http://www.amu.edu.az
12 iyul 2016-cı il
4
u
“Məzun Günü” təhsil
müəssisələrində artıq bir
ənənəyə çevrilən vida günü,
sabaha çağırış, məsuliyyət
anıdır. Xüsusən də ali və
orta ixtisas məktəblərinin
məzunları üçün. Axı qarşıda
onları müstəqil həyatın
qayğılı günləri gözləyir.
Hər
tədris
ilinin
sonun-
da minlərlə məzun neçə il ayaq
döydüyü məktəbindən, doğma
kollektivindən ayrılır...
Öz ənənələri olan, neçə illərdən
bəri formalaşmış imicini, nüfuzu-
nu qoruyub saxlayan Azərbaycan
Tibb Universitetinin bu bayram
tədbirinə toplaşanların çöhrəsində
sevinclə birgə bir gərginlik də
duyulurdu. Məzunlar daha qay-
ğılı idilər. O məzunlar ki, bu illər
ərzində qayğılarını çəkən, elmin
əsaslarını zərrə-zərrə öyrədən,
insanların sağlamlığının qorunma-
sı naminə ömrünü şam kimi əridən
müəllimlərindən ayrılır, tələbəlik
illərini arxada qoyub onu kövrək,
həzin xatirəyə çevirirlər.
Bu münasibətlə iyunun 29-da
Azərbaycan Tibb Universitetinin
növbəti “Məzun-2016 ” günü keçi-
rildi.
Hər il ənənəvi olaraq Azərbaycan
Tibb Universitetinin şəhərciyində
keçirilən “Məzun Günü” bu dəfə
paytaxtımızda öz möhtəşəmliyi
və gözəlliyi ilə seçilən “Gülüstan”
sarayında təntənəli şəkildə qeyd
olundu. Yüksək səviyyədə təşkil
olunmuş toplantıda Səhiyyə nazi-
ri, professor Oqtay Şirəliyev, Milli
Məclisin Səhiyyə Komitəsinin sədri,
millət vəkili, akademik Əhliman
Əmiraslanov, ATU-nun rekto-
ru, professor Gəray Gəraybəyli,
uni versitet rəhbərliyi və profes-
sor- müəllim heyəti, həmçinin ta-
nınmış ziyalılar, səhiyyə işçiləri,
valideynlər və əcnəbi qonaqlar iş-
tirak edirdilər.
Tədbiri giriş nitqi ilə açan Səhiyyə
naziri Oqtay Şirəliyev “Məzun
Günü”nün bir neçə mühüm hadisəni
özündə əks etdirdiyini qeyd edib.
Nazir bildirib ki, ilk növbədə ən
sevimli və yadda qalan tələbəlik
illərini bitirir və özünüzün seçdiyi-
niz sevimli sənətlə məşğul olmaq
hüququnu qazanırsınız: “Hər kəs
üçün seçdiyi sənət, peşə maraqlı-
dır. Amma həkim diplomunu almaq
daha məsuliyyətlidir. Çünki insan-
lar ən qiymətli nemətlərini - sağ-
lamlıqlarını, çox vaxt həyatlarını
həkimlərə etibar edirlər”.
O.Şirəliyev
Azərbaycanda
səhiyyə problemlərinin həllinə
həmişə böyük diqqət olduğunu
və cənab Prezident İlham Əliyevin
insanların sağlamlığının qorun-
masını ölkəmizin ən vacib priori-
tet məsələsi hesab etdiyini qeyd
edib: “Biz qısa zaman ərzində
səhiyyəmizdəki inkişafın və əldə
etdiyi nailiyyətlərin birgə şahi-
diyik. Yüzlərlə xəstəxana, tibb
müəssisəsi, o cümlədən univer-
sitetin tibb korpusları inşa edi-
lib, gözəl avadanlıq, unikal apa-
ratlar, cihazlarla təmin olunaraq
istifadəyə verilibdir. O avadanlıq-
larla ki, onların imkanları bizlərə
bir vaxt möcüzə kimi görünür-
dü. Əlbəttə, bu aparatlarda və ci-
hazlarda işləməyə savadlı, bilikli
mütəxəssislər lazımdır. Vaxtilə ulu
öndər Heydər Əliyevin təşəbbüsü
ilə Azərbaycanın yüzlərlə gənci
Sovet İttifaqının ən mötəbər ali
təhsil müəssisələrində təhsil alır,
görkəmli alimlərin rəhbərliyi al-
tında elmi-tədqiqat işləri aparır-
dı. Bu gün də o ənənələr cənab
Prezident İlham Əliyev tərəfindən
davam etdirilir. Onun təşəbbüsü
ilə yüzlərlə gənc Avropanın ta-
nınmış təhsil mərkəzlərində təh-
sil alır. Bu gün bizim həkimlər
beynəlxalq simpoziumlarda,
konq res və tədbirlərdə iştirak edir,
elmi məruzələrlə çıxış edirlər. Bu,
əlbəttə, sevindirici haldır. Onlar
Azərbaycan səhiyyəsinə şərəflə
xidmət edir, insanların sağlamlı-
ğının keşiyində vicdanla dururlar”.
Sözünə davam edən nazir
səhiyyəmizin inkişafında müstəsna
xidmətləri
olan
akademiklər
Mirəsədulla Mirqasımov, Mustafa
Topçubaşov, Zərifə xanım Əliyeva,
Mirməmməd Cavadzadə və başqa-
larını misal çəkərək onların adla-
rının tibb tariximizə qızıl hərflərlə
yazıldığını və xalqımız tərəfindən
heç vaxt unudulmayacaqları-
nı da vuğuladı. Bu günkü tanın-
mış alimlərdən Böyükkişi Ağa-
yev, Əhliman Əmiraslanov, Cəmil
Əliyev, Adilə xanım Namazovanın
bilik və təcrübələrinin gənclər
üçün bir örnək olduğunu söylədi.
Nazir çıxışının sonunda məzunlara
özünün dəyərli tövsiyələrini də
verdi:” Bu gün siz məzunlar bö-
yük bir həkim ailəsinə qoşulursu-
nuz. Seçdiyiniz sənət çətin və ağır
Dostları ilə paylaş: