Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası


Yaddaş qurğuları haqqında məlumat



Yüklə 55,16 Kb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü55,16 Kb.
#39977
1   2   3
İnformasiya nəzəriyyəsində entropiya

Yaddaş qurğuları haqqında məlumat

 İnformasiyanı kompüterdə müxtəlif üsullarla saxlamaq olar. ən tez verilənləri yadda saxlamaq üsulu onları elektron mikrosxemdə yazmaqdır. Bu elektron mikrosxem operativ (əməli) yaddaş adlanır.

Əməli yaddaşı çox vaxt əməli yaddaş qurğusu (ƏYG) və ya RAM adlandırırlar. Operativ yaddaş xanalardan ibarətdir. Hər bir xanada 1 bayt verilən saxlamaq olar. Hər bir xananın özünün ünvanı var. Ona görə də bu xanalar ünvanlı xanalar adlanır.

Kompüter verilənləri operativ yaddaşa saxlamaq üçün göndərdikdə, o həmin verilənin yerləşdiyi ünvanı yadda saxlayır. Operativ yaddaşın ünvanlı xanası bir bayt veriləni yadda saxlayır. Belə ki, 1 bayt 8 bitdən ibarətdir, onda operativ yaddaşın 8 bitli xanası var. Operativ yaddaşın hər bir bitxanalı mikrosxemini elektrik cərəyanı saxlayır. Cərəyan xanalarda uzun müddət saxlanıla bilmir, o tədricən «tükənir», saniyənin 1/10 hissəsində həmin cərəyan o qədər azala bilər ki, verilənlər itə bilər.

Belə halda insan neyləyir? O informasiyanı yadda saxlamaq üçün onu tez-tez təkrarlamağa başlayır. Eyni ilə kompüter də belə mexanizm ilə işləyir. Saniyənin 1/10 vaxtında operativ yaddaş xanasında olan veriləni tez-tez yoxlayır (yəni yazını təkrarlayır). Bu yaddaşın regenera-siyası adlanır.

Operativ yaddaşın mikrosxemi verilənləri tez yadda saxlayır və tez verir. Buna görə də informasiyanın işlənməsi üçün operativ yaddaş böyük rol oynayır. Lakin verilənləri uzun müddət saxlamaq üçün o kifayət etmir.

Məlumdur ki, operativ yaddaşın tutumu kompüterin işləmə sürətinə təsir edir. Operativ yaddaşın tutumu kifayət qədər olmayanda istənilən informasiyanın mikroprosessor tərəfindən axtarılması üçün mikroprosessor artıq əməliyyatları yerinə yetirməyə məcbur olur. Nəticədə proqramın yerinə yetirilmə vaxtı uzanır. Odur ki, mikroprosessor əlavə əməliyyatlardan azad etmək üçün operativ yaddaşın tutumu minimum 64 Mbayta bərabər olmalıdır.

Operativ yaddaş qurğusundan başqa digər yaddaş qurğularında istifadə edilir. Kompüterdə ən çox maqnit disklərdən istifadə edilir. Maqnit disklərin elastik və sərt növləri olur.

Elastik disklər çox da böyük həcmə malik deyillər və zəif sürətlə işləyirlər, ancaq bir kompüterdən digər kompüterə keçirmək olar. Sərt disklər böyük həcmə malikdirlər, lakin onlar sistem blokun daxilində yerləşirlər və onları köçürmək olmur.

İnformasiya baytnan deyil, faylnan saxlanılır. Fayl verilənlərin saxlanması üçün ən kiçik vahiddir. Hər bir faylın diskdə özünün ünvanı var. Əgər bizə hər hansı bir informasiya lazımdırsa, kompüter diskdə lazım olan faylı tapır, sonra bayt-bayt ondan verilənləri operativ yaddaşa ötürür (yəni faylın sonunacan). Hər bir faylın diskdə özünün ünvanının olması üçün diskləri cığırlara və öz növbəsində sektorlara bölürlər. Hər bir sektorun həcmi standartdır 512 bayta bərabərdir.

Diskin cığırlara və sektorlara bölünməsinə diskin formatlaşdırılması deyilir. Formatlaşdırma dəftərin xətlərə bölünməsinə ozşayır. Diski bir dəfə formatlaşdırmaq olur.

Lap birinci cığır xidmətedici cığır adlanır və orada xidmətedici informasiya saxlanılır. Elastik disklrin 2 tərəfi var və hər tərəfdə 80 cığır var. Hər bir cığırda 18 sektor var. Elastik diskin həcmi aşağıdakı kimi hesablanır. 2 x 80 x 18 x 0,5kb=1440 kbayt= 1,44 Mbayt.


BİOS – (BASİC İNPUT – OUTPUT SYSTEM)



Fərdi kompüterin daimi yaddaşında kompüteri avadan-lıqlarının işini yoxlayan (məlumatı ekrana çıxar¬maqla), əməliyyat sisteminin yüklənməsini təmin edən proqramlar toplusu yerləşir. Həmin proqramldar toplu-sunun çox hissəsi müəyyən dərəcədə kompüterdə daxiletmə-xaricetmə əməliy¬yatlarını yerinə yetirir. Belə proqramları BİOS adlandırırlar. BİOS ayrıca mikrosxem şəklində hazırlanır.
Yüklə 55,16 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin