tədbirlər Azərbaycan gəncliyinin daha da in-
kişaf etməsinə təkan verir, onların cəmiyyətdə
təsdiq olunması üçün şərait yaradır.
Azərbaycan
xalqı
gələcəyimiz olan gənc
nəslin vətənə məhəbbət,
elinə və obasına hörmət,
soykökünə, öz ata-ba-
balarının
ənənələrinə
sədaqət ruhunda tərbiyə
olunmasına həmişə bö-
yük məsuliyyətlə yanaşıb
və ona həyati əhəmiyyətli
məsələ kimi baxıb. Bu,
bir həqiqətdir ki, fizi-
ki sağlamlıq insanda
fədakarlıq, qəhrəmanlıq
və
məğlubedilməzlik
hissi yaradır, apardığı
mübarizəyə inam hissini
gücləndirir.
Ölkəmizdə uşaq və
gənclərin fiziki sağlamlı-
ğına xüsusi diqqət göstərilir. Sözsüz ki, fiziki
sağlamlıq mənəviyyatın da inkişafına müsbət
təsir edir. Fiziki sağlamlığın əsas amillərindən
biri idmandır. İdmanla məşğul olan uşaq və
ya gənc dözümlü, iradəli olur. Azərbaycan
dövləti gənc nəslin bu cür keyfiyyətlərə ma-
lik olmasında maraqlıdır. Ölkəmizdə uşaq və
gənclərə yaradılan şərait, inşa edilən müasir
idman qurğuları məhz gələcəyimiz olan gənc
nəslin xoş sabahı üçündür. İstər Bakıda,
istərsə də bölgələrdə fəaliyyət göstərən id-
man ocaqları ən müasir idman avadanlıqları
ilə təchiz edilib.
Ölkəmizdə, uşaq, yeniyetmə və gənclərin
fiziki inkişafının təminatı məhz idmanla
əlaqəlidir. Xalqımızın gələcəyi olan gənc
nəslin fiziki sağlamlığı idmana göstərilən
yüksək səviyyəli qayğı və diqqət sayəsində
mümkün olmuşdur. Dəfələrlə qeyd etdiyimiz
kimi, respublikamızda uşaq və gənclərin fi-
ziki sağlamlığının təmin edilməsi üçün lazı-
mi şərait mövcuddur. İndi Azərbaycanın hər
bir bölgəsində müasir tələblərə cavab verən
idman qurğuları fəaliyyət göstərir. Uşaqların
idmana cəlb olunması kütləvi xarakter alıb.
Minlərlə yeniyetmə və gənc hər gün müxtəlif
idman növləri ilə məşğul olmaq üçün klubla-
ra və idman bölmələrinə axışır. Sevindirici
haldır ki, respublikamızın bütün bölgələrində
uşaqların fiziki inkişafının təmin edilməsi
üçün şərat yaradılır. Son illər bölgələrdə id-
man infrastrukturunun formalaşması uşaq,
yeniyetmə və gənclərin sağlamlığının qorun-
masına təkan verən amildir.
Vətən dünyaya göz açdığımız doğma el-
oba sayılır. Hər kəs öz sevgisi, məhəbbəti,
varlığı ilə vətənini öz şəxsiyyətində yaşatma-
lıdır.
Vətənpərvərlik elə bir hissdir ki, o, özü
üçün deyil, eli, obası, xalqı üçün yaşama-
ğı, insandan tələb edir. Vətənpərvər insan
təkcə soyuq səngərlərdə, döyüş bölgələrində
xidmət edən insan deyil. Hər bir kəs öz əməyi
ilə vətənpərvər ola bilər. Bənna külüngü, dip-
lomat siyasəti, alim elmi, yazıçı, şair qələmi,
tarixçi üzə çıxartdığı həqiqətləri, analar
böyütdükləri övladları, oğullarımız mərdliyi,
qeyrəti, şagirdlərimiz təhsili ilə əsl vətəndaş
ola bilərlər. Azərbaycanın tarixi keçmişinə
bağlı, hər şəraitdə onun təəssübünü çəkməyi
bacaran hər kəs əsl vətənpərvərdir.
Danılmaz faktdır ki, insanda vətənpərvərlik
hissi qəhrəmanlığın əsasını qoyan amillə
bağlıdır. Azərbaycan şanlı tarixi və əfsanəvi
qəhrəmanları ilə həmişə fəxr edir. Tarixi-
miz həmişə sübut edib ki, Azərbaycan xalqı
qəhrəman xalqdır. Bu xalq öz vətənini daima
qorumağa hazır olan mətin gənclər yetişdi-
rib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim
savaşında canlarını düşmən gülləsinə sipər
edən qəhrəman övladlarımızın ibrətamiz
həyatı, şəxsi nümunəsi apardığımız hərbi-
vətənpərvərlik tərbiyəsi işində ön plana
keçməlidir. Müstəqil dövlətdə yaşayan hər bir
gənc, ilk növbədə, bu dövlətin müstəqilliyinin
təmin edilməsini özünün əsas vəzifəsi və
məqsədi hesab etməlidirlər. Gənclər bilməli
və dərk etməlidir ki, Azərbaycan üçün
dövlət müstəqilliyi ən böyük hadisədir və bu
vətənpərvərlik hissinin aşılanması vasitəsilə
təlqin edilə bilər. Qarabağ problemi hamımız
üçün ən aktual mövzudur. Ölkəmiz müharibə
şəraitində olduğu üçün cəmiyyətimizdə
vətənpərvərlik təbliğatının bir an belə dayan-
dırılmaması çox vacibdir. Bunun üçün təhsil
müəssisələrində, mətbuatda, cəmiyyət ara-
sında hərbi-vətənpərvərlik, ordu, şəhidlər,
milli qəhrəmanlar, düşmənlərin mənfur
niyyətləri ilə bağlı söhbətlər aparılmalı, te-
leviziya və radiolarda verilişlər nümayiş
etdirilməlidir. Vətənpərvərlik həm də emosio-
nal hissdir. Hər bir insan bütün şəxsi maraqla-
rını vətən yolunda qurban verməyə, vətəninin
və xalqının marağını daha uca tutmağa hazır
olmalıdır.
Bu səbəbdən Azərbaycan torpağı adi tor-
paq parçası deyil, bizi yaşadan və yaşamağa
sövq edən müqəddəs torpaqdır. Həmişə ol-
duğu kimi, bu gün də xalqımızın mərd oğul-
ları vətənin azadlıgı uğrunda düşmənə qarşı
igidliklə vuruşmuş, ana torpağı qorumağa ça-
lışmış, nəticədə isə yenidən öz torpagının sa-
hibi olmuşdur. Əlbəttə, onların hər biri öz öv-
ladlıq borcunu yerinə yetirib. Axı müqəddəs
ana torpağını vətən edən onun vətəndaşıdır.
Hər bir vətəndaş öz yurdunu qorumağa,
çiçəkləndirməyə borcludur. Xalqımızın neçə-
neçə qeyrətli oğulları bu şərəfli vəzifənin
öhdəsindən inanılmaz qəhrəmanlıqla gəlib.
Bəziləri sağlamlığını itirmiş, bəziləri it-
kin düşmüş, bəziləri isə şəhidlik zirvəsinə
yüksəlmişlər. Onların hər biri vətən uğrunda
canlarını qurban verərək əbədiyətə qovu-
şublar. Doğma torpaq uğrunda mübarizəyə
qalxan minlərlə igid oğullarımız haqqında
neçə-neçə əsərlər, kitablar yazılıb, dastanlar
qoşulub. Məhz bunun nəticəsidir ki, torpaq
uğrunda həlak olan şəhidlərimiz xalqımızın
qəlbində daim yaşayır. Lakin onların ruhları
hələ də narahatdır. Axı, onların canlarından
keçərək bizə əmanət etdikləri vətən torpağı
hələ də düşmən əsarəti altındadır.
Dostları ilə paylaş: |