Azərbaycan diLİNDƏ İŞGÜzar və akademik kommunikasiYA


Şifahi nitq haqqında verilən hansı fikir yanlışdır?



Yüklə 56,78 Kb.
səhifə7/25
tarix09.05.2023
ölçüsü56,78 Kb.
#109956
1   2   3   4   5   6   7   8   9   10   ...   25
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya (testlər)

53. Şifahi nitq haqqında verilən hansı fikir yanlışdır?
A) Şifahi nitqdə cümlələr daha çox mürəkkəb quruluşda olur.
B) Şifahi nitqdə ümumişlək sözlər daha çox yer alır.
C) Şifahi nitq danışıq dili xüsusiyyətlərini qoruyur.
D) Şifahi nitqin axını sürətli olur.
E) Şifahi nitqdə mimika və jestlər özünü göstərir.
54. Ədəbi dilin normalarını ardıcıl düzün.
1) qrammatik
2) leksik
3) fonetik
A) 3, 2, 1
B) 2, 3, 1
C) 1, 2, 3
D) 2, 1, 3
E) 1, 3, 2
55. İntonasiya tələffüzün hansı elementlərini özündə birləşdirir?
A) temp, fasilə, vurğu, melodiya
B) düzgünlük, sadəlik, fasilə, ifadəlilik
C) zənginlik, düzgünlük, fasilə, vurğu
D) melodiya, vurğu, aydınlıq, ifadəlilik
E) temp, fasilə, zənginlik, vurğu
56. Cümlədə söz sırasına əməl olunmursa, ədəbi dilin hansı norması pozulur?
A) qrammatik
B) leksik
C) orfoepik
D) həm leksik, həm fonetik
E) orfoqrafik
57. Natiqin kütlə qarşısında nitqinin xüsusiyyətlərinə hansı variant aid deyil?
A) ədəbi dilin norma və qaydalarına əsasən qurulmuş nitq
B) nitqin situasiyaya uyğun və reaktiv olması
C) əvvəlcədən planlaşdırılmış və təşkil olunmuş nitq
D) şifahi nitqin qanunlarına əsasən qurulmuş nitq
E) kütlə qarşısında düşünmənin hiss olunması
58. Monoloji nitqə aid olmayan nitq hansı bənddədir?
A) Monoloji nitqdə sual-cavab forması əsas rol oynayır.
B) Monoloji nitq bir şəxsin öz-özünə danışığıdır.
C) Mono bir, loqos nitq deməkdir.
D) Məruzə, mühazirə monoloji nitqin növləridir.
E) Monoloji nitqdə məqsəd hər hansı bir məzmunun başqasına çatdırılmasıdır.
59. Kütlə qarşısında nitqin xassələri hansı variantda səhv verilmişdir?
A) əməkdaşlığa, yaxud fəaliyyətə dəvət
B) düşünmənin hiss olunması
C) frazeoloji quruluşuna görə sadə nitq
D) anlaşıqlı, obrazlı və emosional nitq
E) şifahi nitqin qanunlarına əsasən qurulmuş nitq

Yüklə 56,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin