Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası. sərbəst iş



Yüklə 0,64 Mb.
səhifə9/12
tarix02.01.2022
ölçüsü0,64 Mb.
#41373
1   ...   4   5   6   7   8   9   10   11   12
TARİX SƏRBƏST İŞ SADIQOV YUSİF

Nəhayət 529 – cu ildə iri feodallar I Qubad və I Xosrov başda olmaqla hərəkatı yatıra bildilər. Üsyan başçıları, o cümlədən Məzdək öldrüldü. Bütün ölkədə məzdəkilərin kütləvi qırğını başlandı. Bu qırğınlarda səksən min nəfərə qədər adam öldürüldü


Məzdəkilər hərəkatı nəticəsində iri kahinlər dövlət rütbələri sırasında birinci yeri itirdilər və dünyəvi vəzifə sahibləri birinci plana çəkildilər. Ümumilikd hərəkat pis təşkil edilmiş, kortəbii bir hərəkat idi. Üsyançılar hərəkatın inkşaf qanunlarını düzgün başa düşmürdülər. Bütün kəndli hərəkatlarında olduğu kimi, məzdəkilərin də aydın bir proqramı yox idi. Onlar heç bir iqtisadi və siyasi tələblə çıxış etmirdilər. Daha doğrusu çevrilişin məqsədini qarşıya qoymamışdılar.

Kəndli hərəkatının başıçıları və iştirakçıları istismarın ictimai, iqtisadi bərabərsizliyin əsas səbəbi olan istehsal vasitələri üzərində xüsusi mülkiyyəti aydın görmürdülər. İstismardan azad olmaq üçün hansı mübarizə metodlarına əl atmağın lazım olduğunu bilmirdilər. Onlar yalnız bərabərliyi meydana atır, varlılar üzərinə düşüb onların varını əlindən alıb öz aralarında bölməklə kifayətlənirdilər. Məzdək hərəkatının məhdud cəhətlərinə baxmayaraq bu üsyan dövrünün müstəbid hökmdarlarını geniş zəhmətkeş kütlələr qarşısında müəyyən ictimai-iqtisadi və siyasi güzəştlərə getməyə və gələcək kəndli üsyanlarının qarşısını almaq məqsədilə I Xosrovu islahat keçirməyə məcbur etdi. Feodal zülmünə qarşı sonrakı kəndli hərəkatlarının inkişafı üçün mənəvi zəmin hazırladı.



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin