Ü N V A N I M I Z:
Mərdanov qardaşları - 98
c
2-ci mərtəbə,
Tel.: 595-24-97
tabibqazeti@amu.edu.az
tabibqazeti@gmail.com
Lisenziya Н - 022633
İndeks -0269
Sayı 3000
Sifariş: 320
Allah rəh mət elə sin!
u
Səhiyyə Nazirliyi regionlarda fəaliy-
yət göstərən tibb müəssislərində ya-
radılan şəraitlə, görülən işlərlə tanış
olmaq və real vəziyyətlə bağlı əhalini
məlumatlandırmaq məqsədilə Oğuz,
Balakən və Şəki rayonlarına media-
tur təşkil edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a
verilən məlumata görə, Oğuz Rayon Mərkəzi
Xəstəxanası ilə tanışlıq zamanı baş həkimin
müavini İradə Məmmədova jurnalistlərə
2009-cu ildə istifadəyə verilən tibb ocağı
barədə məlumat verib: “Burada 2 min insana
xidmət göstərilməsi üçün hər cür şərait yara-
dılıb. Xəstəxanada rentgen, filioqraf aparatı,
USM, exokardioqrafiya, laboratoriya və digər
xidmətlər var. Eyni zamanda, dərman təminatı
da yüksək səviyyədə təşkil edilib. Bundan baş-
qa, nikaha girən cütlüklər də burada müayinə
olunur”. Onun sözlərinə görə, xəstəxanaya
gün ərzində təxminən 100-120 xəstə müraciət
edir: “Onların içərisində şəkərli diabet xəstələri
çoxluq təşkil edir. Turizm zonası olduğundan
əcnəbilər də xəstəxanamıza müraciət edirlər.
Oğuzda infeksion xəstəliklərə demək olar çox
az hallarda rast gəlinir. Çünki burada əhalinin
sıxlığı azdır. Baş həkimin müavini deyib ki, ha-
zırda rayon üzrə 72 həkim var. Onlardan 35-i
mərkəzi xəstəxanada çalışır.
Sonra media nümayəndələri Balakən Rayon
Mərkəzi Xəstəxanasında olublar. Xəstəxana
barədə jurnalistlərə məlumat verən tibb
müəssisəsinin baş həkimi Hacıömər Nuriyev
vurğulayıb ki, xəstəxana 2011-ci ildə istifadəyə
verilib. Xəstəxanada 15 şöbə fəaliyyət göstərir.
Şöbələrin hamısında kadrların yerləşməsi bü-
tün ixtisaslar üzrə tam təmin edilib. Poliklinika
şöbəsində rentgen kabinetində, kardiologiya,
oftalmologiya, qastroskopiya və kolonosko-
piya kabinetləri var. Respublikanın şimal-qərb
bölgəsi stomatoloji xəstəliklərə görə endemik
zonadır. Ona görə də bölgədə yaşayan insanla-
rın bu xidmətə böyük ehtiyac duyduğu nəzərə
alınaraq xəstəxanada 3 stomatologiya kabi-
neti yaradılıb. “Xəstəxanada 148 həkim, 504
orta tibb işçisi çalışır. Balakən ucqar zona və
rütubətli olduğundan əsasən ağciyər, bronxit,
eləcə də onurğa və revmatizm xəstəliklərinə
meyillilik çoxdur. Ona görə də müraciətlərin
çoxluğu bu xəstəliklər üzrədir”, - deyə baş
həkim əlavə edib.
Turun son ünvanı Şəki Rayon Mərkəzi
Xəstəxanası olub. Tibb müəssisəsinin baş
həkimi Məcid Əliyev jurnalistlərə deyib ki, 100
çarpayılıq xəstəxana 2011-ci ilin noyabrın-
da istifadəyə verilib: “Əsas bina 6 korpusdan
ibarətdir. Burada təcili tibbi yardım, reanima-
siya, iki cərrahiyyə, onkoloji xəstəliklər, göz
xəstəlikləri, diaqnostika, laboratoriya, dializ
və poliklinika, hemodializ şöbələri fəaliyyət
göstərir. Şöbələrdə quraşdırılan avadanlıq tibb
elminin ən son nailiyyətlərinə əsaslanır. Bura-
da ultrasəslə müayinə, hemodializ, anesteziya
avadanlığı, rentgenoqrafiya, kompyuter-to-
moqrafiya, laboratoriya, süni nəfəs aparatları
quraşdırılıb. Bundan başqa, burada hemodia-
liz korpusları var. Hemodializ şöbəsində 40-a
yaxın xəstəyə yardım edilir. Əvvəllər xəstələr
və onların yaxınları hemodializ əməliyyatı
üçün ya Bakıya, yaxud da yaxın rayonlardakı
diaqnostika mərkəzlərinə getməli olurdular.
Artıq xəstələr üçün burada bütün şərait var.
Xəstəxanada həmçinin müasir 4D ultrasəslə
müayinə aparatı qoyulub”. Onun sözlərinə
görə, xəstəxana xarici ölkələrdə hazırlıq kurs-
ları keçmiş tibb işçiləri ilə təmin edilib və bura-
da 450-yə yaxın həkim çalışır. Bütün ixtisaslar
üzrə cəmi 1-2 vakant yer var.
Dostları ilə paylaş: |