Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”,”Azərbaycan dili və nitq mədəniyyəti-3” fənnindən imtahan testləri ( tələbələr)


“Axşam gəlir” birləşməsində nitqin hansı tələbi pozulmuşdur?



Yüklə 47,29 Kb.
səhifə4/14
tarix16.01.2023
ölçüsü47,29 Kb.
#79407
1   2   3   4   5   6   7   8   9   ...   14
Azərbaycan dili və nitq mədəniyyəti-3,Azərbaycan dilində işgüzar və akademik kommunikasiya imtahan testləri tələbələr

19. “Axşam gəlir” birləşməsində nitqin hansı tələbi pozulmuşdur?

A) aydınlıq B) təmizlik C) sadəlilik D) dəqiqlik E) münasiblik




20. “Lap qədimdən bəri öz dövrünün qabaqcıl adamları məzmunlu, obrazlı, aydın və təsirli nitqə malik olan adamlara böyük hörmət bəsləmişlər”. Cümlədə mədəni nitqə verilən tələblərdən hansı pozulmuşdur?

A) aydınlıq B) yığcamlıq C) təmizlik D) dəqiqlik E) münasiblik




21.“Yeganə yol havadan təyyarə və vertalyotla idi”. Cümlədə mədəni nitqin hansı tələbi pozulub?

A) dəqiqlik B) düzgünlük C) yığcamlıq D) aydınlıq E) təmizlik




22.Səthi məlumatlı, az savadlı adamların nitqində ümumi fikirlər irəli sürülür, artıq lüzumsuz təfərrüatlara yol verilir. Bu fikirlər mədəni nitqin hansı tələbinin əksinədir?

A) səlislik B) aydınlıq C) ifadəlilik D) yığcamlıq E) təmizlik




23. “Nitqin ... tələb edir ki, söylənilən fikir mümkün qədər az sözlə ifadə olunsun”. Nöqtələrin yerinə hansı söz qoyulmalıdır?

A) aydınlığı B) təmizliyi C) ifadəliliyi D) səlisliyi E) yığcamlığı




24.“Nitq zamanı ... pozulmasının bir səbəbi də dili yaxşı bilməmək, zəngin söz ehtiyatına sahib olmamaqdır”

A) aydınlığın B) dəqiqliyin C) yığcamlığın D) səlisliyin E) ifadəliliyin




25.Aristotel ünsiyyət üçün başlıca şərt sayırdı? Nəyi?

A) nitqin yığcamlığını B) nitqin aydınlığını C) nitqin düzgünlüyünü


D) nitqin dəqiqliyini E) nitqin təmizliyini
26.“Nitqin ... üçün əsas amil danışanın (eləcə də oxuyanın və yazanın) nitq obyekti haqqında mükəmməl məlumata malik olmasıdır”. Nöqtələrin yerinə hansı söz qoyulmalıdır?

A) düzgünlüyü B) yığcamlığı C) aydınlığı D) dəqiqliyi E) təmizliyi


27. Nitqdə məhəlli dialektlərə və yerli şivələrə məxsus danışıq tərzinə yol verilərsə, mədəni nitqin hansı tələbi pozulur?

A) münasibliyi B) səlisliyi C) dəqiqliyi D) aydınlığı E) təmizliyi





Yüklə 47,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin