Plan
Giriş..............................................................................................1
Amerika məktəblərinin növləri.....................................................2
ABŞ-da təhsilin əsas xüsusiyyətləri..............................................5
ABŞ təhsil sistemində ali məktəblər.............................................5
Nəticə............................................................................................8
Ədəbiyyat siyahısı və istinadlar....................................................9
Giriş
ABŞ-ın təhsil sistemi həm federal və ştat, həm də yerli hakimiyyət orqanları tərəfindən idarə edilir. Dövlət məktəbləri sistemi hər yerdə mövcuddur və desentralizasiya olunmuş, idealdan kənardır. Digər tərəfdən isə Amerikanın xüsusi ali məktəbləri, bütün dünyadan tələbə və aspirantları özünə cəlb edir.
Amerikada savadlılıq dərəcəsi 97%-dir. Lakin 2003-cü ilin məlumatlarına əsasən 25 və 25-dən yuxarı yaşda olanların 84,6%-i orta təhsillilərdir. 52,5%-i müəyyən ali təhsilə, 27 %-i bakalavr pilləsi üzrə təhsil alıblar. Təhsil əsasən hər yerdə, Puerto-Rikodan başqa (burada rəsmi dil ispan dilidir), ingilis dilində aparılır.
Tarixi səbəblərə görə (Konstitusiyada təhsildən bəhs edilmir, buna görə də təhsilin ştatlar tərəfindən idarə edilməsi nəzərdə tutulur) ABŞ-da təhsil məktəbləri üçün ciddi federal standartlar qoyulmayıb. Ali təhsil müəssisələrinin akreditəsi ilə ştatları idarə edən xüsusi təşkilatlar məşğul olur. Hər ştatın akreditə olunmamış “universitetlər”lə mübarizəsində öz qanunları var. Akreditə olunmamışlar diplomu ödəmə haqqına görə verir, bu da nəzərəçarpan problemlər yaradır.
ABŞ-da şagirlərin bilikləri qiymətləndirilərkən təkcə test üsulu ilə aparılmır. Qiymətləndirmə zamanı həmçinin şagirdin təhsilə baxışı, ümumi intelektual səviyyəsi və digər amillər nəzərə alınır. Bu səbəbdən siz ABŞ-da orta məktəb təhsili alaraq bu üstünlüklərə yiyələnə bilərsiz. ABŞ orta məktəblərini bitirən şagirdlər, rahatlıqla universitetə qəbul ola bilirlər.
Dostları ilə paylaş: |