Azərbaycan diLİNDƏ İŞGÜzar və akademik kommunikasiYA


Nitqin qırılmaması üçün natiqin əməl etdiyi qaydalara aid olmayan variantı seçin



Yüklə 56,78 Kb.
səhifə20/25
tarix09.05.2023
ölçüsü56,78 Kb.
#109956
1   ...   17   18   19   20   21   22   23   24   25
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya (testlər)

157. Nitqin qırılmaması üçün natiqin əməl etdiyi qaydalara aid olmayan variantı seçin:
A) materialı üzündən oxumaq B) söhbətə maraqlı giriş vermək C) nitqin məzmununu yazmaq D) mövzunu dinləyicinin qarşısında şərh etmək E) məzmunla bağlı faktlar, misallar toplamaq
158. Auditoriyadakılar natiq haqqında müxtəlif fikirlərə sahib olurlar. Yanlış fikir hansıdır?
A) Dinləyicilər natiqə ötəri fikir verirlər. B) Onlar dərhal sizin dinləyicilərə olan münasibətinizi hiss edir. C) Auditoriyadakılar çətinlik çəkmədən sizi qiymətləndirə bilir. D) Natiq çıxışa marağını itirən kimi dinləyicilər hiss edir. E) Auditoriyadakılar natiqin qeyri-səmimi olduğunu hiss edirlər.
159. Nitqin zənginliyini və emosionallığını təmin edən başlıca amil hansıdır?
A) intonasiya B) ədəbi dildə danışmaq C) orfoepik qaydaya əməl etmək D) diksiyaya əməl etmək E) orfoqrafiya qaydalarına əməl etmək
160. İntonasiya haqqındakı fikirlərdən biri yalnışdır:
A) İntonasiya yazılı dilə məxsusdur. B) İntonasiya şifahi dilə məxsusdur. C) İntonasiyaya nitqin melodikası da deyilir. D) İntonasiya danışığa emosional rəng verir. E) İntonasiya güclü ifadə vasitəsidir.
161. Diksiya nədir?
A) səslərin öz məxrəcinə uyğun şəkildə tələffüz olunması B) səsin yüksək tempi C) səsin aşağı tonla tələffüz edilməsi D) ifadənin məntiqi vurğusu E) səsin həyəcanlı vurğu ilə tələffüzü
162. İntonasiya çalarları vasitəsilə müxtəlif emosional vəziyyətlər: qorxu, nəşə, həyəcan, qayğı və s. ifadə olunur. Bu nitqin hansı xüsusiyyətinə aiddir?
A) ifadəlilik B) münasilik C) təmizlik D) aydınlıq E) yığcamlıq
163. Məruzəçinin monoton və darıxdırıcı nitqindən qurtulmaq üçün hansı vasitədən istifadə olunur?
A) intonasiya B) vurğu C) pauza D) intensivlik E) temp
164. Nitqin şifahi qoluna aid olan variantı seçin:
A) tələffüz B) daxili nitq C) vergül D) bütün durğu işarələri E) heca
165. Natiq tribunada çıxış edərkən müxtəlif qaydalara əməl etməlidir. Bunlardan biri yanlışdır:
A) Auditoriyadakılara baxmadan çıxış etməlidir. B) Tribunaya söykənməməlidir. C) İşığın düşmə səmtinə diqqət etməlidir. D) Konspektini yerləşdirməlidir. E) Vaxtla çıxış edirsə, saatını səliqə ilə qoyub sonrakı çıxışa qədər məruzəsini bitirməlidir.

Yüklə 56,78 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin