Azərbaycan diLİNDƏ İŞGÜzar və akademik kommunikasiYA



Yüklə 56,78 Kb.
səhifə1/25
tarix09.05.2023
ölçüsü56,78 Kb.
#109956
  1   2   3   4   5   6   7   8   9   ...   25
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya (testlər)


AZƏRBAYCAN DİLİNDƏ
İŞGÜZAR VƏ AKADEMİK KOMMUNİKASİYA

  1. İşgüzar ünsiyyətin funksiyalarına hansı variant aid deyil?

A) münaqişələrin həlli
B) insanların birgə fəaliyyətinin təşkili
C) şəxsiyyətlərarası münasibətlərin formalaşması
D) şəxsiyyətlərarası münasibətlərin inkişafı
E) münasibətlərin aydınlaşdırılması
2. İşgüzar ünsiyyətin əsas elementi kimi verilənlərdən biri düzgündür:
A) müzakirə
B) münaqişə
C) qarşı tərəfin arqumentlərini qəbul etməmək
D) susmaq
E) yalnız verilən suallara münasibət bildirmək
3. Hansı variant ünsiyyətin idarə edilməsi metoduna aid deyil?
A) təkzibetmə
B) təqlidetmə
C) yoluxdurma
D) təlqinetmə
E) məcburetmə
4. Qeyri-verbal ünsiyyət vasitələrinə aid olmayan variant hansıdır?
A) təlqin
B) kinesika
C) mimika
D) jest
E) proksimika
5. Elmi üslubda olan bir mətnin hansı elm sahəsinə aid olduğunu nədən bilmək olar?
A) terminlərdən
B) həcmindən
C) tərtibatından
D) cümlə quruluşundan
E) söz sırasından
6. Daha çox elmi üsluba aid cəhətlər:
A) dəqiqlik, konkretlik, məntiqilik, ardıcıllıq
B) obrazlılıq, emosionallıq
C) məcazlardan geniş istifadə
D) bədii təfəkkürün ifadəsi olması
E) ümumxalq dilinə əsaslanmaq
7. Hansı variantlar akademik mənbə sayılmır?
1) şəxsi fikirlərimiz
2) düşüncələrimiz
3) kitablar
4) nəşr edilmiş hesabatlar
5) elmi jurnallar
A) 1, 2
B) 3, 5
C) 3, 4
D) 1, 4
E) 2, 5
8. Sözə əvvəlcə mənsubiyyət, sonra cəm şəkilçisi qoşulub. Bu zaman hansı norma pozulmuş olur?
A) qrammatik
B) orfoqrafik və orfoepik
C) həm leksik, həm qrammatik
D) fonetik
E) yalnız leksik
9. Kütlə qarşısında nitqin əsas vasitələrinə aid olan variantı göstərin:
A) nitqin məntiqi və faktiki vasitələri
B) nitqin münasibliyi
C) nitqin təmizliyi
D) nitqin orijinallığı
E) nitqin səmimiliyi

Yüklə 56,78 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin