“Müasir təhsil sistemində müsbət
mənada böyük irəliləyiş müşahidə
olunur”
ATU-nun keçmiş məzunu ol-
muş Firudin Nəcəfov valideynlər
adından məzunları təbrik edərək
onun təhsil aldığı dövrlə indiki
dövr arasında müsbət mənada
böyük fərq olduğunu diqqətə
çatdırdı. Təhsildə xeyli nailiyyət
və uğurların nəzərə çarpdığını
diqqətə çatdıran F.Nəcəfov buna
görə ölkə başçısı İlham Əliyevə,
Səhiyyə naziri Oqtay Şirəliyevə,
tələbələrə yaradılan şəraitə görə
rektor Gəray Gəraybəyliyə dərin
minnətdarlığını bildirdi.
Sonra ATU-nun məzunları sıra-
sında olan Prezident təqaüdçüsü
Gülşən Babayeva estafeti I kurs
tələbəsi Nərmin Alıyevaya verərək,
ona həkim libasını və səhiyyəyə
aid rəmzi atributları təqdim edib.
Çıxışlar bitdikdən sonra “Məzun
Günü” bədii hissəyə keçid aldı. Öz
bənzərsiz çıxışları ilə hər kəsin
rəğbətini və dərin sevgisini qa-
zanan ATU-nun “Çinar” rəqs qru-
punun nömrələri izlənildikdən
sonra meydan məzunlara verildi.
“Məzun Günü” simfonik orkest-
rin və tanınmış sənət adamları-
nın çıxışı ilə davam etdi. Respub-
likamızın incəsənət ustalarının
ifasında bir-birindən rəngarəng
mahnılar dinlənildi. Eyni zaman-
da, ATU tələbələri də bir-birindən
maraqlı musiqi nömrələri ilə çı-
xış etdilər. Hərbi tibb fakültənin
nümayəndələri
vətənpərvərlik
ruhunda mahnılar ifa etdilər.
Məzunların üç dildə-Azər bay-
can, ingilis və rus dillərində ha-
zırladığı slayd-şou mərasim iş-
tirakçıları tərəfindən alqışlarla
qarşılandı.
Bəli, beləliklə heç vaxt unudul-
mayan, daim dönə-dönə xatır-
lanacaq daha bir növbəti “Məzun
Günü” zamanın yaddaş kitabına
yazıldı, könüllərin ruhuna çöküb,
şirin bir nəğmə kimi dodaqlarda
qaldı. Bir mahnının sözlərində de-
yildiyi kimi...
Sızlar yada düşəndə ürəyimin telləri,
O mehriban, o əziz tələbəlik illəri.
Dostları ilə paylaş: |