Arif MƏMMƏDLİ
m
İyulun 5-də ATU-nun Tədris Terapevtik Klini-
kasının Tibbi Şurasının I yarımilə həsr olunmuş yekun
iclası keçirilib.
TİBBİ ŞURANIN I YARIMİLƏ HƏSR
OLUNMUŞ YEKUN İCLASINDA
ATU-nun mətbuat xidməti
ATU-nun Tədris Cərrahiyyə
Klini
ka
sında 39 yaşlı qadının
üzündə mürəkkəb əməliyyat
uğurla icra olunub. Onun üzünün
2/3-ni əhatə edən şiş götürülüb.
Xəstə bundan əvvəl bir neçə dəfə
həm ölkəmizdə, həm də Türkiyə
və Rusiyada əməliyyat olunub,
kimyəvi dərman və şüa terapiyası
alıb.
Sonuncu dəfə Türkiyədə icra olu-
nan əməliyyat zamanı xəstədə şiş
götürüldükdən sonra yaranan toxu-
ma qüsuru sərbəst damar ayaqcıqlı
dilimlə aradan qaldırılıb. Ancaq bu
əməliyyatdan sonra köçürülən dilimin
nahiyəsində şişin residivi aşkar edilib.
ATU-nun Tədris Cərrahiyyə Kli ni -
ka sında xəstənin kliniki rentgenoloji
müayinəsi aparılıb. Daha sonra Alma-
niyada çalışan həmyerlimiz - plas-
tik rekonstruktiv mikrocərrahiyyə
mütəxəssisi dr.Kamil Axundov, ağız-
üz və çənə cərrahiyyəsi şöbəsinin
müdiri, tibb elmləri namizədi, dr.
Məhəmməd Davudovla birgə kon-
silium keçirilib. Nəticədə şişin geniş
sərhədlərdə götürülməsi, köçürülən
dilimin götürülməsi və əmələ gələn
qüsurun ALT sərbəst damar ayaqcıqlı
dilimlə aradan qaldırılması haqqında
qərar qəbul edilib.
11 saat davam edən əməliyyat za-
manı üzün təxminən 2/3 hissəsi
rezeksiya sahəsinə daxil edilib və
mövcud qüsur 13x4 sm ölçüsündəki
sərbəst damar ayaqcıqlı dilimlə ara-
dan qaldırılıb.
Əməliyyatın özəlliyindən danışan
Dr. Məhəmməd Davudovun sözlərinə
görə, dilimin damarları birbaşa ümu-
mi yuxu arteriyasına və daxili vida-
ci venaya anastomoz edilib: “Hazır-
da xəstənin ümumi vəziyyəti kafidir.
Müalicəsini şöbəmizdə davam et-
dirir. Əməliyyatda zəhməti olan bü-
tün həmkarlarıma, doktorant Şahin
Məhəmmədov, rezidentlər Fərinaz
İrannejad,
Pərvin
Həsənovaya,
əməliyyat blokuna, anesteziologi-
ya və reanimasiya briqadasına, xü-
susi olaraq həmkarım doktor Kamil
Axundova təşəkkürümü bildirirəm”.
Dostları ilə paylaş: |