175. Dar mənada intonasiya dedikdə nə başa düşülür? A) səs tonunun hərəkəti B) intensivlik C) nitq tempi D) danışıq tembri E) nitq melodiyası
176. İntonasiya çalarlarından məhrum olan nitq dinləyicini yorur. Dinləyicilər natiqin mühazirəsindən yaxa qurtarmağa çalışırlar. Nitq necə olduqda dinləyici yorulmur? A) axıcı, rəvan nitq B) monoton nitq C) diksiyanın pozulması zamanı D) nitq süst olarsa E) həddən artıq sürətlə və yavaş danışıq
177. Cavabların birində rəsmi üsubun əsas əlamətləri verilmişdir:
A) aydın və qısa şərh, fikrin daha çox standart formalarda ifadəsi
B) sinonimliyə və çoxmənalılığa geniş yer verilməsi
C) kütləvi xarakter daşıması, sitatlardan geniş istifadə
D) ictimai və siyasi məsələlərin asan və anlaşıqlı izahı, kütləvilik
E) ümummiləşdirmə, mürəkkəb cümlə və modal sözlərdən istifadə
178. Söhbət hansı üslubdan gedir? 1) Bu və ya digər şəxsin şifahi, yaxud yazılı nitqidir. 2) Bir şəxsə aid ola bildiyi kimi, hər hansı bir qrupa da aid ola bilər.
A) fərdi
B) elmi
C) məişət
D) bədii
E) rəsmi
179. Cavabların birində publisistik üsubun əsas əlamətləri verilmişdir:
A) ictimai və siyasi məsələlərin asan və anlaşıqlı izahı, kütləvilik
B) məntiqilik, dəqiqlik, ardıcıllıq
C) terminlərdən bol bol istifadə
D) aydın və qısa şərh, fikrin daha çox standart formalarda ifadəsi
E) ümummiləşdirmə, mürəkkəb cümlə və modal sözlərdən istifadə
180. Rәsmi sәnәdlәrin haqqında aşağıdakılardan biri sәhvdir: A) Rәsmi sәnәdlәr tarixi әhәmiyyәt daşımır.
B) Hәr bir dövlәtin әn mühüm rәsmi sәnәdlәri onun Konstitusiyası, hökumәtin sәrәncamları vә s.dәn ibarәtdir.
C) Rәsmi sәnәdlәr dedikdә, dövlәt yaxud hökumәt tәşkilatlarının tәrtib etdiyi vә xüsusi qaydada tәsdiq olunan sәnәdlәr nәzәrdә tutulur.
D) Rәsmi sәnәdlәr mühüm hüquqi mәzmuna malik olur.
E) Rәsmi sәnәdlәr mütәxәssislәr tәrәfindәn hazırlanır.