Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyası Tələbə: Əliyev Elşad Qrup: 119A14 Fənn: Boks Müəllim



Yüklə 87,53 Kb.
səhifə2/4
tarix07.12.2022
ölçüsü87,53 Kb.
#72843
1   2   3   4
boks

Döyüş duruşu
Boksçunun döyüş duruşu - İdmançıların boksla məşğul olmağa başladığı gündən yiyələndiyi ilk texniki fənddir. Demək olar ki: boksun əlifbası döyüş duruşundan başlayır. Döyüş duruşu elə bir universal çıxış vəziyyətidir ki, boksçu bu vəziyyətdə həm müdafiəyə həm də hücuma keçə bilər. Bundan əlavə döyüş duruşu vəziyyəti boksçuya daimi vuruş hazırlıqında olmağa, öz məqsədini həyata kecirməyə və rəqibinin cəhdlərinin qarşısını almağa imkan verir. Hər bir boksçunun döyüş duruşu özünə məxsus, fərdi olmalıdır. Bu bokscunun fiziki və iradi keyfiyyətlərindən istifadə etməyə kömək edir. Döyüş duruşu boksçunun fiziki hazırlığından, onun xarakterinin xüsusiyyətindən asılıdır. Sağ əli güclü olan boksçu bədənin sol tərəfi ilə, sol əli güclü olan boksçu isə bədənin sağ tərəfi ilə irəli (rəqibinə tərəf yarım dönüş) vəziyyətində dayanır. Adi döyüş duruşu sağ əli güclü olan boksçulara məxsusdur. Adi döyüş duruşu vəziyyəti sağ ǝlin ovucu ilə başı, qolun bazu nahiyyəsilə gövdəni mühafizə etməyə cəhd edir. Boksçu bu vəziyyətdə sağ əli ilə güclü zərbə endirə bilər. Döyüş duruşunda irəliyə çıxarılan sol ayaq bütün pəncə ilə döşəməyə dirənməli, sağ ayaq isə yarım addım arxada və kənarda sol ayağa paralel qoyulmuş pəncə üstündə dayanmalıdır


Yer dəyişmə
Boksçu rinqdə cəld və manevrlə yerışı dəyişməyi bacarmalıdır. Yerdəyişməni yüngül içra edən boksçunun əsas üstünlüyü ondadır ki, o öz mütəhərrikliyi ilə rəqibini çaşdıraraq onun hər hansı bir hərəkət üzərində fikrini cəmləşdirməsinə imkan vermir, sərbəst və cəld yerdəyişmələrlə hücum və müdafiə hərəkətləri üçün məsafə və vəziyyətlər seçir.
Rinqdə yerdəyişmələr (qabağa, dala, sağa, sola) müxtəlif kombinasiyalarda fasiləsiz hərəkət etmələrin (yerdəyişmələrin) texniki fəndlərini icra etməkdən ibarətdir. Yerdəyişmə səylərinin təşkilində texniki fəndlərin bir biri ilə bağlılığı, bir fənddən digərinə keçmə xüsusi əhəmiyyətə malikdir. Hərəkət fəndlərinin əlaqəsində hərəkətlər ilkin hazırlıq olmadan, cǝld yerinə yetirilməlidir. Yerdəyişmələri təkmilləşdirərkən zərbə mövqeyi yaradan müxtəlif manevrlər aşılanmalıdır. Yerdəyişmələr zamanı pəncələrin döyüş duruşundakı məsafə saxlanmalı və ayaqlar çarpazlaşdırılmalıdır
Məşqlərdə yerdəyişmələri daha yaxşı mənimsəmək üçün xəyali rəqibli döyüşdə (“kölgə ilə döyüş”) yerdəyişmələri rinqin bütün sahəsindən istifadə etməklə yerinə yetirmək yaxşı nəticə verir. Boksçuların rinqdə yüngül və düzgün icra olunan yerdəyişmələrə yiyələnməsinə bitişik sürüşən addımlar və qaçış üzərində qurulmuş hazırlayıcı hərəkətlər, hoppanma ipi və boks “pəncələri” ilə tempinlər, həmcinin məşq döyüşlərində yerinə yetirilən tempinlər də kömək edir.

Yüklə 87,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin