Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyası Tələbə: Əliyev Elşad Qrup: 119A14 Fənn: Boks Müəllim



Yüklə 87,53 Kb.
səhifə3/4
tarix07.12.2022
ölçüsü87,53 Kb.
#72843
1   2   3   4
boks

Döyüş məsafələri
Boksda üç döyüş məsafəsi mövcuddur: uzaq, orta və yaxın. Boksçular bu məsafələrdən öz fiziki hazırlığına, boyunun uca, qısa olmasına. va sairəyə görə istifadə edirlər.Hər məsafənin öz döyüş şərtləri olduğu üçün onları bilmək va döyüş gedişində müəyyənləşdirməyi bacarmaq olduqca vacibdir.
Uzaq məsafə. Döyüş duruşunda olan boksçu bir addım irəli atmaqla düzünə vurduğu zərbəsini rəqibə çatdıra bilərsə, onunla rəqibin arasındakı məsafə uzaq məsafə adlanır.Boksçuların ilk təlimində zərbələrin və müdafiələrin texnikasına yiyələnmək üçün uzaq masafədən istifadə etmək lazımdır. Bu məsafadə boksçuların həm zərbə endirməsi, həm də müdafiəsi üçün orta və yaxın məsafələrə nisbətən vaxt şəraiti artıqdır. Masafə nə qədər qısa olarsa, o idmançıdan o qədər tez və cəld hərəkət etməyi tələb edir. Belə bir vəziyyətdə yeni məşğul olan boksçular zərbələrin endirilməsində va müdafiə olunmaqda çətinlik çəkirlər. Uzaq məsafədən endirilən zərbə məsafənin qismən uzaq olduğuna görə rəqibə gec çatır və müdafiə üçün vaxt şəraiti çox olur. Belə bir şəraitdə məsafənin uzaqlığı texnikanı mənimsəmək üçün əlverişli vaxt vəhdəti yaradır.
Yüksək templi döyüşdə məsafəni cəld müəyyənləşdirə bilmək ən çətin mənimsənilmə vərdişidir. Bu, ancaq döyüş məşqləri təcrübəsində əldə edilir. Uzaq məsafədə döyüşən boksçu qəti, həlledici hǝrǝkǝtlər üçün əlverişli vəziyyətlər axtarır. Bu məsafədə döyüşün əsas ağırlığı sol əlin üzərinə düşür. Sol əl rəqibə daha yaxın olduğundan boksçu onunla aldadıcı zərbələr endirir, hücuma keçir, rəqibin müdafiəsi açıq qaldıqda zərbə endirilir. Çünki sağ əlin zərbəsi boşa getdikdə gövdə va baş müdafiəsiz qalır. Boksçu uzaq məsafəli döyüşə müdafiəni möhkəmlətmək və cǝld yerdəyişmələrdə öz üstünlüyündən (belə üstünlüyü varsa) istifadə etmək üçün keçir. Uzağ məsafə qolları uzunluğu, boy və addımın iriliyi hesaba alınmaqla hər boksçu tərəfindən fərdi olaraq müəyyənləşdirilir.
Orta məsafə. Orta məsafədə boksçu rəqibə tərəf addım atmadan uzun zərbələr (düzünə, yandan və altdan) endirə bilir. Orta məsafədə boksçu bütün gücü ilə zərbələr endirərək döyüşü davam etdirə bilər. Lakin o, zərbələr endirərkən müdafiəni də yaddan çıxartmamalıdır. Orta məsafədə alçaq, yığcam duruşda, qollar va çiyinlər ilə çənəni mühafizə edərək hərəkət etmək lazımdır. Bütün aldadıçı hərəkətlər və manevrli yerişlər yalnız gövdənin hərəkəti və təz-tez yerdəyişməklə yerinə yetirilir. Bir sıra boksçular döyüşü aparmaq üçün orta məsafəni əsas tutur.

Yüklə 87,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin