Fiziki sağlamlıq və vətənpərvərlik gənclərimizin ən böyük amalıdır



Yüklə 12,93 Mb.
Pdf görüntüsü
səhifə8/20
tarix02.01.2022
ölçüsü12,93 Mb.
#2393
1   ...   4   5   6   7   8   9   10   11   ...   20
“Universitetimizin adını daim 

yüksəkliklərə qaldırmağınızı arzu 

edirəm”

Universitetin  rektoru,  professor 

Gəray Gəraybəyli də bu əlamətdar 

gün  münasibətilə  məzunları  və 

onların  valideynlərini  təbrik  edib. 

Rektor  universitetin  professor-

müəllim heyəti adından gələcəyin 

həkimlərinə 

tutduqları 

bu 


müqəddəs  peşə  yolunda  uğurlar 

arzulayıb: “Əziz məzunlar! Burada 

sizin ünvanınıza deyilən təbriklərə 

mən  də  qoşuluram.  Sizi  bir  daha 

universitetimizi  bitirərək    böyük 

həkimlər  ailəsinə  daxil  olma-

nız münasibəti ilə ürəkdən təbrik 

edirəm.  Arzu  edirəm  ki,  gələcək 

həyatınızda  daimi  öz  həkimlik 

fəaliyyətinizdən  məmnun  qa-

lıb,  xalqımızın  sağlamlığının  qo-

runmasında  nailiyyətlər  qazanıb, 

dogma  universitetimizin  adını 

daim  yüksəkliklərə  qaldırasınız. 

Bir daha sizi təbrik edirəm!”

Sonra  G.Gəraybəyli  universite-

ti müvəffəqiy yətlə başa vuran bir 

qrup əlaçı məzuna fərqlənmə dip-

lomu təqdim etdi. 

Professor-müəllim  heyəti  adın-

dan çıxış edən I cərrahi xəstəliklər 

kafedrasının  müdiri,  akademik 

Böyükkişi  Ağayev  də  məzunları 

təbrik  edərək,  onlara  gələcək 

həkim lik  peşəsində    naliyyətlər 

arzuladı.

Mərasimdə  Azərbaycan  Res-

publikasının Dövlət Himni səslən-

dirildikdən  sonra  məzunlar  hərbi 

tibb  fakültəsinin  məzunu  Sərraf 

Sadıqlının oxuduğu  Həkim Andını 

birlikdə  təkrar etdərək, xalqımızın 

sağlamlığının  keşiyində  ləyaqətlə 

duracaqlarına söz verdilər.




Yüklə 12,93 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin