12 iyul 2016-cı il
http://www.amu.edu.az
3
Azərbaycan Tibb Universitetinin
patoloji fiziologiya kafedrasının
dosenti Gülnarə İbrahimova
bu ilin mayında Türkiyədə 20
gün
lük ezamiyyətdə olub. O,
Konya bölgəsindəki Selcuk Uni-
ver
sitetinin tibb fakültəsinin
patologiya kafedrasında (patoloji
anabilim dalı) öz bilik və bacarıq-
larını artırıb.
Səfər zamanı G.İbrahimova tibb
fakültəsinin dekanı ilə görüşüb.
ATU-nun nümayəndəsi fakültənin
dosenti Dr.Pınar Karabaglı ilə
birlikdə çalışıb, ondan patologiya
kafedrasında tələbələrlə iş, dərs
keçmək qaydalarını öyrənib.
G.İbrahimovanın sözlərinə görə,
Azərbaycan Tibb Universitetində
tədris sistemi Selçuk Universi-
tetinin tibb fakültəsində mövcud
qaydalardan çox fərqlənir: “Mən
universitetin fiziologiya, fizio-
patologiya və patologiya kafed-
ralarında III kurs tələbələrinin
mühazirələrində
və
praktik
məşğələlərində iştirak etdim.
Ezamiyyət müddətində dosent
Dr.Serdar Altınayın, Dr.Serdar
Gergerlioglunun, Dr. Pınar Ka-
rabaglının, Dr.Zeliha Ehsin Çeli-
kin böyrəyin fiziopatologiyasına
və patologiyasına həsr olunmuş
mühazirələrinə qatıldım. Patolo-
giya kafedrasında həm xəstələr,
həm də tələbələrlə işləyərək öz
işimdə, ölkəmizdə tətbiq edə
biləcəyimiz məsələləri araşdırma-
ğa çalışdım”.
Türkiyə səfəri zamanı ATU
nümayəndəsi Gülnarə İbrahimo-
va həmçinin Çukurova Universi-
teti tibb fakültəsinin patologiya
kafedrasında Dr. Derya Gümür-
dülünün KHDAK (kiçik hüceyrəli
dışı ağciyər xərçəngi) haqqında
və xəstəliyin xalkori preparatı ilə
müalicəsi mövzusunda toplantıda
iştirak edib. Ezamiyyətin sonunda
G.İbrahimova patologiya kafed-
rasının rəhbəri prof. Dr. Nevzar
Serdar Uğraş tərəfindən müvafiq
sənəd alıb.
Dostları ilə paylaş: