meydana gəlmişdir. Şədaddilər əvvəllər
Dəbil ətraflarında yaşayırdılar. 951-ci
ildə Məhəmməd ibn Şəddad (951-979)
Salarilər dövlətinin zəifləməsindən
istifadə edərək onların tabeçiliyində
olan Dəbil şəhərini ələ keçirib müstəqil
feodal dövlət olan – Dəbil əmirliyini
yaratdı. 971-ci ildə Əli Ləşkəri Gəncə
şəhərini ələ keçirərək Azərbaycan
Şədaddilər dövlətinin əsasını qoydu.
Şəddadilər dövlətinin paytaxtı Gəncə
şəhəri idi. Şəddadilərin mərkəzi
hakimiyyətdən ayrılaraq müstəqil
olması haqqında xəbəri alan salari
hökmdarı İbrahim təcili Gəncəyə
hücuma keçdi. Lakin qələbə qazana
bilməyən İbrahim Şəddadilərin
müstəqilliyini tanıyaraq geri çəkilməli
oldu.