Fiziki sağlamlıq
və vətənpərvərlik
gənclərimizin ən böyük
amalıdır
Qəzet 1933 -cü ildən çıxır. № 13 (1631) 12 iyul 2016 - cı il Qiyməti 50 qəpik
«QIZIL
GÖRÜŞ»
(ATU-nun
1966-cı il
məzunlarının
görüşü)
6
7
Növbəti uğurlu
əməliyyata imza atıldı
Heç vaxt unudulmayan “Məzun Günü”
Bu say ı m ı z d a
2
2
İyulun 10-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2016-cı ilin birinci yarısının sosi-
al-iqtisadi inkişafının yekunlarına və qarşıda
duran vəzifələrə həsr olunan iclası keçirilib.
Dünyada təhlükələrin artdığını, iqtisa-
di böhranın daha da dərinləşdiyini və bütün
ölkələrin bu böhrandan müxtəlif formada
əziyyət çəkdiyini deyən Prezident İlham Əliyev
Azərbaycanda uğurlu inkişafın təmin edildiyini,
ictimai-siyasi vəziyyətin sabit qaldığını, ölkə
qarşısında duran vəzifələrin həll olunduğunu
bildirdi. Çıxışında Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunan
dövlətimizin başçısı aprel ayında təmas
xəttində Ermənistanın törətdiyi təxribatın
qarşısının ordumuz tərəfindən alındığını, əks-
hücum əməliyyatı nəticəsində 2 min hektar
ərazinin işğaldan azad edildiyini diqqətə
çatdırdı. “Münaqişə tezliklə həllini tapmalı, status-kvo
dəyişilməlidir”, - deyən Prezident İlham Əliyev Dağlıq
Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma
və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həll olunmasının vacibliyini vurğuladı.
Bu ilin altı ayında ölkəmizin xari-
ci siyasətinin fəal olduğunu, 10-dan çox
dövlət və hökumət başçısının Azərbaycana
səfərə gəldiyini, özünün də xaricə
səfərlərinin beynəlxalq əlaqələrin daha da
möhkəmləndirilməsinə xidmət etdiyini deyən
Prezident İlham Əliyev çıxışında iqtisadi in-
kişaf proseslərindən də danışdı, cari ilin altı
ayında ümumi daxili məhsulun azalmasına
baxmayaraq, sənaye və kənd təsərrüfatında,
o cümlədən qeyri-neft sektorunda artımın
müşahidə olunduğunu dedi.
Sonra müdafiə sənayesi naziri Yavər Cama-
lov, kənd təsərrüfatı naziri Heydər Əsədov,
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar
Cəmiyyətinin sədri Əhməd Əhmədzadə 2016-
cı ilin 6 ayında görülən işlər və qarşıda duran
vəzifələrlə bağlı məruzə etdilər.
Prezident İlham Əliyev yekun nitqində
prioritet istiqamətlər üzrə qarşıda duran
vəzifələrin yerinə yetirilməsinin vacibliyini vurğuladı.