http://www.amu.edu.az
12 iyul 2016-cı il
2
İclası giriş sözü ilə açan
klinikanın direktoru, profes-
sor Surxay Musayev əvvəlcə
professor-müəllim heyətini,
tibbi personalı müqəddəs Ra-
mazan Bayramı münasibətilə
təbrik edib, ibadətlərinin və
dualarının qəbul olunmasını
arzulayıb.
Eyni zamanda terapevtik
və pediatrik propedevtika ka-
fedrasının professoru Cəbrayıl
Məmmədovu,
fizioterapiya
bölməsinin müdiri, dosent
Paşa Mehdiyevi də yubileyləri
münasibətilə təbrik edən
S.Musayev hər iki yubilyarın
uğurlarla zəngin bioqrafiya-
sından söhbət açıb, onlara can
sağlığı və gələcək işlərində
müvəffəqiyyətlər diləyib.
Bundan sonra klinikanın
2016-cı ilin I yarımili ərzində
müalicə-diaqnostik fəaliyyəti
ilə bağlı baş həkim, dosent
Ramin Bayramlının hesabatı
dinlənilib.
R.Bayramlı cari ilin yan-
var-iyun aylarının müqayisəli
diaqramını diqqətə çatdıra-
raq qeyd edib ki, hesabatda
müalicə-diaqnostik
fəaliy-
yətimizin əsasən stasionar
hissəsi öz əksini tapmışdır:
“Hər ilin sonu müalicə-diaq-
nostik fəaliyyətimizin ümu-
mi geniş hesabatı olur, o
cümlədən də diaqnostik, po-
liklinik bölmələrin fəaliyyəti
işıqlandırılır. İndi isə əsasən
stasionar fəaliyyətlə bağlı he-
sabat diqqətinizə çatdırıla-
caq”.
Klinikanın ümumi terapiya
şöbəsinə I yarımil ərzində 72
stasionar xəstə qəbul edildi-
yini, 62 nəfərin evə yazıldığı-
nı söyləyən baş həkim gün-
düz stasionarına qəbul edilən
xəstə sayının bu şöbədə 25
nəfər, çıxanların sayının isə 21
nəfər təşkil etdiyini deyib.
Onu da bildirib ki, bu
müddət ərzində xəstə sayının
qəbuluna görə ən çox kardi-
ologiya, endokrinologiya, he-
matologiya şöbələri fərqlənib:
“Bu da ilk növbədə klinikamı-
za olan yüksək etimadın və
peşəkar həkim kollektivimizin
birgə səyinin nəticəsidir. En-
dokrinologiya şöbəsinin stasi-
onarına qəbul edilən xəstələr
258 nəfər, evə yazılanlar 243
nəfər, gündüz stasionarı üzrə
qəbul edilənlər 90 nəfər, çı-
xanlar 86 nəfər olub. Şöbə üzrə
qəbul edilən xəstələr əsasən
diabetik profilli xəstələr ol-
muşdur. Klinikanın kardiolo-
giya şöbəsinə kardioloji pro-
filli 239, terapevtik profilli 2
nəfər olmaqla 241 nəfər xəstə
qəbul olunub. Ümumilikdə çı-
xan xəstələrin sayı 554 nəfər
təşkil edib. Daxil olan xəstə ilə
çıxan xəstənin sayındakı fərq
angioqrafiya bölməsinə daxil
olan xəstələrin müəyyən in-
vaziv prosedurlardan sonra
kardiologiya şöbəsinə yatışa
göndərilməsi ilə bağlıdır”.
Baş həkimin sözlərinə görə,
klinikanın
revmatologiya,
qastroenterologiya şöbəsi də
il ərzində kifayət qədər ağır,
həm revmatologi, həm qast-
roenteroloji profildən geniş
diaqnostik spektrli xəstələr
qəbul edib. Ümumilikdə rev-
matoloji profil üzrə 148, qast-
roenteroloji profil üzrə 44,
terapevtik profil üzrə 1 nəfər,
cəmi 193 stasionar xəstə qəbul
edilib.
Xəstə qəbulunun intensiv-
liyinə görə endokronologiya,
hematologiya, kardiologiya,
pulmonologiya-allerqologiya,
nefrologiya şöbələrinin öndə
olduğunu deyən baş həkim
gündüz stasionarına isə en-
dokronologiya və hematologi-
ya şöbələrində daha çox xəstə
qəbul edildiyini söyləyib.
2016-cı ilin I yarımilində
klinikaya ümumilikdə 2796
xəstə qəbul edildiyini bildirən
R.Bayramlı klinikanın fəaliyyət
göstərdiyi son 6 il müddətində
stasionara xəstə qəbulunda
ilk dəfə çox cüzi də olsa azal-
manın müşahidə olunduğunu
diqqətə çatdırıb. Belə ki, 2015-
ci illə müqayisədə bu azalma
6% olub.
Klinikada fəaliyyət göstərən
Ürək Damar Mərkəzinin ölkə-
mizdə bütün kardioloji pro-
seduraları bir arada həyata
keçirən yeganə mərkəz oldu-
ğunu, hema tologiya şöbəsinin
isə universitetimizin tarixində
ilk dəfə olaraq klinikamız-
da yaradıldığını bildirən baş
həkim reanimasiya və inten-
siv terapiya şöbəsinin bu ya-
rım il ərzində çox ağır xəstələr
qəbul etməsini, buraya da-
xil olan xəstələrin peşəkar
həkimlərin səyi nəticəsində
sağlamlıqlarına qovuşmasını,
bu barədə ölkə mətbuatında
informasiyaların dərc olun-
masını da müsbət hal kimi
dəyərləndirib.
Klinikanın əməkdaşlarının
il boyu beynəlxalq konfrans-
larda və simpoziumlarda işti-
rakına da toxunan R.Bayramlı
ATU rezidentlərinin 4-cü
Elmi-təcrübi
Konfransının
(ATUREK) yüksək səviyyədə
keçiril məsindən və onların
istər poster sayına, istərsə
də elmi işlərinin keyfiyyətinə
görə seçilməsindən də məm-
nunluqla danışıb.
Həkimlərin və tibb bacıla-
rını daim təkmilləşdirilməsi,
mütəxəssislərimizin ən son
yeniliklərdən xəbərdar olması
üçün klinika rəhbərliyinin hər
cür şərait yaratması da hesa-
batda öz əksini tapıb.
İclası yekunlaşdıran S. Mu-
sayev 2016-cı ilin yanvar-
iyun ayları ərzində professor-
müəllim heyətinin öz işlərini
çox yüksək səviyyədə həyata
keçirdiyini vurğulayıb.
Kliinikanın bu günə qədər
ən ağır vəziyyətdə olan
xəstələri qəbul etdiyini xatır-
ladan direktor hətta ən ucqar
rayonlardan belə bizə etimad
göstərib gələn yetərincə in-
sanların olduğunu bildirib:
“Həkimlərimiz də çalışır ki,
bu insanların klinikaya olan
inamlarını doğrultsunlar və
onları tam sağlam şəkildə öz
isti ocaqlarına göndərsinlər.
Bu, bizim 6 il ərzində qazan-
dığımız imicdir və bu missi-
yanı qorumaq burada çalışan
hər kəsin üzərinə düşən əsas
vəzifələrdən biridir”.
Səhiyyə nazirliyinin 65 say-
lı əmrinə xüsusi diqqət çəkən
S.Musayev artıq bu ildən
etibarən klinikada da Hepatit
(B, C) və QİÇS (Qazanılmış İm-
mun Çatışmazlığı Sindromu)
ilə bağlı analizlərin aparılaca-
ğını, klinikaya daxil olan hər
kəsdə bu infeksiyaların olub-
olmadığının sadə üsulla yoxla-
nılacağını bildirib.
İclas işini cari məsələlərin
müzakirəsi ilə yekunlaşdırıb.
Dostları ilə paylaş: