış - rədd;

- şişmiş burun delikləri - müdafiə, hirs; 

- siqaret çəkərkən burundan tüstü - özünə inam, təkəbbür; baş aşağıysa - qəzəb

 

Ağız:



mənfi mənada:

- ağız əzələlərinin boşalması - şəxsin aktivliyinin azalması və ya heyrət, təəccüb, əsəb şoku;

- sıxılmış dodaqlar  - müdafiə;

- öskürək, boğaz təmizlənməsi - əsəbilik, qeyri-müəyyənlik və narahatlıq;

- ağızda hər hansı bir obyekt - dəstək ehtiyacı,

təhlükəsizlik; və ya etibarsızlıq, qorxu, daxili qarşıdurma; və ya bir qərarı düşünmək.

 

Əllər. Ovuc:



müsbət mənada:

- açıq  - səmimilik, dürüstlük

- sürətli sürtmək - müsbət gözləntilər;

mənfi mənada:

- ovcu  yummaq  - gizlilik;

- ovucların yavaş-yavaş sürtülməsi  - şübhə,

etibarsızlıq, əsəb və ya aldatma;

- yumruğa sıxılmış əl - yaxınlıq, həyəcan, əsəbi

gözləmə;

- bir əşyanı möhkəm saxlamaqa - özünə nəzarət, gərginlik,

 

Əl ilə görüşmək:



müsbət mənada:

- ortaq ovucunu yuxarıya basır - tabeçilik;

- ovuc içi şaquli - bərabərlik;

- iki əllə - dostluq, səmimiyyət;

mənfi mənada:

- barmaqların ucları ilə görüşür və ya özünə çəkərək sıxır - qeyri-müəyyənlik;

- ovucu aşağı - güc, hökmranlıq.

 

Barmaqlar:



mənfi mənada:

- baş barmaqların nümayişi - üstünlük;

- barmaqla göstərmək - gərginlik, qəzəb,

təcavüz;


- açarlarla, qəpik pulla oynamaq - əsəbilik;

- oturmadan əvvəl kresloya toxunmaq, ovucu qaşımaq - qeyri-müəyyənlik; özünə inamsızlıq

- paltarın tozunu çırpmaq  - fikir ayrılığı;

- kresloya vurmaq, qələm fırlatmaq - səbirsizlik;

- masanın üstündə  barmaqla rəsm çəkmək -  cansıxıcılıq.
26)
  Kommunikasiyanın mühüm sahələrindən biri də qeyri-verbal ünsiyyətdir.Gündəlik həyatımızda bəzən şüurlu, bəzən də şüursuz şəkildə müxtəlif anlayışları ifadə etmək və yaxud informasiya ötürmək üçün bir çox simvol və kodlardan istifadə edirik. Ümumiyyətlə, fərqli anlayış səviyyələrində fərqli məlumat mübadiləsi formaları mövcuddur. Şifahi və yazılı mesajlar tarixin heç bir dövründə yeganə ünsiyyət forması olmamışdır. Ünsiyyət zamanı duyğular, hisslər, üz ifadələri, jestlər yetərincə işlək olmuş, bəzi hallarda isə ünsiyyəti tənzimləyən, ona xüsusi anlam qatan vasitəyə çevrilmişlər. Sözlə ifadə olunmayan kommunikasiya  qeyri-verbal ünsiyyət adlanır.

 Müasir dövrdə  qarşılıqlı söhbətlərdə, xüsusən işgüzar görüşlər zamanı həmsöhbətimizin sözləri qədər onun davranışları, jestləri, mimikaları da xüsusi əhəmiyyət daşıyır. Belə ki,  söhbət zamanı bu tip qeyri-verbal ünsiyyət amilləri də diqqətdən kənarda qalmamalıdır. Unutmaq lazım deyil ki, hər bir uğurlu işin özülündə tərəfdaşınızla güvənli münasibətlər yaratmaq dayanır ki, bu da dediklərimizdən ziyadə necə davranacağımızdan asılıdır.

Qeyri-verbal, sözsüz ünsiyyət formasının elmi maraq və araşdırma obyektinə çevrilməsi yeni hadisədir. Şifahi və yazılı ünsiyyətə daha çox üstünlük verildiyi, məhz bu ünsiyyət formalarının sənət səviyyəsinə yüksəldiyi müasir cəmiyyətimizdə qeyri-verbal ünsiyyət bir qədər arxa planda qalmışdır. Bunun digər səbəbi də fərdlərarası, üz-üzə ünsiyyətin yalnız danışıqla kifayətlənməsi kimi yanlış bir fikrin  son zamanlara qədər dominant olması ilə bağlıdır.  Bir sözlə, ünsiyyətin təbiəti ilə bağlı bu yanlış düşüncə insanın eşitmə qabiliyyəti qədər əhəmiyyətli olan vizual kanalları ilə yaranan sözsüz ünsiyyəti uzun müddət diqqətdən kənarda qoymuşdur. Halbuki qeyri-verbal ünsiyyət, vizual və əyani kodlarla münasibət yaratmaq, informasiya ötürmək ənənəsi insanların ünsiyyət tarixi qədər qədimdir.

İlk insan cəmiyyətindən tutmuş bu günə qədər müəyyən kodlarla, simvol və şəkillərlə anlaşmaq, əşyalardan istifadə edərək xəbərləşmək, fikir mübadiləsi 

aparmaq bütün xalqların tarixində mühüm yer tutur. Verbal ünsiyyət formaları qədər qeyri-verbal ünsiyyət də xalqın milli-mənəvi kökləri, dini inancları, coğrafi və sosial mühitləri ilə sıx bağlıdır. İstər qədim mifoloji görüşlərdə, istərsə də klassik Azərbaycan ədəbiyyatında əşyalar vasitəsilə xəbər uçurmaq, gözlərlə söz demək, bir baş hərəkəti ilə hökm vermək və s. kimi sözsüz ünsiyyyət nümunələrinə rast gəlmək olar. Hətta yazının inkişaf tarixində rast gəldiyimiz əşyavi yazı da qeyri-verbal ünsiyyət formalarından biridir. 

Araşdırmalara görə, müəyyən edilmişdir ki, qarşılıqlı ünsiyyət prosesinin 60-80%-i sözsüz vasitələrlə baş verir, məlumatların yalnız 20-40%-i şifahi vasitələrlə ötürülür. Qeyri-verbal dilin mühüm bir xüsusiyyəti də ondan ibarətdir ki, bu dil təzahürü birbaşa şüuraltı impulslarla bağlıdır. Bu impulsları saxtalaşdırmaq, onlara kənardan müdaxilə etmək mümkün olmadığı üçün qeyri-verbal ünsiyyət verbal ünsiyyət kanallarından daha etibarlı hesab edilir. Jest və mimikalarımızı tam nəzarətdə saxlaya bilmədiyimiz, bəzən gözlərimizin bizə xəyanət edərək duyğularımızı çölə vurması heş kəs üçün sirr deyil.

Jest və mimikaları anlamaq həmsöhbətinizin mövqeyini müəyyənləşdirməkdə sizə çox yardım edəcək. Jestləri oxuyaraq siz əks həmlə edib  ümumi gedişatı lehinizə çevirmək fürsəti əldə edəcəksiniz. Eyni zamanda, həmsöhbətinizin üz ifadələrini və davranışlarını izləməklə onda yaratdığınız təəssüratı anlayar, təklif və tövsiyələrinizi müsbət və yaxud mənfi cavablayacağını öncədən müəyyənləşdirə bilərsiniz. . Bədən dilini anlamaq həmsöhbətini daha yaxşı başa düşməklə yanaşı, əsas mövzuya keçməzdən əvvəl səndən eşidəcəyi fikrin onda yaratdığı təəssüratı öncədən görmək imkanı verir. Məhz bu baxımdan qeyri-verbal ünsiyyət formalarını mənimsəmək çox vacibdir. İşgüzar ünsiyyətdə hər bir iştirakçı “müşahidəçini müşahidə” edir. Qeyri-verbal kodları “oxumaq” bacarığı iş adamlarına aşağıdakı üstünlükləri qazandırır:

- Münasibətlərdə yaranmış gərginlikləri elə ilk anda anlayaraq söhbətin yönünü daha uyğun formata dəyişmək

- Həmsöhbətinin təcrübəsiz  olduğu sahəni müəyyən etmək

- Razılıq almaq üçün uyğun zamanı təyin etmək və s.

Qeyri-verbal işarələrin növləri. Elmi ədəbiyyatlarda qeyri-verbal işarələr sistemini 3 qrupa ayırırlar: 

1.optik-kinetik işarələr sistemi; 

2.paralinqvistik və ekstralinqvistik işarələr sistemi; 

3. məkanla bağlı işarələr sistemi;

1.Optik-kinetik (“kinetik” yunan mənşəli sözdür, hərfi mənası “hərəkət” deməkdir) ünsürlərə jestlər, mimikalar, müxtəlif davranış kodları daxildir. Çox zaman fərdin emosional cavabları kimi qiymətləndirilən bu elementlər insanın ümumi motor bacarıqları kimi qəbul edilir.

2.Paralinqvistik və ekstralinqvistik işarələrə tələffüz xüsusiyyətləri, səs tembri, səsin alçalıb-yüksəlməsi, nitqin surəti, nitqin təşkili və s. amillər aiddir. Paralinqvistika və ekstralinqvistika şifahi ünsiyyətə əlavələrdir. Paralinqvistika səsin keyfiyyəti, diapazonu, tonudur. Ekstralinqvistika isə nitqdə fasilə, öskürək və s.dir. 

3. Məkanla bağlı işarələr sistemini çox zaman proksemimika (“proxomi” latın mənşəli sözdür, hərfi mənası “yaxın”deməkdir) da adlandırırlar. Bəzən insanlarla həm zaman, həm məkan baxımından saxladığın məsafə də müəyyən mesajlar ötürmək üçün vasitəyə çevrilir. Bu baxımdan mütəxəssislər əsasən 4 yaxınlıq bölgəsindən bəhs edirlər:

1.Məhrəm bölgə - 15-46 sm

2.Şəxsi bölgə - 46 sm – 1.2m

3.Sosial bölgə - 1.2m – 3.6m

4.Ümumi bölgə - 3.6 – daha artıq

Məhrəm bölgə ən yaxın qohumlar, ən səmimi dostlar və yaxınlarımız arasında mövcud olur. Tanımadığın, yaxud tanıyıb heç sevmədiyin birinin bu bölgəyə daxil olması sizi narahat edəcək. Eləcə də sən başqasına bu məsafədə yaxınlaşdıqda onu narahat edəcək, heç də xoş hisslər yaratmayacaqsan.

Şəxsi bölgə daha çox fərdi seçimlərlə bağlıdır. Bu bölgədə ətrafdakılarla məsafənizi özünüz təyin edirsiniz. Bu bölgə müxtəlif tədbirlərdə, ofis daxilində keçirilən mərasimlərdə, dost məclislərində yoldaşlarımızla aramıza qoyduğumuz məsafədir. 

Sosial bölgə isə yad insanlarla, misal üçün, evimizi təmir edən ustalarla, mağazadakı satıcı ilə, işə yeni gələn əməkdaşla aramızdakı məsafədir.

Ümumi və ya ortaq ünsiyyət bölgəsində birinci və ikinci ünsiyyət bölgəsindəki hərəkət və davranışları həyata keçirçək mümkün deyil və yersizdir. Hətta bu məsafədə işgüzar ünsiyyət də həyata keçirilə bilməz. Bu məsafədə sadəcə olaraq, misal üçün mühazirə dinləyirsən və deyə bilərsən ki, ümumi ünsiyyət bölgəsinə düşmüsən. 

Qeyd etmək lazımdır ki, bu məsafələr ölkə və xalqlara görə dəyişə bilər. Məsələn,

ABŞ antropoloqu Edward Hall Amerika mədəniyyəti üçün 4 məkandan bəhs edir:

-​ Məhrəm bölgə:Ünsiyyətdə iki nəfər arasındakı məsafə 30-35 sm olan  yaxın ərazidir. Burada ər və arvadın, valideyn övladlarının, bacı-qardaşların, yaxın qohumların və dostluqların yer alacağı təsvir olunur.

-​Şəxsi bölgə: Verici ilə alıcı arasındakı məsafə 40-80 sm-dir.  Bu ünsiyyət növü bir-birini daha əvvəl tanıyan və aralarında müəyyən dərəcədə yaxınlığı olan insanların ünsiyyət sahəsidir. 

-​Sosial bölgə: Verici ilə alıcının 80 sm - 2 metr arasında yerləşdiyi, rəsmi işgüzar ünsiyyətin qurulduğu rabitə sahəsidir. Bu rabitə sahəsi ümumiyyətlə iş həyatında istifadə olunur. Direktor-zabit; müdir-işçi; Satıcı ilə müştəri arasındakı ünsiyyətdə ümumiyyətlə bir metrdən çox məsafədən istifadə olunur. 

-​İctimai bölgə: Verici ilə alıcı arasında ünsiyyət 2 metrdən artıq məsafədə reallaşır. Bu sahənin vericisi və alıcısı çox vaxt bir-birini tanımır. Ancaq müəllim və şagird arasında əvvəllər bir-birini tanısalar da, təhsil və təlimdə belə bir məsafə var.

Yuxarıda da qeyd etdiyimiz kimi ünsiyyət prosesində ya bilərək, ya da bilmədən qeyri-verbal ünsiyyət formalarından, daha dəqiq desək, bədən dilindən istifadə edirik. Bədəni idarə etmək isə sözləri nəzarətdə saxlamaqdan qat-qat çətindir. Həqiqi hiss və düşüncələrimizi sözlərin arxasında gizlədə bildiyimiz halda bədənimiz hadisə və vəziyyətlərə çox zaman kortəbii reaksiya verir. Ünsiyyət zamanı həm verbal (sözlü), həm də qeyri-verbal (sözsüz) mesajlardan eyni vaxtda da istifadə olunur. Sözlü mesajlar əslində məlumatların yalnız kiçik bir hissəsini təşkil edir.



27,28) İyirminci əsrin ortalarından başlayaraq İKT-nin inkişafı özünü bütün sahələrdə göstərməyə başladı. Artıq bu texnologiyalar dövlət idarəçiliyinin bütün sahələrində, o cümlədən qanunvericilik, icra və məhkəmə - hüquq sistemində tətbiq olunmağa başladı. Dövlət orqanlarında, bütün idarə və müəssisələrdə informasiyaların emalı, yazışmaların aparılması və sənədlərin hazırlanması prossesində bu texnologiyalar sürətlə inkişaf etməyə başladı.1970-ci illərdən başlayan bu texnologiyalar 2000-ci illərdə özünün ən yüksək inkişaf səviyyəsinə çataraq, müasir şəraitdə “elektron hökümət”, “elektron məhkəmə”, ”elektron cinayət” və s. kimi terminlər cəmiyyət həyatının müxtəlif sahələrini əhatə etməyə başlamışdı. Hazırda Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin, Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, habelə digər mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünü idarəetmə orqanlarının hər birinin müstəqil saytları mövcuddur. Qeyd olunan orqanların saytlarında müasir İKT-nin son naliyyətlərindən istifadə edilməklə elektron formada bütün informasiyalar, zəruri təşkilati-sərəncamverici və inzibati-təsərrüfat xarakterli sənədlər müvafiq qaydada şifrələnməklə hazırlanır və saxlanılır.

Hazırlanmış sənədlərin, işgüzar məktubların qarşı lazımi ünvana daha tez və sürətli çatdırılmasında informasiya texnologiyalarının məhsulu olan elektron məktublardan istifadə olunmağa başladı.

Elektron məktublar - məlumatların informasiya texnologiyaları vasitəsi ilə müvafiq ünvanlara ötürülməsidir.

Elektron sənəd - informasiya sahəsində istifadə üçün elektron formada təqdim olunan və elektron imza ilə təsdiq olunan sənəd növüdür. Bu tip sənədlər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bütün fəaliyyət sahələrində heç bir məhdudiyyət qoyulmadan tətbiq oluna bilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ”Elektron imza və elektron sənəd haqqında” 9 mart 2004-cü il tarixli fərmanında elektron sənədə dair tələblər, elektron sənədin quruluşu, təqdimat forması, elektron sənədin tətbiq edilmə qaydası, sənəd dövriyyəsinin təşkili, elektron sənədin göndərilməsi qaydası, habelə bu sənədlərin saxlanması və mühafizəsinin konkret hüquqi mexanizmləri müəyyən olunmuşdur. Fərmanda qeyd edildiyi kimi, ”Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər.

Elektron sənədlər hazırlanarkən aşağıdakı göstərilən tələblərə əməl edilməlidir:

- texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir;

- bu qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır;

- texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim olunmalıdır.

Yuxarıda göstərilən fərmana uyğun olaraq elektron sənədin qurluşu etibarı ilə aşağıdakı kimi tərtib olunur və təqdimat formalarına uyğun şəkildə təsnifləşdirilir:

“- Elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət quruluşa malikdir.

- Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar onun ümumi hissəsində qeyd edilir. 

- Elektron sənədə əlavə edilən elektron imza  və vaxt göstəricisi elektron sənədin xüsusi hissəsində qeyd olunur.”

Elektron sənəd daxili və xarıcı təqdimat formalarına malikdir:

- Elektron sənədin verilənlər daşıyıcısında yazılmış şəkli onun daxili təqdimat formasıdır.

- Elektron sənədin verilənlər daşıyıcısından fərqli digər maddi obyektdə (displeydə, kağızda və s.) əyani qavranılan (vizual) şəkildə əks etdirilməsi onun xarici təqdimat formasıdır.”

Fərmanda həmçinin sənədin əsli və surəti, onun təsdiq edilmə qaydaları da öz əksini tapıb:

“- Elektron sənədin əsli yalnız daxili təqdimat formasında ola bilər.

- Elektron sənədin daxili təqdimat formasında bir-biri ilə eyni olan bütün nüsxələri əsl hesab edilir və bərabər hüquqi qüvvəyə malikdir.

- Elektron sənədin elektron formada surəti ola bilməz.

- Eyni şəxs tərəfindən kağız daşıyıcıda və elektron formada tərtib edilmiş eyni məzmunlu sənədin hər biri müstəqildir və bərabər hüquqi qüvvəyə malikdir. Bu halda, kağız daşıyıcıdakı sənəd elektron sənədin surəti sayılmır.

Həmçinin həmin fərmanda Elektron sənədin surəti və onun təsdiq edilmə qaydası müəyyən edilmişdir:

“ Elektron sənədin surəti onun kağız daşıyıcıda əks edilmiş xarici təqdimat formasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada təsdiq edilməsi ilə hazırlanır.

- Elektron sənədin kağız daşıyıcıdakı nüsxəsində onun müvafiq elektron sənədin surəti olması qeyd edilməlidir.

- Elektron sənədin kağız daşıyıcıdan başqa digər maddi obyektdəki və ya kağız daşıyıcıdakı, lakin müvafiq qaydada təsdiq edilməmiş nüsxəsi onun surəti sayılmır.

- Elektron sənədin əsli və bu qanunun 25.1-ci maddəsinin tələblərinə cavab verən kağız daşıyıcı üzərindəki surəti eyni hüquqi qüvvəyə malikdir.”

Elektron sənəd göndərən şəxs dedikdə, özünün və ya başqasının adından proqramlaşdırılmış qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron məlumatı qəbul edən və ya göndərən subyekt başa düşülür. 

Tərəflər arasındakı müqavilədə başqa qayda müəyyən edilməmişdirsə, məlumatı alan subyekt qəbul etdiyi elektron sənədin həqiqiliyinin təsdiqlənməsi nəticəsində onu göndərənin yolladığına əmin olmalı və avtomatik vasitələrlə alınmanı birmənalı təsdiq edən qaydada göndərəni məlumatlandırmalıdır.


30,31) Rəsmi-işgüzar sənədlərin hazırlanması.

Müasir dövrdə inkişaf etmiş dövlətlərdə iqtisadiyyatın və idarəetmənin inkişafının formalaşdırılması hüquqi sənədlərin hazırlanmasından, sənədləşdirmədən, sənədlərlə işin təşkilindən bilavasitə asılıdır. Müasir işgüzar dünyanı böyük informasiya axını olmadan təsəvvür etmək mümkün deyildir. Bu məlumatların çatdırılması sənədlər üzərində aparılır ki, bu da müxtəlif növlü sənədlərin hazırlanmasına gətirir. Hər il idarəetmə sahəsində milyarddan çox sənəd tərtib edilir. Sənədin köməkliyi vasitəsi ilə məlumatlar saxlanılır və təyinatı üzrə çatdırılır. Sənəd idarəetmənin guzgüsünü təşkil edir. Yazılı sənədləşmələr insan fəaliyyətinin gedişini, dövlətçiliyin, sivilizasiyanın, mədəniyyətin inkişafını bütövlüklə göstərir və çatdırır.

İdarələrdə hər bir sənədin tərtib edilməsi, yenidən yazılması, oxunması, uçotu (qeydə alınması), çoxaldılması, mühafizəsi, axtarışı, daşıdığı məlumatın yenidən işlənməsi, surətinin çıxardılması, məlumatların başqa yerə koçürülməsi, idarənin daxilində və xaricində çatdırılması, müxtəlif məlumatların alınması, verilməsi üzrə böyük işlər aparılır. 

Sənədlərdən müxtəlif idarəetmə məqsədləri üçün istifadə edilməsinə baxmayaraq bu sozün mənasının əhəmiyyəti daha genişdir: 

1. Sənəd hər hansı faktların sübutudur. 

2. Sənəd tarixi mənbədir. 

3.Sənəd idarəetmə qərarlarının hazırlanması, qeydi və verilməsidir. Bir sözlə, sənəd - informasiya daşıyıcısıdır.

Sənəd xüsusi materialda faktlar, hadisələr, obyektiv həqiqət halları və insanın təfəkkür fəaliyyəti haqqında məlumatı müxtəlif üsullarla möhkəmləndirib, daşıyan vasitədir. Sənəd sozü (ərəb sozündən götürülüb) sübut, dəlil deməkdir, başqa sözlə, bir şeyi, faktı təsdiq, bir şeyə olan hüququ sübut edən rəsmi kağızdır. Еlə sənədlər vardır ki, onun bir vəziyyətdə əhəmiyyəti olsun, digər vəziyyətdə isə əhəmiyyəti olmasın. Məsələn, adi şəxsə göndərilmiş əl vasitəsi ilə yazılmış məktub əhəmiyyətsiz olsa da, məhkəmə prosesində bundan sübut kimi istifadə edilə bilər. Sənədlərin idarəetmədə böyük əhəmiyyəti vardır:

1.Sənədlər dövlət əhəmiyyətlidir, yəni sənədlər ictimai münasibətləri, dövlət quruluşunu, dövlət institutlarının mahiyyətini, qarşılıqlı əlaqəsini möhkəmləndirir və münasibətləri əks etdirir. Dövlət orqanlarının vəzifəli şəxsləri sənədləri öyrənərək ölkənin daxili və xarici siyasətini işləyib hazırlayır və bilavasitə sənədlərlə iş prosesini icra edirlər. 

2. Sənəd hüquq əhəmiyyətlidir, yəni sənədlərlə idarələrin, müəssisələrin, vətəndaşların hüquqları rəsmiləşdirilir və nizama salınır. Sənədlərdən istifadə edərkən dövlət müəssisələrinin məmurları vətandaşların konstitusiya ilə təmin olunmuş hüquqlarını müdafiə edirlər. 

3. Sənəd iqtisadi əhəmiyyətlidir, yəni sənədlər vasitəsilə dövlətin iqtisadi fəaliyyəti göstərilir. Sənəd təsərrüfat fəaliyyətinin sənədlərlə təşkili rolunu oynayır və bütün müəssisələrin iş proseslərini rəsmiləşdirir. 

4. Sənəd tarixi əhəmiyyətlidir, yəni sənədlər vasitəsilə tarixi faktlar araşdırılır və tarixi məlumatlar saxlanılır. 

Müəssisələrin gündəlik işlərində istehsalın, elmi araşdırmaların, təsərrüfatın, maliyyə və ictimai fəaliyyətin müxtəlif məsələləri üzrə sənədlər yaranır. Bunlar əmrlər, qərarlar, məktublar, aktlar, müqavilələr, protokollar, teleqramlar, arayışlar, fakslar və s.-dən ibarətdir. Müəssisələrdə tərtib edilən və digər müəssisələrə çatdırılan sənədləri "yazışmalar" adlandırmaq qəbul edilmişdir.

Yazışmalar sadə və texniki üsullarla hazırlanır. Xidməti məktublar və yazışmaların əsasını xidməti korrespondensiya təşkil edir. 

İdarəetmə sənədlərinin digər sahələrə aid olan sənədlərlə fərqləndirici cəhətləri bunlardır: 

1. İdarəetmə sənədlərindəki məlumatların xüsusiyyətlərindən asılı olmayaraq onlardakı məlumatlar son nəticədə ictimai münasibətləri tənzimləyır (müəssisələr arasında, müəssisələr və onların işçiləri arasında, müəssisə və vətandaşlar arasında münasibətləri və s.). 

2. Başqa informasiya daşıyıcılarından fərqli olaraq idarəetmə sənədləri rəsmi mənbələrdən alınır; bunlar müəssisələrin, təşkilatların və vəzifəli şəxslərin səlahiyyətlərinə daxildir. Rəsmi idarəetmə sənədləri xüsusi blankda hazırlanmalı, imza və möhürlə təsdiq edilməlidir. 

3. İdarəetmə sənədlərinin hazırlanması qaydaları, onların formaları, məzmununun xüsusiyyətləri və istifadə sahəsi hüquq normaları ilə reqlamentləşdirilir. Ümumilikdə sənədləşmə işləri sənədşünaslıqla bağlı olmaqla onun bir hissəsini formalaşdırır. Sənədşünaslıq insan fəaliyyəti sahəsində sənədlərin yaranma qanunauyğunluğunu öyrənən, kargüzarlıq və sənədləşmə sisteminin qurulması prinsiplərini işləyən elmdir. Bu üç sistemdən: sənəd dövriyyəsindən, kargüzarlıqdan, sənədlərlə təminatdan ibarətdir.

Sənədləşmədə kompyuterlərin köməyi vasitəsilə sənədlərin tərtib olunması və təşkil edilməsi idarəetmə işinin gedişini sürətləndirir, idarələrdə məlumatların işlənməsi və verilməsi şəbəkəsinin yaradılması işinin səmərəliliyini artırır. Geniş Internet sistemi tətbiq olunmaqla beynəlxalq sənədləşmə sistemi ilə işgüzar əlaqə yaradılır.

Sənəd idarəetmənin bütün mərhələləri və təsərrüfatın idarə edilməsi üçün məlumat mənbəyidir. İdarə, miüəssisə və təşkilatın fəaliyyəti zamanı müxtəlif hadisələrin və faktların qeyd olunması və saxlanılması zərurəti meydana çıxır. Bu məqsəd üçün müxtəlif məlumat daşıyıcılarından istifadə olunur. Məlumat daşıyıcılarının içərisində ən çox yayılanı kağız üzərində tərtib olunmuş mətnli sənədlərdir. Sənədləşmə prosesi sənədləşmə prinsiplərini özündə birləşdirir və bunlar aşağıdakılardan ibarətdir: 

1. Məqsədəuyğunluq prinsipi - lazım gəlməyən sənədlərdən idarəetmədə istifadə edilməməsi. 

2. Etibarlılıq prinsipi - hər bir sənədin obyektiv informasiyalar, göstəricilər, faktlar əsasında tərtib edilməsi. 

3. Kifayətlilik prinsipi - sənəddə məlumatların tərkibi və həcminin qənaətbəxş olması, idarəetmə obyekti haqqında fıkir yürütmək, zəruri olduqda sənədlər vasitəsilə ona təsir etmək üçün kifayətləndirici olması. 

4. Sistemlilik prinsipi - sənədlərin hazırlanmasında vahid sistemli tələblərə əməl olunması. 

5. Çeviklik prinsipi - qabaqcadan təyin olunmuş yollarla və əks əlaqə formalarında sənədlərin ləngimədən, konkret müəyyən olmuş vaxtlarda çevik icraya yönəldilməsi. 

İdarəetmə fəaliyyətində sənədləşdirmənin təkmilləşdirilməsinin əsas istiqamətləri aşağıdakılardır: 

1. İdarəetmə aparatında sənədləşmə üzrə işin səmərəliləşdirilməsi. 

2. Sənədlərin vahid formasının hazırlanması əsasında sənəd axınının ixtisaslaşdırılması. 

3. Sənədlərin icrasına nəzarətin texniki təminatı. 

4. Sənədlər üzrə məlumat-axtarış sisteminin kompyuterlərlə aparılması. 

5. Sənədlərlə işləmədə tam texniki vasitələrdən istifadə edilməsi. 

Sənədlər icra olunduqdan sonra onların saxlanılması və mühafizəsi təmin olunmalıdır. Sənədlərin hazırlanmasında və tərtib olunmasında müəyyən tələblər irəli sürülür. Bunlar sənədlərin qanuni formada olmasından irəli gəlir.



Blank - fransız sözü olub, ağ deməkdir. Blank üzərində təşkilatın adı, ünvanı və telefon nömrəsi göstərilmiş, sənədin mətni üçün boş yer qoyulmuş ağ kağız vərəqidir. Sənədlər üzərində müəyyən olunmuş qaydada və ardıcıllıqla rekvizitlərin yerləşməsinə formulyar deyilir.

Vahid Dövlət Kargüzarlıq İdarəetmə Sisteminin (VDKİS) formalaşdırılması məqsədilə Heydər Əliyev cənabları 10 iyun 1997-ci il tarixli fərmanı ilə “Vətəndaşların müraciətlərinə baxılması qaydası” haqqında Azərbaycan Respublikasının qanununu təsdiq etdi. Bu qanunun tələblərini daha geniş həyata keçirmək məqsədilə 29 dekabr 1998-ci il tarixli 52 nömrəli fərmanı ilə “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması” qaydalarını təsdiq etmişdir. Yeni idarəetmə sistemində Vahid Dövlət Kargüzarlıq Sistemini daha da təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli fərmanı ilə “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair” təlimatı təsdiq etmişdir. Həmin fərmana uyğun olaraq 19 yanvar 2005-ci il tarixli 179 nömrəli prezident fərmanı ilə “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması” qaydası təsdiq edilmişdir. Bu problemin həlli məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nda kargüzarlıq əməliyyatında istifadə edilən idarəetmə orqanlarının adlarında sözlərin yazılışı müəyyənləşdirilmişdir. 

 

 32) Azərbaycan dilində gedən xoşagəlməyən meyillər dilin təbii inkişaf qanunauyğunluqlarına, həm də özünəməxsus xüsusiyyətlərinə mənfi təsir göstərir. Dilimizin özünəməxsus xüsusiyyətlərinin pozulmasında, təbii inkişafının öz məcrasından çıxmasında diqqəti cəlb edən məqamlardan biri də yazı mədəniyyətidir. Daha doğrusu, yazı mədəniyyətinin pozulmasıdır.



Yazı mədəniyyəti olmasa, insanların əlaqəsinin sərhədi çox məhdud ola bilər. Yazı bu məhdudluğun çərçivəsini genişləndirir. Hətta nəsillər arasındakı əlaqə yazı mədəniyyəti olmadan mümkün deyildir. Belə ki, hər birimiz bizdən əvvəlki nəsillərin yaratdıqlarını yazı vasitəsilə öyrənirik. Yazı olmasa, minillər boyu yaranmış tarixi, ədəbiyyatı və mədəniyyəti öyrənmək olmaz. Bizim hər birimiz öyrəndiklərimizə görə yazı mədəniyyətinə borcluyuq. Bu da bir həqiqətdir ki, əlifbamız tarixində olan dəyişikliklər yazı mədəniyyətimizin dəyişməsinə də öz mənfi təsirini göstərmişdir. Ədəbiyyatımızın, mədəniyyətimizin, tariximizin qoruyucusu olan mənbələrin müxtəlif əlifbalarda olması da bir çox çətinlikləri üzə çıxarmışdır. Bəlli olan əlifbalarla yazılmış mənbələrimizin hamı tərəfindən oxuna bilməməsi maariflənmə işlərinə maneçilik göstərmişdir. Yazı mədəniyyətinin yaratdığı bu çətinlikləri və onun acı nəticələrini müasir nəsil də görmüşdür. Bunların hamısı işin bir tərəfidir. Başqa bir tərəfi və ən əsas tərəfi isə odur ki, yazı mədəniyyəti olmadan gələcək nəsillərə heç nəyi ötürmək mümkün deyildir. Bizim hər birimiz keçmiş haqqında nəyi biliriksə, yazıya borcluyuq. Vaxtı ilə yazı mədəniyyəti hər bir kəsin, xüsusilə, ziyalıların səviyyəsinin göstəricisi olub. Ziyalı hesab olunan hər bir kəsin bir göstəricisi də onun yazı mədəniyyəti ilə ölçülüb. 

Ancaq bu da bir həqiqətdir ki, indi yazı mədəniyyətinin keyfiyyəti aşağı düşüb. Belə bir mədəniyyət gənc nəsil üçün az qala əhəmiyyətini itirib. Elmi-texniki tərəqqinin nailiyyətlərindən biri kimi kompüterin, internetin, saytların həyatımıza, məişətimizə daxil olması yazı mədəniyyətinin inkişafına ciddi maneçilik göstərir. Ancaq elmi-texniki tərəqqinin belə nailiyyəti yazıya, bütövlükdə yazı mədəniyyətinə əngəl törədir. Skayp vasitəsilə danışıqlar yazı-pozu işlərinin imkanlarını daha da məhdudlaşdırır. Dünyanın bir yerindən başqa bir yerinə skayp vasitəsilə danışmaq, ünsiyyətdə olmaq yazının əhəmiyyətini kəskin dərəcədə azaldır. Bir tərəfdən bu, elmi-texniki tərəqqidir. Digər tərəfdən elmi-texniki tərəqqinin yazı mədəniyyətinə vurduğu ziyandır. Hər şeyi kompüter və onun imkanları daxilində həll etmək mümkün olduğundan yazıya olan diqqət azalıb. Onun nəticəsidir ki, ibtidai siniflərdə də, yuxarı siniflərdə də uşaqların xətti bir-birinə çox bənzəyir. Deməli, yazı vərdişlərinin formalaşması ilə bağlı görüləcək işlərin aktuallığı öz əhəmiyyətini itirmir. Fikirlərini sərbəst şəkildə ədəbi dilimizin qayda-qanunlarına uyğun şəkildə yazan şagird və tələbələr getdikcə azalır. İndi hər bir informasiyanı əl telefonundan, kompüterdən və onun imkanlarından istifadə etməklə alan şagirdlər, tələbələr ərizə, protokol, inşa, imla, ifadə yazıları yazarkən nöqsanlara yol verirlər. İndi faktlara, hadisələrə yaradıcı yanaşanlar, mühakimə yürüdənlər azalıb. Yazı özü bir üslub olduğu üçün artıq yazı üslubları yox dərəcəsindədir. İstənilən bir mövzuda yazılan yazıda üslub görünmürsə, deməli, yazı mədəniyyəti qüsurlu, nöqsanlıdır. Müqayisə üçün qeyd edək ki, yazı mədəniyyətinin qüsurları, nöqsanları həmişə olub, ancaq indi bu hal daha qabarıq nəzərə çarpır. Hər zaman yazı mədəniyyətindəki nöqsanlardan bəhs olunub. 



Bəziləri belə hesab edir ki, yazı mədəniyyətinə malik olmaq güya ədəbiyyatçıların işidir. Bu fikir doğru olmayan bir fikirdir. Mükəmməl yazı mədəniyyətinə yiyələnmək üçün çoxlu bədii əsərlər oxumaq lazımdır. Həmin bədii əsərdəki sözləri, yəni bədii əsərin lüğət tərkibini yaxşı mənimsəmək lazımdır. Burada sözlərə, onların ifadə etdiyi mənalara fikir vermək olduqca əhəmiyyətlidir. Bunun sayəsində şagird və tələbə lüğət ehtiyatını zənginləşdirə bilər və zəngin lüğət ehtiyatı sayəsində öz fikirlərini də mükəmməl yazı ilə ifadə edə bilər. Bu istiqamətdə də xeyli işlər görmək məqsədəuyğundur. Mütaliə vərdişini ehtiyaca çevirməyi əhəmiyyətli bir iş kimi diqqət mərkəzində saxlamaq vacibdir. Bunları bir sistemə çevirməklə yazı mədəniyyətini inkişaf etdirmək olar. Təkcə yazının bir növü ilə yazı mədəniyyətini inkişaf etdirmək olmaz. Yəni həm yazının bütün növlərindən gen-bol istifadə etməklə, həm də yuxarıda qeyd olunanları (bədii qiraət, mütaliə və s.) bir sistemə çevirməklə yazı mədəniyyətini inkişaf etdirmək mümkündür. İndi orta və ali məktəblərimizdə sinifdənxaric oxu, mütaliə vərdişi, ifadəli və mənalı qiraət və s. ənənəsi azalıb və bəlkə də yox dərəcəsindədir. Halbuki bunların hamısı kompleks şəkildə yazı mədəniyyətini inkişaf etdirə bilər. Bunlardan yalnız birini seçməklə yazı mədəniyyətinin inkişafına nail olmaq mümkün deyildir. Keçmişdə yazı mədəniyyətini inkişaf etdirən yaxşı bir ənənə də olmuşdur. Belə ki, radiodan imla yazılar oxunurdu. Onu qəbul edənlər istər-istəməz yazı mədəniyyətlərini inkişaf etdirir, yazı vərdişlərinə, onun qayda-qanunlarına əməl edirdilər.  Bu da hər halda yazı vərdişlərini inkişaf etdirir, insanda yazı qabiliyyətini irəliyə doğru aparırdı.

Yazı mədəniyyətini azaldan, ona mənfi təsir göstərən, onun mənimsənilməsini, qavranılmasını çətinləşdirən bir məqam da əlifba ilə bağlıdır. Belə ki, əlifbanın dəyişdirilməsi istər-istəməz yazı mədəniyyətinə pis təsir göstərir. İnsanların düşüncələri, göz yaddaşları hər hansı bir əlifbanı öyrənməyə hazır olur. Sonra insanların öyrəndikləri bu əlifbanın dəyişdirilməsi beyin, göz yaddaşının yeni əlifbanı mənimsəməsinə pis təsir göstərir. Uzun müddət beyinin və gözün uyğunlaşdığı əlifba başqa bir əlifba ilə əvəz olunduqda beyin, göz bu prosesə hazır ola bilmir. Ona görə də əlifbadakı hərflərin yazılışında qüsurlar, nöqsanlar meydana çıxır. Beyinin və gözün yeni əlifbaya uyğunlaşması prosesi uzun çəkir. Və bu zaman meydana çıxan qüsurlar, nöqsanlar da öz işini görür. Ərəb əlifbasından latın qrafikalı əlifbaya, bu əlifbadan kiril qrafikalı əlifbaya, kiril qrafikalı əlifbadan isə yenidən latın qrafikalı əlifbaya keçid yazı mədəniyyətimizdə yaranan qüsur və nöqsanların yaranma səbəblərindən biri və birincisidir. Yazı mədəniyyəti ən böyük mədəniyyətidir. Bu mədəniyyətə qadir olanları əsl ziyalı hesab etmək olar. Kimin yazı mədəniyyəti varsa, onu mədəni adam hesab etmək olar. Mədəni adamın bir göstəricisi də onun yazısıdır, yəni yazı mədəniyyətidir. Yazı mədəniyyəti istənilən insanda birdən-birə yaranmır. Bu, ibtidai siniflərdən başlayır, orta məktəbdə formalaşır, ali məktəbdə kamilləşir, insanla bütün həyat və fəaliyyəti dövründə birgə olur. Üzünü görmədiyimiz hər hansı bir insanın yazısını oxumaqla onun barəsində – mədəni intellektual səviyyəsi barədə məlumat əldə edirik. Hələ onun əlyazması səliqəli olduqda, xətti qaydasında olduqda, yazısında yazıya məxsus incəlik və gözəllik yerli-yerində əks olunduqda belələrinə rəğbətli olmaya bilmirsən. Bu səliqə-səhman, yazıdakı mədəniyyət, geniş mənada yazı mədəniyyəti uzun təcrübə əsasında qazanılır. Təbii ki, bu qazanılmış təcrübəni dəyişmək, yeni əlifba ilə yazmaq tələb edir ki, yenidən təcrübə toplayasan. Bu da asan başa gəlmir. Və əksər vaxt özünü doğrultmur. Bu mənada Azərbaycanda əlifba dəyişkənliyinin özü də yazı mədəniyyətimizdə nöqsanların, qüsurların yaranmasına şərait yaratmışdır. Düzdür, dünyada elə xalqlar var ki, onların əlifbaları çətindir. Məsələn, cinlər, yaponlar və s. Ancaq onlar bu əlifbanı öyrənirlər, vərdişə çevirirlər, sonra bu vərdişdən də ömrü boyu istifadə edirlər. Əlifba nə qədər asan olsa belə, vərdişə çevrilmiş bir əlifba başqa biri ilə əvəz olunduqda köhnə vərdiş dəyişir, yenisinin yaranması isə vaxt tələb edir. Həmin vaxt isə nöqsanlar və qüsurlarla müşaiyət olunur. Təsadüfi deyil ki, bu məsələlər vaxtilə ziyalıların diqqətindən yayınmayıbdır. Səməd Vurğun çıxışlarının birində qeyd edirdi ki, ə, ö, h, g, ğ və s. səslər rus dilində yoxdur və bu da dilimizin özünəməxsus xüsusiyyətlərindən biridir. O, belə hesab edirdi ki, məhz bu özünəməxsusluğu qoruyub saxlamalıyıq. Doğrudan da, bu özünəməxsusluq dilimizin səs sistemində, eləcə də əlifbamızda qorunub saxlanılmalıdır. Ancaq həmin səslərin əlifbadakı qrafik işarələrinin dəyişməsi yazı mədəniyyətinin pozulmasına şərait yaradır. Bəzi hərflərin səliqəli yazılması tez bir zamanda, bəlkə də asanlıqla vərdişə çevrilə bilmir. Məsələn, ü, ö, ç, ş, ğ, i və s. hərflərin yazılışında qüsurlar və nöqsanlar olur. Səbəbi onunla bağlıdır ki, bunların qarşılığı kimi u, o, c, s, g, ı hərfləri də var. Bu oppozisiyada (u-ü, o-ö, c-ç, s-ş, g-ğ, ı-i) hərflər bir-birindən müəyyən işarələrlə fərqləndirilir. Həmin işarələri məqamında və yerində hərflərin üstündə qoymaq diqqət tələb edir. Diqqətsizlik bu hərfləri bir-biri ilə qarışıq salır. Düzdür, savadlı oxucu bilir ki, qrafik işarə qoyulmasa belə, bu hərf hansı hərfdir. Ancaq yazı öz səliqəsini itirir, yazı mədəniyyətinin səviyyəsi aşağı düşür. Elmi şəkildə desək, yazıda orfoqrafiya səhvləri yaranır. Bu hal yazı sistemimizdə səliqəsizlik yaradır. Gündəlik yazı sistemimizdə (əlyazmada) bunu görməmək mümkün deyildir. Elə sözlər var ki, onlarda eyni hərfin qrafik işarəsi tez-tez təkrarlanır. Məsələn, düşündürücü, üzümçülük, bitkiçilik və s. Eyni hərfin (ü-nün, i-nin) qrafik işarələrini bir sözdə tez-tez yazmaq yazının sürətini azaldır və səliqəsinə təsir edir. Ona görə də hər bir xalq istəyir ki, onun zəngin və mədəni əlifbası olsun.


36) Akademik nitqin ve yazının hazırlanması.

Nitq hazırlığına dair  əhəmiyyətli məqamlar:

Məsələnin quruluşu:

-​Mövzunun seçilməsi

-​Materialın axtarışına başlanğıc

-​Materialların toplanmasına davam etmə

Nitqin quruluşu:

-​Nitqin planının yaradılması

-​İlkin məqsədini müəyyən etmək

-​Nitq üçün uyğun sözlərin yığılması

-​Nitqin ifadə edilməsi

 

Akademik yazı növlərinin quruluşu: 



1. Ön hissə: 

a) Titul vərəqi 

b) Mündəricat − yazıdakı fəsilləri və onlara aid hissələri əks etdirir 

2. Yazının əsas hissəsi 

a) Giriş 

- Tədqiqatın məqsədi və obyekti haqqında ətraflı məlumat verir; 

- Problemi və ya vəziyyəti təhlil edir; 

- Mövcud tədqiqatları təhlil edir; 

- Tədqiqat sualı qeyd olunur; 

- Tədqiqat metodu göstərilir; 

- Tədqiqatın çətinliklərini və imkanlarını ifadə edir; 

- Lazım gəldikdə, mövzuya dair tarixi məlumat verilir. 

b) Fəsillər – arqumentlər və əsaslandırmalar: 

- Mövzu fəsillərə və yarım-fəsillərə bölünməlidir. 

- Arqumentlərinizin məntiqi ardıcıllığı gözlənilməlidir. 

3. Yekun Hissə 

a) Nəticə və tövsiyyələr 

- Əsas hissədə təhlil olunan fikirlər ümumiləşdirilir. 

- Arqumentlərə əsasən hansı addımıların atılmasının zəruri olması haqqında tövsiyyələr edilir. 

b) Istifadə olunmuş ədəbiyyat

Akademik yazının quruluşu dedikdə onun ilk səhifəsindən son səhifəsinədək tədqiqatın əsas hissələrinin, bölmələrinin, fəsillərinin, yarım fəsillərinin, bəndlərinin ardıcıllığı, sistemliliyi başa düşülür. 

Bu quruluşa habelə tədqiqatın nəticələri, istifadə olunmuş ədəbiyyat, əlavələr daxil olur. 

Titul vərəqdə  qısa başlıq və yazı müəllifinin adı yazılır. 

Mündəricat titul vərəqindən sonra gəlir və səhifələri göstərməklə dissertasiyanın əsas başlıqlarını əhatə edir - giriş, I fəsil, II fəsil, III fəsil və onların paraqrafları, nəticə və təkliflər, istifadə olunmuş ədəbiyyat siyahısı və əlavələr. Burada dissertasiyanızın bütün bölmələri ardıcıl yazılmaqla bərabər, hər bölmənin başlanğıc səhifəsi də göstərilir. Bölmələrin, başlıqların adları dissertasiyanızın mətnində olduğu kimi - qısaldılmadan, dəyişdirilmədən yazılmalıdır. 

Mündəricatı yazmaqda məqsəd sadədir. Əgər oxucu dissertasiyanızın onun diqqətini çəkən bir hissəsinə nəzər salmaq istəyirsə, o, bilməlidir ki, axtardığını neçənci səhifədə tapa bilər. Belə çıxır ki, mündəricat dissertasiyanın başlıqlarını, yarımbaşlıqlarını və onların səhifələrini verməklə oxucunun işini asanlaşdırır

Bildiyiniz kimi, paraqraf üç əsas hissəyə malik olur: giriş cümlə, əsas hissə  və yekun cümlə.

Giriş akademik yazı işinizin ilk paraqrafıdır. O, mövzunu təqdim edir və oxucuda maraq oyadır. Giriş paraqrafı yazmağın bir neçə yolu var. Yəni yazının girişi 2 hissədən - bir neçə ümumi cümlədən və bir tezis (ana fikir) cümləsindən ibarət olur. Ümumi cümlələr akademik yazı işinizin mövzusu haqqında oxucuya ümumi məlumat verir. Yazının girişindəki ilk ümumi cümlə sadəcə mövzunu təqdim edir. Tələb olunan ümumi cümlələrin sayı üzrə dəqiq bir qayda yoxdur. Bununla belə, sizin 3-4 cümlə yazmanız gərəkdir və bu cümlələr oxucunun diqqətini saxlamaq üçün kifayət qədər maraqlı olmalıdır. Oxucunun diqqətini cəlb etmək üçün ümumi cümlələr içərisinə bir neçə maraqlı detallar salmaq olar.

Tezis (ana fikir) cümləsi elmi yazı işinizin sualına cavab verdiyinə görə, başlanğıc üçün ən uyğun məqamdır. Buradan yazınızın yarım mövzularının nə olacağı və onlarda nələrdən söhbət açacağınız barədə qərar verə bilərsiniz. Bununla belə, elmi yazı işi yazarkən mövcud ədəbiyyatın əksəriyyətini araşdırmadan müəyyən yanaşma ilə çıxış etmək çətin ola bilər. Ona görə də, tezis cümləsini formalaşdırmazdan əvvəl siz mövzu üzrə bir qədər oxumalı və sizə lazım ola biləcək müxtəlif fikirləri dəstəkləyən konsepsiyalar, nəzəriyyələr və araşdırmalar barədə qeydlər götürməlisiniz. Bu qeydləri götürəndən və bunların qısa xülasəsini qurandan sonra mövzunu yekunlaşdıran və mövcud ədəbiyyatdan fikir, faktlar üzrə ziddiyyət və fərqli yanaşmaları nəzərə alan tezis yazmağa daha yaxın ola bilərsiniz. 

Sizin yazdığınız qeydlər boşuna olmayacaq, çünki onlar sizin tezis cümlənizi dəstəkləyən paraqraflarınız üçün əsas parçalar olacaq. Əslində, əgər siz artıq yaxşı qeydlər etmisinizsə, tezis cümlənizi dəstəkləyəcək arqumentinizlə əlaqələndirmək üçün sizə yalnız paraqraflar arasına bağlayıcı cümlə lazım ola bilər. İstifadə etdiyiniz yanaşmadan asılı olmayaraq, yazınızın yaxşı struktura malik olması önəm daşıyır. 

Fəsillərdə düzgün əsaslandırılmış arqumentin olması əsas şərtdir. Arqument onu yazanın mövzuya dair fikri və ya mülahizəsidir. Oxucunu həmin mövqeyə və ya fikrə inandırmaq üçün arqument məntiqi, yaxşı qurulmuş və inandırıcı olmalıdır. 

 

-  Yazdığınız mövzunun fokusunu dəqiqləşdirin. 



-  Mövzu əsasında sualınızı formalaşdırın. 

-  Düzgün qoyulmuş sual və ona cavab bilavasitə olaraq, arqumentinizin əsasını təşkil etməlidir. 

-  Arqumentinizi formalaşdırmazdan əvvəl mövcud ədəbiyyatları nəzərdən keçirin. Mövzu ilə yaxından tanış olun və tədqiqat aparın. 

-  Öz mövqeyinizlə yanaşı digər insanların bu mövzuda mövqelərini də təhlil edin. Sizin mövqeyinizlə digərlərininki arasında uyğunsuzluq, ziddiyət olsa belə, onu nəzərdən keçirin. 

-  Fərqli və ziddiyətli mövqeləri göstərərkən onların güclü və zəif tərəflərini də qeyd edin. 

-  Öz mövqeyinizi isə bir və ya iki əlaqəli cümlə ilə ifadə edin. Burada mütləq aydin və səlist olun. Bu, sizin arqumentiniz və ya tezisiniz olacaqdır. 

 

İstənilən yazı formasında nəticə mühüm hissədir. Çox vaxt qısaca nəticəyə baxmaqla, hər hansı yazı haqda yaxşı təsəvvür əldə etmək olar. 



Nəticə cəlbedici və maraqlı olmalıdır. Nəticə akademik yazıların, adətən, iki funksiya daşıyan daha qısaldılmış variantlarıdır. Birinci funksiya - yazıda əhatə olunan əsas məqamları yekunlaşdırmaq və bir yerə toplamaq; ikinci funksiya isə əsas hissədə qoyulan məsələ ilə bağlı son şərhləri və mühakimələri verməkdir. Son şərhlərə elmi işi təkmilləşdirmək üçün təkliflər etmək və gələcək istiqamətlərə fokuslanmaq daxil edilə bilər. 

Elmi yazı işi və tədqiqat işlərində nəticə, adətən, daha mürəkkəb olur və buraya tapıntıların əhəmiyyəti və gələcək iş üçün tövsiyyələr daxildir. Elmi işin və ümumi nəticələrin müzakirə bölməsində əhatə olunduğu tədqiqat məqalələrində nəticənin olması istəyə bağlıdır. Bununla belə, dissertasiya kimi elmi işlərdə nəticənin olması gözləniləndir.


37)


Yüklə 110,97 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin