Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyası Tələbə: Əliyev Elşad Qrup: 119A14 Fənn: Boks Müəllim



Yüklə 87,53 Kb.
səhifə4/4
tarix07.12.2022
ölçüsü87,53 Kb.
#72843
1   2   3   4
boks

Yaxın məsafə. Yaxın məsafədə rəqiblər vaxtında və cəld müdafiə olunmaq, zərbə endirməkdən ötrü fürsət seçmək üçün daha diqqətli olmalıdırlar. Bu məsafə döyüşün inkişaf etdirilməsi üçün daha əlverişlidir. Yaxın məsafəli böyüş duruşunda boksçu hər iki əli ilə qısa zərbələr (düzünə, yandan və alt- dan) endirməyə imkan tapır. Bu məsafədə boksçu bədəninin hər hansı hissəsi ilə rəqibə toxuna bilər. Yaxın məsafədə boksçunun döyüş duruşu yığcam olmalı, bədənin tez zədə ola biləcək yerləri maksimum bağlanmalıdır. Yaxın döyüşdə məsafəni düzgün nəzərə almaq lazımdır. Ona görə ki, boksçu rəqibə yaxın olduqda ona başı ilə zədə yetirə bilər. Hazırki qaydalara görə boksçulara rəqibi itələmək, onun qollarını tutmaq, qolları rəqibin gövdəsindən arxaya aparmaq qadağan edilir. Yaxın məsafədə döyüşü aparmaq qısa boylu, fiziki cəhətcə möhkəm və dözümlü boksçulara məxsusdur.
Zərbələr
Boksda zərbələr əsas hücum vasitələridir, boksçunun texniki zənginliyinin mümkün komponentləridir:
1. Yumruğun, qolun dirsək nahiyəsindən qatlanması hesabına qabağa irəliləyən hərəkətin sürəti.
2. Bədənin ayaqla təkan vermə hesabına qabağa irəliləyən sürəti.
3.Döşəməyə şaquli qurulmuş firlanma oxu ilə qolların qabağa-yuxarı fırlanma hərəkətinin sürəti.

4.Çiyin nahiyəsindən keçməklə döşəməyə paralel olan fırlanma oxu ilə birlikdə qolların qabağa yuxarı fırlanma hərəkətinin sürəti.


Zərbənin əsas sürəti yumruğun irəliyə gedən, fırlanan irəli gedən hərəkətinin sürətidir. Məhz bu sürətlər, döyüşün bütün məsafələrində ilk növbədə zərbənin gücünü və effektliyini müəyyən edir. Müşahidələr göstərir ki, zərbə ayaq pənçəsindən başlayaraq dizdən, buddan, çapaqdan, çiyin nahiyəsindən va qoldan keçǝrǝk yumruğa ötürülür. Zərbə çox mürəkkəb kombinasiyalı yol keçir. Boksun qaydaları yalnız yumşaq içərisi tük ilə doldurulmuş xüsusi boks əlcəyi geyib möhkəm yumulmuş yumruqla zərbə endirməyə icazə verir. Zərbə zamanı yumruq çox böyük fiziki yük alır, ona görə də yumruğu düzgün yummaq lazımdır.
Zərbə vurarkən əl nahiyəsi bağlarının, bilək nahiyəsi bağlarının zədələnməsinin və baş barmağın bilək nahiyəsindan çıxmasının qarşısını almaq üçün boksçu döyüşdən qabaq əllərini elastik bintlə sarımalıdır. Ümumiyyətlə boks texnikasında üç əsas zərbə növü vardır: düzünə zərbə, yandan zərbə və altdan zərbə. Bu zərbələrin hər birini həm sol, həm də sağ əl ilə başa və eləcə də gövdəyə vurmaq olar. Beləliklə, boksda hərəkət strukturu zərbənin növünə (düzünə, altdan, yandan) zərbə vuran ələ (sağ, sol) və hədəfə (baş, gövdə) görə müəyyənləşdirilən 12 əsas zərbə vardır. Zərbələrin öyrədilməsi zamanı onların çəldliyina, sürətinə və düzgünlüyünə xüsusi dtqqət yetirilməlidir. Lakin heç vaxt boksçudan “dağıdıcı qüvvə” ilə zərbə endirməyi tələb etmək olmaz. Boksçu bilməlidir ki zərbə endirməzdən əvvəl əzələləri gərgin yox, boşaldılmış vəziyyətdə saxlamalıdır. Döyüş zamanı boksçu zərbəni rəqibin bədəninin müdafiə olunmayan, açıq yerlərinə endirməlidir. Raqibin müdafiəsini yormaq va onun fikrini dağıtmaq üçün o, aldadıçı hərəkətlər ilə zərbəni hazırlamalıdır. Zərbəni gözlənilmədən endirmək lazımdır. Zərbə endirərkən boksçu özünü qarşı zərbələrdən qorumağı unutmamalıdır. Zərbəni düzgün endirmək və özünü qarşı zərbədən qorumağı təmin etmək müvəffəqiyyətli döyüşün ən mühüm taktiki şərtlərindəndir. Boksda zərbələr mülxtəlif taktiki məqsədlər üçün endirilir. Buna görə də məşqçi öz yetirmələrinə boks texnikasını öyrədərkən, onun taktikasından asılı olduğunu da qeyd etməlidir. Yalnız bu şərtlə döyüş zamanı texnikadan əlverişli surətdə, məqsədəuyğun istifadə etmək olar.

Düzünə zərbə


Boksda ən çox istifadə olunan zərbələr düzünə zərbələrdir. Boksda zərbələrin təliminə düzünə zərbələrdən başlanır, yeni məşğul olan boksçuya uzaq məsafədə aparılan döyüş texnikasını mənimsəməkdə kömək edir. Düzünə zərbələrin üstünlüyü nisbətən koordinasiya olunmasında, həm cəld, həm də qüvvətli endirilməsindədir. Düzünə zərbələr həmçinin xeyli dəqiq və effektlidir. Onlar əsas e'tibarı ilə uzaq və orta məsafəlardan vurulmaq üçün nəzərdə tutulmuşdur. Lakin onları yaxın məsafədə döyüş zamanı endirmək olar. Bununla yanaşı, düzünə zərbələr əks zərbə kimi habelə rəqibin fəndlərinin qarşısını almaq üçün və uzaq, yaxud orta məsafələri saxlamaq üçün də tətbiq edilir. “Qüvvə işlətmə” məqsədi ilə yerinə yetirilən zərbələr qabaqcadan zərbə qolu ilə yerinə yetirilməlidir. Zərbədən əvvəl boksçu şaquli ox ətrafında bədənini sola çevirməlidir, bu zaman sol yumruq zərbə sürətini artıraraq hədəfdən aralanır. Bundan sonra boksçu eyni zamanda arxadakı ayağı ilə təkan vurmaqla bir vaxtda bədənini döndərir. Bir qədər sonra qol hədəfə doğru zərbə hərəkəti edərək, dirsəkdən düzəlməyə başlayır. Bu zaman bədən sola dönməkdə davam edir. Sol çiyin irəli çıxarılır. Zərbə hərəkətinin axırında idmançı qabaqda dayanan sol ayaq üstünə dayaqlanır, bədənin sol yarısını rəqibinə tərəf çevirir, sol çiyinini irəli ön dayaq sərhədli səviyyəsinə çıxarır və yumruğu ilə hədəfə toxunur. Bu zaman yumruq barmaqları aşağı, yaxud sola döndərmək olar, bu da tamamilə təbii və əlverişlidir, eyni zamanda boksçunun fərdi xüsusiyyətlərindən asılıdır. Sağ əl başı və bədəni örtür müdafiə edir.
Sol əllə gövdəyə düzünə endirilən zərbə gövdəyə sol düzünə zərbəni bədəni qabağa sağa əyməklə vurulur ki, bununla da başı rəqibin gözlənilməz əks zərbəsindən qoruyurlar. Sol yumruqla bədənə düzünə zərbədən həm hücumda, həm də rəqibin başının müdafiəsini açmaq üçün yalançı zərbə kimi istifadə oluna bilər. "Cəldliyə” nail olmaq üçün yerinə yetirilən zərbə zamanı boksçu bədəni şaquli ox ətrafında bir qədər sağa döndərir və sol çiyinini irəli verir. Eyni zamanda sol qol dirsək nahiyəsində düzlənir, yumruq artan sürətlə hədəfə doğru hərəkət edir. Bu zaman gövdə və sol çiyin hǝrǝkətdən dayanır. Əsas ağırlıq mərkəzi döyüş duruşunda olduğu kimi dayaq sahəsinin ortasına keçir.Sağ əllə başa düzünə zərbə. Sağ əllə başa düzünə zərbə daha güclü olur. Bu zərbəni endirmək üçün boksçu sağ ayağın təkanı ilə gövdənin sola çevrilməsindən istifadə edir. Bu zərbə rəqibdən uzaq olduğuna görə ondan müdafiə olmaq asandır. Belə zərbəni hazırlamaq üçün sol əl ilə aldadıcı hǝrǝkətlər edilir. Hazırlıq sağ ayağın təkanı ilə irəli addım atıb gövdəni sağdan sola çevirməklə başlanır. Sol ayaq ilə raqibə tərəf sürüşən addım atılır və o elə məsafəyə qoyulur ki, zərbəni addımsız endirmək mümkün olsun. Sağ əlin yumruğunu çıxış vəziyyətindən düz xətlə, eyni zamanda gövdənin hərəkəti ilə hədəfə - qabağa atırlar. Təkandan sonra müvazinəti saxlamaq üçün sağ ayaq sol ayağa tərəf lazımi məsafəyə qədər çəkilir.

Boksda müdafiə texniki elementlərin əsas tərkib hissəsi və boksçunun ustalığının başlıca elementlərindən biri sayılır. Hər bir zərbə vurulan zaman boksçu bədəndə olan zəif nöqtələri yaxşı müdafiə etməyə hazır olmalıdır. Boksun texnikasını öyrənərkən və təkmilləşdirərkən müdafiə vasitələrinə ciddi fikir vermək lazımdır. Dəqiq müdafiə boksçunun döyüş fəaliyyətini səfərbər edir və özünə böyük inam hissi yaradır. Müxtəlif, rəngarəng müdafiə hərəkətlərindən məharətlə istifadə edən boksçu döyüş vaxtı rəqib üzərində böyük üstünlüyə malik olur. Döyüş vaxtı rəqibin vurduğu qısa zərbələr, yə'ni yaxın məsafəli zərbələrdən müdafiə olunmaq xüsusilə ustalıq tələb edir. Belə döyüşdə rəqibdən uzaqlaşmadan, hücum əməliyyatını dayandırmadan müdafiə olunmaq uzaq məsafəli döyüşlərdəkindən olduqca çətindir. Yaxın məsafəli döyüşdə boksçunun duruş vəziyyəti olduqca yığcam olmalıdır ki, rəqibin seçdiyi bədəndəki zəif nöqtələrə güclü zərbə vurmaq imkanı məhdudlaşsın. Qeyd etmək lazımdır ki, bok çu yalnız bacarıqla və vaxtında müdafiə səyindən istifadə etməklə hücum zərbəsi endirib, üstünlük əldə edə bilər. Lakin müşahidələrdən görünür ki, müdafiədən heç də həmişə lazımi səviyyədə istifadə edilmir. Hüçum səyinə qarşı müdafiə səyini göstərərkən boksçu bilməli və nəzərə almalıdır ki, müdafiə hücumun açarıdır. Buna görə də müdafiə eyni zamanda aks hücüm üçün çıxış vəziyyəti olmalıdır. Müdafiə vasitələri müdafiə cəhdlərindən hücum cəhdlərinə cəld və vaxtında keçməyə kömək edir. Beləliklə, döyüş zamanı tətbiq edilən müdafiə səyləri hücumun başlanmasına xidmət edir.


Əyilməklə müdafiə
Əyilməklə müdafiə bu, fəndin dəyişmədən zərbədən əyilməkdir. Bu zaman müdafiə olunan boksçunun başı rəqibin vuran əlinin səviyyəsində olmalıdır.
Başvurma
Başvurma - yerini dəyişmədən rəqibin vuran əlinin altına başın aşağı hərəkətilə (aşağı, yana qövsvari) zərbədən yayınması.
Yüklə 87,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin