Allah rəhmət eləsin,
qəbri nurla dolsun!
Tibbi biologiya və genetika
kafedrasının əməkdaşları
Əsgərov İdris Teymur oğlu
T
ibbi biologiya və
genetika kafedrasına
ağır itki üz vermişdir. Bu
günlərdə kafedranın baş
müəllimi, biologiya elmlər
namizədi İdris Teymur
oğlu Əsgərov dünyasını
dəyişmişdir.
u
Müasir uşaqlar
plan
şet və digər
sen sorlu qurğulara
olduqca çox vaxt
sərf edirlər. Avst-
raliyanın
Kör tin
Universiteti alim-
lərinin fikrincə, bu,
gənc nəsildə əzələ
və sümükləri lazımi
qaydada inkişaf et-
mə yə qoymur.
AZƏRTAC
“healthvesti.com”
saytına istinadla xəbər verir
ki, ekspertlər tədqiqat zamanı oyuncaqlarla oynayan və
elektron qurğulardan istifadə edən 3 və 4 yaşında uşaq-
ları müqayisə ediblər. Mütəxəssislər müasir qacetlərin
uşaqların fiziki, əqli və sosial inkişafına necə təsir etməsini
öyrənmək istəyiblər. Məlum olub ki, planşetlə oynayan
uşaqların 15 dəqiqə ərzində yuxarı ətrafları ilə hərəkətləri
onların oyuncaqlarla oynaması ilə müqayisədə daha az, la-
kin televizora baxdıqları vəziyyətlə müqayisədə daha çox
olub. Məsələn, oyuncaqlarla oynayan uşaqlar televizora
baxdıqları vəziyyətdən fərqli olaraq 6 dəfə çox, planşetdən
istifadə edərkən 3 dəfə çox yuxarı ətrafları ilə hərəkət
ediblər. Oyuncaqlarla oynayan uşaqlar planşetdən istifadə
edən uşaqlarla müqayisədə bütün bədənləri ilə 2 dəfə çox,
televizora baxan uşaqlarla müqayisədə 3 dəfə çox hərəkət
ediblər.
Ekspertlər olduqca cəlbedici sensor qurğularından
istifadə olunmasının uşaq əzələ və sümüklərinin iki səbəbə
görə düzgün inkişaf etməməsinə gətirib çıxaracağından
narahatlıq keçirirlər. Birincisi, uşaqlar oturaq vəziyyətdə,
özü də əzələ və sümüklərin inkişafına mane olan oyunla-
rın arxasında çox vaxt keçirir. İkincisi, planşetdən istifadə
edən uşaqlar tez-tez qeyri-münasib formada otururlar ki,
bu da onlarda boyun ağrılarını adi hala çevirər.
Dostları ilə paylaş: |