Amerika məktəblərinin növləri


ABŞ-da təhsilin əsas xüsusiyyətləri



Yüklə 28,12 Kb.
səhifə4/5
tarix25.11.2022
ölçüsü28,12 Kb.
#70534
1   2   3   4   5
ABŞ məktəb sistemi

2.ABŞ-da təhsilin əsas xüsusiyyətləri
Digər ölkələrlə müqayisədə Amerika məktəbləri daha demokratik olmaları ilə fərqlənir. İngiltərədə, Fransada və digər Qərbi Avropa ölkələrində uşaqlar adətən erkən yaşlarından ibtidai siniflərdə 2-4 il oxuduqdan sonra müxtəlif növ məktəblərə daxil olurlar. Məsələn, İngiltərədə uşaqların təxminən 10-15 faizi qrammatik məktəblərə, Fransada isə liseylərə gedirlər. ABŞ-da isə belə məktəb sistemi yoxdur. Ölkədə vahid məktəb strukturu da mövcud deyil.
Dövlətə məxsus məktəblərlə yanaşı, ABŞ-da kilsə və özəl təhsil müəssisələri də mövcuddur. Kilsə məktəbləri dini təşkilatlar tərəfindən maliyyələşir və buradakı təlim-tərbiyə işləri dini ruhda aparılır. Özəl məktəblərdə isə təhsil bahalı olduğundan burada, adətən imkanlı ailələrin övladları təhsil alırlar.
Uşaq bağçalarını başa vuran uşaqların təxminən 99 faizi məktəblərə daxil olurlar (6 yaşdan 13 yaşadək). Onların 94 faizi təhsillərini 18 yaşadək davam etdirirlər. 18-24 yaş arası gənclərin 29 faizi isə kollec və universitetlərə qəbul olurlar.
ABŞ-da universitet və ya kolleclərə daxil olmazdan əvvəl 12 illik ibtidai və orta məktəb təhsilini başa vurmaq əsas tələblərdən biridir. 


3.ABŞ təhsil sistemində ali məktəblər

ABŞ-da ali təhsil müəssisəsi anlayışının dəqiq təyinatı mövcud deyil. Orta məktəbdən sonra təhsil verən istənilən təhsil müəssisəsi kollec, məktəb, institut və hətta universitet adlandırıla bilər. Hər hansı təhsil müəssisəsinin statusunu müəyyənləşdirən yeganə meyar orda tədris olunan ixtisasların keyfiyyəti və həyata keçirilən elmi tədqiqatlar ola bilər.


Ali məktəblərə qəbul olunmaq üçün abituriyentlərə qarşı vahid tələblər yoxdur. İkiillik kolleclərə daxil olmaq üçün heç bir qəbul şərtləri və yaş məhdudiyyəti qoyulmur. Abituriyentlərdən sadəcə olaraq orta təhsil haqqında sənəd tələb edilir.Ali təhsil müəssisəsinin növündən və nüfuzundan asılı olaraq, qəbul olmaq istəyənlərdən müsabiqə imtahanları, müsahibələr və test imtahanları götürülə bilər.
Amerika ali təhsilində çoxpilləli sistem qəbul edilib. Bu sistemə əsasən ölkədəki ali təhsil müəyyən dövrlərə bölünür.
Bakalavr (Undergraduate) dövrü 4 il davam edir və humanitar (Bachelor of Arts, BA) və ya təbiət elmləri (Bachelor of Science, BS) bakalavr dərəcəsinin alınması ilə başa çatır. Bakalavr kursunun proqramına təxminən 30 tədris fənni daxildir. Onlardan hər biri müəyyən kredit balı ilə qiymətləndirilir. Ümumilikdə, bakalavr dərəcəsini almaq üçün 120 kredit toplamaq lazımdır. Əgər tələbə müəyyən sayda mühazirədə iştirak edibsə (akademik saatlarla ölçülən), laborator işləri yerinə yetiribsə, müstəqil iş (referat, esse, hesabat və s.) yazıbsa, o zaman müvafiq krediti qazanmış hesab olunur.Amerika təhsil sistemi özünəməxsus çevikliyi ilə fərqlənir. Məsələn, bakalavr proqramı üzrə təhsilin ilk iki ili bir sıra əsas fənlərin icbari qaydada öyrənilməsi nəzərdə tutulur. Növbəti iki ildə isə tələbələr kifayət qədər geniş siyahıdan istədikləri kursu seçə bilirlər.
Magistr (Graduate) dövrü magistr dərəcəsinin (MasterTs Degree) verilməsi ilə nəticələnir. Magistraturada təhsil iki ildir. Sonda məzunlar magistr dissertasiyası yazır və müdafiə edirlər. 
ABŞ-ın ali təhsil müəssisələrinin sayı 4480-dən çoxdur. Buraya ikiillik və dördillik kolleclər, eləcə də universitetlər daxildir.Universitetlər proqram seçimində və onların məzmununun müəyyən edilməsində sərbəstdirlər. Bundan əlavə, ölkənin ən yaxşı universitetləri böyük maliyyə sərbəstliyinə malikdirlər. Onların maliyyə mənbələri yalnız tələbələrdən alınan təhsil haqları hesabına deyil, həmçinin elmi-tədqiqat işlərindən, sponsor yardımından əldə edilən gəlirlər hesabına formalaşır.
Ölkənin ən qədim ali təhsil müəssisəsi 1636-cı ildə yaradılmış Harvard Universitetidir. 1693-cü ildən 1749-cu ilədək ABŞ-da daha dörd ali təhsil ocağı - Vilyam və Meri Kolleci (1693, Virciniya ştatı), Yel (1701), Prinston (1746) və Pensilvaniya (1749) universitetləri fəaliyyətə başlayıb. Digər universitetlər ərazilərə görə (Orta Qərb, Şimal, Cənub və Qərb bölgələri) bölünürlər. Bu sıraya öz ştatlarının büdcəsindən maliyyələşən dövlət universitetləri, ayrı-ayrı şəxslərin və ya fondların maliyyə vəsaiti hesabına fəaliyyət göstərən özəl universitetlər daxildir.
Amerika universitetləri tədris binaları, laboratoriyalar, kitabxanalar, yataqxanalar, müəllimlər üçün evlər, kafe və yeməkxanalar, idman və mədəni kampuslar, təhsil şəhərcikləri ilə əhatə olunur. Tədris ili 2 və ya 3 semestrdən ibarətdir.Mühazirələrdə, adətən, minədək tələbə iştirak edir. Hər tələbənin şəxsi tədris planı olur. Universitetlərdə daimi qruplar yoxdur. Müəllimlər adətən mühazirənin surətini tələbələrə payladıqları üçün konspekt tutmağa ehtiyac olmur. Hər semestrin sonunda imtahan və zaçotlar verilir. Bu zaman nailiyyət qazana bilməyən tələbələr universitetlərdən çıxarılmırlar. Onlara imtahanı bir neçə dəfə yenidən vermək imkanı yaradılır.
Dördillik kolleclər statusuna görə universitetlərə bərabər tutulurlar. Onların bəziləri müstəqil təhsil müəssisələri olsa da, digərləri universitetlərin tərkibində fəaliyyət göstərirlər. Kolleclərlə universitetlər arasında yeganə fərq kolleclərin yalnız bakalavr proqramı əsasında tədris aparmasından ibarətdir. Təhsilini magistraturada davam etdirmək istəyən tələbə universitetin magistr (Graduate) proqramına qəbul oluna bilər.
Bundan əlavə, ABŞ-da ştatdaxili regional kolleclər də fəaliyyət göstərir. XX əsrin əvvəllərində yaradılan regional kolleclərdən ibarət sistemin əsas məqsədi məktəblə universitet arasında keçid yaratmaqdır. Bu kolleclərdə təhsil 2 il davam edir və Associate degree (Aralıq dərəcə) alınması ilə başa çatır. Bu dərəcə tələbələrə bakalavr dərəcəsi almaq üçün öz təhsillərini universitetlərdə davam etdirmək imkanı yaradır. Regional kolleclərin özünəməxsusluğu, onların ümumtəhsil proqramları və texniki sahələr üzrə ixtisasartırma kursları təklif etməsindən ibarətdir.

Yüklə 28,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin