Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 169,19 Kb.
səhifə7/21
tarix02.01.2022
ölçüsü169,19 Kb.
#46141
1   2   3   4   5   6   7   8   9   10   ...   21
AZ rbaycan respublikasi t HS l naziRL Y

e =ΔX : X x Δy : y

Burada: e - elastiklik əmsalı;



X - vergi daxilolmalarının ilkin səviyyəsi;

ΔX - vergi daxilolmalarının artımı;

y - təsiri oyrənilən amilin kəmiyyəti;

Δy - təsiri oyrənilən amilin artımı.

Vergilərin elastiklik əmsalı gostərir ki, muəyyən amilin 1 faiz dəyişməsi

nəticəsində vergi daxilolmalarının həcmi necə faiz dəyişəcək. Əgər bu əmsalın qiyməti vahiddən böyuk, kicik və ona bərabər ola bilər. Əgər vergilərin elastiklik əmsalı umumi milli məhsula nəzərən təyin olunursa və onun qiyməti vahidə bərabərdirsə, bu o deməkdir ki, umumi milli məhsulda dovlətin vergi gəlirlərinin payı sabit qalır. Məsələn, Almaniyada son iyirmi il ərzində umumi milli məhsula nəzərən butun vergilərin elastiklik əmsalı vahidə bərabər olmuşdur. Əgər bu əmsalın qiyməti vahiddən boyukdursə, deməli, vergi gəlirləri umumi milli məhsula nəzərən daha yuksək surətlə artır. Bu o deməkdir ki, umumi milli məhsulda vergi daxilolmalarının xususicəkisi yuksəlir. Əgər bu əmsalın qiyməti vahiddən kicikdirsə, deməli, umumi milli məhsulda vergi daxilolmalarının xususi cəkisi azalır. [17]1

XIX əsrin sonlarında vergitutmanın elastiklik prinsipini alman iqtisadcısı

A.Vaqner (1835-1917) irəli surmuşdur. O qeyd edirdi ki, vergitutmada ictimai

maraqlar şəxsi maraqlardan ustun olmalıdır. Vergilər və bir sıra vergi mexanizmləri bu prinsipə əsasən dövlətin obyektiv ehtiyaclarından və imkanlarından asılı olaraq,operativ şəkildə vergi yukunun artırılması və ya azaldılması istiqamətində dəyişdirilə bilərlər. İctimai-siyasi və iqtisadi şərait dəyişdikcə, dovlətin ona uyğunlaşmaq imkanı olmalıdır və o, yeni siyasi və iqtisadi şəraitə adekvat reaksiya verməlidir.

Hər hansı ölkədə vergi sisteminin səmərəli fəaliyyətini qiymətləndirmək ucun

vahid umumiləşmiş gostərici kimi vergi sisteminin elastikliyindən istifadə olunur.

Bu gostərici həm vergi daxilolmalarının xususi cəkisi kimi, həm də UDM-ə nisbətən əvvəlki illərlə muqayisədə ayrı-ayrı vergi gostəricilərinin dəyişməsi kimi nəzərdən kecirilir. Əgər vergi sisteminin elastikliyi vahiddən boyuk olarsa, vergi daxilolmaları UDM-in həcmindən asılı olaraq, yuksək templərlə artacaqdır. Vergilərin xususi cəkisi UDM-in olcusu ilə tədricən artmalıdır. Vergi sisteminin elastikliyi hesablanarkən eyni zamanda inflyasiya, korporativ qiymətlərin yaranması, iqtisadiyyatda inhisarların səviyyəsi və s. gostəricilər də nəzərə alınır.


Yüklə 169,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin