http://www.amu.edu.az
12 iyul 2016-cı il
6
B
u günlərdə Azərbaycan
Tibb Universitetinin bü-
tün fakültələrini 1966-cı ildə
bitirmiş məzunların görüşü
keçirilmişdir. Azərbaycanın
pay
taxtı Bakı şəhərindən,
onun müxtəlif rayonlarından,
həm çi nin uzaq Almaniyadan,
İsraildən, Gürcüstandan gəlmiş
qəlbləri tələbə ruhlu, məzun
həvəsli, görkəmləri-müdriklik
çalarlı, ağsaqqallı-ağbirçəkli
“Gənclər” bu görüşü obraz-
lı şəkildə rəmzi məna daşıyan
“Qızıl görüş” adlandırdılar.
Çünki bu, onların “Alma ma-
ter” adlandırdıqları, müqəddəs
elm və təhsil ocağı sandıqları
Azərbaycan Tibb Universitetini
bitirmələrinin 50 illik yubiley
görüşü idi.
Tədbirin əsas təşkilatçılarından
o
lan Azərbaycan Tibb Universiteti-
nin istehsalat təcrübəsi üzrə dekanı,
III cərrahi xəstəliklər kafedrasının
dosenti Şəfa Əliyevin və ATU-nun
stomatologiya fakültəsinin dekanı,
ortopedik stomatologiya kafedra-
sının professoru Zöhrab Qarayevin
internetdə yaydıqları elana əsasən,
bu dəfəki tədbirə 28 nəfər təşrif
buyurmuşdu. Onların sıralarında
müalicə-profilaktika, pediatriya,
sto matologiya, tibbi-profilaktika
və əczaçılıq fakültələrini bitirmiş
məzunlar var idi.
Çıxış edənlərdən hər biri Azər-
baycan Tibb Universitetinin rekto-
ru, professor Gəray Gəraybəyliyə
tədbirin iştirakçılarına göndərdiyi
səmimi təbriklərinə və razılıq ifadə-
lərinə görə təşəkkür etdilər.
Görüş iştirakçılarını maraqlan-
dıran ən əsas mövzulardan biri
tələbəlik illərinə qayıtmaqdan, o
illəri xatirələrlə yada salmaq-
dan ibarət oldu. Onlar bu xatirə-
lərdən ayrıla bilmir, onun gözəl-
liklərini, özəlliklərini, həzinlik və
səmimiliklərini böyük məhəbbət
hissilə yad edirdilər. Fərdi olaraq
çıxışlarda Azərbaycan Respubli-
kasının indiki yüksəlişindən, ölkə
Prezidenti cənab İlham Əliyevin
gördüyü cahanşümul işlərdən,
1966-cı il Bakısı ilə 2016-cı il Ba-
kısının dinamik müqayisəsindən
danışdılar, həmçinin erməni van-
dalları tərəfindən işğal olunmuş
Azərbaycan torpaqlarının gec-tez
azad ediləcəyindən də geniş söhbət
açdılar.
Tədbir iştirakçıları təbii qanuna-
uyğunluqlar, fəlsəfi meyarlar, Allah
rizası ilə sıraları “seyrəldənlərin” -
ülvi duyğularla əbədiyyətə qovu-
şan məzunların xatirəsini sükutla
yad etdilər, Allahdan onlara rəhmət
dilədilər, onlar haqqında ürəklərdə
iz buraxan, könüllərdə qərar tutan
işıqlı xatirələr söylədilər.
Sonra nəzərə çatdırıldı ki, bu gün
burada ATU-nun stomatologiya
fakültəsinin dekanı, ortopedik sto-
matologiya kafedrasının professoru
Zöhrab Qarayev, ATU-nun istehsa-
lat təcrübəsi üzrə dekanı, III cərrahi
xəstəliklər kafedrasının dosenti,
əməkdar müəllim Şəfa Əliyev, ATU-
nun Elmi-Tədqiqat Mərkəzinin şöbə
müdiri, professor Ramiz Axundov,
ATU-nun ağciyər xəstəlikləri ka-
fedrasında dosent vəzifəsini yerinə
yetirmiş, postsovet dövründə isə 20
ildən artıq bir müddətdə Türkiyədə
universitet müəllimi vəzifəsində ça-
lışan Suliddin Həmidov, ATU-nun
Ailə və sağlamlıq kafedrasının mü-
diri, dosent Mustafa Salihov, Milli
Onkologiya Mərkəzinin professo-
ru Əflatun Kərimov, ET Tibbi Bərpa
İnstitutunun professoru, əməkdar
həkim Fərxəndə Balakişiyeva, Nax-
çıvan Dövlət Universitetinin tibb
fakültəsinin müəllimi Vəli Əliyev,
Bakıda aptek müdiri vəzifəsində ça-
lışan Əfqan Cəfərov, stomatoloqlar-
dan - Namiq Qasımov (Gəncə), Tarix
Şərəfxanov (İmişli), Eldar İsmayılov
(Laçın-Sumqayıt), Həsənağa Hü-
seynov (Cəlilabad), tibbi-profilakti-
ka fakültəsi məzunlarından doktor
Qalamirzə (Beyləqan), əczaçılardan–
Zakir Quliyev (Bakı), Cəfail Şəkərov
(Şəmkir), Məhəmməd Məhəmmədov
(Yardımlı), Akif Abbasquliyev (Bakı),
bu sətirlərin müəllifi Mübariz Allah-
verdiyev, həmçinin digər məzunlar
çıxışlar edib, səmimi ürək sözlərini
söylədilər. Suliddin Həmidovun in-
sanları imana-dinə səsləyən müd-
rik çıxışından, Vəli Əliyevin eyni
müdrikliklə onun məfkurə və me-
yarlarına dəstək olan, eləcə də 11
ayın sultanı müqəddəs Ramazan
ayının özəlliklərinə həsr olunmuş
nitqindən sonra, Suliddin müəllim
özünün yenicə çap etdirdiyi şeirlər
kitabını məzun dostlarına hədiyyə
etdi.
Xatirələrdə qeyd edildi ki, onların
bu ali tibb təhsili ocağına ilk dəfə
qədəm qoyduqları vaxtdan 55 ilə
yaxın bir müddət keçir.
1960-1961 və 1961-1962-ci təd-
ris illərinin tələbə qəbulunda Azər-
baycan Dövlət Tibb İnstitutuna
əməkdar elm xadimi, professor
Bahadur Eyvazovun, 1964-cü ildən
etibarən və buraxılış ilində isə pro-
fessor Xamis Həsənovun rəhbərlik
etdikləri yada salındı və onların da
əziz xatirələri ehtiramla yad edildi.
İndiki Azərbaycan Tibb Universite-
tini 1966-cı ildə bitirən məzunların
“Buraxılış Gecəsi”nin keçirilməsində
o vaxtlar ATU-nun Tələbə Həmkarlar
Təşkilatının sədri vəzifəsində çalı-
şan, tələbəlik illərindən müstəsna
təşkilatçılıq
bacarığı
nümayiş
etdirən və hazırda insan anatomi-
yası kafedrasının müdiri vəzifəsində
çalışan, Rusiya Elmlər Akademiya-
sının akademiki, əməkdar elm xadi-
mi, tibb elmləri doktoru, professor
fəxri adlarına və elmi dərəcələrinə
layiq görülən, tələbəlik illərində
bizimlə bir yataqxanada qalıb ha-
mının qayğısını çəkən Vaqif Şad-
linskinin böyük xidmətləri olmuş-
du. Məhz tələbələrin lideri Vaqif
Şadlinskinin təşkilatçılıq bacarığı
sayəsində ATU-nun 1966-cı il bu-
raxılışı Müslüm Maqomayev adına
Azərbaycan Dövlət Filarmoniyasının
yay salonunda keçirilmiş, o döv-
rün populyar estrada müğənnisi,
ATU-nun məzunu Flora Kərimova
konsert proqramı ilə çıxışa dəvət
olunmuşdu. Özü tələbə fəallarından
olmaqla, o illərin bütün fakültə və
kurslarında təhsil alan tələbələrin
hər birini yaxından tanıyan Vaqif
Şadlinskinin o dövrün qarşıya çı-
xan bütün çətinliklərini məharətlə
dəf edərək, 1966-cı il buraxılışını
yüksək səviyyədə təşkil etməsi indi
də tələbə dostlarının yaddaşındadır
və onlar onun tələbələrə cari həyat
şəraitində də göstərdiyi xeyirxah
münasibətlərini bütün incəlikləri və
gerçəklikləri ilə xatırladılar, tələbə
dostları Vaqif müəllimə öz səmimi
salamlarını, xoş ürək sözlərini
yetirdilər.
Elə bu məqamda da ATU-nun
1966-cı il “Buraxılış Gecəsi”ndə
tələbələr adından çıxış etmək
tədris işləri üzrə prorektor Maqsud
Əlizadənin seçimi ilə iki tələbəyə
həvalə edildiyi qeyd olundu. On-
lardan birinin hazırda ATU-nun
nevrologiya və tibbi-genetika ka-
fedrasının professoru vəzifəsində
çalışan Zakir Əliyevin, digərinin
isə bu sətirlərin müəllifinin olması
görüş iştirakçıları tərəfindən xoş
xatirə kimi yada salındı, Filarmoni-
yanın izdihmlı yay salonu bir daha
məmnunluqla xatırlandı.
Yubiley iştirakçıları təhsil illərində
birbaşa mühazirələrini dinlədikləri,
təcrübə məşğələlə rin də iştirak
etdikləri görkəmli elm xadimləri
- akademiklərdən Mustafa bəy
Topçubaşovun, Cahangir Abdul-
layevin, Zülfüqar Məmmədovun,
Cəlil Hüseynovun, Elmlər Akade-
miyasının müxbir üzvləri - pro-
fessorlardan Fuad Əfəndiyevin,
Ümnisə Musabəylinin, Aqil Əliyevin,
əməkdar elm xadimləri - pro-
fessorlardan Kamil Balakişiye-
vin, Böyükbəy Mahmudbəyovun,
Məmmədəmin Əfəndiyevin, Adil
Nəcəfovun, Gülbala Qurbano-
vun, Savalan Ocaqverdizadənin,
Məhərrəm Mustafayevin, Tağı Pa-
şayevin, Qüdrət Səlimxanovun,
Tağı Tağızadənin, İbrahim Top-
çubaşovun, M.Əbiyevin, Gürşad
Hüseynovun, Zəhra Salayevanın,
Törə Qədirovanın, Saleh Salixovun,
Əhməd Abbasquliyevin, Gülağa
Hacıyevin, Qurban Bayramovun,
Aslan Tahirovun, Həsən İsazadənin,
Faiq Əfəndiyevin, İsrafil Dəmirovun,
Məhbubə Mahmudbəyovanın, Tu-
ran Mehdiyevanın, Dursun Hü-
seynovun, Əliağa Əhmədovun,
Nəriman
Əliyevin,
Əbülfəz
Məmmədovun, İsmayıl Səmədovun,
Yadigar müəllimin, o dövrdə ATU-
nun tədris işləri üzrə prorekto-
ru vəzifəsində çalışan Maqsud
Əlizadənin, eləcə də dosentlərdən
Ləzifə Əliyevanın, Səlim Həsənovun,
Bikəxanım Əlizadənin, fizika fənnini
tədris edən Teymur müəllimin,
Həsən Xudaverdiyevin, tarixçi Həsən
müəllimin, siyasi-iqtisadçı Polad
müəllimin, Qulam Tarıverdiyevin,
Əhməd Həsənzadənin, mikrobioloq
Validə xanımın və digərlərinin də
xatirələrini ehtiramla yad etdilər.
Ümumiyyətlə, statistik məlumatlara
görə 1966-cı ildə ATU-nu 489
məzun bitirmişdir. Onlardan 340
nəfəri azərbaycanlı, 149 nəfəri isə
başqa xalqların nümayəndələri ol-
muşdur. O dövrdə yalnız ümumi bir
müalicə-profilaktika fakültəsi, pe-
diatriya, sanitariya-gigiyena, sto-
matologiya və əczaçılıq fakültələri
fəaliyyət göstərirdi və 1966-cı
ildə ATU-nun müalicə-profilaktika
fakültəsini 192 nəfər (52 nəfəri baş-
qa xalqların nümayəndələri), pedi-
atriya fakültəsini 89 nəfər (32 nəfəri
başqa xalqların nümayəndələri),
stomatologiya fakültəsini 76 nəfər
(10 nəfəri Türkmənistan Respub-
likasının, 15 nəfəri isə digər xalq-
ların nümayəndələri), sanitariya
– gigiyena fakültəsini 53 nəfər (8
nəfəri Türkmənistan Respubli-
kasının, 16 nəfəri isə digər xalq-
ların nümayəndələri), əczaçılıq
fakültəsini 79 nəfər (48 nəfəri əyani,
31 nəfəri qiyabi şöbə - onlardan da
8 nəfəri Türkmənistan Respublika-
sının, 15 nəfəri isə başqa xalqların
nümayəndələri) bitirmişdir.
Sonra 1965-1966-cı tədris ilinin
buraxılış dövlət imtahanları, im-
tahan komissiyalarının sədrləri və
üzvləri, ATİ-ni fərqlənmə diplomu
ilə bitirənlər xatırlandı.
Sonda məzunların bir qru-
pu xatirə şəkli çəkdirdilər və 5
ildən sonra məzunluğun 55 illik
yubileyində yenidən görüşməyi
biri-birilərinə arzu edərək ay-
rıldılar. Ayrıldılar – yenidən
görüşmək üçün. Ayrıldılar – İn-
şallah növbəti görüşlərə, o
cümlədən “Brilyant Görüş”ə ha-
zırlıq üçün...
Dostları ilə paylaş: