Şəddadilər dövlətinə oğuz axınlarının
nəticələri: XI əsrin 30-cu
illərində Şimali
Azərbaycan torpaqlarında yeni oğuz
tayfalarının məskən salması
nəticəsində:
• Şədaddilərin hərbi qüdrəti daha da
artdı
• Dəbili ələ keçirməyə çalışan Bizns-
erməni qoşunlarına ağır zərbə vuruldu
(1037-ci ildə)
• 1038-ci ildə Bizans və gürcü
feodallarının birləşmiş qüvvəllərinin
Tiflis müsəlman əmirliyini aradan
qaldırmaq cəhdi baş tutmadı
Şədaddilər dövlətinin süqutu: Şəddadi
hökmdarı Əbuləsrav Şavurun
hakimiyyəti illərində Səlcuq
sultanlarının Cənubi Qafqaza hücumu
baş verdi.Buradakı siyasi parçalanma və
feodal ara müharibələrindən istifadə
edən Səlcuqlar bir çox vilayətləri
özlərindən vassal asılılıqda olan
mülklərə çevirdilər. 1054-cü ildə Səlcuq
sultanı I Toğrul Rəvvadi hökmdarı
Vəhsudanı tabe etdikdən sonra,
Şəddadi hökmdarı Əbuləsrav Şavur:
• Sultan I Toğrulun yanına gələrək,
onun hakimiyyətini qəbul etdi
• Bizansa qarşı döyüşlərdə iştirak
etmək üçün I Toğrula çoxlu qoşun verdi
• Şəddadilər dövləti Səlcuq
sultanlarının həm vassalına, həm də
müttəfiqinə çevrildi.Zaman keçdikcə
Səlcuqlar Şəddadilər dövlətinin
müstəqilliyinə son qoydular.