Amerika məktəblərinin növləri



Yüklə 28,12 Kb.
səhifə3/5
tarix25.11.2022
ölçüsü28,12 Kb.
#70534
1   2   3   4   5
ABŞ məktəb sistemi

İbtidai məktəb

Əsasən 6 yaşdan etibarən başlayır. Burada təhsil ştatdan asılı olaraq 5-6 il davam edir. Amerikada adətən məktəbə uşaqları 6 yaşında qəbul edirlər. Bütün dərslər (oxu, ədəbiyyat, şifahi nitq, orfoqrafiya, musiqi, təsviri incəsənət, hesab, tarix, təbiətşünaslıq, gigiyena, bədən tərbiyəsi və əmək) bir müəllim tərəfindən aparılır.
İbtidai məktəblərdə şagirdləri adətən testlərin nəticələrinə uyğun qruplara bölürlər. Bu testlər xüsusi hazırlıq tələb etmir, istedadlı uşaqları üzə çıxarır və riyazi dəqiqliklə intellekt əmsalını - IQ (intelligence quotient) müəyyənləşdirməyə imkan verir. IQ (ay kyu) testləri insanın intellekt səviyyəsinin qiymətləndirilməsidir. ABŞ-da orta intellekt əmsalı 100-dür. Ölkə məktəblərinin məzunlarının orta IQ-su 115, əlaçıların 135-140 təşkil edir. 70-dən aşağı IQ əqli gerilik hesab olunur.IQ müəyyən edildikdən sonra A, B və C (istedadlı, normal və qabiliyyətsizlər) qrupları yaradılır və təhsil diferensiallaşdırılır. Təhsildə geri qalan uşaqlarla ciddi iş aparılır. İstedadlılar isə adətən kollec və universitetlərə hazırlaşırlar.

  • Əsas məktəb

Təhsilin bu pilləsi 3 illikdir (VII-IX siniflər). Burada tədris olunan əsas fənlər aşağıdakılardır: ingilis dili, riyaziyyat, təbiətşünaslıq, bədən tərbiyəsi, gigiyena, musiqi, təsviri incəsənət, əmək və ya evdarlıq. Səkkizinci sinifdən etibarən şagirdlər maraq göstərdikləri fənləri seçmək hüququna malikdirlər.

  • Orta məktəb (high school). 

Təhsil müddəti 3 ildir (X-XII siniflər). Əsas fənlərə riyaziyyat (2 il), ingilis dili (4 il), təbiət elmləri (2 il) və sosial elmlər (3 il) daxildir.Orta məktəbdə qiymətləndirmə sistemi ingilis əlifbasının A, B, C, D, F hərfləri ilə aparılır. Orta qiymətin müəyyən edilməsi üçün hərflərə uyğun ballardan (A=4, B=3, C=2, D=1 və F= 0) istifadə olunur.C-dən yuxarı qiymətlər yaxşı qiymətlər hesab edilir. Təhsilin davam etdirilməsi üçün tədrisin sonunda B və ya A qiymətləri alınmalıdır. D - biliyin orta səviyyədən aşağı olduğunu, F isə qeyri-qənaətbəxş nəticə və ya tədris materialının tamamilə öyrənilməməsi deməkdir.
Orta məktəbin bitirilməsi haqqında diplom almaq üçün son 4 il ərzində 16 akademik kurs üzrə zaçot almaq kifayətdir. Akademik kurs adətən 90-180 məşğələdən ibarət olur. Adətən hər yarımilə 5-6 kurs düşür. Son 4 ildə şagirdlərə 5 əsas fənnin - ingilis dili (4 il), riyaziyyat (3 il), təbiət elmləri (3 il), sosial elmlər (3 il), kompüter (5 ay) öyrənilməsi məsləhət görülür. Universitet və dördillik kolleclərdə təhsilini davam etdirmək istəyənlər üçün xarici dil kursunu (2 il) keçmək də tələb olunur.
Əsas fənlər 20-30 ixtisaslaşmış kurslara bölünür. Məsələn, ingilis dilinə Amerika ədəbiyyatı və ədəbi yaradıcılıq daxil edilir. Məqbul qiymət almaq üçün müasir yazıçıların yaradıcılığı və ya jurnalistika sahəsindən də imtahan vermək mümkündür



Yüklə 28,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin