7
Beləliklə Azərbaycan Respublikasında dövlətin sosial siyasəti əhalinin sosial
müdafiəsi, təhsili, əhalinin sağlamlığının qorunması, gənclər siyasəti və əhalinin
digər ictimai-mədəni ehtiyaclarının ödənilməsi sahəsində fəaliyyətini əhatə edir.
Müasir dövrdə əhalinin sosial ehtiyaclarının ödənilməsi, təhsilin, səhiyyənin
inkişaf etdirilməsi, vətəndaşların sosial müdafiəsinin və sosial təminatının
gücləndirilməsi, cəmiyyət üzvlərinin mədəni tələbatının daha dolğun ödənilməsi
dövlətin mühüm funksiyası hesab olunur. Mərkəzi və yerli hakimiyyət orqanlarının
sosial siyasət sahəsindəki fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi
ilə tənzimlənir və istiqamətləndirilir. Dövlətin sosial siyasəti bütün dövlət
hakimiyyəti və dövlət idarəetmə orqanlarının sosial münasibətlər sahəsindəki
fəaliyyətinin əsasını təşkil edir.
Qeyd etmək lazımdır ki, əhalinin sosial-mədəni ehtiyacları ildən-ilə artır ki,
bu da ölkədə həm sosial sahələrin, həm də sosial infrastrukturunun inkişafına,
əhalinin sosial müdafiəsinin gücləndirilməsinə maliyyə vəsaitinin artırılmasını
zəruri edir. Ölkədə təhsilin, səhiyyənin, mədəniyyətin, elmin inkişafına, əhalinin
sosial müdafiəsi və sosial təminatına, digər ictimai-mədəni tədbirlərin həyaita
keçirilməsinə ayrılan büdcə vəsaitinin məbləği ildən-ilə artır.
Azərbaycan Respublikasında indiki şəraitdə dövlətin həyata keçirtdiyi sosial
siyasəti əhalinin sosial xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yönəldilməklə
təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, digər sosial-mədəni tədbirlərin inkişaf
etdirilməsi və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədlərinə
dövlət büdcəsindən hər il böyük məbləğdə vəsait ayırır.
Dostları ilə paylaş: