Universitetimizin dosenti Türkiyədə ezamiyyətdə olub
u
“Vərəm bütün dünyada qlobal prob-
lem sayılır. Dünyada ən geniş yayılan
xəstəliklərdən biri də vərəmdir. Təsadüfi
deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı
bir neçə infeksiya ilə mübarizəni priori-
tet məqsəd kimi qarşıya məqsəd qoyub,
onlardan biri də vərəm xəstəliyidir”.
Bunu APA TV-nin “Öncə sağlıq” proq-
ramında Tibb Universitetinin Ağciyər
xəstəlikləri kafedrasının müdiri, dosent
Rafiq Bayramov deyib.
R.Bayramov bildirib ki, Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) statistik məlumatlarında vərəmlə yo-
luxma göstəricilərinin yüksək olduğu, hər il təxminən
10 milyonadək insanın vərəmlə xəstələndiyi, onlar-
dan təxminən 3 milyonunun bu xəstəlikdən dünyasını
dəyişdiyi göstərilir: “Yəni təxmini hesablayanda dün-
yada hər on saniyədə bir nəfər vərəmdən ölür. Bunlar
çox acı reallıqlardır. Amma etiraf etmək lazımdır ki,
vərəm mikrobakteriyalarının müxtəlif dəyişkənlikləri
nəticəsində hazırda bütün dünyada vərəmə yo-
luxma, xəstələnmə, ölüm göstəriciləri əsas qlobal
problemlərdən biridir.
Baxmayaraq ki, törədici də məlumdur, ona qarşı
olan dərmanlar da var, amma müxtəlif dəyişkən for-
maların, o cümlədən dərmana davamlı formaların ya-
ranması ilə bağlı bu problem qlobal olaraq qalır”.
Mütəxəssis bildirib ki, son illərdə vərəmin epi-
demioloji göstəricilərində, yəni həm yoluxma, həm
xəstələnmə, həm də ölüm sayında bütün dünyada,
o cümlədən Azərbaycanda müsbətə doğru dinamika
müşahidə olunur: “Amma dərmanlara davamlı for-
maların yaranması, artması arxayınlığın yaranmasına
əsas vermir. Yəni dərmanlara rezistent formalı vərəmin
rastgəlmə tezliyinin çoxalması vərəmlə mübarizə
tədbirlərini daha da ciddi aparmağı və rezistentliyin
yaranmasının səbəblərini vaxtında aşkarlayıb, bun-
ları aradan qaldırmağı və rezirstent formaların düz-
gün müalicə metodları nəticəsində yeni birincili re-
zistent formaların əmələ gəlməsinin qarşısını almaq
üçün atılan addımları aktual edir: “Vərəmin ən kiçik,
ən məhdud forması ən azı 6-8 ay müalicə olunmalı-
dır. Xəstələrin bir qismi müəyyən müddət müalicədən
sonra müsbət dinamika müşahidə olunduqda sanki
özlərini sağalmış kimi qəbul edərək müalicədən im-
tina edirlər. Təbii ki, belə olandan sonra xəstələrdə
müəyyən müddətdən sonra təkrari kəskinləşmə,
fəsadlaşma yaranır. Belə hal bir neçə dəfə təkrar
olunduqda dərmanlara davamlı formalar yaranması-
na səbəb olur. Vərəmin çox rast gəlinməsinin və uzun
illərdir ki, kökünün kəsilməməsinin səbəbi vərəm
mikrobakteriyalarının düşdüyü mühitə uyğunlaşması
və ətraf mühitin mənfi faktorlarına qarşı çox davamlı
olmasıdır”.
Mütəxəssis deyib ki, vərəm çöpləri ətraf mühitdə
uzun müddət həyat qabiliyyətini saxlaya bilir. Müəyyən
olunub ki, bu çöplər torpaqda günəş şüası düşməyən
yerdə iki aya qədər, suda 5 ay və daha artıq, kitab
vərəqlərində 3 ay və daha artıq öz həyat qabiliyyətini
saxlaya bilir: “Onlar dezinfeksiyaedici məhlullar
içərisində turşuya, qələviyə, məhlula davamlıdır. Yəni
bu məhlullar da vərəm çöplərini öldürə bilmir. Yeganə
öldürücü təsir göstərən isə xlorlu məhlullardır.
Xlorlu məhlulların təsiri nəticəsində vərəm çöpləri
3-5 saata məhv olur. Amma təbii vasitələrdən, o
cümlədən ultrabənövşəyi şüaların, günəş şüalarının
təsiri nəticəsində vərəm mikrobakteriyaları təxminən
3-5 dəqiqəyə ölür. Yəni vərəm çöplərinə ən böyük
öldürücü təsir göstərən günəş şüaları, düz düşən
ultrabənövşəyi şüalardır”.
R. Bayramov vurğulayıb ki, vərəmə yoluxmanın qar-
şısını almaq üçün aktiv vərəm olan xəstələrin erkən
mərhələdə aşkarlanması, izolyasiya olunub, tam
kompleks müalicə olunması ən vacib şərtlərdəndir:
“Ona görə ki, infeksiyanın əsas mənbəyi, ətraf üçün
ən epidemioloji təhlükəli olanı ağciyər vərəmi olan
xəstələrdir. Onlar nə qədər erkən mərhələdə, daha
tez aşkarlanıb, kompleks müalicəyə cəlb olunsalar,
ətrafdakılar üçün epidemioloji təhlükə bir o qədər
azalar”.
Vərəmin profilaktika üçün 1 yaşından 14 yaşa
qədər ildə bir dəfə tuberklin sınağından (mantu sı-
nağı) istifadə edildiyini xatırladan həkim 12-14 yaş-
lardan yuxarı isə həm də fluoqrafik müayinələrdən
istifadə edildiyini bildirib. Onun sözlərinə görə, bu
müayinələrlə vərəmin erkən aşkarlanması mümkün
olur, həm də profilaktikası aparılır: “Tuberklin sına-
ğı ilk dəfə müsbət olarsa, bu, vərəm çöpləri ilə yo-
luxmanı göstərir. Bundan sonra minimal müayinələr
nəticəsində aktiv vərəm aşkar olunmursa, bu, yal-
nız yoluxma göstəricisi kimi qeydə alınırsa, o zaman
vərəm yaranmasın deyə həmin şəxslərə kompleks
profilaktik tədbirlər aparılır.
Təbii ki, bu zaman vərəmin hansısa klinik forması aş-
kar oluna bilər. O halda isə kompleks vərəm əleyhinə
müalicə kursuna başlanmalıdır. Bu halda kurs ən azı
6-8 ay davam etdirilməlidir”.
Pulmonoloq onu da deyib ki, ÜST-ün məlumatlarına
görə, dünya əhalisinin 1/3-dən çoxu vərəm çöpləri ilə
yoluxub. Amma bu yoluxanlar arasında xəstələnənlər
çox faiz təşkil edir: “Yoluxan şəxslərdə əgər xəstəliyin
yaranması üçün zəmin yoxdursa, heç bir klinik əlamət
müşahidə olunmur. Ona görə də belə şəxslərin həkimə
müraciət etmələrinə hər hansı bir əsas olmur. Həmin
insanların vərəm çöplərinə yoluxduğu yalnız kütləvi
müayinələr zamanı aşkarlanır.
Vərəmlə xəstələnmə üçün şəraitin yetişməsi hər
bir şəxsdə individual olaraq müxtəlif yaşda, müxtəlif
dövrdə ola bilər. Vərəm infeksiyası ilə yoluxduqda ən
tez xəstələnmə dövrü iki ay sonraya qədər baş verir.
Əgər insan bu gün vərəm çöplərinə yoluxubsa, onun
xəstələnməsi ən azı 2-8 həftədə, orta hesabla iki ay-
dan sonra baş verə bilər”.
Həkim qeyd edib ki, yoluxmuş şəxslərdə xəstəliyinin
yaranması üçün immunitetin aşağı düşməsi əsas
faktorlardan biridir: “Təbii ki, immunitetin aşağı
düşməsinə bir çox faktorlar - istər qidalanma, istər ya-
şayış şəraiti, istər stress, istərsə də yanaşı, immuniteti
zəiflədən xəstəliklərin olması, immuniteti zəiflədən
dərmanların hər hansı xəstəliyin müalicəsində istifadə
edilməsi səbəb olur. Risk qrupuna yaşayış şəraiti,
həyat tərzi normal olmayan, həbsxanada olanlar, ya-
naşı xəstəliklərdən əziyyət çəkən şəxslər daxildir. Bir
mühitdə bir xəstənin olması həmin mühitdə olanların
yoluxma ehtimalını yüksəldir. Xəstə hər dəfə asqıran-
da, öskürəndə ətrafda olan bütün şəxslərin yoluxma-
sına şərait yaradır. Təxmini hesablamalara görə, hər
bir belə xəstə il ərzində təxminən 8-12 şəxsin vərəmə
tutulmasına, 150-200 nəfərin isə vərəmlə yoluxması-
na səbəb olur.
Yoluxan hər kəs vərəmlə xəstələnmir. Təbii ki, bura-
da immunitetin aşağı düşməsi və irsi faktorların rolu
var. Vərəmlə xəstələnmədə irsi faktorun rolunun bö-
yük olması barədə çoxlu fikirlər var. Yəni yoluxmuş in-
sanlarda irsi olaraq meyllik varsa, belə insanlar vərəm
çöpləri ilə yoluxduqları halda daha çox xəstələnirlər.
Sözsüz ki, burada ailə təmasının da rolu danılmaz-
dır. Amma aparılan elmi tədqiqat işlərinin, eləcə də
praktiki olaraq rast gəlinən halların təhlili göstərir
ki, irsi meylliliyin vərəmin inkişafında rolu böyükdür.
Hər kəs vərəmlə xəstələnə bilər. Yaxşı bir deyim var,
vərəm elə bir xəstəlikdir ki, əvvəlcədən heç kimə öz
vizit kartını göndərmir.
Təbii ki, risk qrupları var. Amma bu heç də o demək
deyil ki, vərəmə yalnız risk qrupuna daxil olan şəxslər
tutulacaqlar, bu qrupda olmayanlar isə vərəmlə
heç vaxt xəstələnməyəcəklər. Sadəcə, rastgəlmə
tezliyində, nisbətdə fərq var. Hər kəs ömrünün
istənilən vaxtında vərəmlə xəstələnə bilər.
“Hər zaman vərəmlə kimlər xəstələnə bilər” sualına
cavab olaraq normal həyat tərzi keçirməyənləri, al-
koqol, narkotik, siqaret istifadəçilərini, həbsxanada
olanları, yaxşı qidalanmayanları göz önünə gətiririk.
Düzdür, bu tip insanlarda vərəmə daha çox rast
gəlinir. Amma bu zərərli vərdişlərdən çox uzaq olan,
eyni zamanda maddi baxımdan çox yaxşı təmin olu-
nan, yaşayış şəraiti çox yaxşı olan insanlar da vərəmlə
xəstələnə bilər. Praktikada da belə hallara rast gəlirik”.
R.Bayramov vərəmin tam sağala bilən xəstəlik ol-
duğunu da vurğulayıb. Onun sözlərinə görə, bütün
xəstəliklər kimi vərəm də nə qədər erkən aşkar olu-
narsa, konservativ müalicə nəticəsində tam sağala bi-
lir: “Erkən diaqnostika, düzgün təyin olunan müalicə
və xəstənin bütün müalicə rejiminə düzgün əməl
etməsi nəticəsində tam sağalma mümkündür və prak-
tikada belə hallar çoxdur”.
Tam sağalmış xəstələrdə xəstəliyin yenidən residiv
verməsinin də mümkün olduğunu deyən R. Bayramov
bunun sağalmadan 2-3 il sonra baş verdiyini açıqla-
yıb.
Onun sözlərinə görə, yaz-payız ayları vərəmin
residivləşməsi üçün uyğun dövrdür.
Mütəxəssis onu da deyib ki, vərəmlə xəstələnmiş, sa-
ğalmış qadınlar hamiləlik dönəmində mütləq müayinə
olunmalıdırlar.
R.Bayramov bildirib ki, orqanizmdə elə bir orqan, to-
xuma, sistem yoxdur ki, orada vərəmə rast gəlinməsin.
Onun sözlərinə görə, ağciyər vərəmindən sonra ən
çox sümük toxuması vərəminə rast gəlinir.
Dostları ilə paylaş: |