Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyası Tələbə: Əliyev Elşad Qrup: 119A14 Fənn: Boks Müəllim



Yüklə 87,53 Kb.
səhifə1/4
tarix07.12.2022
ölçüsü87,53 Kb.
#72843
  1   2   3   4
boks


Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyası

Tələbə: Əliyev Elşad
Qrup:119A14
Fənn: Boks
Müəllim:
Mövzu: Boksun texnikası: döyüş duruşu, məsafələr, zərbələr, yerdəyişmələr, təkanla zərbələr, əyilmə, başvurma

Boks texnikası haqqında ümumi anlayış
Boks texnikasının ümumi anlayışı dedikdə hərəkətin effektli, düzgün, gözəl yerinə yetirilməsi başa düşülə bilər. Doyüşdə uğur əldə etmək üçün boks texnikasının xüsusi fəndlə- rindan kompleks şəklində istifadə etmak vacibdir. Texnika döyüşün taktiki gedişi zamanı müxtəlif situasiyalarda konkret bir məsələni həll etmək üçün imkan yaradır. İdmançının texniki hazırlığı dedikdə idman mübarizəsi aparmaq müǝyyən təkmilləşmə səviyyəsinə çatmaq və ya məşq vasitəsi kimi xidmət edən hərəkət fəaliyyət texnikasının öyrədilməsi başa düşülür. Xüsusi texniki hazırlıq prosesində idmançı seçdiyi idman növünün texnikasına yiyələnir, idman növünə aid olan hərəkətlərin biomexaniki qanunauyğunluqlarını qavrayır, təcrübi olaraq müvafiq hərəkət bacarıq və vərdişlərinə yiyələnir, onları mümkün qədər təkmilləşdirir.
Boksçuya lazım olan bilik, bacarıq və sairə keyfiyyətlər kompleksində ən zərurisi texnikadır. Boksun texnikası məfhumi altında müdafiə və hücum fəndlərinin vəhdəti başa düşülür. Bu fəndlər tədricən sistemli məşqlər nəticəsində boksçunun döyüş vərdişlərinə çevrilir. İdmanda insan orqanizminin fəaliyyətinin son həddi hələlik məllum deyildir. Nəticələr durmadan artır. Bu artımın ən zəruri səbəblərindən biri texniki ünsürlərləri durmadan cilalamaq və inkişaf etdirməkdir. Yeni-yeni texniki ünsürlər tapmaq, məşqlərdə onları təkmilləşdirmək, bu istiqamətdə axtarışlar aparmaq Azərbaycan fiziki tərbiyə və idman sisteminin diqqət mərkəzində duran ən mühüm problemlərdən biridir. Texniki ünsürləri öyrədərkən şablona yol vermək, hətta ən yaxşı boksçuların texnikasını mexaniki olaraq digər boksçu üzərinə keçirmək olmaz. Dünyanın en güclü boksçularını texnikası yalnız nümunə
olmalıdır. Hər bir boksçu özünün zahiri xüsusiyyətlərinə uyğun döyüş manerasına yiyələnməyə çalışmalıdır. Boksçunun texniki və taktiki ustalığı bir-birindən çox asılıdır. Boksun texnikasının əsas üç zərbə növü vardır: düzünə zərbə,yandan zərbə, altdan zərbə. Bu zərbələrin hər birini həm sağ, həm də sol əllə başa və gövdəyə vurmaq olar. Geniş mənada boksun texnikasına aşağıdakılar daxildir: rinqdə yüngül və cəld hǝrǝkət etmək bacarığı; cəld, gözlənilmədən və kəskin endirilən hüçum zərbələrinin bütün növlərinə yiyələnmək; rəqibin zərbələrindən qorunmağı təmin edən müdafiə hərəkətləri haqqında möhkəm biliyə və vərdişlərə malik olmaq, müdafiə olunmaqla zərbə vurmağı öyrənmək bütün fəndlərdən istifadə etməyi bacarmaq.

Zərbələrin birliyini bu və ya digər müdafiənin texnikasını müxtəlif vəziyyətlərdə tətbiq etməyi bacarmaq lazımdır. Boksçunun idman texnikası ona silah kimi xidmət edir. Boksçu öz texniki fikirləri, düşüncəsi ilə texnikadan istifadə edir. Buna görə də boksçu boksun texnikasını əla mənimsəməli və ondan döyüşdə azad, inamlı istifadə etməlidir. Rinqdə döyüş fasiləsiz döyüş vəziyyətin xarakterinin və qəflətən döyüş vəziyyətinin dəyişməsi deməkdir. Texnikanın tam mənimsənilməsi, məqsədə uyğun istifadə edilməsi boksçunun rǝqib üzərində tam qələbəsini təmin edir. Boks texnikasında əsas şərt yaradıcılıqda hərəkətlərin qarşılıqlı uyğunluğudur. Bir hərəkət başqa hərəkətdən doğur və onu davam etdirir. Fasiləsiz olaraq müxtəlif döyüş hərəkətlərinin bir-birini əvəz etməsi qabaqcadan müdafiənin və hucumun təməlini qoymuş olur. Belə ki, seriyalı hücumlardan hər bir zərbənin yaranması asanlaşır.


Texnikanı öyrənmənin ilk günlərindən ayrı-ayrı texniki fəndlərdən taktiki cəhətdən düzgün istifadə etməyi də öyrǝnmək lazımdır. Hər hansı zorba, məsafədən, yaxınlaşmanın və hücumun xarakterindən asılı olaraq tamamilə bükülmüş və demək olar ki, tam düzləndirilmiş qolla vurula bilər. Zərbə vurularkən ayaqların hərəkətlərində də fərq olur. Sol əllə vurulan əsas zərbələrin hər birini bədənin ağırlığını hər iki ayaq üzərində bərabər saxlamaqla, yaxud həmin ağırlığı ayaqlardan birinin üzərinə keçirməklə bir yerdə dayanaraq endirmək olar. Sola və yaxud sağ ayaqla arxaya və irəli addım atmaqla də zərbə vurmaq olar. Ümumiyyətlə boksda zərbəni müxtəlif stillərdə vururlar.

Yüklə 87,53 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin